Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-718/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, məhkumlar-Məhkum1, Məhkum2 məhkumların müdafiəçiləri- Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 02 oktyabr 2023-cü il tarixli hökmündən Məhkumların müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər, X16 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə) 01 may 2023-cü il tarixli, 1(101)-227/2023 saylı hökmü ilə xx xxx 1995-ci ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, Astara rayonu, Şiyəkəran kəndində nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz evdə kirayədə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona həmin maddə ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum1 19 dekabr 2021-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay 29 (iyirmi doqquz) günün ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılması və onun üzərində 07 (yeddi) il 04 (dörd) ay 01 (bir) gün müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum1 üzərində saxlanılmış cəzanın əvvəlinin 01 may 2023-cü il tarixindən hesablanması, barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və həbs qətimkan tədbirinin seçilməsi, barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsinin və həbsdə saxlanılmasının nəzərə alınması, hökm qanuni qüvvəsini alanadək Məhkum1 barəsində hazırki cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, 16 dekabr 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 1 (bir) uşağı olan, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 306.1 və 307.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum2 19 dekabr 2021-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 29 (iyirmi doqquz) günün ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmas ı və onun üzərində 2 (iki) il 4 (dörd) ay 1 (bir) gün müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum2 üzərində saxlanılmış cəzanın əvvəlinin 01 may 2023-cü il tarixdən hesablanması, Məhkum2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, dərhal məhkəmə iclas zalından həbs edilməsi, bu hissədə hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, hökm qanuni qüvvəsini alanadək Məhkum2 barəsində hazırki cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Dövlət ittihamçısı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.2-ci maddəsi üzrə ittihamdan imtina etməsi səbəbindən cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə bağlı hissədə xitam verilməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Məhkum1 və onun müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxs Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X15 (sədrlik edən və məruzəçi) X11 və X7 ibarət tərkibdə) 1(103)-1340/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qism ən ləğv edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli,1(101)-227/2023 saylı hökmü ləğv edilmiş, dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi üzrə ittihamdan Məhkum1 və Məhkum2 münasibətdə imtina etməsi səbəbindən cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə bağlı hissədə bəraətverici əsaslarla xitam verilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və o, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 19 dekabr 2021-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 07 (yeddi) il 4 (dörd) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 və 32.5, 177.3.2-ci maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsi ilə 05 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 06 (a ltı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 isə 19 dekabr 2021-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmış, üzərində qəti olaraq 05 (beş) il 4 (dörd) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum1 və Məhkum2 cəza çəkmə müddətinin əvvəlinin 01 may 2023-cü il tarixindən hesablanması, Məhkum1 və Məhkum2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1340/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli hökmündən məhkum ların müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən kassasiya şikayətləri verilmişdir. Dövlət ittihamçısı tərəfindən kassasiya protesti və kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: İttiham aktına əsasən, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29,177.3.2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb oğurlamış və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb oğurlamağa cəhd etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Məhkum1 yaşayış sahəsi və saxlanc yerinə daxil olaraq özgənin külli miqdarda əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəza çəkmə müəssisəsində cəza çəkdiyi tanışı Məhkum2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılığa əsasən onun müşahidələri əsasında əvvəlcədən müəyyən etdiyi Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla külli miqdarda əmlakı gizli ələ keçirmək məqsədi ilə 09 dekabr 2021-ci il tarixdə, saat 22:18 radələrində qeyd edilən yaşayış evinin həyətinə daş hasardan aşma yolu ilə qanunsuz daxil olaraq evin saxlanc yeri hesab olunan zirzəmisinin dəmir qapı kilidini sındırmaqla, oradan götürdüyü çəkic və zubil vasitəsilə ev in birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını sındırıb yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otaqlarının birində paltar dolabında saxlanılan kiçik həcmli birqapılı 1 (bir) ədəd dəmir seyfi və digər yataq otağında iri həcmli ikiqapılı daha 1 (bir) ədəd dəmir seyfin olduğunu aşkar etdikdən sonra bu barədə istifadəsində olan “WhatsApp” proqram təminatlı ***-***-**-** nömrəsindən cinayətkar qrupun digər üzvü Məhkum2 istifadəsində olan “WhatsApp” proqram təminatlı 070- ***-**-** nömrəsinə oğurluq etdiyi mənzildə olduğu, mənzildən 2 (iki) ədəd seyf aşkar etdiyi, ələ keçirdikləri əmlakı bölüşdürəcəkləri yer və vaxt barədə məlumat ötürdükdən və qrup üzvü Məhkum2 SMS vasitəsi ilə razılıq və dəstək işarəsi aldıqdan sonra cinayətkar pla nın davamı olaraq o, fiziki gücünün yetdiyi kiçik həcmli birqapılı seyfi evin birinci mərtəbəsinin pəncərəsindən qanunsuz daxil olduğu otağa daşıyaraq çəkiç və zubildən istifadə edib kiçik həcmli birqapılı seyfin qapısını sındırmaqla açaraq qanunsuz daxil olub içərisindən zərərçəkmiş şəxsə məxsus milli manat məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları və milli manat məzənnəsi ilə 3.854 (üç min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik təşkil edən 2.000 (iki min) avro olmaqla, ümumilikdə 71.854 (yetmiş bir min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla oğurluq edib cinayəti başa çatdırmış, qanunsuz hərəkətlərinin davamı olaraq o, mənzilin ikinci mərtəbə sində olan və əvvəlcədən aşkar etdiyi iri həcmli ikiqapılı seyfi çəkiç və zubildən istifadə etməklə içərisindəki milli manat məzənnəsi ilə 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dolları məbləğində nağd pul vəsaitini ələ keçirmək istəyərkən seyfin sərt və möhkəm materialdan, eləcə də mənzil sahibi və kənar şəxslər tərəfindən yaxalanma ehtimalının olması səbəbindən saxlanc yeri hesab olunan seyfi aça bilməmiş və mənzili tərk etmə qərarına gələrək bununla da iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs1 məxsus milli manat məzənnəsi ilə 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dolları məbləğində külli miqdarda nağd pul vəsaitini ələ keçirə bilməməklə cinayəti başa çatdıra bilməmiş və hadisə yerini tərk edə rək 10 dekabr 2021-ci il tarixdə, saat 00:18-də Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Malakan bağının” yaxınlığında ələ keçirdiyi vəsaitin milli manat məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları hissəni cinayətkar qrupun üzvü Məhkum2 verməklə bölüşdürmüşdür. İstintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29,177.3.2 və 306.1-ci maddələri ilə ittiham verilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb oğurlamış və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olara q talayıb oğurlamağa cəhd etmiş, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Məhkum2 yaşayış sahəsi və saxlanc yerinə daxil olaraq özgənin külli miqdarda əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəza çəkmə müəssisəsində cəza çəkdiyi tanışı Məhkum1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılığa əsasən Məhkum1 əvvəlcədən müəyyən etdikləri Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla külli miqdarda əmlakı gizli ələ keçirmək məqsədi ilə 09 dekabr 2021-ci il tarixdə, saat 22:18 radələrində qeyd edilən yaşayış evinin həyətinə daş hasardan aşma yolu ilə qanunsuz daxil ol araq evin saxlanc yeri hesab olunan zirzəmisinin dəmir qapı kilidini sındırmaqla daxil olaraq oradan götürdüyü çəkic və zubil vasitəsilə evin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını sındırıb yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otaqlarının birində paltar dolabında saxlanılan kiçik həcmli birqapılı 1 (bir) ədəd dəmir seyfi və digər yataq otağında iri həcmli ikiqapılı daha 1 (bir) ədəd dəmir seyfin olduğunu aşkar etdikdən sonra bu barədə istifadəsində olan «WhatsApp» proqram təminatlı ***-***-**-** nömrəsindən onun istifadəsində olan «WhatsApp» proqram təminatlı ***-***-**-** nömrəsinə oğurluq etdiyi mənzildə olduğu, mənzildən 2 (iki) ədəd seyf aşkar etdiyi, ələ keçirdikləri əmlakı bölüşdürəcəkləri yer və vaxt barədə məluma t ötürdükdən və ondan SMS vasitəsi ilə razılıq və dəstək işarəsi aldıqdan sonra cinayətkar planın davamı olaraq Məhkum1 fiziki gücünün yetdiyi kiçik həcmli birqapılı seyfi evin birinci mərtəbəsinin pəncərəsindən qanunsuz daxil olduğu otağa daşıyaraq çəkiç və zubildən istifadə edib kiçik həcmli birqapılı seyfin qapısını sındırmaqla açaraq qanunsuz daxil olub içərisindən zərərçəkmiş şəxsə məxsus milli manat məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları və milli manat məzənnəsi ilə 3.854 (üç min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik təşkil edən 2.000 (iki min) avro olmaqla, ümumilikdə 71.854 (yetmiş bir min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla oğu rluq edib cinayəti başa çatdırmış, qanunsuz hərəkətlərinin davamı olaraq Məhkum1 mənzilin ikinci mərtəbəsində olan və əvvəlcədən aşkar etdiyi iri həcmli ikiqapılı seyfi çəkiç və zubildən istifadə etməklə içərisindəki milli manat məzənnəsi ilə 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dolları məbləğində nağd pul vəsaitini ələ keçirmək istəyərkən seyfin sərt və möhkəm materialdan, eləcə də mənzil sahibi və kənar şəxslər tərəfindən yaxalanma ehtimalının olması səbəbindən saxlanc yeri hesab olunan seyfi aça bilməmiş və mənzili tərk etmə qərarına gələrək bununla da iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs1 məxsus milli manat məzənnəsi ilə 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dolları məbləğində külli mi qdarda nağd pul vəsaitini ələ keçirə bilməməklə cinayəti başa çatdırma bilməmiş və hadisə yerini tərk edərək 10 dekabr 2021-ci il tarixdə, saat 00:18-də Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Malakan bağının” yaxınlığında ələ keçirdiyi vəsaitin milli manat məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (İyirmi min) ABŞ dolları hissəni ona verməklə bölüşdürmüşdür. Bundan başqa o, cavabdeh kimi ondan 25.800 ABŞ dolları məbləğində (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(004)-2098/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmuru nun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə təqdimat verilən 03 noyabr 2021-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə heç bir məbləğdə pul vəsaiti ödəməmiş, həmin məbləğdə maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyib ədalət mühakiməsinin nüfuzuna xələl gətirmiş dir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi3 kassasiya şikayətində göstərmişdir ki, baxış protokolunda baxışın başlanması və qurtarması saatı qeyd olunmayıb, həmin protokolda 3-cü səhifədə 2 imza var, 2 imza yoxdur, 4-cü səhifədə 2 imza var, 2 imza yoxdur, 5-ci səhifədə 1 və 2 rəqəmlərinin qarşısında imza var və əvvəlki imzalara oxşadılıb. 6-cı səhifədə heç bir qeyd yoxdur. Mütəxəssis imzası var, lakin kimliyi məlum deyil. Baxış protokolunda hadisə yerindən, hər hansı maddi sübutun, pəncərənin barmaqlığından əl barmaq izlərinin götürülüb-götürülməməsi qeyd olunmayıb. Gülmalıyevin baxış protokolunda iştirak etdi sözünün qarşısında olan imza ilə 8-ci səhifədə olan imzası fərqlidir, eyni imza deyil. DİN KTİ-nə ünvanlanmış xx.xx.2023-ci il tarixli eyni qeydiyyat nömrəli məktublarda poli s rəisi Musa Musayevin imzaları yoxdur. xx.xx.2021-ci il tarixli, 059-48114-174 №li CAŞ-nin rəisi X13 Şöbəsinin rəisi Müşviq Qurbanova imzaladığı məktubla Məhkum1 və Məhkum2 istintaqa təqdim edilir. Necə olur oğurluq hadisəsi barədə polisə məlumat verilir xx.xx.2021-ci ildə hadisə yerinə baxış keçirilir, onlar isə xx.xx.2021-ci ildə istintaqa göndərilir. Tutma protokolunda zaman xx.xx.2021-ci il saat 05:00 qeyd edilib. xx.xx.2021-ci il saat 05:00 dan xx.xx.2021-ci il saat 05:00 kimi (11 gün) Qəhrəmanov və Əliyev harada olmuşlar. İstintaq zamanı zərərçəkən Gülmalıyev dindirilərkən evin həyətində dəmir parçasının olub olmaması, baxış zamanı onun həyətində aşkar edilib-edilməməsi, zirzəmidə zubil və çəkic saxlaması, baxış zamanı hadisə yerində aşkar edilib götürülməsi, ov tüfənginin patronl arının saxlanıldığı yer barədə soruşulmamış və aydınlıq gətirilməmişdir. xx.xx.2021-ci il tarixində şübhəli şəxs Məhkum1 ifadəsinin yerində yoxlanması protokolunda dəmir barmaqlıqların nə ilə, yəni Qəhrəmanovun dediyi kimi zubul və çəkiclə sındırılmasına aydınlıq gətirilməsi üçün ekspertiza təyin olunmamışdır. Həmçinin zirzəminin qıfılının sındırılmasına və ya açar seçmə üsulu ilə açılmasına aydınlıq gətirilməsi üçün götürülməli və ekspertizaya təqdim olunmalı idi. Hadisə yerindən ayaqqabı izləri götürülməyib, olub olmaması protokolda qeyd olunmayıb. İfadənin yerində yoxlanması protokolunda fotoşəkillərin çəkilməsi qeyd olunsa da, fotoşəkillər protokola əlavə edilməyib. KTE-nin 17.17.21 tarixli, №li protokolunda qeyd olunur ki, seyf üzərindən götürülmüş əl-barmaq izləri X1 və X2 məxsusdur. Məhkum2 məxsus 077 ***-**-** mobil nömrəsinə baxış protokolu və yazışmanın fotoşəkilləri barədə baxış protokolunda yazışmanın yazıldığı tarixin olub-olmaması (faktiki yoxdur) qeyd olunmayıb, fotoşəkillərdə saat fiksasiya olunub, tarix isə qeyd olunmayıb. Kompyuter texniki ekspertizanın 5/246 nömrəli rəyində qeyd olunur ki, pozulmuş məlumatlar müəyyən olundu (rəyə əlavə olunmuş İki ədəd DVD-R disk) qoşmada qeyd edilib, lakin işdə yoxdur. Şahid əməliyyat müvəkkili Şahid6 göstərir ki, İsmayılov evdən gedərkən özünə aid qara rəngli kapşonkalı koftasın çıxarıb onun yerinə ev sahibinə aid boz rəngli idman koftasını geymiş, hasarı aşıb gedərkən qara rəngli kapşonka kofta düşmüşdür. Bu incəlikləri ona haradan məlum olması bilinmir. xx.xx.2022-ci il tarixli əşyalara baxış protokolunda vaxt qeyd ed ilməyib. Həmin protokolda qeyd olunur ki, yun əlcəyin baş barmağının ucu kəsilmiş vəziyyətdədir. Belə olan halda Qəhrəmanovun barmaq izi hadisə yerində aşkar edilməli idi. xx.xx.2022-ci il tarixli protokola görə saat 15.00-dən saat 15:20-ə kimi anten dairəsində hadisənin baş verdiyi Süleyman Dadaşov 44 ünvan hadisə qeydə alınmayıb. Baxış barədə mənbə (disk) işə əlavə edilməyib. 4-cü PB-nin müstəntiqə xx.xx.2022-ci il tarixli 0519122№li cavab məktubunda qeyd olunur ki, hal şahidləri qeyd edilən ünvanda yaşamadıqları üçün istintaqa cəlb olunmurlar. Həmçinin qeyd olunur ki, Məhkum1 tanınmamaq üçün hadisə yerindən götürdüyü idman gödəkçəsini geyinib, hasarı aşarkən özünə aid qara rəngli kapşonka papağı və koftası hadisə yerində qalmışdır. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixd ə hadisə yeri olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Hadisə yerinə baxış keçirilməsinə dair protokol diyircəkli qələmlə yazılmaqla tərtib edilmiş və baxış zamanı 2 (iki) nəfər hal şahidinin həmin prosessual hərəkətdə iştirak etməsi görünür. Lakin qeyd edilən protokolda göstərilmiş hal şahidlərinin imzaları yoxdur. Bu isə o deməkdir ki. xx.xx.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi barədə protokol qanunsuzdur və ittihamın qiymətləndirilməsi zamanı mötəbər sübut qismində çıxış edə bilməz. Təkrar istintaq dövründə müstəntiq guya hadisənin Qəhrəmanov tərəfindən edilməsi barədə video əlavə etmişdir. Zərərçəkən ifadəsində bildirdi ki, öz yaşadığı və ətrafda olan evlərdə baxış keçirərkən, heç bir hadisə qeydə alınma mışdır. Müstəntiqin videonu necə əldə etməsi məlum olmur. Həmin videoda sifəti bilinməyən insan silueti görünür, hətta onun kişi və ya qadın olunması bilinmir. Videoda görünən binanın hadisənin baş verdiyi yer olduğu sübutlarla müəyyən olunmur. 21 dekabr 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokola və ona əlavə edilmiş fotoşəkilə münasibətdə qeyd edir ki, protokolda Məhkum2 mesajın hansı tarixdə, saat neçədə yazılması göstərilməmişdir. Mesaj cinayət hadisəsi baş verən zaman və hadisə yerindən göndərilmişdisə, onun tarixi və saatı da bəlli olmalı idi. İstintaq orqanı bu halı tam araşdırmamış, məhkəmə zamanı isə bunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı həm Məhkum1, həm də Məhkum2 məxsus cinayət işinə əlavə edilmiş telefonlarda mesajların tədqiq e dilməsi mümkün olmadı. Bu halda nəzərə alınmalıdır ki, cinayət hadisəsi baş verdikdən, hadisə yeri müəyyən edildikdən bir necə gün sonra həm Məhkum1, həm də Məhkum2 telefonları polis əməkdaşlarında olmuş və iş materiallarına əlavə edilmişdir. 14 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkzinin 5/246 nömrəli ekspertiza rəyindən görünür ki, Məhkum2 məxsus olmaqla tədqiq olunan “Samsung Galaxy A30” markalı mobil smartfonun yaddaşında mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. Məlumatların nədən ibarət olduğu məlum deyil və işə əlavə edilməmişdir. Rəylə bağlı disklər işdə yoxdur. 27 iyul 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edimiş siyahıya münasibətd ə qeyd edilir ki, hadisə yeri həmin küçələr deyil, ünvan 2 ünvanında yerləşdiyi halda necə müəyyən edilir ki, Məhkum1 22:18- də artıq cinayət baş verdiyi yerdədir. Həmçinin bunun əksi olaraq xx.xx.2022-ci il tarixli protokolda qeyd edilir ki, xx.xx.2021-ci il tarixdə, saat 22:00 - 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov və Qarayev küçələrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli 1 (bir)ədəd CD diskə baxış keçirilməsi haqqında protokola nəzərən qeyd edilmişdir ki, necə və nə ilə müəyyən etdilər ki, hasardan küçəyə tullanan Məhkum1dır və idman gödəkçəsinin zəncirbəndini bağlayıb altına pulları yığmışdır. Həmçinin qeyd edilir ki, evin hasarının üzərindən bir nəfər hündür, ağzında maska və kişi cinsindən olan bir şəxs küçəyə tullanır əks istiqam ətə sağa sola baxaraq tələsik şəkildə oradan uzaqlaşır. Qeyd edilən videogörüntüdə öz əksini tapmış (hasarın üzərindən tullanan və ağzinda maska olan şəxs) şəxsin üzü görünmədiyindən onun Qəhrəmanov olmasını müəyyən etmək mümkün olmamışdır. 19 dekabr 2021-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan Məhkum1 törətmiş olduğu cinayət əməlini əyani şəkildə izah etməsi göstərilməyib, lakin həmin protokolda onun ilk dəfə təziq, işgəncə altında verdiyi ifadəsi protokola qeyd edilmişdir. Əgər həqiqətəndə Məhkum1 bunu könüllü etmiş olsaydı, cinayət törətdiyi yeri əyanı izah edib göstərməli idi. Məhkəmə tərəfindən Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsi təhrif olunmuş şəkildə qeyd edilmişdir. Zərərçəkmiş Gülmalıyev məhkəmədə verdiyi ifadəsində qeyd etdi ki, İ smayıl polis əməkdaşları onun evinə gətirdikdə o, bildirdi ki, bu evdə olmamış və oğurluq etməmişdir. Bundan sonra onu gətirən polis əməkdaşlarından biri ona yaxınlaşıb üstünə qışqırıb dedi ki, səni dağıdaram “sən Polis İdarəsində hər şeyi etiraf etmisən, səni dağıdaram göstər. Bundan sonra o,evin pəncərəsində quraşdırılmış dəmir barmaqlığın sındırılmış hissəsindən içəri doğru keçdi (bədəninin yarısı) və geri qayıtdı və mənzildə başqa heç bir yeri göstərə bilmədi (Gülmalıyevin məhkəmədə verdiyi ifadəsi hökmdə 6-7ci səhifədə qeyd edilib auido yazıdada dinləmək olar). İfadənin yerində yoxlanması protokolunda Məhkum1 mənzildən pulu və sair alətləri göstərməsi qeyd olunmamışdır. Əslində Məhkum1 həqiqətən də həmin evdə oğurluq etmişdirsə və səmimi olaraq bunu etiraf etmişdisə o, pəncərənin barm aqlığını necə kəsməsini, zirzəminin qapısını nə ilə necə açmasını, pulları götürdüyü seyfləri, seyfi necə sürüməsini, necə açmasını, pulları mənzildən götürdükdən sonra bədəninin hansı hissəsində gizlətməsini və s. halları göstərməli və bu barədə ifadənin yerində yoxlanması protokolunda qeyd edilməli idi. Lakin işdə belə protokol yoxdur. Mesajın hansı tarixdə, hansı saat göndərilməsi baxış protokolunda qeyd edilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, hər iki təqsirləndirilən şəxsin qeyd edilən mobil telefonları hadisə yerinə baxış keçirildikdən, zərərçəkmiş şəxs dindirildikdən və hadisədən 10-11 gün sonra polis əməkdaşlarında olmuşdur. Buna görə də məhkəmənin bu qənaəti inandırıcı deyil və şübhəli məqamdır. Məhkəmə araşdırılması zamanı qeyd edilən mobil telefonda bu mesajın tədqiqi mümkün olmadı. Üçüncü məsələ ondan ibarətdir ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs İsmayılov Qəhrəmanovun istifadəsində olmuş mobil nömrənin anten dairəsinin müəyyən edilməsi barədə sübutlar əldə edilmiş və 31 may 2022-ci il tarixli mobil telefon danışıqlarının olduğu diskə baxış keçiriləsi barədə protokol əsasında müəyyən edilmişdir ki, Məhkum1 istifadəsində olmuş 070 ***-**-** mobil nömrə anten məlumatları əsasında oğurluq cinayəti baş verən vaxt, yəni xx.xx.2021-ci il tarixdə saat 22:00-23:00 radələrində Bakı şəhəri, Вinəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov və Qarayev küçələrində qeydə alınmışdır. Bundan əlavə cinayətin törədilmə vaxtı istintaqla dəqiq müəyyən edilməmişdir. Məhkum1 telefon dairəsinin xx.xx.2021-ci il tarixdə Rəsulzadə qəsəbəsi, Musabəyov və Qarayev küçələr ində qeydə alınması ilə onun həmin cinayəti törətməsi qənaətinə gəlməsi yanlışdır. Hadisə yeri qeyd olunan küçələrdə deyil, Süleyman Dadaşov küçəsidir. Hesab edirəm ki, ziddiyyətli və şübhəli məqamlarla dolu bu 3 məsələ ilə bağlı məhkəmənin Məhkum1 hərəkətlərinə hüquqi qiymət verməsi kifayət qədər əsaslı deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, Məhkum1 barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi2 kassasiya şikayətində göstərmişdir ki, baxış protokolunda baxışın başlanması və qurtarması saatı qeyd olunmayıb, həmin protokolda 3-cü səhifədə 2 imz a var, 2 imza yoxdur, 4-cü səhifədə 2 imza var, 2 imza yoxdur, 5-ci səhifədə 1 və 2 rəqəmlərinin qarşısında imza var və əvvəlki imzalara oxşadılıb. 6-cı səhifədə heç bir qeyd yoxdur. Mütəxəssis imzası var, lakin kimliyi məlum deyil. Baxış protokolunda hadisə yerindən, hər hansı maddi sübutun, pəncərənin barmaqlığından əl barmaq izlərinin götürülüb-götürülməməsi qeyd olunmayıb. Gülmalıyevin baxış protokolunda iştirak etdi sözünün qarşısında olan imza ilə 8-ci səhifədə olan imzası fərqlidir, eyni imza deyil. DİN KTİ-nə ünvanlanmış xx.xx.2023-ci il tarixli eyni qeydiyyat nömrəli məktublarda polis rəisi Musa Musayevin imzaları yoxdur. xx.xx.2021-ci il tarixli, 059-48114-174 №li CAŞ-nin rəisi X13 Şöbəsinin rəisi Müşviq Qurbanova imzaladığı məktubla Qəhrəmanov Məhkum1 və Məhkum2 istintaqa təqdim edilir. Necə olur oğurluq hadisəsi barədə polisə məlumat verilir xx.xx.2021-ci ildə hadisə yerinə baxış keçirilir, onlar isə xx.xx.2021-ci ildə istintaqa göndərilir. Tutma protokolunda zaman xx.xx.2021-ci il saat 05:00 qeyd edilib. xx.xx.2021-ci il saat 05:00 dan xx.xx.2021-ci il saat 05:00 kimi (11 gün) Qəhrəmanov və Əliyev harada olmuşlar. İstintaq zamanı zərərçəkən Gülmalıyev dindirilərkən evin həyətində dəmir parçasının olub olmaması, baxış zamanı onun həyətində aşkar edilib-edilməməsi, zirzəmidə zubil və çəkic saxlaması, baxış zamanı hadisə yerində aşkar edilib götürülməsi, ov tüfənginin patronlarının saxlanıldığı yer barədə soruşulmamış və aydınlıq gətirilməmişdir. xx.xx.2021-ci il tarixində şübhəli şəxs Məhkum1 ifadəsinin yerində yoxlanması protokolunda dəmir barmaqlıqların nə ilə, yəni Qəhrəmanovun dediyi kimi zubil və çəkiclə sındırılmasına aydınlıq gətirilməsi üçün ekspertiza təyin olunmamışdır. Həmçinin zirzəminin qıfılının sındırılmasına və ya açar seçmə üsulu ilə açılmasına aydınlıq gətirilməsi üçün götürülməli və ekspertizaya təqdim olunmalı idi. Hadisə yerindən ayaqqabı izləri götürülməyib, olub-olmaması protokolda qeyd olunmayıb. İfadənin yerində yoxlanması protokolunda fotoşəkillərin çəkilməsi qeyd olunsa da, fotoşəkillər protokola əlavə edilməyib. KTE-nin 17.17.21 tarixli, №li protokolunda qeyd olunur ki, seyf üzərindən götürülmüş əl-barmaq izləri X1 və X2 məxsusdur. Məhkum2 məxsus 077 ***-**-** mobil nömrəsinə baxış protokolu və yazışmanın fotoşəkilləri barədə baxış protokolunda yazışmanın yazıldığı tarixin olub-olmaması (faktiki yoxdur) qeyd olunmayıb, fotoşəkillərdə saat fiksasiya olunub, tarix isə qeyd olunmayıb. Kompyüter texniki ekspertizanın 5/246 nömrəli rəyində qeyd olunur ki, pozulmuş məlumatlar müəyyən olundu (rəyə əlavə olunmuş İki ədəd DVD-R disk) qoşmada qeyd edilib, lakin işdə yoxdur. Şahid əməliyyat müvəkkili Şahid6 göstərir ki, İsmayılov evdən gedərkən özünə aid qara rəngli kapşonkalı koftasın çıxarıb onun yerinə ev sahibinə aid boz rəngli idman koftasını geymiş, hasarı aşıb gedərkən qara rəngli kapşonka kofta düşmüşdür. Bu incəliklərin ona haradan məlum olması bilinmir. xx.xx.2022-ci il tarixli əşyalara baxış protokolunda vaxt qeyd edilməyib. Həmin protokolda qeyd olunur ki, yun əlcəyin baş barmağının ucu kəsilmiş vəziyyətdədir. Belə olan halda Qəhrəmanovun barmaq izi hadisə yerində aşkar edilməli idi. xx.xx.2022-ci il ta rixli protokola görə saat 15.00-dən saat 15:20-ə kimi anten dairəsində hadisənin baş verdiyi Süleyman Dadaşov 44 ünvan hadisə qeydə alınmayıb. Baxış barədə mənbə (disk) işə əlavə edilməyib. 4-cü PB-nin müstəntiqə xx.xx.2022-ci il tarixli 0519122№li cavab məktubunda qeyd olunur ki, hal şahidləri qeyd edilən ünvanda yaşamadıqları üçün istintaqa cəlb olunmurlar. Həmçinin qeyd olunur ki, Məhkum1 tanınmamaq üçün hadisə yerindən götürdüyü idman gödəkçəsini geyinib, hasarı aşarkən özünə aid qara rəngli kapşonka papağı və koftası hadisə yerində qalmışdır. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə hadisə yeri olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Hadisə yerinə baxış keçirilməsinə dair protokol diyircəkli qələml ə yazılmaqla tərtib edilmiş və baxış zamanı 2 (iki) nəfər hal şahidinin həmin prosessual hərəkətdə iştirak etməsi görünür. Lakin qeyd edilən protokolda göstərilmiş hal şahidlərinin imzaları yoxdur. Bu isə o deməkdir ki. xx.xx.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi barədə protokol qanunsuzdur və ittihamın qiymətləndirilməsi zamanı mötəbər sübut qismində çıxış edə bilməz. Təkrar istintaq dövründə müstəntiq guya hadisənin Qəhrəmanov tərəfindən edilməsi barədə video əlavə etmişdir. Zərərçəkən ifadəsində bildirdi ki, öz yaşadığı və ətrafda olan evlərdə baxış keçirərkən, heç bir hadisə qeydə alınmamışdır. Müstəntiqin videonu necə əldə etməsi məlum olmur. Həmin videoda sifəti bilinməyən insan silueti görünür, hətta onun kişi və ya qadın olunması bilinmir. Videoda görünən binanın hadis ənin baş verdiyi yer olduğu sübutlarla müəyyən olunmur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, Məhkum1 barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumların və müdafiəçilərin kassasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, Müdafiəçi3 kassasiya şikayəti təmin olunmamalı, Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Mə cəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiy ası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. İlk öncə məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə münasibətdə bildirir ki, müdafiəçi kassasiya şikayətində işə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində baxılan zaman CPM-in müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu bildirmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli 1(103)-1340/2023 saylı hökmünün ləğv edilməsini, CM-nin 177.3.2-ci maddəsi ilə Məhkum1 əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahi yyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 1(103)-1340/2023 saylı hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və baş qa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Məhkum1 qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və məhkəmələr tərəfindən işə baxılan zaman CPM-in müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulduğu barədə müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü dəlillərinin ibtidai araşdırma orqanının topladığı və məhkəmə baxış ı zamanı tədqiq olunmaqla təsdiq olunmuş və cinayət işinin digər materialları ilə, habelə tədqiq olunmuş digər mötəbər sübutlarla kifayət qədər təkzib edildiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum1 əməlini Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə toplanmış sübutların məcmusunun müqayisəli şəkildə təhlili və qiymətləndirilməsi nəticəsində Məhkum1 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə oğurluq cinayətini törətməsi barədə gəldiyi nəticə ilə razılaşır. Müdafiəçi3 Məhkum1 ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi x üsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, məhkumun ona qarşı irəli sürülən cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum1 əməlində CM-in 177.3.2-ci maddəsinin tərkibi vardır, kassasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi haqlı olaraq işin faktiki hallarını nəzərə alaraq Məhkum1 əməlini Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 177.3.2-ci maddəsinə tövsif etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və Məhkum1 Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tuta n Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üç ün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyin i ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini ilə bağlı Məhkum1 onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən hallar kimi onun ailəli olduğunu, iki azyaşlı övladının olmasını, cəzasını ağırlaşdıran halların olmadığını, barəsində ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. Odur ki, məhkəmə kollegiyası məhkumun və müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin t əmin edilməməsi barədə çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum1 münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 1(103)1340/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, müdafiəçi kassasiya şikayətində işə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində baxılan zaman CPM-in müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu bildirmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli 1(103)-1340/2023 saylı hökmünün ləğv edilməsini, CM-nin 32.5, 177.3.2 və 306.1-ci maddələri ilə Məhkum2 əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 1(103)-1340/2023 saylı hökmünün qanuniliyini və əsaslılığını Məhkum2 aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquq i qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəb ər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsinin məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən etdiyi hallar Məhkum2 məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyib ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini təsdiq etsə də, apellyasiya məhkəməsi onun hərəkətlərini yəni özgənin əmlakını gizli olaraq talama ilə müşayiət edilən külli miqdarda ziyan vurmaqla oğurluqda iştirakçı kimi Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iş üzrə əhəmiyyət kəsb edən hallardan biridə ondan ibarətdir ki, Məhkum1 yuxarıda göstərilən cinayət əməllərini törətdikdən və hadisə yerini tərk etdikdən sonra, yəni 10 dekabr 2021-ci il tarixdə, saat 00:18- də Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Malakan bağının” yaxınlığında Məhkum2lə görüşərək milli manat məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini Məhkum2 vermişdir. Belə ki, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında digər təqsirləndirilən şəxs Məhkum1la Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etməsi ilə bağlı ibtidai araşdırma nəticəsində heç bir sübut əldə edilməmiş, habelə təqsirləndirilən şəxs Məhkum2 polis əməkdaşları tərəfindən tutulduqdan sonrakı dövrdən başlayaraq ibtidai araşdırmanın sonunadək, habelə məhkəmə istintaqında vermiş olduğu bütün ifadələrində Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cina yət əməlini törətmədiyini, zərərçəkmiş şəxsə məxsus evə daxil olmadığını, həmin evdən oğurluq etmədiyini və ümumiyyətlə oğurluq baş verən ərazidən keçmədiyini bildirmişdir. Kollegiya onu da qeyd edir ki, həm cinayət işinin materialları əsasında, həm də məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum1 oğurluq etmək məqsədi ilə zərərçəkmiş şəxsin evinə təkbaşına daxil olmuşdur. Məhkum1 həmin evdə olarkən və oğurluq edərkən bir neçə dəfə mobil telefon vasitəsi ilə Məhkum2lə danışsa və onlar bir-birinə mesajlar yazsalar da, həmin danışığın məzmunu məlum olmadığından, mesajların məzmununda isə Məhkum2 hər hansı məsləhət verməsi, oğurluqla bağlı göstərişlər verməsi kimi hallar mövcud olmamış, bunun əksinə olaraq Məhkum2 həmin vaxt 28 May kimi tanınan əra zidə olmasını bildirmişdir. Yəni göstərilənlər açıq şəkildə onu göstərir ki, Məhkum2 oğurluq cinayəti törədilən zaman həmin ərazidə olmamış, Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etməmiş, habelə sonuncuya məsləhət verməmiş, cinayətin törədilməsində sair formada iştirak etməmiş, habelə cinayətin törədilməsində təqsirkar şəxsə köməklik etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 yuxarıda göstərilən cinayət əməllərini törətdikdən və hadisə yerini tərk etdikdən sonra, yəni 10 dekabr 2021-ci il tarixdə, saat 00:18-də Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Malakan bağının” yaxınlığında Məhkum2lə görüşərək milli manat məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini Məhkum2 vermiş, Məh kum2 isə həmin pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin vəsaiti öz mənfəətləri üçün xərcləmiş və bununlada həmin vəsaitdən istifadə etmişdir. Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsində qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə cinayət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 194.1-1-ci maddəsində qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə əməlləri xeyli miqdarda törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşd ur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum2 əməli özgənin əmlakını gizli olaraq talama yəni oğurluq cinayətinin tərkibini yaratmadığından onun əməli CM-in 32.5, 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilməmiş və nəticəyə gələrkən səhvə yol vermişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum2 cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə əməlini törətməsi təsdiq edildiyindən onun əməlləri Azərbaycan Respublikası CM-in 194.1-1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. Kassasiya şikayətində göstərilən digər dəlillərdən biridə Məhkum 2 CM-in 306.1-ci maddəsi ilə əsassız məhkum edilməsi barədədir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə istintaqında müəyyən edilmişdir ki, Məhkum2 cavabdeh kimi ondan 25.800 ABŞ dolları məbləğində (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(004)-2098/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə, yəni tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə heç bir məbləğdə pul vəsaiti ödəmədi yinə görə sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkum2 qərəzli olaraq qanuni qüvvəsini almış məhkəmə aktını icra etməməsinə dəlalət edən başlıca amil ondan ibarətdir ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəsinin qətnaməsi əsasında heç bir məbləğdə pul vəsaitini tələbkara ödəməmişdir. Qeyd edilən dövr ərzində cüzi məbləğdə belə tələbkara pul vəsaitinin ödənilməməsi ona dəlalət edir ki, Məhkum2 məhz qərəzli şəkildə qanuni qüvvəsini almış məhkəmə aktını icra etməmişdir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini ək s etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni süb utlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, m ötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum2 tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçinin kassasiya şikayətində bu əməlin törədilməməsi ilə bağlı irəli sürdüyü dəlillər tamamı ilə əsassız olduğu ndan bu hissədə Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli hökmünün dəyişdirilməsi üçün heç bir əsas yoxdur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında n əyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digə r sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız CinayətProsessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayətmühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərifindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarından da göründüyü kimi Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 32.5, 177.3.2-ci maddələrinə tövsif edilməsi qanuni deyildir. Odur ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməklə, onun törətdiyi əməlləri Azərbaycan Respublikası CM-in 32.5, 177.3.2-ci maddələrindən CM-in 194.1-1-ci maddəsinə tövsif olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum1 müda fiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli hökmü Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə aid hissədə dəyişdirilsin. Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 32.5, 177.3.2-ci maddəsindən həmin Məcəllənin 194.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 194.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 194.1-1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 19 dekabr 2021-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə təyin edilmiş cəzadan çıxılsın. Məhkum2 üzərində qəti olaraq 02 (iki) il 4 (dörd) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrumet mə cəzası saxlanılsın. Məhkum2 cəza çəkmə müddətinin əvvəli 01 may 2023-cü il tarixindən hesablansın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-718/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-718/2024
04.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver