Məhkəmə qərarları › İş №1(102)-719/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-719/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-719/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə iştir akları ilə, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi Nümayəndə və məhkumun müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Vəli Abdullayev) 1(043)-50/2020 nömrəli 28 fevral 2020-ci il tarixli hökmü ilə 09 avqust 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 11 dekabr 2019-cu il tarixdə, saat 14 radələrində idarə etdiyi, “VAZ - 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinin Heydər Əliyev prospekti ilə “Dəmiryol vağzalı” istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” AR Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yolun sağından sol tərəfinə keçən piyadanı avtomobilin qabaq tərəfi ilə vuraraq ehtiyatsızlıqdan X6 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Çingiz Məmmədov, hakimlər Teyyub Muxtarov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 1(104)-178/2020 nömrəli, 14 avqust 2020-ci il tarixli qərarı ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 4 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası artırılaraq, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası həddində müəyyən edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin və Məhkum təyin olunmuş əsas cəzanın artırılması barədə qərar qəbul edilsin, iş üzrə həmçinin Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq etməklə əsas cəzasının 3 ilə endirilməsinə dair qərar qə bul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi Nümayəndə onunla əsaslandırır ki, təqsirləndirilən şəxsin hadisənin qarşısı almağa heç bir cəhd etməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hökmü dəyişdirərək təyin olunmuş əsas cəzanı artırsa da nəticə etibarı ilə təqsirləndirilən şəxsin təyin edilən cəzanın çəkilməsi növünə münasibətdə heç dəyişiklik olmamış, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulan ziyan ödənilməmiş olaraq qalmışdır. Məhkum müdafiəçisi Yolçu Abbasov kassasiya şikayətinin dəlillərini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmiş və cinayət prosessual qanunvericiliyin tələblərini pozaraq, kifayət qədər yüngülləşdirən halları nəzərə almadan qərar qəbul etmişdir. Belə ki, məhkəmələr Məhkum himayəsində 3 azyaşlı uşağının olmasını, həmin uşaqlardan birinin 25.03.2011-ci il təvəllüdlü X5 psixi və fiziki qüsurlu olması, həmin uşağın kənar şəxsin qulluğuna ehtiyacı olması, nəzərə alınmamışdır. Hökmdə, təqsirləndirilən şəxsin hadisədən sonra dərhal zərərçəkmiş şəxsə tibbi yardım göstərməsi, onun sağlamlığına dəymiş zərərin aradan qaldırılmasına cəhd etməsi, cəzanı yüngülləşdirən hal kimi göstərmiş, bu halı nəzərə almış və CM-in 60-cı maddəsinin tətbiqini müzakirə etmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsə dörddə üç həddən yuxarı, yəni 4 (dörd) il 10 (on) ay cəza təyin etmişdir. Apellyasiya kollegiyası apellyasiya şikayətimizin həmin dəlilini müzakirə etməmiş və qiymət verməmişdir. İş üzrə təsdiq edilmişdir ki, avtoqəz a hadisəsi baş verdikdən sonra, təqsirləndirilən şəxs, öz maşınının nasaz vəziyyətə düşməsinə baxmayaraq, dərhal başqa bir maşınla xəstəni X3 aparmış, orada təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmiş, bundan sonra zərərçəkmiş şəxsin vəfatı ilə əlaqədar onun ailəsinə hərtərəfli maddi yardım etməyə və mənəvi dəstək olmağa hazır olduğunu bildirmişdir. Bununla o, istintaqın əvvəlindən məhkəmə prosesinin yekununadək zərərçəkmiş şəxsin hüquqi varisinə vurduğu maddi və mənəvi zərərin əvəzini mümkün qədər ödəmək istəmiş və onunla barışıq əldə etməyə cəhd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum müdafiəçisi Yolçu Abbasov tərəf indən verilmiş kassasiya şikayəti təmin edilməsin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhk əmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, mə hkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Zərərçəkmiş şəxsin hüquqi varisi R.Z.Quliyevanın nümayəndəsi Nümayəndə kassasiya şikayətinin başlıca dəlili təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəzanın təyin edilməsidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdud laşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respubli kası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası Məhkum törə tdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərək qeyd edir ki, piyadanın ölümü ilə nəticələnən hadisə piyada keçid zolağında baş vermişdir. Bununla əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, hadisə Məhkum yol hərəkəti haqqında qaydalarının kobud surətdə pozulması nəticəsində baş vermişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə görə əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Birinci instansiya məhkəməsi təqs irləndirilən şəxs Məhkum əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirməsi, təqsirini etiraf etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığına dəymiş zərərin aradan qaldırılmasına cəhd etməsi, himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Göründüyü kimi birinci və apellyasiya məhkəmələri tərəfindən məhkumun cəzasını yüngülləşdirən kimi nəzərə alınmış və ona cəza təyin edilməsini şərtləndirən hallar – məhkumun əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirməsi və təqsirini etiraf etməsi birbaşa Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində nəzərdə tutulmamışdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsində həmin maddənin 1-ci hissəsində göstərilmə miş başqa halların da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması yol verilsə də, məhkəmələr bunu əsaslandırmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərinə görə qanuni və əsaslı olmalıdır. Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarının 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 59.1ci maddəsində nəzərdə tutulmayan halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Birinci və apellyasiya instansiyası məhkəmələri məhkumun əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirməsi və təqsirini etiraf etməsini yüngülləşdirici hal qismində nəzərə alınması müvafiq olaraq hök m və qərarda əsaslandırmamışdır. Məhkəmə kollegiyası da həmin halların Məhkum cəzasını yüngülləşdirən kimi nəzərə alınması üçün heç bir əsas görmür. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələri Məhkum hadisədən sonra zərərçəkmiş şəxsi xəstəxanaya aparmasını Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsində cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması kimi qiymətləndirmişdir. Kassasiya şikayətində də həmin yüngülləşdirici halın mövcudluğu ilə əlaqədar məhkuma Azərbaycan Respublikası CM-in 60-ci maddəsində müəyyən edilmiş qaydada cəza təyin edilməli olduğu halda məhkəmələrin qanunun bu tələbini riayət etməməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası məhkəmələr tər əfindən Məhkum cəza təyin edərkən onun zərərçəkmiş şəxsi xəstəxanaya çatdırması ilə əlaqədar Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın nəzərə alınması əsaslı hesab etmir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasinin Qanununun 37-ci maddəsinin İV hissəsinin 2-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya və siqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Göründüyü kimi qanun yol-nəqliyyat hadisəsini törətmiş şəxsin üzərinə nəqliyyat hadisəsi zamanı zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirlərin görülməsi, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onları yaxınlıqdakı tibbi müəssisəyə göndərməsi vəzifəsi qoyur. Məhkəmə kollegiyası yol-nəqliyyat hadisəsini törətmiş şəxs tərəfindən qanunla üzərinə qoyulmuş vəzifələrin icrasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul etməsi əsaslı hesab etmir. Bundan başqa, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs Ş.Ə.Əmrahova yolnəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlər dən hadisə yerində ölmüş və xəstəxanaya Ş.Ə.Əmrahovanın meyiti gətirilmişdir. Belə olan halda məhkumun əməlini zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldan əməl kimi qiymətləndirmək olmaz. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməmiş və nəticədə qanunun normalarının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası CPM-in 394.4-cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasına, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmə kolleg iyası zərərçəkmiş şəxsin kassasiya şikayətini qismən təmin edərək Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarının ləğv edərək cinayət işini yeni apellyasiya baxışına qaytardığından Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlunun kassasiya şikayətinin dəlillərinə münasibət bildirməyi lüzumsuz hesab edir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri əsaslıdır, ona görə də Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 avqust 2020-ci il tarixli Məhkum haqqındakı qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilsin. Müdafiəçinin kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar