Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-719/2025 09.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə, Məhkum və onun müdafiəçisi X2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 20 dekabr tarixli, 1(105)-642/2023 nömrəli qərarından məhkum və onun müdafiəçisi E.F.İsgəndərov tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 4 oktyabr tarixli, 1(124)-458/2023 nömrəli hökmü ilə (Hakimlər: Hafiz Əliyev (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Aynur Rzayevadan ibarət tərkibdə), xx.xx.1993-cü il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Elman Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və Elman Rəhimovdan ibarət tərkibdə) 2023-cü il 20 dekabr tarixli, 1(105)-642/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum edilmişdir on a görə ki, o, tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə yalandan özünü məxfi səhifə "Dedektiv.az" səhifəsinin Özəl dedektivi kimi təqdim edərək sonuncunun barəsində rüsvayedici səs, videogörüntülər və fotoşəkillər əldə etdiyini, həmin əldə etdiyi rüsvayedici səs, videogörüntülər və fotoşəkilləri ailə üzvlərinə, qohumlarına göndərəcəyi və sosial şəbəkələrdə yerləşdirəcəyi barədə mətn yazılmış imzasız məktubu Şəki şəhərində yaşayan və işləyən Zərərçəkmiş şəxs göndərməklə, bundan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən İnstagram sosial şəbəkəsində "Dedektiv.az" səhifəsindən və müxtəlif feyk profillərdən Zərərçəkmiş şəxs qızı Şahid2 və bacısı Şahid1 istifadəsində olan İnstagram səhifəsinə yazaraq Zərərçəkmiş şəxs barəsində rüsvayedici səs, videogörüntülər və fotoşəkilləri ailə üzvlərinə, qohumlarına və sosial şəbəkələrdə yerləşdirəcəyi ilə bağlı mesajlar yazaraq onların vasitəsi ilə sonuncudan hədə-qorxu ilə xeyli miqdar təşkil edən 18000 manat məbləğində pul tələb etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN, MƏHKUMUN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN NÜMAYƏNDƏSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işi hərtərəfli, obyektiv araşdırılmamış və nöqsanlara yol verilmiş, CPM-in 144-cü maddəsinin normaları pozulmuşdur. Məhkum bildirmişdir ki o əməlindən peşimandır, xəstə övladının müalicə olunması üçün o bu əmələ əl atmışdır. O, zərərçəkmişdən 18000 AZN yo x,1800 AZN borc pul istəmiş, zərərçəkmiş həmin pul məbləğini vermədiyindən o, bu əmələ əl atmışdır. Bundan başqa, məhkəmə onlayn şəkildə keçirildiyi üçün o zərərçəkmişlərin ifadələrini tam anlaya bilməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 20 dekabr tarixli, 1(105)-642/2023 nömrəli qərarının ləğv edilməsini və onun cinayət əməlinin CM-in 182.2.4-cü maddəsindən CM-in 182.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs məhkəmələrdə ifadə verərək baş vermiş hadisə ilə özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs Şəki şəhərində taksi fəaliyyəti göstərərkən müştəri kimi 2015-ci il dən tanımışdır. Bir gün Zərərçəkmiş şəxs maşından düşərkən telefonu onun maşınında qalmış və o Gülbənizin votsapını öz votsap veb səhifəsinə bağlayaraq bu yolla onun açıq-saçıq foto şəkillərini və telefon nömrələrini ələ keçirmişdir. Sonra şəkilləri ilə onu hədələyərək ondan 1800-2000 manat pul tələb etmişdir. Bacısı Kəmalə, qızı Aidəyə ona pul vermədikləri təqdirdə şəkilləri əri Nurəddinə göndərəcəyini və sosial şəbəkələrdə paylaşacağını yazmışdır. Kəmalə onda belə şəkillərin olduğuna inanmayaraq şəkilləri ona göndərməyini tələb etmişdir. Əvvəl Kəmalədən 1800 manat pul istədiyini, sonra fikrini dəyişib 2000 manat istədini, pulu dediyi karta göndərməsini bildirmişdir. Sonra Aidə yazıb nə qədər pul istədiyini soruşduqda 1500 manat istədiyini demişdir. Zərərçəkmiş şəxsdən 18000 min manat p ul istəməmişdir. O, bütün bunları ehtiyacı oduğu üçün, yəni xəstə övladını müalicə etdirmək üçün etmişdir. Belə ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs instagram səhifəsi vasitəsinə “Dedektiv.az” səhifəsindən və müxtəlif feyk profillərdən Zərərçəkmiş şəxsnm qızı Şahid2 və bacısı Şahid1 istifadəsində olan İstagram səhifəsinə yazaraq 1500-2000 manat məbləğlərində pul vəsaiti tələb etmiş və həmin pul vəsaiti verilmədiyi halda rüsvayedici səs, videogörüntülər və fotoşəkilləri ailə üzvlərinə, qohumlarına və sosial şəbəkələrdə yerləşdirəcəyi ilə bağlı mesajlar yazmışdır. Yəni qəti olaraq tələb olunan məbləğ 1500-2000 manat arası dəyişmişdir. Lakin ittiham aktında və eyni zamanda məhkəmə hökmündə göstərilir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olan instagram sosial şəbəkəsində “Dedektiv.az” səhifəsindən və müxtəlif feyk profillərdən Zərərçəkmiş şəxsnm qızı Şahid2 və bacısı Şahid1 istifadəsində olan İstagram səhifəsinə yazaraq Zərərçəkmiş şəxsnm barəsində rüsvayedici səs, videogörüntülər və fotoşəkilləri ailə üzvlərinə, qohumlarına və sosial şəbəkələrdə yerləşdirəcəyi ilə bağlı mesajlar yazaraq onların vasitəsilə sonuncudan hədəqorxu ilə xeyli miqdar təşkil edən 18000 manat məbləğində pul tələb olunmuşdur. Bu isə tam olaraq əsassız ittihamdır. Çünki onların vasitəsilə təqsirləndirilən şəxs 1500-2000 manat pul vəsaiti tələb etmişdir, bu hal iş materialları ilə mübahisəsiz olaraq müəyyən olunur. Belə olan halda əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin tərkibini varadır. Bundan əlavə, istintaq zamanı Şahid1 təqdim etdiyi güya ki Məhkum Zərərçəkmiş şəxs göndərdiyi məktub, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən göndərildiyi heç bir halda müəyyən olunmamış, əgər göndərilmişsə belə onun tərəfindən həmin məktuba 1800 manat yazılmış, onun əsl niyyəti 1500-2000 manat arası pul vəsaitini əldə etmək olmuşdur. Çünki özü belə 1500-2000 manat təcili pula ehtiyacı olduğunu və övladının xəstə olduğunu həm istintaq zamanı, həmdə məhkəmə istintaqında könüllü olaraq etiraf etmişdir. İş materiallarına əlavə edilmiş həmin mətnə nəzər yetirdikdə isə kim tərəfindən hansı şəraitdə yazıldığı, kim tərəfindən göndərildiyi, həmin mətn yazılmış məktubun kim tərəfindən zərərçəkmişə çatdırıldığ ı müəyyən olunmamış, bu barədə isə hər hansı bir möhtəbər sübut yoxdur. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və Şahid3 20000 manat pul vəsaitinin analarından istənildiyini demişlər ki, iş materiallarında olan sübut hesab etmədiyimiz mətndə belə 18000 manat, instagram sosial şəbəkəsində olan bütün yazışmalarda isə 1500-2000 manat arası pul vəsaitinin istənilməsi müəyyən edilmişdir. Bu isə bir daha onu sübut edir ki, şahidlər həqiqətə uyğun olmayan, təqsirləndirilən şəxsə qarşı qərəzli ifadə vermişlər. Həmçinin, məhkəmələrə tərəflərindən ittihamın əsasını təşkil edən mətn barəsində məhkəmə-linqvistik ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, məhkəmələr isə əsassız olaraq vəsatəti təmin etməmişlər. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 20 dekabr tarixli, 1(105)642/2023 nömrəli qərarının ləğv edilməsini və onun cinayət əməlinin CM-in 182.2.4-cü maddəsindən CM-in 182.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və müdafiəçisi Eltac İsgəndərov kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum CM-in 182.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 2023-cü il 20 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsə lələrini yoxlayır. Məhkum və müdafiəçi kassasiya şikayətlərində məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyası nın 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. H ər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlə t ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və bu dəlillər məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum ona qarşı CM-in 182.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası sanksiyanın hüdudları daxilində təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi, eləcə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun və onun müdafiəçisinin kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 4 oktyabr tarixli, 1(124)-458/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 20 dekabr tarixli, 1(105)-642/2023 nömrəli qərarı məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-719/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-719/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver