Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-72/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və Məhkum1 müdafiəçisi Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2019-cu il tarixli hökmünə əsasən Məhkum2 Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5, 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: O.Y.Cəlilov (sədrlik edən və məruzəçi), N.F.Quliyev və X.A.Nuriyev) 02 aprel 2019-cu İl tarixli hökmü ilə, 27 mart 1986-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Lənkəran ra yonunda qeydiyyatda olan və Lənkəran rayonunda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə ilə təqsirli bilinərək CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə, CM-nin 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 fevral 2018-ci il tarixdən hesablanması hökm edilmişdir; 23 sentyabr 1982-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətənd aşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Astara rayonunda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 04 fevral 2018-ci il tarixdən 04 iyun 2018-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət təyin edilmiş cəzaya hesablanıb həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 05 (beş) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 aprel 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 müdafiəçisi X6 və Məhkum1 müdafiəçisi X13 tərəfindən verilmiş apellyas iya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və Ə.İ.Novruzovdan ibarət tərkibdə) Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən, Məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayət tam təmin edilərək, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməklə yeni hökm çıxarılmışdır. Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair müddəalar Məhkum2 qarşı irəli sürülmüş ittihamdan xaric edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.2.1-ci maddəsinə əsasən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə əməlində həmin cinayətin tərki binin olmaması əsası ilə bəraət verilməsi, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrlə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2018-ci il tarixdən hesablanması, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.2.1-ci maddəsinə əsasən təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü maddələri ilə əməlində həmin cinayətlərin tərkibinin olmaması əsası ilə bəraət verilməsi, Məhkum1 dərhal məhkəmə zalından həbsdən azad edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X14 və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə) 16 iyun 2020-ci il tarixli qərarı ilə dövlət ittihamçısı Zəfər Ramazanovun kassasiya protesti təmin edilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə və Məhkum1 bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2019-cu il tarixli hökmü ləğv edilmiş və cinayət işinin yeni apellyasiya baxışına həmin məhkəmədə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: X22 (sədrlik edən, məruzəçi hakim), X19 və X2 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi X6 və məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi X13 tərəfindən verilmiş apel yasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-05/2019 saylı, 02 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum1 04 fevral 2018-ci ildən 04 iyun 2018-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddəti və 02 aprel 2019-cu il tarixdən 13 noyabr 2019-cu il tarixədək olan 07 (yeddi) ay 11 (on bir) gün ümumilkdə həbsdə saxlanıldığı 11 (on bir) ay 11(on bir) gün müddət Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-05/2019 saylı, 02 aprel 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Məhkum1 barəsində həbs qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin 09 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsə zor tətbiq etməklə, xeyli miqdarda əmlakı əldə etmək məqsədi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, təkrarən, silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmişdir. Belə ki, o, 25 dekabr 2017-ci il tarixdə, saat 13-14 radələrində Lənkəran rayonunun Xolmili kəndində özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək ba rədə qohumu Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, sonuncunun idarə etdiyi VAZ-21074 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə X7 yaşadığı ünvana gələrək, Əbdül Əhmədovu evindən küçəyə çağırıb Ukrayna Respublikasında yaşayan övladlarının sovqat göndərməsi bəhanəsi ilə aldadaraq avtomobilə oturmasına nail olandan sonra, onunla eyni niyyətlə hərəkət edən Məhkum1 avtomobil ilə Lənkəran rayonunun Vel kəndi istiqamətində hərəkətə başlamış, yol boyu üstündəki naməlum nümunəli bıçağı Əbdül Əhmədovun boğaz nahiyəsinə dirəyib şəxsiyyəti üzərində sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyərək həmin tarixdə satış məzənnəsinə görə 8500 manat 50 qəpiyə bərabər olan 5000 ABŞ dolları verməsini tələb etmiş, Əbdül Əhmədov onlara həmin miqdard a pulunun olmadığını bildirdikdə isə sonuncuya qarşı zor tətbiq edərək, əvvəl avtomaşında Məhkum1lə birgə hərəkətləri ilə yumruqla başına və digər nahiyələrinə zərbələr vurmuş, sonra avtomobil ilə Vel kəndi ərazisinə gətirib yoldan kənarda avtomaşından düşürdükləri Əbdül Əhmədovu yumruqla vurub yerə yıxaraq halsız vəziyyətə düşdüyünü görüb paltarlarını soyundurmuş və siqaretin odu ilə sağ ayağının İ barmağını qəsdən yandırıb hədə-qorxu ilə pul tələblərini davam etdirərək, Əbdül Əhmədova ayrı-ayrılıqda, başına vurduqları yumruq zərbələri ilə baş-beyin silkələnməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət, habelə birgə hərəkətləri ilə vurduqları zərbələrlə sağ almacıq nahiyəsinin qançırı, döş qəfəsi, sağ baldır, sol dirsək nahiyələr inin sıyrıqları, sağ ayağın İ barmaq nahiyəsinin yanıq yarası kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, bununla da bir qrup şəxs halında, zor tətbiq etməklə Əbdül Əhmədovun xeydi miqdarda pulunu hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum2 25 dekabr 2017-ci il tarixdə, saat 1314 radələrində X9 gətirdikləri Lənkəran rayonun Vel kəndi ərazisində, qohumu Məhkum1lə özgənin əmlakının hədə-qorxu ilə tələb etmə barədə ümumi niyyətindən kənara çıxan hərəkətlər edərək, quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək məqsədi ilə, təkrarən, üstündə olan naməlum nümunəli bıçaqla vurulmaq qorxusunu n təsiri altında saxladığı X9 doğrayacağı və avtomobildə olan torbaya yığacağı barədə həyat üçün təhlükəli olan zorakılıqla hədələyib avtomobildən düşüdükdən sonra sonuncuya basqın edib köynəyinin cibində saxladığı 50 manat pulu ələ keçirərək, quldurluq etmişdir. Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsə zor tətbiq etməklə, xeyli miqdarda əmlakı əldə etmək məqsədi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etmişdir. Belə ki, o, 25 dekabr 2017-ci il tarixdə, saat 13-14 radələrində Lənkəran rayonunun Xolmili kəndində özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək barədə qohumu Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, idarə etdiyi VAZ-21074 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə X7 yaşadığı ünvana gələrək, on unla eyni niyyətlə hərəkət edən Məhkum2 Əbdül Əhmədovu evindən küçəyə çağırıb Ukrayna Respublikasında yaşayan övladlarının sovqat göndərməsi bəhanəsi ilə aldadaraq avtomobilə oturmasına nail olandan sonra, idarə etdiyi avtomobillə Lənkəran rayonunun Vel kəndi istiqamətində hərəkətə başlamış, Məhkum2 yolboyu üstündəki naməlum nümunəli bıçağı Əbdül Əhmədovun boğaz nahiyəsinə dirəyib şəxsiyyəti üzərində sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələyərək, həmin tarixdə satış məzənnəsinə görə 8500 manat 50 qəpiyə bərabər olan, 5000 ABŞ dolları verməsini tələb etmiş, Əbdül Əhmədov həmin miqdarda pulunun olmadığını bildirdikdə isə sonuncuya qarşı zor tətbiq edərək, avtomaşında Məhkum2 ilə birlikdə yumruqla başına və digər nahiyələrinə zərbələr vurmuş, sonra idarə etdiyi avtomob ildə Vel kəndi ərazisinə gətirib yoldan kənarda avtomaşından düşürdükləri Əbdül Əhmədovun, onunla eyni niyyətlə hərəkət edən Məhkum2 yumruqla vurub yerə yıxaraq halsız vəziyyətinə düşdüyünü görüb onun paltarlarını soyundurmuş və siqaretin odu ilə sağ ayağının İ barmağını qəsdən yandırıb hədə-qorxu ilə pul tələblərini davam etdirərək, Əbdül Əhmədova ayrı-ayrılıqda başına vurduqları yumruq zərbələri ilə baş beyin silkələnməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət, habelə birgə hərəkətləri ilə vurduqları zərbələrlə sağ almacıq nahiyəsinin qançırı, döş qəfəsi, sağ baldır, sol dirsək nahiyələrinin sıyrıqları, onunla eyni niyyətlə hərəkət edən Məhkum2 yanan siqaretlə yetirdiyi sağ ayağın İ barmaq nahiyəsinin yanıq yarası kimi sağlaml ığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, bununla da bir qrup şəxs halında, zor tətbiq etməklə Əbdül Əhmədovun xeyli miqdarda pulunu hədə-qorxu ilə tələb etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi və Məhkum2 kassasiya şikayətləri vermişlər. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ittiham tərəfinin əlində istintaq zamanı yalnız və yalnız zərərçəkmiş şəxs kimi tanınmış Əbdül Əhmədovun qeyrisəmimi, bir-birinə zidd olan böhtan və yalanla dolu ifadələrindən başqa heç bir sənəd, sübut yoxdur. Hüquqlarını müdafiə etdiyi Məhkum1 istintaqda və məhkəmə iclasında verdiyi ifadələrində özünü iş üzrə təqsirli bilməyərək göstərmiş dir ki, o, Astara rayonu Kakalos kəndində yaşayır və 9 ildir ki, Astara rayonu Siyakü kəndində «Topaz» mərc oyunu məntəqəsində rəsmi olaraq işləyir. «Topaz» mərc oyunları aparatında həmkəndlisi Müqəddəs adlı şəxs özbaşına variant verdiyindən aparatın limiti qurtarmış və problem yaradan Müqəddəs adlı şəxsin hərəkətləri barəsində məlumat vermək üçün Bakıya getmək lazım olduğundan müdiri İbrahimxəlil Əliyevə məlumat vermişdir. İbrahimxəlil Əliyev də Bakıya gedərkən onun yanına gəlməyini, onun yanında cənub zonasında «Topaz» mərc oyunları məntəqələrinə nəzarət edən oğlunun Bakıda yerləşən ofisinə gedib məsələni ona danışıb köməklik edəcəyini ona demişdir. O, 25 dekabr 2017-ci il tarixdə saat 12-20 dəqiqədə İbrahimxəlilə zəng etmiş və özünə məxsus VAZ 21074 markalı avtomaşınla Astara rayonu Kak alos kəndindən Lənkəran rayonu Xolmili kəndinə İbrahimxəlilin evinə gedərkən həmin kənddə yolun kənarında xalasının kürəkəni olan Məhkum2 Xolmili-Vel kəndləri arasında yolun kənarında əlində telefonla kiminləsə əl-qol ataraq danışdığını və onun maşınla gəldiyini görüb danışmağa davam edərək saxlaması barədə əli ilə işarə verdiyini görüb maşını saxlamışdır. Eminin maşına oturduqdan sonra da kiminləsə danışmağa davam etdiyini, telefonda onunla danışan şəxsin yüksək səslə Emini söydüyünü və Eminin də bundan əsəbiləşdiyini görüb telefonu onun əlindən alaraq həmin şəxsi sakitləşdirmək və söyüş söyməməsini ona başa salmaq istəmiş, lakin həmin şəxs onu da söymüş və telefonu qapatmışdır. Tanımadığı şəxs tərəfindən söyüldüyü üçün hətta həmin vaxt Eminin telefonu vasitəsi ilə sonradan adını bildiyi həmin Əbdül kişinin oğlu Elçin adlı şəxslə qarşlıqlı olaraq bir-birinə qarşı səsli danışıqlar da atmışlar. Həmin vaxt Emin telefonu kənara qoyaraq ondan «yaxın adam var, gedək ona dəyək» deyə xahiş etmiş, o da Eminə «əgər telefonda səni söyən adamın evinə getmək istəyirsənsə, mən oraya gedə bilmərəm, işim var, müdirim İbrahimxəlilgilə gedirəm, o, məni gözləyir» sözlərini demiş, Emin öz övladının canına and içərək telefonda onu söyən şəxsin Ukraynada olduğunu, başqa yerə gedəcəyini, həmin adamın yaxın adam olduğunu, həmin şəxsin evinin də onun gedəcəyi müdiri İbrahimxəlilgilin evinin yaxınlığında olduğunu dediyindən o, maşını Eminin göstərişi ilə onun dediyi ünvana sürmüş və bir qapıya çatdıqda Emin maşını saxlamasını xahiş etdiyindən o, maşını saxlamışdır. Emin maşından düşsə də, o, düşm əmişdir. Emin qapıdan kimisə çağırmış və əvvəllər onun tanımadığı bir kişi ev paltarı ilə qapıya gəlmiş və Eminlə öpüşüb görüşmüşdür. Emin həmin kişiyə gedib bir çayxanada oturub söhbət edək deyə müraciət etmiş, həmin kişi, yəni sonradan adını bildiyi Əbdül kişi keçib maşında qabaq oturacaqda oturmuşdur. Əbdlül kişi maşina oturduqdan sonra əl verib onunla görüşmüş və zənn ilə ona baxdığından o, Əbdül kişiyə həmin küçənin başında yaşamış Polad kişinin nəvəsi olduğunu bildirmişdir. Əbdül də «Tanıyırdım, Allah rəhmət etsin» deyə cavab vermişdir. Sonra o, Eminin göstərişinə əməl edərək «Amin» şadlıq sarayı istiqamətində sürmüş, oraya çatanda maşını saxlayaraq müdiri İbrahimxəlilgilə getmək istədiyini dedikdə Emin və Əbdül maşını bir az da qabağa sürməyi dediklərindən maşını sürməyi davam etmiş dir. Həmin vaxt Emin Əbdülə «ağsaqqal, biz bir kəndçiyik, sənin oğlun mənə 800 qriven borc verib və mən də arvadımın 2 qızılını onun yanında girov qoymuşdum, onun pulunu Ramin adlı şəxs vasitəsi ilə göndərsəm də, oğlun Elçin məni söyüb ağzına gələni deyir, əmanətimi qaytarmayır, sən buna valideyn kimi nə deyirsən» dedikdə gözlənilmədən Əbdül kişi qışqıraraq «sən bunu mənə niyə deyirsən, özünüz bilərsiz». Sonra o, maşını döndərib Əbdül kişini evinə aparmaq istədikdə onların ikisi də maşını sür dediklərindən o, maşını irəliyə sürməyə davam etmiş, Vel kəndinin sonunda Liman istiqamətinə çatanda onların mübahisələrinin qızışdığını görmüş, onları sakitləşdirmək istəmiş, onlar maşından düşdükdən sonra mübahisə davam etmiş, birinci olaraq Əbdül kişi Emini vurmuş, Emin də onu itələyərkən Əbdül kiş i yerə yıxılmış, yalnız bundan sonra o, maşından düşüb onları aralamış və Əbdül kişiyə gəl səni evinizə aparım demiş, lakin Əbdül «üst-başımı cırıb sizi zibilə salaram çıxın gedin» demişdir. Hətta həmin vaxt küçədən keçən Mersedes, daha sonra isə başqa bir VAZ 2107 markalı maşınlara əl edib saxlatdırıb Əbdülü evinə yola salmaq istəsə də, Əbdül razı olmamış və o da Eminlə birlikdə maşina oturaraq oradan getmişlər. Məhkum1 ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, həmin vaxt təsadüfən Eminlə yolda rastlaşmış, həmin vaxta kimi nə Əbdül kişini, nə də ki, onun Ukraynada yaşayan övladlarını tanımamış, onlarla aralarında heç bir münasibət olmamış, Əbdül Əhmədova qarşı heç bir hədə qorxu tələb edib ondan pul tələb etməmiş, əksinə mübahisə edərkən onları sakitləşdirib ayırmışdır. Heç bi r cinayət əməli törətmədiyindən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Eyni ifadəni iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxs Məhkum2 də istintaqda və məhkəmədə verdiyi ifadələrində göstərmişdir. Göründüyü kimi məhkumun ifadələri ilə onlara verilən ittiham arasında əsaslı ziddiyyətlər vardır. Zərərçəkmiş şəxs Əbdül Əhmədov kimlərinsə göstərişi ilə hər dəfə bir şey uyduraraq istintaqı, daha sonra isə məhkəməni yanlışlığa doğru aparmaqda davam edir. İş üzrə zərərçəkmiş şəxs Əbdül Əhmədov ilk şikayətlərində göstərmədiyi halda sonradan məqsədli şəkildə oğlu X24 Quluzadəyə verməli olduğu pul əvəzinə verdiyi qızılı pulu ödədikdən sonra geri qaytarmamaq və daha sonra isə Emini cəzalandırmaq məqsədi ilə ilk olaraq Eminin maşında olarkən bıçağı onun boğazına dayayaraq onun üstün ə qışqıraraq nalayiq söyüşlərlə söydüyünü, daha sonra təqsirləndirilən şəxslərin onu yumruqla döyərək halsız və hərəkətsiz vəziyyətə saldıqlarını, onu ölmüş zənn edib paltarlarını əynindən çıxararaq dəniz sahilinə atdıqlarını sonra isə onun özünü dəniz kənarına atdıqlarını, 25 dekabr 2017-ci il tarixli həmin ifadənin sonunda müstəntiq zərərçəkmiş şəxsin ifadəsinə əlavəsinin olub-olmadığını soruşduqda zərərçəkmiş şəxs Ə.Əhmədov heç bir əlavəsinin olmadığını qeyd etdiyini, ancaq bütün bunlar istintaqçını qane etmədiyi üçün düz 1 gün sonra, yəni 26 dekabr 2018-ci il tarixdə Əbdül Əhmədovdan təkrarən əlavə izahat alındığını nəzərə çatdırır. Artıq həmin izahatda ikinci ittihamın təməli qoyulmağa başlamış, əvvəlki izahatında cibində pul olmasını və həmin pulun kiminsə tərəfindən götürülməsi ba rədə bir kəlmə də deyilmədiyi halda necə olur ki, müstəntiq ilk olaraq Əbdül Əhmədova cibində nə qədər pul olması barədə sual verir. Həmin əvvəlcədən məqsədli şəkildə hazırlanmış suala əvvəlcədən hazırlanmış cavab olaraq Əbdül Əhmədov köynəyinin cibində 50 manat pulu olduğunu, onu döyüb dəniz kənarına atandan sonra ayılarkən paltarlarının kolların içində olduğunu, təkcə tumanının əynində olduğunu və köynəyini kolların altından götürdükdən sonra ciblərinə baxdıqda həmin 50 manatın cibində olmadığını bildirmişdir. 26 dekabr 2017-ci il tarixli əlavə izahatında və 05 yanvar 2018-ci il tarixdə verdiyi zərərçəkmiş şəxsi dindirmə protokolunda köynəyini kolların altından götürdükdən sonra ciblərinə baxdıqda həmin 50 manatın cibində olmadığını bildirdiyi halda, 05 fevral 2018-ci il tarixli ifadəsin də köynəyinin bir hissəsinin maşında çıxarıldığını, qalan hissəsini də maşından düşürüləndən sonra çıxarıldığını, Emin tərəfindən cibindəki 50 manat pulun götürüldükdən sonra köynəyini onun üstünə atıldığını, 03 sentyabr 2018-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi rəsmi vəsatətində isə təqsirləndirilən şəxslərin onu döyüb zorla soyunduraraq cibindəki 50 manat pulu götürdüklərini göstərmişdir. Bununla belə 04 oktyabr 2018-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Əbdül Əhmədovun arvadı Gülxanım Əhmədova isə verilən suallara cavab olaraq bildirmişdir ki, xəstəxanada olarkən əri Əbdül cibində 50 manat pul olduğunu deyib həmin pulu götürüb onun müalicə edən həkimlərə verməsini ona dediyindən o, ərinin köynəyinin cibinə baxmış və 50 manat pulun cibində olmadığını ona demişdir. Göstərilən xüsusatı 05 noyabr 2018-ci il tarixli məhkəmə iclasında Əbdül Əhmədovun özü də verilən suallara cavab olaraq eyni ilə təsdiq etmişdir. X29 bir epizod üzrə 4 fərqli fikir bildirilmişdir. Hadisədən düz 41 gün keçdikdən sonra, yəni 05 fevral 2018-ci il tarixli ifadəsində zərərçəkmiş şəxs Əbdül Əhmədov təqsirləndirilən şəxslərə yeni bir ittiham verilməsi məqsədi ilə başqa bir böhtan atılır ki, guya təqsirləndirilən şəxs, konkret olaraq Məhkum2 tərəfindən onun sağ ayağı yandırılmışdır. Əbdül Əhmədov həmin ifadəsində, ayağındakı qaloşun kollara tərəf dartılarkən ayağından çıxdığını və sonra isə Emin tərəfindən ayağının yandırıldığını göstərmişdir. Ərindən fərqli olaraq X17 Rzayevin qohumları onlara gəlib hansı səbəbdən Ramaldan şikayət etdiklərini öyrənmək istəyərkən Gülxanı m Əhmədova onlara bir cüt qaloş göstərərək hadisə zamanı əri Əbdülün sol ayağının qaloşunun üzərinin siqaretlə deşildiyini və hazırda da həmin qaloşun evlərində saxlanıldığını bildirmişdir. Məhkəmə tibb ekspertinin 28 dekabr 2017-ci il tarixli 1457 nömrəli rəyində göstərilmişdir ki, Əbdül Əhmədovda baş beyin silkələnməsi, sağ baldır, sol dirsək nahiyyəsində sıyrıqlar, sağ ayağın 1-ci barmağı nahiyyəsinin yanıq yarası aşkar edilmişdir. Həmin rəydə zərərçəkmiş şəxsin sağ ayağının 1-ci barmağının yanıq yarası yüksək hərarətin termiki təsirindən əmələ gəldiyi və müddətinin müayinədən 3-4 gün əvvələ uyğun gəldiyi, sağlamlığa zərər vurmayan xəsərət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Göründüyü kimi qeyd edilən rəydə Əbdül Əhmədovun ayaq barmağında yanıq yarası olsa da, həmin yanığın məhz siqaretlə yandırılmağa xarakterik olduğu göstərilməmişdir. Müdafiə tərəfi hesab edir ki, ekspert Şərif Hüseynov Məhkum1 qohumları tərəfindən onun səsini yazdıqlarından sonra əlinə fürsət düşüb deyə qisas almaq məqsədi ilə Əbdül Əhmədovun ayağındakı xəsarətin siqaretlə yanmağa xarakterik olması barədə 22 noyabr 2018-ci il tarixli 05/1457 nömrəli rəyi vermişdir. Müdafiə tərəfi verilmiş sonuncu rəy ilə qətiyyən razılaşmadığından yenidən başqa bir vəsatətlə təkrar ekspertiza keçirilməsi barədə vəsatət versə də, həmin vəsatət də təmin edilməmişdir. Zərərçəkmiş şəxs Əbdül Əhmədov 25 dekabr 2017-ci il tarixdə, 26 dekabr 2018-ci il tarixdə, 29 dekabr 2018-ci il tarixdə, 05 yanvar 2018-ci il tarixli izahat və ifadələrində, eləcə də 06 fevral 2018-ci il tarixdə Məhkum1 haqqında həbs qə timkan tədbiri seçilməsi barədə verilmiş təqdimata baxılarkən bir kəlmə belə demədiyi halda məhz 05 fevral 2018- ci il tarixli ifadəsində həmin 50 manat pulun təqsirləndirilən şəxs Məhkum2 tərəfindən götürüldüyü qeyd etmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, həmin protokol ümumiyyətlə saxta olmaqla sonradan tərtib edilmişdir. Cinayət işinin istintaqının əvvəlindən axırına kimi, eləcə də məhkəmə iclaslarında Məhkum2 ifadələrində göstərmişdir ki, hadisənin baş verdiyi tarixdə yolda olarkən X18 Respublikasının Krivoy-Roq şəhərində yaşayan oğlu Elçin Əhmədovla telefonla danışarkən təsadüfən yoldan Astara rayonu istiqamətindən Lənkəran rayonu Xolmili kəndi istiqamətində hərəkətdə olan uzaq qohumu Məhkum1 idarə etdiyi avtomobillə keçdiyini görüb telefonla danışa-danışa əl edib onu saxlatd ırmışdır. Məhkum2 istintaqda və məhkəmədə verdiyi bütün ifadələrində konkret olaraq Ramalın həmin işlə heç bir əlaqəsinin olmadığını, təsadüfən yoldan keçib Əbdül Əhmədovla eyni kənddə və məhəllədə yaşayan müdiri İbrahimxəlil Əliyevin evinə getdiyini dediyindən onu da həmin kənddə, eyni istiqamətdə yaşayan tanışının evinə getdiyini dediyindən onunla birlikdə olduğunu bildirmişdir. O, ifadələrində qeyd etmişdir ki, 1 ədəd qızıl kişi üzüyünü və 1 ədəd kişi üçün toxunma qızıl qolbağı girov qoyaraq zərərçəkmiş şəxs Əbdül Əhmədovun oğlu, Ukraynada yaşayan Elçin Əhmədovdan təqribən 450 manat dəyərində 800 qriven pul borc almışdır. Təqribən 8-9 ay sonra həmin pulu onların ümumi tanışları olmaqla Ukraynada yaşayan onun bildiyinə görə əslən cənub zonasından, Astara, yaxud da Lənkəran rayonu Şağlakü çə kəndindən olan Ramin adlı şəxsə verərək Elçinə verməsini xahiş etmiş, daha sonra Elçinə həmin pulu verib vermədiyini soruşarkən Ramin həmin pulu Elçinə verdiyini dediyindən o, Elçinə zəng edərək pul qaytarıldığı üçün qızıllarının həmin vaxt Ukraynada olan atası İltifata verərək geri qaytarmasını xahiş etmiş, Elçin isə pulu Ramindən aldığını bildirsə də, qızılları satdığı üçün qaytara bilməyəcəyini dediyindən aralarında mübahisə yaranmış və məhz bu səbəbdən Emin ilə Elçinin arasında sosial şəbəkə vasitəsi ilə yazışmalar olmuş, bir-birlərini nalayiq söyüşlərlə söyüb təhqir etmişlər. Həmin yazışmalardan da görünür ki, Emin məhz qızılların qaytarılması ilə əlaqədar Elçinlə yazışmış, təkidlə onunla danışmasını istəmiş, qızıllarını geri almaq istəmişdir. Daha sonra Elçinin onunla danışmasında n yayındığı üçün atası Əbdülün evinə gələrək oğlunun onun qızıllarını qaytarmadığını, əksinə onu söyüb təhqir etdiyini bildirmişdir. Belə olan halda işin istintaqını aparan müstəntiq həmin Ramin adlı şəxsin şəxsiyyətini müəyyən edərək həmin xüsusatları araşdırmaq əvəzinə, yəni həqiqətən də Raminin Eminin ona verdiyi pulu aparıb Elçin Əhmədova verib-vermədiyini müəyyən etmək əvəzinə, yalnız Elçin Əhmədovu və hazırkı işlə heç bir əlaqəsi olmayan, Ukrayna Respublikasında mal oğurluğu ilə məşğul olan, hazırda isə digər cinayətlə əlaqədar həbsdə olan X12 çağıraraq dindirməklə kifayətlənmişdir. Elçin Əhmədov də səmimilikdən uzaq olmaqla ifadə vermiş, yalnız Məhkum2 sosial şəbəkə vasitəsi ilə ona göndərdiyi söyüşləri təqdim etmiş, özünün nalayiq formada göndərdiyi söyüş dolu məlumatları isə istin taqa və məhkəməyə təqdim etməmişdir. Zərərçəkmiş şəxs Əbdül Əhmədovun yalan və böhtanları yuxarıda göstərilənlərlə də bitməmişdir. Belə ki, Əbdül Əhmədov istintaqda və məhkəmədə bildirmədiyi, ifadə etmədiyi daha bir ittihamı məhkəmənin hazırlıq iclasında verdiyi vəsatətində göstərmişdir ki, «Nəhayət mən huşumu itirdim. Onlar məni ölmüş bilib, hər ehtimala qarşı sağ ayağımın 1-ci barmağına alışan siqareti basıb yandırdılar. Mənim ayağım yanarkən də məndən hərəkətlilik görmədikdə onlar məni kəndimizdən 10 km məsafədə olan Xəzər dənizinin sahilindəki kolluğa atdılar və öz aralarında razılaşdılar ki, hava qaralandan sonra qayıdıb məni torpağa basdırsınlar». Bundan başqa zərərçəkmiş şəxs Əbdül Əhmədov ilk izahat və ifadələrində verilən suallara cavab olaraq Ukraynadan oğlanları tərəfindən ona q oz ləpəsi göndərildiyini və satıb pul əldə edildiyinin Məhkum2 tərəfindən bilindiyini göstərsə də məhkəmə iclasında verdiyi ifadəsində onun arvadı Gülxanım Əhmədova oğlanları tərəfindən satılmaq üçün qoz ləpəsi göndərilmədiyini bildirmişdir. Həmin xüsusat bir daha təsdiq edir ki, zərərçəkmiş şəxsin həmin fikri də qisas çıxmaq məqsədi ilə daha ağır ittiham verdirmək üçün uydurulmaqla təqsirləndirilən şəxslər tərəfindən hədə-qorxu ilə Əbdül Əhmədovdan pul tələb edilməsinə əsas ola bilməz. Zərərçəkmiş şəxs Əbdül Əhmədovun təqsirləndirilən şəxslərin hədə-qorxu ilə ondan pul tələb etmələri, cibində olan guya 50 manat pulu götürmələri, Məhkum1 onu vurması, onun soyundurulması, ayağına siqaret basdırılması tamamilə yalan olmaqla həqiqəti əks etdirmir. Səs yazısından görünür ki, Əbdül Əhmədov öz ü etiraf etmişdir ki, Məhkum1 əli belə ona dəyməmiş, yalnız sürücü kimi Eminlə gəldiyindən və müstəntiq tərəfindən ona təsir edildiyindin (2000 manat cərimə ediləcəyi bildirildiyindən) Ramalın adını istintaqa vermiş və şikayətini davam etdirir. Məhkəmə iclasında həmin səs yazısı dinlənilsə də, son nəticədə həmin diski sübut kimi qəbul edilmək əvəzinə zərərçəkmiş şəxsin nümayəndəsinin tamamilə əsassız bir vəsatətinə əsasən qanunsuz olaraq həmin səs yazılıb deyə məhkəmə tərəfindən Ağaddin Mirzəyevin həmin səs yazmasının qanuni olub-olmamasının araşdırılması məsələsi həll edilməsi üçün bu barədə materialların istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsinə dair qərar qəbul edildi. Həmin səs yazısını yazmış Ağəddin Mirzəyev jurnalistdir. Ona verilən vəsiqədən də görünür ki, jurnalist kimi səs yazısı və çəkiliş aparılmasına icazəsi olmuşdur. Ağaddin Mirzəyev məhkəmə iclasında onu da bildirmişdir ki, Əbdül Əhmədovun şər bir adam olduğunu eşitdiyi üçün gələcəkdə onun evinə gəlib deyə onu da şərləyə biləcəyini düşündüyündən onun səsini yazmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, həqiqətən də Məhkum2 X18 Respublikasında yaşayan oğlu Elçin Əhmədovdan 2 ədəd qızıl-zinət əşyasını girov qoymaqla ondan 800 qriven borc pul almış, daha sonra həmin şəhərdə, yəni Ukrayna Respublikasının Krivoy-Roq şəhərində əslən Azərbaycanın cənub zonasından olan Ramin adlı ümumi dostları vasitəsi ilə Emin həmin pulu Elçinə göndərmiş, həmin pulu Ramin tərəfindən çatdırıldığını öyrəndikdən sonra zəng edərək pulu alıbsa qızıllarını qaytarmasını dedikdə Elçin artıq qızılları s atdığını demiş və yalnız bu səbəbdən onların arasında mübahisə başlamış və biri digərini sosial şəbəkə vasitəsi ilə nalayiq formada söyüb təhqir etmişlər. Məhkum2 yalnız həmin anlaşılmazlıqla əlaqədar Elçinin evinə gəlib onun atası ilə danışmaq istəmiş və yolda təsadüfən rastlaşdığı uzaq qohumu Ramalın müdiri İbrihimxəlilin evinə gedərkən saxlatdırmış və eyni istiqamətə getdiyi üçün onu da aparmasını xahiş etmişdir. İstintaq materialları ilə o da təsdiqini tapmışdır ki, həqiqətən də hadisənin baş verdiyi radələrdə, konkret olaraq isə saat 12:20-də Məhkum1 tərəfindən İbrahimxəlil Əliyevin istifadəsində olan telefona zəng daxil olmuşdur,. Eyni zamanda o da təsdiqini tapmışdır ki, Ramalın müdiri İbrahimxəlilin yaşadığı kənd zərərçəkmiş şəxs Əbdül Əhmədovun yaşadığı Xolmili kəndi olmaqla hətta eyni məhəllədə, eyni istiqamətdə yaşayırlar. Eləcə də istintaq zamanı o da təsdiqini tapmışdır ki, Məhkum1 «Topaz» məntəqəsində işlədiyi işdən həmin hadisəyə kimi deyil, yalnız və yalnız həmin hadisədən sonra, yəni konkret olaraq 01 yanvar 2017-ci il tarixdən azad edilmişdir. Məhkəmə istintaqı zamanı o da təsdiqini tapmışdır ki, Məhkum2 Elçinə olan borcunu ona aparıb verdiyi Ramin adlı şəxs Lənkəran rayonu Şağlaküçə kəndində yaşamaqla onun adı X10 olmuş və İcra nümayəndəliyinin verdiyi və iş materiallarında olan arayışda o da göstərilmişdir ki, həmin şəxs, yəni X1 Respublikası Krivoy-Roq şəhərində yaşayır. Qeyd etdiyi ziddiyyətlər göstərir ki, zərərçəkmiş şəxs Əbdül Əhmədov yalan danışmağa, özündən uydurmağa, başqalarının təsirinə düşməyə, nəyin bahasına olursaolsun qisas almağa meyilli ş əxsdir. Həmin xüsusatları araşdırmaq üçün isə hər bir halda iş materiallarında olan zərərçəkmişin səsi yazılmış disk sübut kimi qəbul edilməli, hər hansı bir şübhə vardırsa, məhkəmə fonoskopik ekspertizası, eləcə də Əbdül Əhmədov barəsində psixoloji və psixiatrik ekspertiza təyin edilməli idi. Bu səbəbdən də Əbdül Əhmədovin istintaqa yalan ifadə verdiyi aşkar olduğundan vəsatətlə müraciət edərək məhkəmə-psixoloji ekspertizası keçirilməsi zərurəti yarandığından bu barədə də vəsatət verilsə də, təəssüf ki, həmin vəsatət də təmin edilməmişdir. Məhkəmə yalnız zərərçəkmiş şəxsin heç bir sübuta söykənməyən ifadələrini sübut kimi qəbul etmiş, müdafiə tərəfinin isə saysız-hesabsız Məhkum1 təqsirsizliyini özündə əks etdirən sübutları isə qəbul etməmişdir. Müdafiəçi, Məhkum1 münasibətdə Şirvan Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığından onun barəsində olan hissədə cinayət işinə xitam verilməsini xahiş edir. Məhkum Məhkum2 ilk məhkumluğunu, ailəli, övladlarının olmasını nəzərə alıb Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən fa ktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə ə sasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-proses sual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərində mübahisələndirilən məsələlərdən biri Məhkum2 Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri və Məhkum1 əsassız olaraq CMnin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinmələridir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslıl ığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətlərində göstərilən dəlillərlə bağlı qeyd edilən hallarla razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işə bax an məhkəmələr məhkumların qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayətində göstərdikləri dəlillər tamamilə əsassızdır və Məhkum1 barəsində cinayət işinin icraatına xitam verilməsinə əsas olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən, o cümlədən şəxsin əməlində cinayət tərkibinin olmaması kimi hallar hazırki cinayət işi üzrə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qanunun mənasına görə qabaqcadan əlbir olma cinayət əməli törədilənədək, cinayətin törədilməsi zamanı və ondan sonra qrupa daxil olan şəxslərin hərəkətlərinin istiqaməti, bir-birinə uyğunluğu, ümumi niyyətin təmin edilməsinə yönəlməsi əlamətləri ilə müəyyən edilir. Həmçinin cinayətdə iştirakçılığın obyektiv əlamətlərindən biri də cinayətdə iştirak edənlərin birgə iştirakı ilə bağlıdır. İştirakçılıqla törədilən cinayətlərdə baş verən nəticə birgə fəaliyyətdən doğduğundan bütün iştirakçıların məsuliyyəti də baş verən nəticəyə görə yaranır. Hazırki cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsi Məhkum1 Məhkum2 ilə təsadüfən görüşmələri, zərərçəkmiş şəxsi ev geyimində olmasına baxmayaraq Məhkum2 tərəfindən aldadılaraq avtomobilə mindirildikdən sonra Məhkum1 sonuncunun göstərişi ilə avtomobili sürətlə idarə edib zərərçəkmiş şəxsin yaşayış yerindən uzaqlaşdırması, onun çağırışlarına baxmayaraq avtomobili saxlamaması, avtomobilin qapısını açıb özünü atmaqla hədələdikdən sonra məcburiyyət qarşısında saxlaması, Məhkum2 hərəkətlərinə dəstək verərək avtomobildə zərərçəkmiş şəxsi vurması, qış fəslində soyuq havada yaşayış yerindən onun tərəfindən uzaqlaşdırıldığı halda hadisə yerində paltarları soyundurulmuş huşunu itirmiş vəziyyətdə tənha qoyub Məhkum2 ilə birlikdə tərk etməsi kimi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək ha qlı olaraq birinci instansiya məhkəməsinin Məhkum1 Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməlini törətmələri barədə mövqeyini əsaslı hesab etmişdir. Məhkum1 ibtidai araşdırma müddətində şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi eyni məzmunlu ifadələrdə göstərmişdir ki, “bir qədər avtomobili idarə etdikdən sonra Əbdül maşının qapısını açaraq dedi ki, “özümü ataram yola saxla”. Bundan sonra mən Əbdülün özünü avtomobildən yerə atmasından qorxub avtomobili Vel kəndi ərazisində olan yarımtikili limanın yaxınlığında saxladım”. İfadəsinin başqa bir yerində göstərmişdir ki, «Əbdül Əhmədov üzləşmə zamanı mənim hadisə baş verdiyi gün avtomobili idarə etdiyim zaman sağ əlimlə onu vurduğumu və onun ünvanına nalayiq ifadələr işlətdiyimi bildirdi, lakin, bildirirəm ki, mən onun ünvanına nə nalayiq ifadələr işlətmişəm, nə də ki ona yumruq atmamışam, sadəcə olaraq Emin Əbdülün boynundan tutub boğazını sığırdı və mən əlimlə Eminə vurub onu ayırmaq istəyəndə əlim ola bilsin ki, Əbdülə dəymiş və ola bilsin ki, Əbdül mənim bu hərəkətimi ona yumruq atmaq kimi qəbul etmişdir». İfadəsində daha sonra suallara cavablandırarkən göstərmişdir ki, «Əbdül Əhmədov maşından düşəndən sonra Məhkum2 ilə əlbəyaxa olub dalaşırdı, mən gördüm ki, Əbdül kişi yerə yıxılıb, yaxınlaşıb Emini ondan ayırıb maşına tərəf itələdim. Özüm isə Əbdülə yaxınlaşdım və onu kəndə evinə aparmağı təklif etdim, həmin vaxt Əbdülün əynində köynəyi yox idi, qaloşlarının biri, ya ikisi də ayağından çıxmışdır. Mən köynəyini yerdən götürüb ona geyindirmək istədim, Əbdül k işi imkan verməyərək mənimlə getməkdən imtina edib dedi ki, “onu da apar burdan gedin, yoxsa gicgahıma bir daş vurub özümü öldürərəm və səni də şərə salaram”. Bundan sonra mən avtomobilə oturub oradan uzaqlaşdım”. Məhkum1 06 fevral 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında verdiyi ifadəsində avtomaşınında Məhkum2 ilə Əbdül Əhmədovun mübahisə edib biri-birinə əl-qol atmalarını, həmin vaxt onları sakitləşdirərkən onun əlinin kişinin (Əbdül Əhmədovun) sifətinə dəyməsini göstərmişdir. Həmin məhkəmə iclasında zərərçəkmiş şəxs Əbdül Əhmədov bildirmişdir ki, evinin yanına gəlib onu çağırmış Məhkum2 təklifi ilə maşına oturandan sonra Məhkum1 avtomaşını sanki təyyarə sürəti ilə yerindən sürərək onu evindən uzaqlaşdırmış, onu hara apardıqlarını soruşanda Em in əvvəl çayxanaya gedib söhbət edəcəklərini bildirmiş, o, olduğu geyimdə çayxanaya gedə bilməyəcəyini deyəndə Emin onu və ailəsini söymüş və arxadan yumruqla onu vurmuş, o, vəziyyətinin pisləşdiyini görüb Ramaldan maşını saxlamasını tələb etmiş, Ramal isə onun sifətinə yumruqla zərbə vurmuş, zərbənin təsirindən halsız vəziyyətə düşmüşdür. Məhkumun ifadəsində göstərdiyi bu hallar zərərçəkmiş şəxsin ifadəsində göstərilən halların həqiqiliyini qismən təsdiq edən hallardır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs X15 ifadəsində göstərmişdir ki: Onlar Vel kəndinin ərazisində Balakişinin yeməkxanasına yaxınlaşanda o, təkrartəkrar maşını saxlamağı və onu düşürmələrini tələb etmiş, bu zaman Emin başına bir yumruq vurmuşdur... Ramal maşın sürdüyünə görə onu vura bilməmiş, amma arabir üstünə qışıqırıb səsini kəsməsini, Eminin dediklərini etməyi tələb etmiş, sonra isə sağ əli ilə ona yumruq atmışdır. O, əllərini qabağa verib özünü müdafiə etmiş, qışqıraraq onlara «saxlayın maşını, düşürdün məni, ayıbdır, mən qoca kişiyəm... Bu zaman Ramal da «beş min bunun üçün çox olar, əvvəl beş yüz gətirsin, sonra baxarıq» demişdir. O, qışqıraraq onlara verməyə pulu olmadığını və maşını saxlamalarını tələb etdikdə Ramal birdən onun sifətinə güclü yumruq zərbəsi vurmuş, zərbədən birdənbirə başı fırlanıb huşsuz hala düşmüşdür. Bundan sonra Emin əl atıb qollarını qaldıraraq onun səs vermədiyini görüb Ramalın üstünə qışqıraraq «ədə oğraşın oğlu oğraş, maşını saxla, bu ölüb, saxla maşını» demiş və Ramal maşını yolun solunda olan döngəyə çatıb çayın kənarında maşını saxlamışdı r... Bundan sonra onlar onu maşından yerə düşürmüş və əynindəki paltarları, yəni şalvarı və maykanı da soyundurub çıxartmışlar. Emin və Ramalın öz aralarında danışıqlarından eşitmişdir onlardan biri onu kanala atmağı təklif etmiş, digəri isə «yox, yox, kanala atmayaq, bu ölüb, qoy qalsın burada, ona heç kim yiyə durmaz, görən deyər ki, narkomandır ya da alkaşdır, soyunub burada sonra soyuq vurub» demişdir. O, yenə də qorxusundan səsini çıxartmamış, özünü ölmüş kimi aparmışdır ki, onlar onu «ölmüş» bilib çıxıb getsinlər. Lakin onlar getməmiş, sonra Emin siqaretlə onun (Əbdül Əhmədovun) sağ ayağının baş barmağını yandırmış, barmağını siqaret yandırıb bərk incitsə də, o qorxusundan səsini çıxartmamış, çünki onun ölmədiyini görüb onu öldürəcəklərini fikirləşib buna dözmüşdür... Xəstəxanada ola rkən arvadına köynəyinin cibində 50 manat pulun olubolmamasını soruşanda arvadı ona köynəyinin cibində 50 manat pul olmadığını bildirmiş, bu zaman o, 50 manat pulun Emingilin götürdüyünü bilmişdir. Hadisədən əvvəl ayağında rezin qaloş olmuş, lakin hadisə baş verən vaxt ayağından qaloş çıxdığından ayaqyalın olmuş, sonra Emin siqaretlə sağ ayağının barmağını yandırmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum1 Məhkum2 ilə təsadüfən görüşmələri və onların qabaqcadan əlbir olmamaları barədə dəlillərini əsassız sayır. Məhkəmələr işin bu halı ilə bağlı Məhkum1 və İbrahimxəlil Əliyevin ifadələrini tədqiq və həmçinin şərh olunan sübutların iş materiallarında olan digər sübutlarla müqayisəli təhlil edərək həmin ifadələrin məntiqiliyinə düzgün hüquqi qiymət vermiş və əsaslı qənaətə gəlmiş lər. Müdafiəçinin kassasiya şikayətində X7 jurnalist Ağəddin Mirzəyevlə söhbəti zamanı dedikləri səs yazısının sübüt növü kimi kimi qəbul edilməməsinin əsassız olması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X7 jurnalist Ağəddin Mirzəyevlə söhbəti zamanı dediklərindən alındığı ehtimal edilən məlumatların hazırkı iş üzrə sübut kimi istifadə olunması cinayət-prosessual normaların tələblərinin pozulması kimi qiymətləndirilir. Belə məlumatlar zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı müstəntiqə və məhkəmə iclasında yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmiş və həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı ona məlum olan bütün halları məhkəməyə söyləyəcəyinə and içmiş zərərçəkmiş şəxsin ifadəsinə bər abər tutula bilməz. Qanunla müəyyən edilmiş şəxslərdən başqa kimsənin, o cümlədən jurnalistin zərərçəkmiş şəxsdən cinayət təqibi ilə bağlı ifadə almaq səlahiyyəti müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər əkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. CPM-nin 28.6-cı maddəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. CPM-nin 125.2.5-ci, 125.2.7-ci və 125.2.9-cu maddələrinə əsasən cinayət təqibi üzrə icraatı həyata keçirmək, i stintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə sasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqi bi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu qanunların mənasına görə sübutlar həm ibtidai araşdırma və həm də məhkəmə baxışı zamanı toplanır və toplanmış bütün sübutlar məhkəmə iclasında təhlil edilməli, birbiri ilə müqayisə edilməli, onların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməli və bu qaydada sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar Məhkum2 və Məhkum1 Səifəli oğlunun onlara istinad edilən cinayət əməllərini törətmələri, ibtidai araşdırma və birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla tamamilə sübuta yetirilmişdir. Belə ki, Məhkum2 zərərçəkmiş şəxs Əbdül Əhmədovu maşında vurmadığını göstərsə də, digər təqsirləndirilən şəxs Məhkum1 və məhkəmə-tibbi ekspertzasının rəyi ilə Emin X4rşı zorakılıq etməsi təsdiq olunur. Həmçinin Məhkum1 ilkin ifadəsində və barəsində həbs qətimkan tədbiri seçilərkən məhz avtomaşının salonunda Məhkum2 Əbdül Əhmədova yumruq atmasını, Əbdülün ona qarşılıq verməsini, onları ayırmaq istəyərkən qolunun Əbdülə dəydiyini, buna görə onun hərəkətini yumruqla vurmaq kimi qəbul etdiyini göstərmişdir. 06 fevral 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi izahatında zərərçəkmiş Əbdül Əhmədov bildirmişdir ki, Məhkum2 təklifi ilə avtomaşına oturandan sonra Məhkum1 maşını sanki təyyarə sürəti ilə sürərək oradan uzaqlaşmış, maşını saxlamasını tələb etsə də, Emin onu və ailəsini söyüb təhqir etmiş, arxadan yumruqla onu vurmuş, R amaldan maşını saxlamasını tələb etsə də Ramal yumruqla sifətinə vurmuş, zərbənin təsirindən halsız vəziyyətə düşmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum1 Məhkum2 ilə birlikdə Əbdül Əhmədovun yaşadığı ünvana getməsi, İbrahimxəlil Əliyevin yanına getməsini göstərməsinə baxmayaraq onunla görüşmədən Əbdülü maşına otuzdurandan sonra dərhal həmin məhəllədə yaşayan İbrahimxəlil Əliyev ilə görüşmədən oradan uzaqlaşması, sonradan da İbrahimxəlil Əliyevin yanına gəlməməsi və onunla əlaqə saxlamaması, avtomaşında özünün də dediyi kimi Əbdülün səs-küy salaraq getmək istəməməsinə baxmaraq onun etirazına məhəl qoymayaraq avtomaşına sürətlə sürərək oradan uzaqlaşması, avtomaşında Əbdülün sifətindən zərbə vurması, Əbdüllə evinin yanında söhbət etmələrinə kifayət qədər imkan və şərai t olmasına baxmaraq bunu etməmələri, əksinə Əbdülü avtomaşına qoyub fikrini nəzərə almadan, etirazlarına məhəl qoymadan onu yaşayış sahəsindən uzaqlara aparmaları, avtomaşında ona qarşı zorakılıq etmələri, etirazlarına məhəl qoymadan 5000 ABŞ dolları tələbini təsirli etmək və zərərçəkmiş şəxsdə vahimə yaratmaq üçün sonuncu avtomaşına oturan kimi heç bir zərurət olmadan kənd yolu ilə avtomaşını yüksək sürətlə idarə edərək evindən uzaqlaşdırmaları, Məhkum2 Əbdülü bıçaqla hədələyərək doğrayıb avtomaşındakı torbalara yığacaqları ilə hədələmələri, kimsəsiz yerdə kanalın kənarında paltarlarını soyundurulmuş vəziyyətdə soyuqda köməksiz vəziyyətdə qoyub getmələri Emin Quliyevin və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs Əbdül Əhmədova qarşı hədə qorxu ilə tələb etmə, h əmçinin Məhkum2 Əbdül Əhmədovun 50 manat pulunu quldurluq yolu ilə ələ keçirməsi cinayətlərini törətmələrinin tamamilə sübuta yetirilməsi barədə əsaslı nəticəyə gəlmişlər. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs Əbdül Əhmədovun məhkəməyə ünvanladığı ərizəsində Məhkum1 onu vurmaması, Məhkum2 ilə birlikdə onu hədələyib ondan pul tələb etməməsi ilə bağlı göstərdikləri xüsusatlar işin faktiki hallarına uyğun gəlmir və obyektiv həqiqəti əks etdirmir. Belə ki, zərərçəkmiş şəxs Əbdül Əhmədovun ərizəsində göstərdiyi xüsusat onun özünün ibtidai araşdırma və birinci instansiya məhkəməsində verdiyi ifadələri və digər istintaq materialları ilə təzkib olunduğundan, işin faktiki hallarına uyğun olmadığından, həmin ərizəsində göstərdiyi fikirlər düzgün olaraq məhkəmələr tərəfindən qo humluq münasibətlərində olduğu Məhkum1 müdafiə etməyə yönəlmiş ifadələr kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsi quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının təkrar edilməsini, həmin Məcəllənin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində isə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfin dən, zor tətbiq etmə və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi cinayət əməlləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yay maqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədəqorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədəqorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qis mində çıxış edir. Hədəqorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Müdafiəçinin kassasiya şikayətində Məhkum1 tərəfindən zərərçəkmiş şəxsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə əməllərinin törədilmədiyini göstərsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Kassasiya şikayətində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəm ələri tərəfindən tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Müdafiəçinin kassasiya şikayətinin Məhkum1 əməlində cinayət tərkibinin olmaması ilə bağlı müdafiəçinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinə xitam verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri tam əsassızdır. Məhkum2 kassasiya şikayətinə münasibətdə həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 cəza təyin edilərkən himayəsində bir azyaşlı uşa ğının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən qeyd edilən məhkumun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum2 ittiham olunduğu maddənin sanksiyasının həddində qa nuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqq ında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum2 Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5, 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə və Məhkum1 Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud d eyildir. Məhkumlar Məhkum2 və Məhkum1 onlara həmin qərarla istinad edilən cinayət əməllərini törətmələri kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və və təndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum2 və Məhkum1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassa siya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayətləri təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5, 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə, Məhkum1 A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-72/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-72/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver