Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-720/2019 07.05.2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2017-ciil tarixli hökmü ilə Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası C inayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2018-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1, məhkumlar Məhkum2 və Məhkum3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən) Ş. B. Məmmədova və M. A. Xankişiyevdən ibarət tərkibdə) 11 oktyabr 2017-ci il tarixli hökmü ilə xx xxxxxxx 1991-ci il tarixdə Sabirabad rayonun Xəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad Rayon Məhkəməsinin 24.02.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Hacıqabul Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabirabad rayonun kəndində qeydiyyatda olan Məhkum2 Qaratəpə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinib, 62-ci maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən Sabirab ad Rayon Məhkəməsinin 24 fevral 2014-cüil tarixli hökmü ilə ona təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 il 2 ay 27 gün hissəsi, Hacıqabul Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzaları azadlıqdan məhrum etmə ilə bağlı hissədə qismən, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə ilə bağlı hissədə tam toplanmaqla Məhkum2 qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəza sı təyin edilmişdir. xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 1983-cü ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda qeydiyyatda olan Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Həmin hökmləX9 və MehraliyevRusif İlham oğlu Azərb aycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, onların həbsdə saxlanıldığı müddəti nəzərə alınaraq üzərlərində 800 manat miqdarında cərimə cəzası saxlanılmışdır. Hökmdən Məhkum1 müdafiəçisi Müdafiəçi1, məhkumlar Məhkum2 və Məhkum3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Orxan Dəmirli tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.G.Zeynallı, hakimlər V.C.Cəfərov və E.M Əhmədovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlan ılmış, apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2018-ci il tarixli qərarından Məhkum2 tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı Teymur Əsədov tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: İ.M.Nəsirov, T.L.Kazımovdan və F.K.Əliyevdən ibarət tərkibdə) Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı Teymur Əsədov tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, məhkumlar Məhkum2, Məhkum2 və Məhkum3 barələrindəki Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş, iş yeni apellyasiya bax ışına təyin edilmişdir. İşə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), hakimlər Nəbiyev Hüseyn Əmir oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə) 16 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmişdir; Məhkum2 Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cəza təyin edilməsi barədə müddəa hökmdən xaric edilmişdir. Hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4-cü və 66.5-ci maddələrinə əsasən Sabirabad Rayon M əhkəməsinin 24 fevral 2014-cü il tarixli hökmü ilə təyin edilmiş (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 3 (üç) il 2 (iki) ay 27 (iyirmi yeddi) günlük hissəsi, Hacıqabul Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzaları azadlıqdan məhrum etmə ilə bağlı hissədə qismən, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə ilə bağlı hissədə ta toplanmaqla Məhkum2 qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il müdd ətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cəza təyin edilməsi barədə müddəa hökmdən xaric edilmişdir. Hökmlə Məhkum1 Azərbaycan Respublikası CM-nin 181.2.1- maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkum3 aid Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cəza təyin edilməsi barədə müddəa hökmdən xaric edilmişdir. Hökmlə Məhkum3 Azərbaycan Respublikası CM-nin 181.2.1- maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Hökmün qalan hissəsi dəyişdirilmədənsaxlanılmışdır, apellyasiya protesti təmin edilmişdir, kass asiya şikayətləri təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2018-ci il tarixli qərarından Məhkum2 kassasiya şikayəti verərək barəsində olan işi yeni apellyasiya baxışına təyin edilməsini, Məhkum3 kassasiya şikayəti verərək barəsində yüngülləşdirici halları nəzərə alıb, cəzasını yüngülləşdirilməsini, Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Məhkum1 təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişlər. İşin halları: Hökmə əsasən Məhkum2, Məhkum1, Məhkum3, X9 və MehraliyevRusif İlham oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb ələ keçirmək məqsədi ilə öz aralarında cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 oktyabr 2016-cı il tarixdə, saat 16:00 radəl ərində Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsində yerləşən poçt məntəqəsinin yanındakı çayxanada görüşüb, Məhkum2 təklifi ilə Müşfıqabad qəsəbəsinin yaxınlığındakı «Sevil» yaşayış massivinin ərazisindəki otlaq sahəsində olan qoyun sürüsündən bir neçə qoyun oğurlayıb ələ keçirəcəkləri barədə niyyətlərini qabaqcadan planlaşdırıb razılaşmış, bundan sonra saat 17:30 radələrində Məhkum3, Məhkum2 və Məhkum1 sonuncuya məxsus «VAZ-2106» markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə, X3 isə X5ə məxsus «VAZ-21051» markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək iki qrupdan ibarət tərkibdə otlaq sahəsi istiqamətinə getmişlər. Qoyun sürüsünün olduğu yerdən müəyyən uzaqlıqda dayanıb sürünü müşahidə etməyə başlamış və sürüyə bir nəfər çobanın nəzafət etdiyini görüb pla nlaşdırdıqları oğurluqla bağlı niyyətlərini həyata keçirmək üçün aralarında vəzifə bölgüsü aparmış, birinci qrupun üzvləri - Məhkum2, Məhkum1 və Məhkum3 birlikdə sürünün olduğu əraziyə yaxınlaşmış, digər qrupda olan X5 və X3 isə olduqları yerdə duraraq ətrafı müşahidə etməklə gözləmişlər. Məhkum2, Məhkum1 və Məhkum3 sürüyə yaxınlaşdıqdan sonra, Məhkum2 şübhə yaratmamaq məqsədi ilə çoban X2a özlərini qoyun alıcısı kimi təqdim etmiş, quzu almaq istədiyini bildirmişdir. X2 qoyunları satmağa səlahiyyəti olmadığını bildirib özünün mobil telefonu ilə sürünün sahiblərindən biri olan X3la əlaqə saxlamaq istədiyi anda, sürü sahibinin otlaq sahəsinə gələcəyi halda ifşa olunacaqlarındanvə-niyyətlərinin baş tutmayacağından ehtiyat edərək, Məhkum2, Məhkum1 və Məhkum3 qabaqcadan əlbir olduqları qrupun d igər üzvləri - cinayətin digər iştirakçıları X3 və X5lərazılaşdıqları oğurluqla bağlı ümumi niyyətdən kənara çıxaraq, X2u hücuma məruz qoyub yerə yıxmış, sonuncu müqavimət göstərdiyindən onun əllərini elektrik naqili ilə bağlamış, yumruq və ayaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub başın sol gicgah nahiyəsinin hematoması (dərialtına qansızma), başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol qaş üstü nahiyəsinin əzilmiş yarası, sağ əlin 4cü barmağının qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, sağ mil-bilək oynağı nahiyəsinin dairəvi şəkilli qançır xəsarətləri ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül bədən xəsarəti yetirib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan basqı n edərək sonuncunun cibindən 25 manat nəğd pulu, hər birinin qiyməti 5 manat olmaqla cəmi 10 manat dəyərində iki ədəd ***-***-**-** və ***-***-**-** nömrələrdən ibarət «SimSim» danışıq kartlarını, 40 manat dəyərində bir ədəd «Samsunq-Duos 3332» markalı mobil telefonu, 2 manat dəyərində bir ədəd cib bıçağını ələ keçirmiş, həmin vaxt hadisə yerinə gəlmiş ikinci qrupun üzvlərindən X5in onlara oğurluq ənplitörədəcəkləri barədə qabaqcadan əldə etdikləri razılaşmadan kənara çıxmalarınagorə etirazını bildirməsinə baxmayaraq cinayət əməlini davam etdirərək otlaq sahəsindəki sürüdən X2 məxsus 275 manat dəyərində 55 kq diri çəkidə bir baş erkək qoyunu, 150 manat dəyərində 30 kq diri çəkidə bir baş quzunu ələ keçirib avtomobilin yük* yerinə yerləşdirməklə hadisə yerini tərk etmişlər. Bununla da təqsi rləndirilən şəxslər X5 və X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs Qurbanəli Məmmədovun cəmi 425 manat dəyərində əmlakını ələ keçirib oğurluq etmiş, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum1 və Məhkum3 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslər X2un cəmi 77 manat, Qurbanəli Məmmədovun cəmi 425 manat - ümumilikdə zərərçəkmiş şəxslərin 502 manat dəyərində əmlakını ələ keçirərək quldurluq etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 Əbdülrəhim oğlu kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərarının əsassız olduğunu qeyd edir və ləğv olunmasını xahiş edir. Məhkum3 tərəfindən yazılmış kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən barəsində yüngülləşdirici halları nəzərə almadığını q eyd edir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın tərəfindən odənildiyini göstərir və barəsində olan yüngülləşdirici halların nəzərə alınmasını xahiş edir. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının qanunsuz, əsassız və ədalətsiz olduğunu qeyd edir, Məhkum1 təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir.. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2018-ci il tarixli qərarı Məhkum1 Məhkum2 və Məhkum3 aid hissələrdə dəyi şdirilmədənsaxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüq uqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Məhkumların və müdafiəçinin kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilib məhkumların cəzalarının yüngülləşdirilməsi barədədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin181-cı maddəsi- Quldurluq cinayəti, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın cinayət tərkibi nəzərdə tutulmuşdur.Bu cinayət ictimai təhlükəliliyinə və xarakterinə görə ağır cinayətlər kateqoriyasına aiddir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə m əhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında qeyd edilir ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma,həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurma ilə nəticələnmiş olsun. Məhkəmə-tibbi ekspertizasının 21 oktyabr 2016-cı il tarixli1951№-li rəyindən müəyyən olunur ki, 1999-cu il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı edilmiş xəsarətlər- başın sol gicgah təpə nahiyəsinin hematoması (dərialtına qansızma) başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol qaş üstü nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ əlin 4-cü barmağının qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, sağ mil-bilək oynağın nahiyəsinin dairəvi şəkilli qançırı kut əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 05 10.2016-ci ıl tarixdə yumruq, təpik zərbələri ilə vurma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkumlar Məhkum1 Məhkum2 və Məhkum3 göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaları özlərinin ifadəsi, zərər çəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspert rə yləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, məhkumların əməlləriniCinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə düzgün tövsif edilməsi qənaətinə gəlinərək, onlara qanuni,əsaslı və ədalətli cəza təyin etmişdir. Təyin olunmuş cəzanın ağırlığı ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə tərəfindən cəza təyin edilərkən şərh edilən qanunun tələbləri nəzərə alınmışdır. Məhkəmə Məhkum1 Məhkum2 və Məhkum3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə uyğun olaraq, onların şəxsiyyətini, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, habelə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini müzakirə edib nəzərə almışdır. Kol legiya işin hallarına əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,cəzanın məqsədini nəzərə alıb hesab edir ki, məhkumların cəzasının yügülləşdirilməsinə qanuni əsaslar yoxdur. İş üzrə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyi üçün kassasiya şikayətlərinin təmin edilməsi və SumqayıtApellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2018-ciil tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, kassasi ya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 CM-nin 181.2.1-ci maddəsi ilə və qeyrilərinin məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2018-ci il tarixli qərarı məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 aid hissədə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-720/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-720/2019
07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver