Məhkəmə qərarları › İş №1(102)-719/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-719/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-719/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxslər X1 və X2, Bəraət almış şəxs X2 müdafiəçisi Yusifbəyli Rəsul Rəbbil oğlunun, Zərərçəkmiş şəxs X iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli 1(103)-1744/2023 nömrəli hökmündən ape llyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 1(005)129/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: X.K.Əlisoy) xx.xx.1966-cı ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, X qeydiyyatda olmaqla yaşayan X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmiş, X1 02 ( iki) gün CMin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və qəti olaraq ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzanın icra müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 03 azyaşlı övladı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, X-da qeydiyyatda olmaqla yaşayan X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə a zadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icra müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Həmçinin hökmlə Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmiş və maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkum X5 (mülki cavabdeh) 14.791 manat 30 qəpik məbləğində pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı X3 tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, məhkum X13, məhkum X7 müdafiəçisi Yusifbəyli Rəsul Rəbbil oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: C.V.Hüseyn (sədrlik edən), E.H.A llahverdiyev və İH.Ş.Məmmədov) 26 sentyabr 2023-cü il tarixli, 1(103)-1744/2023 nömrəli hökmü ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti, dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxs X13, təqsirləndirilən şəxs X7 müdafiəçisi Yusifbəyli Rəsul Rəbbil oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X8 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, X7 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair 02 iyun 2023-cü il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən X8 əməlində CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin, X7 əməlində 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibi olmadığından onlara həmin maddələrlə bəraət verilmiş, mülki iddia baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkəmənin hökmünə əsasən X13 özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya məxsus televizorlar və mobil telefonları satıb pulunu verəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla, 2018-ci ilin iyul ayında Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda 1 ədədi 1130 ABŞ dolları ekvivalentində olan 1921 manat dəyərində olmaqla ümumilikdə 2260 ABŞ dolları ekvivalentində olan 3842 manat dəyərində 2 ədəd 64GB yaddaşlı, "iPhone X” markalı mobil telefonu, 1 ədədi 800 ABŞ dolları ekvivalentində olan 1360 manat dəyərində olmaqla ümumilikdə 1600 ABŞ dolları ekvivalentində olan 2720 manat dəyərində 2 ədəd 64GB yaddaşlı, "iPhone 8” markalı mobil telefonu, 1 ədədi 598 ABŞ dolları ekvivalentində olan 1016 manat 60 qəpik dəyərində olmaqla ümumilikdə 1196 ABŞ dolları ekvivalentində olan 2033 manat 20 qəpik dəyərində 2 ədəd "İPhone Mix” markalı mobil telefonu və 1 ədədi 750 ABŞ dolları ekvivalentində olan 1275 manat dəyərində olmaqla ümumilikdə 3750 ABŞ dolları ekvivalentində olan 6375 manat dəyərində 5 ədəd 55 düyümlü, "LG” markalı televizoru ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 8806 ABŞ dolları ekvivalentində olan 14970 manat 20 qəpik maddi ziyan vurmaql a dələduzluq etmişdir. Bundan başqa, X13 təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya məxsus televizorlar və oyun aparatlarını satıb pulunu verəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla, 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda 1 ədədi 635 ABŞ dolları ekvivalentində olan 1079 manat 50 qəpik dəyərində olmaqla ümumilikdə 3810 ABŞ dolları ekvivalentində olan 6477 manat dəyərində 6 ədəd 43 düyümlü, "LG” markalı televizoru və 1 ədədi 452 ABŞ dolları ekvivalentində olan 768 manat 40 qəpik dəyərində olmaqla ümumilikdə 1356 ABŞ dolları ekvivalentində olan 2305 manat 20 qəpik dəyərində 3 ədəd "Sony” markalı "Playstation 4” oyun aparatını ələ keçirərək zərə r çəkmiş şəxs Zərərçəkmiş şəxs 5166 ABŞ dolları ekvivalentində olan 8782 manat 20 qəpik maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, X7 və X8 əməllərində cinayət tərkibi olmadığına görə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri bəraət verilməlidir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, cinayət işində olan mötəbər dəlillər, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, aparılmış istintaq hərəkətlərinin protokolları və digər sübutlar əsasında X13 və X7 əməllərində Azərbaycan Respublikası dələduzluq cinayət tərkibi nin əlamətlərinin olması aşkar təsdiq edilmişdir. Lakin məhkəmə kollegiyası bəraət hökmünü çıxararkən, hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar (yalnız təqsirləndirilən şəxslərin özünü müdafiə xarakterli ifadələri) təşkil etdiyindən və bunun nəticəsi olaraq X13 və X11 bəraət verildiyindən, həmin hökm ləğv olunmalı və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kim i qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs kassasiya şikayətində bildirir ki, x1 və x2 bütün ifadələri özləri müdafiə etməyə yönəlmiş yalan ifadələrdir. Təqsirləndirilən şəxslər onun etibarından suiistifadə edərək onu aldadıb pulları ələ keçirmişdir. Təqsirləndirilən şəxslərin ifadələri işin obyektiv hallarına zidd olan özünü müdafiə xarakterli ifadələrdir. Zərərçəkmiş şəxsin ifadəsi və işdə olan sənədlər belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslərin hərəkətlərindən dələduzluq cinayət əməlinin bütün tərkibi mövcuddur. Göstərilən sübutlar biri-biri ilə və cinayət işinin digər halları ilə tam uyğun gələrək biri-birini tamamlayır və obyektiv nəticəyə gəlməyə əsas verir. Lakin, apellyasiya məhkəməsinin mövqeyinə görə bu sübutlar qeyri-mötəbər sübutlardır. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərarın qəbul edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçıs ı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X14 və X13 barəsində x qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə və x qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə əməllərində həmin cinayətin tərkibinin olmaması haqqında nəticəyə gəlib, onlara həmin maddələrlə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlənd irən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxs da apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini faktiki olaraq cinayət-prosessual qanunun eyni normalarında nəzərdə tutulmuş hallarla əsaslandırmışlar. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhə li şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessul Məcəllənin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış s übutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənl əşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb e dir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya müraciətlərində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya baxışının, onun yekununda çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışları qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edil məmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin tərəfindən hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və X13 və X11 bəraət verilməli olmasına dair yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, cinayət prosesində x və x zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədində olduqları, belə niyyətlə hərəkət etdiklərini və zərərçəkmiş şəxsi aldatdıqlarını və yaxud etibarından sui-istifadə etdiklərini təsdiq edən sübutlar əldə edilməmişdir. Əksinə iş üzrə toplanmış sübutların məcmusu - X8 Zərərçəkmiş şəxs təklifi ilə sonuncunun Dubaydan satış məqsədilə adına məhsul gətirmək üçün adamlar tapdığını, hər tapdığı şəxs üçün Zərərçəkmiş şəxs ona müvafiq məbləğdə pul ödədiyini, 2017-ci ildən zərərçəkmiş şəxs X nisyə olaraq məhsul aldığını, X ona verilmiş məhsulları təxminən 1 ay ərzində satıb, pulunu zərərçəkmiş şəxsə verdiyini, X və X uzun müddət ərzində müxtəlif məhsullar götürüb, pulunu hissə-hissə ödədiklərini, Zərərçəkmiş şəxs lombardan götürdüyü pul vəsaitinin (tərəflər arasında olan nisyə alqı-satqı ilə bağlı) bəraət almış şəxslər tərəfindən ödənildiyini və yalnız daha sonra götürülmüş mallara görə müvafiq olaraq 14970 manat 20 qəpik və 8782 manat 20 qəpik manat məbləğlərin ödənilməməsinə görə aralarında m übahisə yarandığını, yəni göstərilən hallar gercəkdən də onların arasında mülki-hüquqi xarakterli münasibətlərin olmasını təsdiq edir. Məhz göstərilən səbəblərdən çıxış edərək Zərərçəkmiş şəxs müraciətləri əsasında toplanmış materialla bağlı X14 və X15 əməllərində CM-in 178-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən barələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işinin başlanması 2 dəfə rədd edilmişdir. Sadalanmış faktiki halları və X və X Zərərçəkmiş şəxs münasibətlərinin mülki-hüquqi xarakterli olması barədə nəticəni doğuran sübutlar kimi apellyasiya instansiyası məhkəməsi bəraət almış şəxslərin ifadələrinə, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrindəki bir sıra məqamlara və iş üzrə digər materiallara əsaslanmışdır. Yuxarıda istinad olunan v ə digər sübutlar apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir olunmaqla onların həqiqi məzmununa uyğun olaraq şərh olunduğundan, məhkəmə kollegiyası sübutların hazırki qərarda yenidən təsvir və şərh olunmasına zərurət görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Apellyasiya məhkəməsinin qərarında göstərilən (yuxarıda təsvir edilmiş) hallardan və onların əsaslandırılması üçün gətirilən sübutlardan isə görünür ki, X14 və X8 Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispoziyası ilə ehtiva olunan niyyət və məqsədləri, onların zərərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs aldatmaları və yaxud etibarından suiistifadə etmələri, əvəzsiz olaraq onun əmlakını ələ keçirməsi müəyyən olunmamışdır. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin X14 və X8 əməllərində cinayət tərkibinin olmamasına görə cinayət-pros essual qanunun 42.1.2 və 42.2.2-ci maddələrindən çıxış etməklə bəraət verməsi əsassız nəticə kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə heyəti baxılan işdə bəraət hökmünün ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən hallardan hər hansı birini, o cümlədən kassasiya protestində qeyd edilən və zərərçəkmiş şəxsin kassasiya şikayətində ehtiva olunan pozuntuları müəyyən etmir və bu səbəbdən həmin müraciətlərin təmin edilməsini mümkün saymır. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi haqqında dövlət ittihamçısının və zərərçəkmiş şəxsin və həmin protestin və şikayətinin təmin edilməməsi barədə isə bəraət almış şəxslərin və müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli və X13 və X14 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli 1(103)-1744/2023 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Bəraət almış şəxs X13 və X14 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli 1(103)-1744/2023 nömrəli hökmü verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar