Məhkəmə qərarları › İş №1(102)-718/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-718/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-718/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X16 (sədrlik edən), X17 və X5 ibarət tərkibdə) 1 iyun 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, "Agah Group” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal və istismar bölməsinin rəhbəri vəzifəsində işləmiş, məhkum olunmamış, Füzuli rayonu, Horadiz k əndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında məcburi köçkün kimi məskunlaşıb yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 17 oktyabr 20 21-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) 5 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(099)-208/2022 saylı hökmü dəyişdirilməsin. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə ə sasən o, 16 oktyabr 2021-ci il tarixdə saat 22:31 radələrində Füzuli rayonu, Horadiz şəhərində olan zaman tanışı Şahid4 ona telefonla zəng vuraraq bir neçə şəxs tərəfindən təkləndiyi üçün təcili olaraq özünü Füzuli rayonu, Horadiz şəhərində yerləşən "Oba” marketin qarşısına çatdırmasını bildirdikdən dərhal sonra o, istintaqla müəyyən olunmayan şəraitdə qanunsuz olaraq əldə etdiyi və avtomobilində qanunsuz olaraq gəzdirdiyi 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını idarə etdiyi "Mercedes-Benz” E200 CDİ markalı, 99-VD- 019 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindəki çantasından götürərək əynindəki gödəkçənin sağ cibinə qoymuş, daha sonra həmin avtomobilə əyləşərək Füzuli rayonu, Horad iz şəhərinin mərkəzində dəmiryol vağzalının qarşısındakı dairəyə gələrək cinayət törədəcəyindən xəbərsiz olan yeznəsinin bacısı oğlu Şahid7 telefonla zəng vuraraq harada olmasını soruşmuş, sonuncunun dairənin yaxınlığındakı çayxanada olduğunu öyrəndikdən sonra həmin ünvana getmiş, həmin vaxt Şahid7 yanında olan və onun cinayət törədəcəyindən xəbərsiz olan tanışları Şahid6, Şahid8 və Şahid5 ilə birlikdə özünün idarə etdiyi avtomobillə 16 oktyabr 2021-ci il tarixdə təxminən saat 22:45 radələrində Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospektində yerləşən "Oba” marketin qarşısına gəldikdən sonra o, idarə etdiyi avtomobili yolun sağ kənarında saxlayaraq avtomobildən düşmüş, əynindəki gödəkçənin cibindən bıçağı çıxarıb əlində tutaraq orada toplaşan şəxslərin ünvanına uca səslə nalayiq i fadələr işlətmiş, bu zaman orada olan və baş vermiş münaqişəyə heç bir aidiyyəti olmayan X8 ona ümumiyə söyüş söyməməsini bildirməsindən sonra o, əlindəki bıçaqla sonuncunun üzərinə gedərək əvvəlcə sifət nahiyəsindən digər əli ilə sillə vurmuş, daha sonra isə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmaqla müşayiət olunan hərəkətlər etməklə onun neqativ davranışı barədə Şükür Əhmədovun ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq özünün şəxsiyyətini Şükür Əhmədovun şəxsiyyətinin fövqündə qoymaqla əlində olan bıçaqla sonuncunun həyatı üçün vacib orqanın yerləşdiyi döş qəfəsinə qəsdən bir zə rbə vuraraq ona döş qəfəsinin ön səthinin daxilə keçən, ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş yara xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarəti yetirib xuliqanlıq niyyəti ilə Şükür Əhmədovu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, işin hallarına əsasən hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün hallarını araşdırmamış, Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, apellyasiya məhkəməsi tərəfindən isə bu qərar əsaslı hesab edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının t ələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi baş vermiş münaqişə zamanı münaqişəyə heç bir aidiyyəti olmayan və münaqişənin iştirakçısı olmayan şəxsi qəsdən xuliqanlıq niyyətilə öldürmə və soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edərək saxlamaqla daşıyıb gəzdirmə cinayətlərini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməlləri başa çatmış olmaqla xüsusilə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan Məhkum əsassız olaraq təqsirli bilindiyi hər b ir maddə üzrə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, eləcə də cinayətlərin məcmusu üzrə də cəzaların az hissəsini toplamış, apellyasiya intansiya məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmışlar. Həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. İş materiallarından göründüyü kimi, Məhkum münaqişənin baş verdiyi yerə gələrək orada olan və münaqişəyə aidiyyəti olmayan şəxslərin ünvanına nalayiq söyüşlər s öydüyü zaman münaqişəyə aidiyyəti olmayan zərərçəkmiş şəxs Şükür Əhmədovu onun ümumiyə söyüş söyməməsi ilə bağlı haqlı iradından sonra heç bir səbəb olmadan onu bıçaqla vuraraq öldürmüşdür. Təqsirləndirilən şəxs Məhkum həmin cinayəti xuliqanlıq niyyəti ilə törətmiş, eyni zamanda o, daha təhlükəli üsul seçib soyuq silah hesab olunan bıçaqdan istifadə etməklə cinayəti törətmişdir. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alaraq ona təqsirli bilindiyi maddələrinin hər biri üzrə, eləcə də cinayətlərin məcmusu üzrə ən aşağı həddə azadlıqdan məhru m etmə cəzası təyin etmişdir. Lakin birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən yuxarıda göstərilən halların bir qismini əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir, apellyasiya intansiya məhkəməsi də həmin cəzanı qüvvədə saxlamaqla eyni nöqsanları təkrarlamışdır. Təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinin, yəni əvvəllər məhkum olunmamasının cinayət qanununun tələbləri baxımından Məhkum münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması qeyri-mümkündür. Bundan başqa, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Məhkəmələr Məhkum törətdiyi xüsusilə ağır cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsin 4 azyaşlı övladları ailə başçısını itirməklə, həm hazırda, həm də bundan sonra ağır mənəvi iztiraba düçar olmalarını, baş vermiş cinayət hadisəsinin məhz qeyd edilən hallara görə ağır nəticələrini ümumiyyətlə nəzərə almamışlar. Məhkəmənin Məhkum təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, yüngül olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm Məhkum, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum 16 oktyabr 2021-cİ il tarixdə tanışı Şahid4 ona zəng vuran zaman bacısı evində iş günündən sonra dincəlirdi. Şahid4 ona bir neçə nəfər tərəfindən təkləndiyi üçün deyil, bir neçə nəfərin kirayədə qaldığı evə gələrək onu döymələri, ona zor tətbiq edərək münaqişəni davam etdirmək üçün “Oba” marketin yanına apardığları üçün təcili özünü ona çatdırmasını bildirmişdir. Məhkum əvvəlcədən münaqişə ola biləcəyi barədə məlumatlı olduğu üçün özü ilə 4 nəfər götürərək "Oba” marketin yanı na gəlmişdir. Yolda avtomaşınla hərəkətdə olarkən Məhkum mobil telefonu ilə Şahid4la danışarkən onun ünvanına söyüş söyülmüşdür. Hadisə yerində çatanda Şahid1 əlində bıçaq görmüş, geri qayıdaraq avtomaşının sol qabaq qapısının saxlanc yerindən bıçaq götürmüş, “ hansı var-yoxunu... mənə söyürdü” deyərək ümumi söyüş söymüşdür. Müstəntiq İşin həmin obyektiv hallarını Şahid1 və digərlərinin xeyrinə saxtalaşdırılmış, Şahid4 söyən, döyən və öldürməklə hədələyən, əlində bıçaq tutaraq ümumi ünvanlı söyüşlər söyən şəxslərin hərəkətlərinə hər hansı hüquqi qiymət vermədən Məhkum evində istirahət edərkən qəflətən qalxaraq evdən çıxması, tanımadığı şəxslərin ünvanına heç bir səbəb olmadan söyüş söyməsi və tanımadığı bir nəfəri xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi barədə səhv nəticəyə gəlmişdir. Biri nci instansiya məhkəməsi işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin hallan araşdırmamış,həmin faktlara düzgün hüquqi qiymət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Şahid4 Şahid1, X13, X4 və Şahid3 qabaqcadan əlbir olaraq zor tətbiq etmiş, xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar onu döymüş, söymüş və xəsarətlər yetirmişlər. Belə ki, hadisədən əvvəl İsrafil İbrahimov xx.xx.2021 -ci il tarixdə təxminən saat 22:30 radələrində Şahid4 istifadəsində olan telefona zəng etmiş, onun olduğu yeri dəqiqləşdirdikdən sonra qabaqcadan planlaşdırdıqları planı həyata keçirərək onun yaşadığı evə gəlmiş və ona xəsarət yetirmişlər. Şahid3 Şahid4 idarə etdiyi avtomobilə zor işlədərək əyləşmiş, Məhkum gəlməsini gözləyən Şahid4 Məhkum zəng edərək harada olduğunu soruşanda Şahid3 kimi nsə gəldiyini və Şahid4 adam topladığını zənn edərək onun və zəng edən adamın ünvanına söyüş söymüşdür, Məhkum həmin söyüşü eşitmişdir. Ona görə də Məhkum avtomobilindən düşən kimi söyüş söymüşdür. Şahid4 aavtomobildən düşəndə onu X13 və Şahid3 arxadan yumruqla göz nahiyyəsindən vurmuşlar. Şahid4 aldığı xəsarətlər nəticəsində gözündə problemlər yaranmışdır. Sol gözü görmə qabiliyyətini 80% itirmiş, cərrahi əməliyyat olunmuşdur. Hazırda həkim nəzarəti altında stasionar müalicəsi davam edir. Cəbrayıl X1 və Şahid3 tərəfindən arxadan zərbələr endirilməsi hadisə yerində quraşdırılmış kameralarda əks olunmuşdur. Məhkum hadisə yerinə Şahid4 çağırışı ilə gəlmişdir. Cinayət işinin baş vermə səbəbi Şahid4 Şahid1, X13, X4 və Şahid3 tərəfindən döyülməsidir. Məhkum hadisə yerinə məhz Şahid4 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən səbəbsiz döyülməsinin qarşısını almaq üçün gəlmişdir. Birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin halları da araşdırmamış, hökmdə həmin faktları şərh etməmiş və hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin səhvlərini təkrar etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid7, Şahid5, Şahid8 və Şahid6 ifadələrində Şahid1 əlində bıçaq olduğunu, Şahid1 Məhkum vurmaq üçün onun üstünə getdiyini, onun niyyətini anlayan Şahid7 onu tutaraq bıçağı əlindən almaq istədiyini, Şahid7 ona gücünün çatmadığını, Şahid6 və Şahid8 ona kömək edərək bıçağı almağa çalışdıqları, lakin Şahid1 bıçağı vermədiyini, Məhkum avtomobildən düşdükdən sonra ona kimin söyüş söydüyünü soruşduğu nu və həmin adamın ünvanına söyüş söydüyünü göstərdilər. İşin obyektiv halları məhkəmənin həmin nəticəsinin əsassız olduğunu təsdiq edir. Evində istirahət edən bir nəfərin mübahisə və dalaşmanın təşəbbüskarı olması absurddur. Mübahisə və dalaşma Əli Sultanovun, Şahid1, Şahid3, Rəşad Qasımovun, İsrafil İbrahimovun qabaqcadan əlbir olaraq planlaşdırdıqları təşəbbüsləri nəticəsində baş vermişdir. Birinci İnstansiya məhkəməsinin hansı əsaslarla Məhkum Şükür Əhmədovu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək niyyətinin olması barədə gəldiyi nəticə aydın deyildir. Hökmdə Məhkum xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsi qeyd edilir. Məhkəmənin həmin nəticəsi də əsassızdır. Xuliqanlıq motivsiz qəsdən törədilən cinayətdir. Cinayətin motivi Əli adlı şəxsin subpodratçı kimi öhdəsinə götürdüyü işləri yerinə yetirməməsi, Məhkum subpodratçı tərəfindən yanacaq sərfiyyatının və relslərin artıq göstərilməsi barədə rəhbərliyə məlumat verməsi, Əli adlı şəxsin işi dayandırması və onların əməllərini ifşa edən Şahid4 və Məhkum qisas almaq istəməsidir. İş materiallarında guya Şahid1 və onunla birlikdə olan şəxslərin Azər adlı şəxsi axtarmaları, ondan Şahid1 vurmasının səbəbini soruşmaq istəmələri barədə qeyd edilən faktlar əsassızdır və yalnız Şahid1 və onunla birlikdə olan şəxsləri cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyır. Məhkum zənn etmişdir ki, Şükür Əhmədov da Şahid4 döyənlər arasındadır. Məhkum zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyəti olmamışdır, onunla zərərçəkmiş şəxs arasında əvvəllər hər hansı münasibət olmamışdır. Gecə vaxtı evində istirahət edən Məhkum Şahid4 zəng edərək Ş ahid1 və onunla birlikdə olan şəxslər tərəfindən döyülməsi barədə məlumat verir. Döyülmənin səbəbini bilməyən Məhkum evdən çıxır, telefonla Şahid4la telefonla danışarkən telefonda onun ünvanına söyüş söyülür, hadisə yerinə çatan Məhkum onun ünvanına söyüş söyən adama eyni söyüşü edir. Dalaşma Şahid1 və onunla birlikdə işləyən şəxslərin hüquqazidd hərəkətləri nəticəsində baş vermişdir, hər hansı bir səbəb olmadan bəhanə ilə Şahid4 döyür və söyürlər. Məhkum hadisə yerinə çatanda artıq dalaşma baş vermişdi. Münaqişəni Məhkum yaratmamış, Şükür Əhmədovu öldürmək üçün bəhanə axtarmamışdır. Məhkum hadisə vaxtı davranışı haqqında məlumatlar tədqiq edilməmiş və düzgün hüquqi qiymət verilməmişdir. Hesab edir ki, Məhkum zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti İlə qəsdən öldürmək niyyətini təsdiq edən ba şqa sübutlar olmadığı üçün zərərçəkmiş şəxsə zərər vurulması əməli xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə kimi deyil, baş vermiş faktiki nəticələrə görə məsuliyyətə səbəb olmalıdır. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Onun əməlində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətinin tərkibi yoxdur, onun Şükür Əhmədovu öldürmək niyyəti olmamışdır. Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin subyektiv cəhəti ehtiva olunmur, onun əməli CM-in 123.2-ci maddəsinə tövsif edilməlidir. Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona qarşı şikayət yoxdur, ailəlidir azyaşlı uşaqları var, ailədə yeganə qazanc gətirən şəxsdir. Kassasiya şikayətində Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilrək onun əməlinin həmin Məcəllənin 123.2-ci maddəsinə tövsif edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçilərin, kassasiya şikayətinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, b elə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkə mə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildiri r. Belə ki, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və də yişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanara q məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmay a bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbi q olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “Məhkəmə hökmü haqqında” A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilmiş birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilə n qərarını yoxladıqda, həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab vermədiyi və nəticədə məhkum edilmiş şəxsin əməlinin düzgün tövsif olunmadığı müəyyən olunur. Belə ki, kassasiya protestində Məhkum təyin olunmuş cəza, kassasiya şikayətində isə onun əməlinin hüquqi tövsifi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıda kıları qeyd edir. Məhkəmə kollegiyası ilk əvvəl kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Məhkum qəsdən adam öldürmə cinayət əməlində xuliqanlıq niyyətinin olması ilə bağlı yekun nəticəyə gələrkən apellyasiya instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməklə, Məhkum əməlini tövsif edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, məhkumun xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cin ayət əməlini törətməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin məhkum olunmuş şəxs Məhkum əməlində xuliqanlıq niyyətinə dair ittihamın iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmamasına dair dəlillərini əsaslı sayır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirməmiş və məhkum olunmuş şəxs əməlinin CM-in 120.2.2-ci maddəyə tövsif edilməsi barədə qənaəti əsaslı hesab etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, ibtidai araşdırma orqanı Məhkum CM-in 120.2.2-ci maddəsi ilə ittiham elan etmişdir ona görə ki, o, xuliqanlıq niyyətilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsində Məhkum ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikasının CM-nin 120.2.2 və 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Əvvəllər psixi xəstəlik keçirməmiş, məhkumluq həyatı yaşamamışdır. Hadisə ilə bağlı onu qeyd edir ki, təxminən 10 il "Agah Group” MMC tik inti şirkətində istehsal və istismar bölməsinin rəhbəri vəzifəsində işləmişdir. Vəzifə funksiyası görülən işlərə şifahi nəzarət etməkdən ibarət olmuşdur. "Agah Group” MMC-nin rəhbəri Gündüz Nəzərovdur. 14 oktyabr 2021-ci il tarixdə səhər saatlarında işlədiyi şirkətin rəhbəri Gündüz müəllim ona telefonla zəng vuraraq demişdir ki, "Zəngilan rayonunda tikinti işləri aparılacaqdır, get yerində işlərlə tanış ol və vəziyyəti mənə de.” O da 15 oktyabr 2021-ci il tarixdə səhər saatlarında özünə məxsus ağ rəngli "Mercedes-Benz” E 200 CDİ markarlı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Füzuli rayonu, Horadiz şəhərinə gəlmiş, Horadiz şəhərində onu "Agah Group” MMC-nin əməkdaşı olan tanışı Şahid4 qarşılamışdır. Cəbrayılın idarə etdiyi "Nissan-Navara Pickup” markalı, dövlət qey diyyat nişanını xatırlamadığı avtomobillə Zəngilan rayonuna getmişlər. O, orada adını hazırda xatırlamadığı türk vətəndaşı olan iş icraçısı ilə tanış olmuş, özünü təqdim edərək "Agah Group” MMC-in nümayəndəsi kimi gəldiyini bildirmiş və həmin türk vətəndaşından onlara həvalə olunacaq tikinti yerini göstərməsini xahiş etmişdir. Həmin türk vətəndaşı 24x24 metr ölçülərində olan beton örtüklü sahəni göstərərək həmin yerdə anbar tikilməli olduğunu bildirmişdir. Onlar geri qayıtmaq üçün yola çıxmış və 16 oktyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Horadiz şəhərinə gəlmişlər. Yolda olan zaman Anar adlı şəxs Cəbrayıla zəng vuraraq bildirmişdir ki, bugün Səbuhi adlı şəxslə Azər adlı şəxsin arasında dava olmuşdur. Horadiz şəhərinə çatdıqdan sonra Cəbrayıl Anar adlı şəxsə zəng vuraraq olduq ları yeri soruşmuş, Anar da Horadiz şəhərində "Saatın yanı”ndakı çay evində olduqlarını bildirmişdir. O, Cəbrayılla birlikdə ora getmiş, orada Anar və Azər adlı şəxslər olmuşlar. Həmin vaxt orada Anar Azər ilə Səbuhinin axşam saat 18 radələrində dalaşdıqlarını demişlər. Onların deməsinə görə aralarındakı mübahisənin yaranmasına səbəb Azərin texnikanın işləməməsi səbəbindən işinin dayandırması barədə iş icraçısı Əli müəllimin Azərə irad tutmasından sonra Azərlə Əli müəllim arasında mübahisənin yaranması, həmin vaxt Səbuhi adlı şəxsin məsələyə müdaxilə edərək Azərdən danışığına fikir verməsini bildirməsi olmuşdur. Cəbrayıl həmin vaxt Azərə təklif etmişdir ki, Səbuhi ilə barışsın, aralarında olan ədavətə son qoysun. Bununla yanaşı Cəbrayıl ola biləcək xoşagəlməz halların qarşısını almaq üçün Azərə təklif etmişdir ki, onunla kirayədə qaldığı evdə qalsın. Azər də bununla razılaşaraq Cəbrayılla birlikdə getmişdir. O da Horadiz şəhərində yaşayan bacısı Tünzalənin yaşadığı evə getmiş və gecəni orada qalmışdır. Sabahısı gün, yəni 16 oktyabr 2021-ci il tarixdə səhər saatlarında o, Cəbrayılla birlikdə sonuncunun avtomobili ilə Cəbrayıl rayonunun Soltanlı kəndində "Agah Group” MMC şirkəti ilə Əli adlı şəxs arasında bağlanmış müqaviləyə əsasən Cəbrayıl rayonu, Soltanlı kəndi ərazisində yol tikintisi ilə əlaqədar işlərin icra olunduğu yerə getmişdir. O, Cəbrayılla birlikdə Əli müəllimin konteyner tipli ofis otağına getmişdir. Cəbrayıl Əli müəllimə demişdir ki, "Gündüz müəllim Zaminə tapşırıb ki, burada olan işlərin gedişatını aydınlaşdırsın və ona məlumat versin.” Gündüz müəllim Cəbarayı l rayonu, Soltanlı kəndinə gəlməzdən əvvəl onunla telefonla danışarkən ona demişdir ki, "orada 1 günə 10 ton həcmində yanacaq işlədilir, bu məsələni, torpağın daşınması üzrə avtomaşınların reyslərinin sayını, eləcə də hər həftə ərzində tələb olunan 250.000-300.000 (iki yüz əlli min-üç yüz min) manat məbləğində pulun hara sərf edildiyini araşdır və mənə məlumat ver”. Əli müəllim də onlara demişdir ki, "mən Sizə heç bir məlumat verməyəcəm.” Həmin vaxt otaqda o, Cəbrayıl, Anar, Qaraca və Azər adlı şəxslər olmuşlar. Əli müəllim hər kəsin yanında öz telefonu ilə Gündüz müəllimə zəng vurmuş, telefonu səsgücləndiriciyə qoyaraq onu məsələnin aydınlaşdırılması üçün göndərib-göndərmədiyini soruşmuşdur. Gündüz müəllim də cavabında demişdir ki, "Zamin orada bir günlükdür, bu məsələləri araşdırıb sabah çıxıb gedəcəkdir.” Həmin vaxt Əli müəllim Gündüz müəllimə demişdir ki, Azər Səbuhiyə qarşı nalayiq ifadələr işlətmiş, eləcə də yanında olan bir neçə nəfər şəxslə birlikdə Səbuhini döymüşlər, buna görə də Azəri əlində olan işi tamamladıqdan sonra buradan qovacağını bildirmişdir. Gündüz müəllim də Əli müəllimə demişdir ki, "sən bunu Anarla məsləhətləş, Azər Anarın işçisidir, öz aranızda bu məsələni aydınlaşdırın və mənə də məlumat verin”. Həmin vaxt Anar Əli müəllimə demişdir ki, "Azər Sizə rəhbər olaraq cavab qaytardığına görə mən üzr istəyirəm, Azər mənim işçimdir, onun etdiyi tərbiyəsizlik mənə qarşıdır. Həmin gün saat təxminən 17 radələrində o, Cəbrayılla birlikdə Cəbrayıl rayonu, Soltanlı kəndində sözügedən ərazidə texnikaların işlədiyi yerdə olan zaman Səbuhi adlı şəxs ora gələrək işç ilərə işi dayandırmalarını bildirmiş, iş tamamilə dayandırılmışdır. İşçilər texnikaları "Kalyon” şirkətinin ofisinin qarşısına gətirmişlər. Cəbrayıl işçilərdən işin hansı səbəbdən dayandırıldığını soruşmuşdur. İşçilər də işin dayandırılması barədə göstərişi Əli müəllimin verdiyini bildirmişlər. Onlar yenidən konteynerin yanında toplaşmış, Cəbrayıl Əli müəllimdən bu məsələnin nə ilə bağlı olduğunu soruşduqda Əli müəllim də bildirmişdir ki, "Mən artıq rəhbərliklə hesablaşacam və işləyib-işləməməyimə özüm qərar verəcəm.” Bundan sonra onlar çıxıb getmişlər, o və Cəbrayıl orada qalmışlar. Təxminən 5-10 dəqiqə sonra Cəbrayıl Anara zəng vuraraq texnikaların işləyib-işləməyəcəyini soruşmuş, Anar da bu məsələni aydınlaşdıraraq texnika sahiblərinin işləyəcəklərini Cəbrayıla bildirmişdir. Həmin gün a xşam saat 19 radələrində o, Cəbrayılla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Horadiz şəhərində yerləşən, "Kapital Bank” ASC-nin Füzuli rayon filialının arxasında yerləşən kafeyə gəlmiş və orada əyləşərək yemək sifariş vermişlər. Həmin vaxt oradakı digər masada Səbuhi, Qaraca və adlarını bilmədiyi digər işçilər əyləşib yemək yemiş və həm də araq içmişlər. Həmin şəxslər onlarla birlikdə oturub yemək yeməyi onlara təklif etmişlər. Cəbrayıl isə onlara təşəkkür edərək ayrı oturacaqlarını bildirmişdir. Orada əyləşib yemək yeyən zaman Səbuhi adlı şəxs uca səslə yanında oturanlara demişdir ki, "Əmi qocalmayıb, gör indi əminiz bu gecə nə edəcək.” Təxminən yarım saat orada oturduqdan sonra Cəbrayılla birlikdə kafedən çıxmış, Anar Cəbrayıla zəng vurmuş, Cəbrayıl da avtomobil idarə etdiyi üçü n telefonu səsgücləndiriciyə qoymuş, Anar onlardan hələ də orada olub-olmadıqlarını soruşmuş, Cəbrayıl da Anara artıq oradan çıxdıqlarını demişdir. Bu zaman Anar Cəbrayıla bildirmişdir ki, "ehtiyatlı olun, onlar bu gecə Sizə bir pislik edəcəklər”. Cəbrayıl da demişdir ki, "narahat olma, axşam vaxtıdır, evə gedirik”. Cəbrayıl onu Horadiz şəhərində bacısıgilin yaşadığı evin qarşısında düşürtmüşdür. O, bacısıgilin evinə gəlmiş, axşam saat təxminən 22 radələrində bacısıgilin evində olan zaman Cəbrayıl özünə məxsus olan ***-***-**-** telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng vuraraq Səbuhigilin onun yaşadığı evə gələrək onun üstünə cumaraq döydüklərini, buna görə də tez özünü onun yanına, yəni, Horadiz şəhərində yerləşən "Oba” marketin qarşısına çatdırmağı nı bildirmiş, o da dərhal evdən çıxmış, özünə məxsus avtomobilə əyləşərək Horadiz şəhərinin mərkəzindəki dəmiryol vağzalının qarşısındakı dairəyə gəlmişdir. O, Cəbrayılın üstünə cumub onu döyən şəxslərin sayının çox olduğunu düşündüyü üçün, eləcə də Cəbrayıl ona telefonla zəng vuran zaman oradan səs-küy gəldiyi üçün belə qərara gəlmişdir ki, ora tək getməsin. Buna görə də yeznəsinin bacısı oğlu Şahid7 telefonla zəng vuraraq harada olduğunu soruşmuş, sonuncu da bildirmişdir ki, "dairənin yaxınlığında şəhidlər plakatının yanındayam.” O, Elçinin yanına getmiş və görmüşdür ki, sonuncu 3 nəfər tanımadığı şəxslərlə birlikdə oturub çay içirlər. O, Elçinə demişdir ki, həmin uşaqları da özü ilə götürsün, bir problem vardır, həmin yerə gedib qayıtsınlar. O, avtomobilin sükanı arxasında əyləşmiş, Elç in sağında, digər 3 nəfər isə arxa oturacaqlarda əyləşmişlər. Həmin vaxt avtomobildə olarkən Cəbrayıl yenidən ona zəng vuraraq harada olduğunu soruşmuş və özünü təcili olaraq yanına, yəni, "Oba” marketin yanına çatdırmağını bildirmişdir. O, avtomobili idarə edərək Horadiz şəhərinin mərkəzindəki dairədən təxminən 50 metr məsafədə yerləşən "Oba” marketin qarşısına gəlmiş, lakin orada heç kimi görməmişdir. Bu zaman Cəbrayıl həyəcanlı şəkildə bir daha ona zəng vuraraq harada qaldığını soruşmuş, o da "Oba” marketin qarşısında olduğunu demişdir. Cəbrayıl da demişdir ki, "necə Oba marketin qarşısındasan ki, bu qədər adamı görmürsən?” O da burada heç kim olmadığını demişdir. Cəbrayıl ondan svetaforu görüb-görmədiyini soruşmuş, o da demişdir ki, "burada svetafor yoxdur”. Bu zaman Elçin onların Hora diz şəhərinin girişində yerləşən digər "Oba” marketin qarşısına getməli olduqlarını bildirmişdir. O, həmin vaxt Cəbrayılla telefonda danışarkən eşitmişdir ki, kimsə Cəbrayılın yanından onun ünvanına nalayiq söyüşlər söyür. Həmin nalayiq ifadələr işlədən şəxsin səsinin Səbuhinin səsi olduğunu zənn etmişdir. Belə ki, Səbuhinin onun ünvanına var-yox söyüşü söyərək "səni burda çox gözləməliyəm, sən kimsən ki, bizi işdən çıxardırsan” dediyini eşitmişdir. Təxminən 1 il bundan əvvəl o, Bakı şəhərində, "8-ci km” bazarında, hal-hazırda xatırlamadığı yerdən və xatırlamadığı şəxsdən məişətdə istifadə etmək üçün qırmızıya çalan rəngdə başlıq hissəsi olan, nikel materiallı 1 ədəd qatlanan bıçağı alıb avtomobilində saxlamışdır. Belə ki, həmin bıçağı avtomobilinin sükan tərəfdən qabaq sol qapısının cib h issəsində saxlamışdır. O, idarə etdiyi avtomobillə Elçin və sonuncunun yanında olan digər adlarını bilmədiyi 3 nəfər şəxslərlə birlikdə Horadiz şəhərinin girişində yerləşən, Cəbrayılın ona bildirdiyi "Oba” marketin qarşısına gəlmişdir. Avtomobildən düşərkən "Oba” marketin qarşına xeyli sayda adam toplaşdığını görmüşdür. O, avtomobildən düşdükdən sonra onun ünvanına hansı şəxsin nalayiq ifadələr işlətdiyini soruşaraq həmin şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt görmüşdür ki, Səbuhi ilə Cəbrayıl mübahisə edirlər və Səbuhinin əlində bıçaq vardır. Buna görə də o, avtomobilinə qayıtmış, həmin bıçağı avtomobilində saxladığı yuxarıda qeyd etdiyi yerdən, yəni, sükan tərəfdən sol qapının cib hissəsindən götürmüş, əlində bıçaqla Səbuhiyə tərəf gəlmişdir. Möhkəm səslə qışqıraraq Səb uhiyə demişdir ki, "sənin müdirin Əli hardadır, bura gəlsin, sizə niyə spirtli içki içizdirib Cəbrayılın üstünə salıb”. Bu zaman orada olan tanımadığı şəxslərdən biri ona demişdir ki, "ümumiyə söyüş söymə”. O da cavabında həmin şəxsə demişdir ki, "mən ümumiyə söymürəm, məni kim söyübsə ona söyürəm”. Həmin şəxs onun üstünə gəlmiş, o da həmin şəxsin onu vuracağını düşünmüşdür. Həmin vaxt bıçaq sağ əlində olduğu üçün həmin şəxsə sol əli ilə sifətindən 1 sillə vurmuş, vurduğu sillənin təsirindən həmin şəxs yerə yıxılmışdır. Həmin vaxt Elçin və onun yanında olan digər 3 nəfər tanımadığı şəxslər Səbuhinin əlində olan bıçağı sonuncunun əlindən almağa çalışmışlar. Səbuhi bu zaman onun yaxasından tutmuş, o da Səbuhinin yaxasından tutmuşdur. Onları orada olan şəxslər kənarlaşdırmışlar, nə o, Səbuh ini vura bilmiş, nə də Səbuhi onu vura bilməmişdir. Bu zaman o, Cəbrayıl rayonu, Soltanlı kəndindəki sözügedən ərazidə yanacaq avtomobilinin sürücüsü kimi tanıdığı, adını bilmədiyi, əynində göy rəngli köynək olan şəxsdən Əli müəllimin harada olduğunu soruşmuşdur. Həmin şəxs də ona demişdir ki, "sən məni haradan tanıyırsan ki, məndən Əlinin yerini soruşursan?” O da həmin şəxsə demişdir ki, "səni tanıyıram, sən yanacaq avtomobilinin sürücüsüsən”. Elə həmin vaxt Səbuhi möhkəm səslə qışqıraraq "bu öldü” demişdir. Həmin vaxt Səbuhi ondan 7-8 metr aralıda olmuşdur. O, Səbuhiyə tərəf baxanda görmüşdür ki, bir nəfər tanımadığı şəxs yerdə uzanılı vəziyyətdədir, Səbuhi də onun başının üstündə olmuşdur. Həmin vaxt Səbuhinin əlində bıçaq olub-olmamasına fikir verməmişdir. O, əlində olan bıçağı "Oba” m arketə bitişik daş hasardan həyətə atmışdır. Sonra isə yerdə uzanılı vəziyyətdə olan həmin şəxsə yaxınlaşmış, ondan xırıltı səsləri gəlmişdir. Lakin onun sifətinə baxmamış və kim olduğunu görməmişdir. Daha sonra öz avtomobilinə əyləşərək avtomobilini geriyə döndərmiş, Horadiz şəhərinin mərkəzi istiqamətində hərəkət etmişdir. Lakin sonra fikrini dəyişmiş, Bakı şəhəri istiqamətində hərəkət etmiş, ilk öncə İmişli şəhərinə gedərək avtomobilini qayınatası Qafqaz Mirzəliyevə məxsus evin həyətinə qoymuş, avtomobilinin açarını qayını Elyara vermiş, avtomobilinin nasaz olduğunu sonuncuya bildirərək daha sonra tanımadığı bir taksi avtomobilinə əyləşərək Bakı şəhəri, Xətai rayonunda yerləşən yaşadığı evə gəlmişdir. 17 oktyabr 2021ci il tarixdə saat 06 radələrində bacısı Tünzalə ona telefonla zəng vur araq bildirmişdir ki, oğlu İbrahimi polislər saxlayaraq polis şöbəsinə aparıblar. Səbəb isə odur ki, guya o, adam öldürmüşdür, ona görə də onun əvəzinə bacısı oğlunu saxlayaraq şöbəyə aparmışlar ki, o, gəlib təslim olsun. Buna görə də o, səhər saatlarında Bakı şəhərindən çıxaraq Füzuli rayonu, Horadiz şəhərində bacısıgilin yaşadığı evə gəlmişdir. Həmin gün təxminən saat 11 radələrində polis əməkdaşları bacısıgilin yaşadığı evə gələrək onu rayon polis şöbəsinə aparmışlar. O, hadisə baş verən gün spirtli içki içməmiş, eləcə də narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Ümumiyyətlə spirtli içki, narkotik vasitə və ya psixotrop maddə aludəçisi deyildir. Ona Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə olan hissədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, lakin ona elan edilmiş ittihamın Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə bağlı olan hissəsi ilə razı deyildir. Belə ki, o, Şükür Əhmədovu xuliqanlıq niyyəti ilə öldürməmişdir. O, hazırda da Şükür Əhmədovu bıçaqla vurduğunu xatırlamır. Lakin iş üzrə təyin edilmiş ekspert rəyləri ilə tanış olduqdan sonra belə qənaətə gəlmişdir ki, Şükür Əhmədov onun bıçaqla vurduğu zərbədən aldığı xəsarət nəticəsində ölmüşdür. Ona görə də özünü xuliqanlıq niyyəti ilə adam öldürməkdə deyil, qəsdən adam öldürməkdə təqsirli bilir. Əlavə olaraq da qeyd edir ki, o, Səbuhinin əlində bıçaq görməsəydi, ümumiyyətlə avtomobilində olan bıçağı əlinə götürməyəcəkdi. Belə ki, o, sadəcə olaraq özünü müdafiə etmək üçün bıçağı götürmüşdür. İfadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs Məhkum həmin ifadəsində gö stərilənləri təsdiq etdiyini, zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə öldürməməsi, xuliqanlıq etməməsi, hadisə zamanı zərərçəkmiş şəxsi özü də bilmədən, özündən uzaqlaşdırmaq məqsədilə vurduğunu, nəticədə isə həmin şəxsin öldüyünü bildirmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, təqsirkarın niyyəti, motiv və məqsədi kimi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün nəzərə alınmamışdır. Belə ki, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş faktiki hallara və iş üzrə tədqiq olunmuş sübutların müqayiləsi təhlilinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 16 oktyabr 2021-ci il tarixdə təxminən saat 22:4 5 radələrində Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospektində yerləşən "Oba” marketin qarşısında baş verən münaqişə zamanı Məhkum hərəkətlərini ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmaqla müşayiət olunan, özünün şəxsiyyətini Şükür Əhmədovun şəxsiyyətinin fövqündə qoyma kimi qiymətləndirərək məhkum olunmuş şəxs Məhkum Şükür Əhmədovu xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi, yəni CM-in 120.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi nəticəsinə gələrək həmin əsaslarla da məhkum olunmuş şəxs Məhkum əməlinin qeyd olunan maddə ilə tövsif etsə də, onun bu qənaəti kifayət qədər əs aslandırılmış, işin faktiki hallarına uyğun olan inandırıcı qənaət hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, "İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyekt iv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hü quq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və İnzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə "Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq motivinin sübut edilməsi şəxsin əməlinin x uliqanlıq və xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməsini və həmin əməllərə Azərbaycan Respublikası CM-nin 221 və 126.2.4-cü maddələrinin tətbiq maddələrinin tətbiq edilməsini mümkün edən zəruri şərtdir. "Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hömətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçək mişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 5-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmələrə izah etmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə q əsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Cinayət qanunvericiliyinə əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nüm ayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə həyata keçirilən ictimai təhlükəli əməl dedikdə, heç bir səbəb olmadan və ya cüzi bir səbəbdən törədilmiş, insanın şəxsiyyətinə və ya onun əmlakına yönəlmiş qəsdən edilən hərəkətlər başa düşülməlidir. Bununla yanaşı, təqsirli şəxsin mübahisə, savaşma və ya dalaşma zəminində onun zorakı hərəkətlər törətməsi zamanı niyyətinin düzgün müəyyən edilməsi üçün kimin mübahisə və dava-dalaşın yaratmasının təşəbbüskarı olması, konfliktə təhrik etmək üçün hüquqazidd hərəkətlərin törədilməsinə bəhanənin gətirilməsinin təşəbbüskarının kimin olmasının aydınlaşdırılması vacibdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarlarının müddəalarına istinad edərək hesab edir ki, məhkumlar tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə işin müəyyən edilmiş hallara və məhkəmə istintaqında araşdırılan sübutlara düzgün hüquqi qiymət verməmiş və hesab etmişdir ki, məhkum olunmuş şəxs Məhkum hərəkətlərində xuliqanlıq niyyəti, yəni özlərinin şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstəmək, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsi, o cümlədən cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunan əlamətlər mövcud olmuşdır. Lakin iş ü zrə müəyyən edilmiş hallardan göründüyü kimi, baş vermiş mübahisədən əvvəl tərəflər arasında münaqişəli vəziyyət olmuş, hadisə günü isə sonra həmin Baba kimi tanınan şəxs Səbuhi və Rəşadla birlikdə iş üzrə şahid qismində keçən Şahid4 yaşadığı evə gələrək onu nalayiq ifadələrlə təhqir etməsi, Babanın kəllə ilə onu vurmasından sonra məhz Cəbrayılın Zaminə zəng vurub Oba marketin qarşısına gəlməyini xahiş etməsindən sonra sonuncu hadisə yerinə gəlib kimin onu söydüyünü soruşmuşdur. Bu zaman baş vermiş münaqişəyə heç bir aidiyyəti olmayan X8 ona ümumiyə söyüş söyməməsini bildirməsindən sonra Məhkum sonuncunu tanımasa da, onun qarşı tərəfə aid mübahisə iştirakçısı olması hesab edərək əlində olan bıçaqla xəsarət yetirərək ölümünə səbəb olmuşdur. Kassasiya məhkəmə kollegiyası baş vermiş hadisən in təsvir olunmuş hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsin qəsdən adam öldürmə cinayət əməlində xuliqanlıq niyyətinin olması barədə işinin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və bununla əlaqədar məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş halları, hadisənin mexanizmini, baş vermə şəraitini nəzərə alıb məhkəmə istintaqında tədqiq olunmuş sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında mübahisənin səbəbsiz baş verməsi, məhkum edilmiş şəxsin xuliqanlıq niyyətinin olması barədə gəldiyi nəticə inandırıcı, qənaətbəxş hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, mübahisə tərəfləri arasında münaqişə səbəbsiz yaranmamı ş, qarşı tərəfin qanuna zidd hərəkətlərindən qaynaqlanmışdır. Belə ki, cinayət işini materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Şahid1 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq), Şahid3, X14 və Şahid9 hərəkətlərində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğu üçün onların barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məqsədəmüvafiq hesab edilmişdir. Bu isə mübahisə tərəfinin iştirakçıları arasında münaqişəli vəziyyətin olmasını, yəni mübahisənin səbəbsiz deyil, məhz qarşı tərəfin qanunsuz hərəkətləri nəticəsində yaranmasını təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olubolmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: -Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -Şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -Şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti insan ləyaqətinə hörmətsizliklə, ictimai maraqlara, davranış qaydalarına və qanunlara qarşı laqeydliklə bağlı olan eqoizmdən əmələ gəlir. Xuliqanlıq motivi həm də özünü onda göstərir ki, bu zaman subyektə cinayətkar əməlin özü zövq verir və o, bu əməli törətmə klə özünü göstərmək istəyir. Xuliqanlıq motivi ilə adam öldürmə cinayətində bəzən qisasın elementinə də rast gəlinir. Lakin burda qisas hər şeyi həll edən motiv kimi deyil, məhz ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq şəkildə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ən xırda bir məsələni şişirdərək xüsusilə ağır formada qisas almaqla xuliqanlıq niyyətinin yaranmasına səbəb olan bəhanə kimi çıxış edir. Yəni bu zaman şəxs qisas motivindən məhz bəhanə kimi istifadə etmiş olur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Məhkum hadisə yerinə qarşı tərəfin Şahid4 qarşı zor tətbiq etmə kimi hərəkətlərinini qarşısını almaq üçün sonuncunun zəng edib onu çağırmasından sonra gəlmiş və özünün ünvavına söyüş söyən şəxsi müəyyənləşdirm əyə cəhd etdiyi zaman ona ümumi söyüş söyməyinə görə irad tutan mərhum zərərçəkmiş şəxsə xəsarət yetirərək onun ölümünə səbəb olmuşdur. Bu zaman onun hərəkətlərində, ittiham aktında təsvir edildiyi kimi, səbəbsiz olaraq ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmaqla müşayiət olunan hallar mövcud olmamışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsi, yəni həmin niyyətlə qəsdən həyatdan məhrum etməsi cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsiləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Belə ki, CPM-nin 139-cu maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;. Cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM-in 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olm aması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə is tintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası Məhkum qəsdən adam öldürmə cinayət əməlində xuliqanlıq niyyətinin olması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqs irləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı topl anmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, c inayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməlinin tövsifi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələ rkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti qismən təm in edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum cinayət əməli Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkum edilmiş şəxsin əməli CM-in daha yüngül maddəsinə tövsif edilməklə ona cəza təyin edildiyindən, məhkəmə kollegiyası təyin edilmiş cəzanın yüngüllüyü barədə kassasiya protestinin dəlillərini əsassız sayır və təmin edilməsinin mümkün hesab etmir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassas iya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilsin və Məhkum həmin maddə ilə 10 (on) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən bu cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar