Məhkəmə qərarları › İş №1(102)-719/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-719/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-719/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçilər – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Aslanov Tofiq Hümbət oğlunun və Lənkəran rayon Vəkil Bürosunun vəkili Qur banov Rəhim Qafar oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Aslanov Tofiq Hümmət oğlu və Məhkum1 müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 1(099)712/2021 saylı (hakimlər: Abdullayev İlkin Qismət oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxx 1989-cu ildə Lerik rayonu Bırkandul kə ndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, xxx-də yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmiş; xx xxx 1971-ci ildə Lerik rayonu Bırkandul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, xxx-də qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməl ini törətməkdə təqsirli bilinməsi, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2021-ci ildən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum2 müdafiəçisi Musazadə Elşən Möhrab oğlu, Məhkum1 və onun müdafiəçisi Atakişiyev Faiq Mehrəli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi ilə, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 16 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədə n saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Aslanov Tofiq Hümmət oğlu və Məhkum1 müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə, təqsirləndirilən şəxs Məhkum2 məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 5 (beş) ədəd kibrit qutusunda qablaşdırılmış ayrı – ayrılıqda təmiz çəkiləri – 1,85 qram, 1,3 qram, 1,525 qram, 3,815 qram və 2,192 qram, ümumi təmiz çəkisi – 10,682 qram olan narkotik vasitə – qurudulmuş marixuananı yaşadığı Lerik rayonu Bırkandul kəndində yerləşən fərdi yaşayış evində saxlamış, bundan sonra digər təqsirləndirilən şəxs Məhkum1 ilə qabaqcadan əlbir olub bi r qrup şəxs halında həmin narkotik vasitənin satışını realizə etməklə bağlı razılığa gəldikdən sonra 07 avqust 2021-ci ildə günün ikinci yarısında bir ədədini 30 manata satmaq üçün hər birində təmiz çəkiləri – 3,815 qram və 2,192 qram olmaqla 2 (iki) ədəd kibrit qutusuna yığılmış narkotik vasitə – qurudulmuş marixuananı məlum olmayan şəxsə satmaq üçün Məhkum1 vermiş, 08 avqust 2021-ci ildə saat 11 radələrində Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sonuncu tutulub şöbənin inzibati binasında şəxsi axtarışa məruz qalarkən əynindəki şalvarın sol yan cibindən 2 (iki) ədəd kibrit qutusunda qeyd olunan çəkidə narkotik vasitə – qurudulmuş marixuana, habelə həmin gün saat 21 radələrində Məhkum2 yaşadığı evin zirzəmisindəki samovarın odluq hissəsindən hər birində təmiz çəkiləri – 1,85 qr am, 1,3 qram və 1,525 qram, ümumi təmiz çəkisi – 4,675 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum2 müdafiəçisi Aslanov Tofiq Hümmət oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istintaq orqanı tərəfindən iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş biri digərinə kifayət qədər uyğun gəlməyən, şübhəli məqamlara, ehtimallara və fərziyyələrə əsaslanan sübutlarla Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında olan telefon məlumatlarına dair çıxarışlardan görünür ki, Məhkum1 istifadəsində olmuş 070- ***-**-** saylı m obil nömrəyə və Məhkum2 istifadəsində olmuş 070 ***-**-** saylı mobil nömrəyə 01 avqust 2021-ci il tarixdən 09 avqust 2021-ci il tarixədək olan müddətdə hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqların, daxil olan və çıxan zənglərin, SMS-lərin, eləcə də həmin mobil telefon sahiblərinin anket məlumatları Lerik rayon məhkəməsinin müvafiq qərarı ilə "xxxx" MMC-dən götürülərək məlumatlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Lerik rayon PŞ-nin TQ-nun təhqiqatçısı polis leytenantı Haldun Məmmədli tərəfindən, Lerik rayonunun Bırkandul kənd sakini Məhkum2 yaşayış evində və həyətyanı tikililərdə axtarış aparılması haqqında qəbul edilmiş 08 avqust 2021-ci tarixli qərarın, insan hüquq və az adlıqlarının təmin edilməsi baxımından qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmamış və təsdiq edilməmiş və bununla cinayət-prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İstintaq materiallarında göründüyü kimi, Məhkum2 narkotik vasitə marixuananın satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı əvvəlcədən və ya sonradan polis əməkdaşları tərəfindən müəyyən edilməmiş və Məhkum1 üzərində narkotik vasitə daşıdığı haqqında daxil olmuş məlumat əsasında görülmüş əməliyyat tədbirləri nəticəsində Məhkum1 saxlanılan zaman, Məhkum2 satmaq məqsədilə guya Məhkum1 narkotik vasitə olan marixuana verdiyi barədə absurd fakt müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəsizdir ki, Məhkum2 narkotik vasitə marixuananın satışı ilə məşğul olması haqqında qəti fikir söyləməyə heç bir maddi əsas yoxdur və bu ehtimalı aradan qaldıra bilən və mötəbərliyi ədalət mühakiməsində şübhə doğurmayan konkret hal (sübut) ibtidai araşdırma və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum1 ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri arasında mövcud olan əsl həqiqətin müəyyən edilməsi üçün iş materialları və tədqiq olunmuş sübutlar əlaqəli şəkildə təhlil edilməmiş və qanunla müəyyən olunmuş qaydada cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Belə ki, istintaq orqanı tərəfindən Məhkum2 qarşı irəli sürülmüş ittihamın əsasını, ibtidai istintaq zamanı Məhkum1 iradəsinə zidd otaraq sonuncunun əldə olunmuş ifadəsi təşkil etmiş, başqa heç bir sübut toplanılm amış və əldə edilməmişdir. Narkotik vasitə və narkotik vasitənin satılması iddia olunan naməlum şəxs və ya şəxslər istintaqla müəyyən edilməmiş və ümumiyyətlə mövcud olmamışdır. Məhkum1 ibtidai istintaq zamanı iradəsinə zidd olaraq əldə olunmuş ifadəsi nəzərə alınmadığı təqdirdə, E. Vəliyevə və Məhkum1 qarşı sübutsuz ittiham irəli sürüldüyü müəyyən olunur ki, bu da mövcud şübhələrin və ehtimalların qanunla onların xeyrinə təfsir edilməsini şərtləndirir. Odur ki, göstərilənləri nəzərə alaraq, 1-ci halda Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi bəraət verilməsini, 2-ci halda isə Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini və CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilməsini xahiş edir. Məhkum1 müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin Məhkum1 barəsində olan 16 sentyabr 2022-ci il tarixli, qərarı qanunsuz və əsassız olmasına görə dəyişdirilməlidir. Belə ki, keçirilmiş məhkəmə iclaslarında hüquqlarını müdafiə etdiyim Məhkum1 özünü ona qarşı irəli sürülmüş ittihamla (CM-nin 234.4.1-ci maddəsi) təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitə olan qurudulmuş marixuananı kiməsə satmaq məqsədilə Məhkum2 almamışdır. Həmin marixuananı Məhkum2 ona öz istifadəsi məqsədilə bir dəfə istifadəlik miqdarda vermiş və o da üzərində saxlamışdır. Eyni zamanda əldə etdiyi marixuananın miqdarı şəxsi istehlak miqdarından aşağı olmuşdur. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirəm ki, hüquqlarını müdafiə etdiyim şəxsin məhkəmə iclasında qeyd etdikləri məhkəmə iclasında tədqiq olunmuş hər hansı sübutla təkzib edilməmiş, əksinə ona qarşı verilmiş ittihamın (CM-nin 234.4.1-ci maddəsi) əsassızlığı, eləcə də şübhəli olması məhkəmədə təsdiq olunmuşdur. Hesab edirəm ki, Məhkum1 qarşı irəli sürülmüş ittiham (CM-nin 234.4.1-ci maddəsi) məhkəmələr tərəfindən ədalətli araşdırılmamış və həmin ittiham heç bir mötəbər sübuta istinad olunmadan “təsdiq olunmuşdur.”. Məhkum1 CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli olmasına dair kifayət qədər əsaslı şübhələr vardır və məhkəmələr təqsirsizlik prezumpsiyasına zidd olaraq hökm çıxarmışdır. Belə ki, Məhkum1 ona istinad edilən (CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş) əmələ münasibətdə tamamilə təqsirsizdir və hətta o, öz təqsirsizliyini sübut etməyə borclu da deyildir. Bu tələblər baxımından hesab edirəm ki, Məhkum1 qarşı irəli sürülmüş ittiham (CM-nin 234.4.1-ci maddəsi) çox primitiv və dayanıqsızdır. Belə ki, hüquqlarını müdafiə etdiyim şəxsə qarşı ittiham tərəfinin ziddiyyətli mövqeyindən başqa heç bir sübutu yoxdur! Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apelyasiya Məhkəməsinin Məhkum1 barəsində olan 16 sentyabr 2022-ci il tarixli, 1(106)-291 /2022 saylı qərarının ləğv edilməsi barədə ədalətli qərar çıxarılmasını xahiş edir. Kassasiya instansiya sı məhkəməsində məhkumun müdafiəçisi Aslanov Tofiq Hümmət oğlu çıxış edərək, Məhkum2 ibtidai istintaq zamanı ifadəsini təzyiq altında verdiyini, hal şahidlərinin polis əməkdaşının tanışı olduğunu, iş üzrə şahid olan 5 nəfərin hər birinin polis əməkdaşı olduğu üçün ittiham yönümlü şahidlik etdiklərini və Məhkum2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, dörd uşağından ikisinin hərbi qulluqda olduğunu bildirib, Məhkum2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkumun müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu çıxış edərək, Məhkum1 istintaq dövründə verdiyi ifadənin təzyiq altında verdiyini bildirib, Məhkum1 əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Kassasiya instan siyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsin də kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumlar barəsində gəlinmiş nəticənin qanunsuz və əsassız olduğunu iddia edilmiş və mübahisələndi rilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində həmçinin məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.4.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qəra rın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bü tün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyə n edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayə t tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət tö rətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələbləri baxımından cinayət işinin materialla rını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1 və Məhkum2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bü tün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına gö rə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınc a qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində törədilmiş cinayət əməlinin məhkəmələr tərəfindən CM-nin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.1-cİ maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi nə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkumların qabaqcadan əlbir olaraq satış məqsədi ilə narkotik vasitəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilmiş, məhkumların narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı b ir mötəbər sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Lerik Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş 08 avqust 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Məhkum1 üzərində narkotik vasitə gəzdirməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Təxirə salınmadan Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə» 08 avqust 2021-ci il tarixli qərardan görünür ki, Məhkum1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Həmin tarixli «Şəxsi axtarış və götürmə barədə» protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Məhkum 1 üzərində axtarış aparılan zaman sonuncunun əynindəki şalvarın sol yan cibindən iki ədəd kibrit qutusuna yığılmış narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 08 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum2 Lerik rayonu Bırkandul kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin zirzəmisində olan samovarın odluq hissəsindən üç ədəd kibrit qutusuna yığılmış narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 avqust 2021-ci il tarixli 19/750 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş üzərində "...Məhkum1 üzərindən aşkar olunm uş..." sözlər və imzalar olan bir ədəd zərfdəki 02 ədəd kibrit qutusunda olan ayrı-ayrılıqda təmiz çəkiləri – 3,815 qr və 2,192 qram: ümumi təmiz çəkisi – 6,007 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və tərkiblərinə görə bir-biriləri ilə eynidirlər». İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 avqust 2021-ci il tarixli 19/751 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, « Tədqiqata təqdim edilmiş üzərində "...Məhkum2 fərdi yaşayış evindən aşkar olunmuş..." sözlər və imzalar olan bir ədəd zərfdəki 03 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkilərti – 1,85 qr; 1,3 qr; 1,525 qram; ümumi təmiz çəkisi – 4,675 qram olan bitki mənşəli kütlələr tərkibində narkoti k maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 12-ci sətrinə əsasən qurudulmuş – marixuana narkotik vasitələr hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi isə 500 qramdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə – narkoloji ekspertizası ilə bağ lı tərtib olunmuş 12 avqust 2021-ci il tarixli 820 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, «Müayinə zamanı Məhkum1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-stifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür». İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə – narkoloji ekspertizası ilə bağlı tərtib olunmuş 12 avqust 2021-ci il tarixli 821 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, «Müayinə zamanı Məhkum2 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə ə ks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür». Məhkum1 və Məhkum2 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqı nda nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayətdə birgə iştirakçı lıq hər bir iştirakçının hərəkətinin başqasının hərəkəti üçün şərt olmasını və bir-birini tamamlamasını, kriminal əməlin, yaxud da ictimai təhlükəli nəticənin bütün iştirakçılar üçün ümumi olmasını, habelə hər bir iştirakçının əməli kriminal nəticə arasında səbəbli əlaqənin olmasını nəzərdə tutur. Belə ki, cinayət təqibi başlanan andan Məhkum1 şübhəli və təqsirləndirilən şəxs qismində, habelə Məhkum2lə arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı vermiş olduğu ifadələrində sonuncunun 07 avqust 2021-ci ildə ona başqa bir şəxsə çatdırması üçün iki ədəd kibrit qutusuna yığılmış narkotik vasitə – marixuana verdiyini, həmin maddələri götürəcək şəxsdən alacağı 60 manat pulun qarşılıqlı razalıqı əsasında 15 manatını özünə götürəcəyini, lakin 08 avqust 2021-ci ildə polis əməkdaşları tərə findən saxlanıldığı üçün niyyətlərini realizə edə bilmədiklərini bildirmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum1 və Məhkum2 əməllərnin Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Yuxarıda təsvir edilənlər məhkəmələr tərəfindən sübutların yoxlanılmasını, tam, hərətəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qay dalara əməl olunduğunu göstərir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkum1 və Məhkum2 onlara apellyasiya instansiyası məhkəməsinin qərarı ilə istinad edilən, cinayət əməlini törətməsi kassasiya şikayətlərində sübutların əldə olunması, tədqiqi və qiymtələndirilməsi ilə əlaqədar iddia olunananların əksinə olaraq apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 və Məhkum2 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan ver ir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətlərində məhkumlara bəraət verilməli olduğu iddia olunur, cinayəti tərkibinin olmaması, qeyd olunan cinayətdə onun təqsirliliyinin müəyyən edilməməsi haqqında qənaətlərini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi yeni faktların müəyyən edilməsi üzərində qurmuşlar. Bu isə onu göstərir ki, məhkumların müdafiəçilərinin kassasiya şikayətlərində kassasiy a instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassa siya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkə n məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçilərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdiyi yeni faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxslərə təyin edilmiş cəza ilə bağlı məsələyə toxunaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarına əsasən, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və i ctimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzi fələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olun muş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 21 sentyabr 2021-ci il tarixli tələbn amədən görünür ki, Məhkum2 və Məhkum1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Nüvədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Məhkum1 və Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Nüvədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Məhkum2 himayəsində bir nəfər yetkinlik yaşına çatmayan – 2005-ci il təvəllüdlü Vəli və bir nəfər azyaşlı – 2015-ci il təvəllüdlü Dilbər adlı uşağı var. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Nüvədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş x x.xx.2021-ci il tarixli arayışdan görünür ki, Məhkum1 himayəsində iki nəfər azyaşlı – 2012-ci il təvəllüdlü Üzeyir və 2013cü il təvəllüdlü Fərzadə adlı uşağı var. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (yaşayış yerindən müsbət xarakterizə edilməsi, himayəsində iki nəfər azyaşlı uşağının olması və ailəsinə yeganə qazanc gətirən şəxs olması), cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum1 islah olunması məqsədin i və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmələr tərəfindən Məhkum2 münasibətdə də cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək yuxarı qeyd olunan bütün hallar, o cümlədən cəzasını yüngülləşdirən hallar (yaşayış yerindən müsbət xarakterizə edilməsi, himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması, ailəsinə yeganə qazanc gətirən şəxs olması və İİİ qrup əlil olması), cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiy yət təşkil etmir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum2 müdafiəçisi Aslanov Tofiq Hümmət oğlu və Məhkum1 müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 müdafiəçisi Asla nov Tofiq Hümmət oğlu və Məhkum1 müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar