Məhkəmə qərarları › İş №1(102)-719/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-719/2020

30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-719/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Məmmədov) Məhkum, xx xxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlər in məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə CM-nin 180.2.1, 180.2.3 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 (on bir) ay 10 (on) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıq dan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxxxx 2017-ci il tarixdə, saat 01 radələrində tanışları – X10 və digər şəxslərlə Göygöl rayonunda yerləşən “Çənlibel” kafesində olarkən sərxoş vəziyyətdə olan dostu, Səbuhi Heydərovun onlarla eyni masada oturmuş, şəxsiyyəti istintaqa məlum olmayan Elnur və digər şəxsin onunla mübahisə etməsini zənn edərərək bunu bəhanə edib, heç bir əsaslı s əbəb olmadan masa üzərində olan pivə bakalını kafenin divarına çırpması səbəbindən ona iradı bildirən, həmin vaxt kafedə müştəri qismində əyləşmiş, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən digər şəxs olan X4 təhqir edib ayağı ilə qarın nahiyyəsindən vurmuş, daha sonra əməlini davam etdirərək onu kafedən çölə çıxarmış, burada onları ayırmağa cəhd edən, sonuncunun tanışı X11 da əl və ayaqla döyərkən, bunun üçün heç bir əsaslı səbəb olmadan Səbuhi Heydərovun qeyd edilən xuliqanlıq xərəkətlərinə qoşulub bir qrup şəxs halında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdaki digər şəxslər üçün aşkar surətdə ictimai qaydada laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə aç ıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək S.Heydərovla birlikdə X4 və X11 əl və ayaq zərbələri ilə döyüb X5 ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən – burun üstü nahiyyədə 2,Ox 1,0 sm, hər iki gözətraflı nahiyyədə 5,0x4,0 sm və 4,0x4,0 sm göyümtül – yaşılaçalar rəngli, qeyri müəyyən formalı qançırlar xəsarətləri, X12 isə S.Heydərov əl və təpiklə o, isə əlavə olaraq yerdən götürdüyü, silah qismində istifadə etdiyi beton parçası ilə başından zərbə endirərək ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müüddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid edilən sol qaş nahiyyəsində 2,0 sm uzunluqda, çəhrayi rəngli çapıq toxuması, sol qaş nahiyyəsinin yarası, sol göz ətr afı nahiyyənin yumşaq toxumalarının əzniyi, hematoması, sol gözün kontuziyası və hifemadan ibarət xəsarətlər yetirməklə, silah qismində istifadə etdiyi beton parçasını tətbiq etməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərib bir qrup şəxs halında xuliqanlıq etmişdir. Hökmdən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Tağızadə Pərviz Vaqif oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından m əhkumun müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətində hökmün ləğv edilib, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin hallarını mübahisələndiriən Müdafiəçi kassasiya şikayətini belə əsaslandırmışdır ki, hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olması göstərilsə də, bu hallar məhkəmələr tərəfindən kifayət qədər nəzərə alınmamış və Məhkum təyin edilmiş cəza sərtliyinə görə ədalətsiz olmuşdur. Birinci instansiya məhkəməsi cəza təyini məsələsini müzakirə edərkən, CM-nin 58-ci maddəsinə əsasən, cəza təyin etmənin ümumi prinsiplərinə əməl etməklə cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alsa da, məhkəmə həmin halları sonadək dəyərləndi rməmişdir. Kassator hesab edir ki, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalı və bu haqda qərarın qəbul edilməsi üçün apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Ş.H.Rəfiyev və iş üzrə zərər çəkmiş şəxslər qismində tanınmış X9 və X17 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsasla naraq kassasiya şikayətinə müdafiəçinin və zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib iş materiallarını, o cümlədən Məhkum ərizəsini nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq Müdafiəçi kassasiya şikayətinin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar