Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-72/2021 29.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkumun müdafiəçisi, Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, M.Səfəroğlu küçəsində yerləşən nömrəsiz evdə yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Məhkum Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzanın çəkilməsinin əvvəli xx xxxx 2019-cu il tar ixdən hesablanmaqla 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: N.R.Mövsümov (sədrlik edən), V.C.Cəfərov və R.O.Əsgərova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilməklə, Məhkum Azərbaycan Respublikası CM- nin 150.3.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 ildən 8 ilə endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum aşkar surətdə 14 yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə və onun köməksiz vəziyyətindən istifadə etməklə, təkrarən, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, xx xxxx 2019-cu ildə, saat 15:00 radələrində sərxoş vəziyyətdə kirayədə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində yerləşən fərdi yaşayış evində, evdə heç kimin olmamasından istifadə edərək, ər-arvad münasibətində olduğu Qanuni nümayəndə birinci nikahdan olan onun üçün aşkar surətdə 14 yaşına çatmayan 2006-cı il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs azyaşlı olduğuna görə ona müqavimət göstərmək imkanının olmamasından və onun köməksiz vəziyyətindən istifadə edərək belini masaj etmək bəhanəsi ilə Zərərçəkmiş şəxs yataq otağına çağırıb, orada onu zor tətbiq edəcəyi ilə, çarpayıya uzandırıb şalvarını və alt paltarını əynindən çıxartdıqdan sonra öz cinsiyyət orqanını onun anal dəliyinə və ayaqlarının ar asına sürtərək cinsi ehtirasını təmin edib sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən xx xxxx 2019-cu ildə, saat 14:00 radələrində sərxoş vəziyyətdə kirayədə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində yerləşən fərdi yaşayış evində, evdə heç kimin olmamasından istifadə edərək, ər-arvad münasibətində olduğu Qanuni nümayəndə birinci nikahdan olan onun üçün aşkar surətdə 14 yaşına çatmayan 2006-cı il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs azyaşlı olduğuna görə ona müqavimət göstərmək imkanının olmamasından və onun köməksiz vəziyyətindən istifadə edərək belini masaj etmək bəhanəsi ilə Zərərçəkmiş şəxs yataq otağına çağırıb, orada onu zor tətbiq edəcəyi ilə, çarpayıya uzandırıb şalvarını və alt paltarını əynindən çıxartdıqdan so nra öz cinsiyyət orqanını onun anal dəliyinə və ayaqlarının arasına sürtərək cinsi ehtirasını təmin edib sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, Məhkum əməlinin CM-nin 153.2-ci maddəsinə tövsif etməklə həmin maddəyə uyğun olaraq cəza təyin edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü və apelyasiya məhkəməsinin qərarı əsassız, qanunsuz və ədalətsizdir. Belə ki, birinci və apelyasiya instansiyası məhkəmələrində aparılan araşdırma zamanı Məhkum Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmə hədəsi və ya onun köməksiz vəziyyətindən istifadə edilməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi öz təsdiqini tapmamışdır. Müdafiəçi hesab edir ki, zərərçəkmiş şəxsin ibtidai istintaqda və məhkəmə baxışı zamanı verdiyi ifadələr təqsirləndirilən şəxs tərəfindən ona qarşı zorakılıq tətbiq edilməsi nəticəsinə gəlməyə əsas vermir. Müdafiəçi həmçinin qeyd edir ki, 14 yaşına çatmamış, Zərərçəkmiş şəxs barəsində edilən hərəkətləri qavramaq və bu barədə məlumat vermək qabiliyyətinə malik olmuş, onda psixi xəstəlik və psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmamışdır. Belə olan halda zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olması halı istisna edilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müda fiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahidlərin ifadələrinə, ekspert rəylərinə habelə toplanmış digər sübutlara istinad etmişl ər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun əməlinin əsassız olaraq CM-nin 150.3.3-cü maddəsi ilə tövsif edilməsi mübahisə edilir və onun əməlinin CM-nin 153.2-ci maddəsinə tövsif edilməklə həmin maddəyə uyğun olaraq cəza təyin edilməsi xahiş olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əks ini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2 011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini CM-nin 150.3.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları a ğlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəm ə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum CM-nin 150.3.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadəsi və ifadəsinin yerində yoxlanılması zamanı göstərdiyi xüsusatlar, iş üzrə dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə ifadələri, şahid X4 ifadəsi, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019cu il tarixli, məhkəmə-genetik ekspertizasının xx xxxxx 2019-cu tarixli, kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının xx xxxxx 2019-cu tarixli, məhkəmə-psixiatrik ekspertizasının xx xxxxx 2019-cu tarixli rəyləri və işin digər halları ilə tam sübuta yetirilir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhkumun törətdiyi əməlin - aşkar surətdə 14 yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə və onun köməksiz vəziyyətindən istifadə etməklə, təkrarən ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri kimi qiymətləndirilməsinin əsassız olmasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. CM-nin 150.1-ci maddəsində “Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 150.3.3-cü maddəsi eyni əməllər təqsirkar şəxs üçün aşkar surətdə on d örd yaşına çatmayan şəxs barəsində törədildikdə cinayət məsuliyyətini müəyyən edir. CM-nin 153-cü maddəsi on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 153.2-ci maddəsinə əsasən eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-nin 150.3.3-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-nin 150.3.3-cü m addəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Odur ki, onun əməlinin CM-in 153.2-ci maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunm asını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obye ktiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qə rarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-72/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-72/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver