Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-720/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum, onun müdafiəçisi İbrahimov Sərxan Vahid oğlunun iştirakları ilə, Oğuz R ayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 188.1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: K.Ş.Süleymanov) Məhkum - xx.xx.1974-cü ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, barəsində xx.xx.2019-cu ildə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu ildə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 v ə 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 188.1-ci maddəsi ilə 8000 (səkkiz min) manat miqdarında cərimə cəzasına, CM-in 237.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə təqsirləndirilən şəxs Məhkum 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 8000 (səkkiz min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Məhkum xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “həbs” qətimkan tədbirində saxlanıldığı və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ev dustaqlığı qətimkan tədbirində saxlanıldığı cəmi 3 (üç) ay 15 (on beş) gün müddət Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 7 (yeddi) ay müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 8000 (səkkiz min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin başlanğıcının təqsirləndirilən şəxs Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 1 yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulması, cəza müddəti ərzində elektron nəzarət vasitəsi ni gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifənin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, ona təyin edilmiş səkkiz min manat miqdarında cərimə cəzasının müstəqil icra olunması, təyin edilmiş cərimə cəzasının məbləğinin hökm qanuni qüvvəyə mindiyi gündən bir ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilməsi, hökmün icrasına nəzarəti onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinin həyata keçirməsi, ona narkomaniyadan məcburi müalicə tə yin edilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, narkomaniyadan məcburi müalicə olunduğu müddət ərzində onun müalicə olunduğu müəssisənin yerləşdiyi ünvanın Məhkum yaşayış yeri hesab edilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ondan ötrü məhkum edilmişdir ki, o, qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan meşə fonduna məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz Meşəbəyliyinin 10 saylı meşə dolayında 12 kvadrat metr torpaq sahəsini zəbt edərək orada 2019-cu ilin iyun ayının əvvəllərində ünvan 1 yerləşən taxıl sahələrinin kənarından əldə etdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkilərinin şitillərini əkmiş, həmin çətənə bitkilərinin yetişməsi üçün onlara xüsusi qaydada aqrotexniki qulluq göstərib davamlı olaraq suvararaq gübrə verməklə yetişdirmiş və kultivasiya etmiş, xx xxxx 2019-cu il tarixdə Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Məhkum əvvəlcə hadisə yerindən qaçmış, daha sonra polis əməkdaşına yaxınlaşaraq etdiyi əməli səmimi etiraf etmiş, Məhkum iştirakı ilə hadisə yerinə baxış keçirilən zaman həmin meşə sahəsindən onun qanunsuz olaraq əkib-becərdiyi, xüsusi olaraq qulluq göstərdiyi xeyli miqdarda – 10 (on) ədəd ümumi çəkisi 4850 qram olan narkotik tərkibli çətənə (kannabis ) bitkiləri aşkar edilərək götürülmüşdür. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə məhkum tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum əməlində CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə ona bəraət verilmiş, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək həbs qətimkan tədbirində və xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək ev du staqlığı qətimkan tədbirində saxlanıldığı, cəmi 3 ay 15 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 7 (yeddi) ay ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin başlanğıcının təqsirləndirilən şəxs Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəza müddəti ərzində yaşadığı Oğuz rayonunun ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 1 yerləşən evinin ərazi hüdudlarını tərk etməmək məhdudiyyətinin qoyulması, cəza müddəti ərzində elektron nəza rət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifəsinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, hökmün icrasına nəzarəti Məhkum yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunması, narkomaniyadan məcburi müalicə təyin edilməsi və o narkoloji kabinetdə qeydiyyata alınması, narkomaniyadan məcburi müalicə olunduğu müddət ərzində müalicə olunduğu müəssisənin yerləşdiyi ünvan onun yaşayış yeri hesab edilməsi hökm edilmişdir. Məhku m CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı Mazan Fətəliyev kassasiya protesti vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Mazan Fətəliyev kassasiya protestində qeyd etmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü Məhkum CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə mübahisə doğurmasa da, məhkəmənin Məhkum CM-nin 188.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət ve rilməsinə dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından mübahisə doğurur. Belə ki, təqsirləndirilən şəxs Məhkum ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, kəndin üstündə meşəlik ərazidə kolluq olan bir hissə var, orada cəmi 10 kol çətənə əkmişdir. Həmin çətənə şitilləri özü bitmişdir. O, təkcə həmin şitilləri meşəlik sahəyə aparmış və orada əkmişdir. Çətənəni aparanda şitil formasında, yəni balaca olmuşdur. Aşkar olunanda isə hündürlüyü təxminən 2 metr olardı. Şitili ora aparanda torpağı bir lapatka dərinliyində qazaraq əkmiş, təxminən 2 aydan sonra isə polislər onu aşkar etmişlər. İki ay ərzində bitkini 2-3 dəfə sulamışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş hüquqi şəxs Qəbələ Regional Meşə Təsərrüfat Mərkəzinin nüm ayəndəsi X6 bildirmişdir ki, ünvan 1 ərazisində həmin kəndin sakini Məhkum tərəfindən zəbt olunaraq narkotik tərkibli çətənə kollarının əkildiyi ərazi Qəbələ Regional Meşə Təsərrüfat Mərkəzinin 10 saylı meşə dolayının ərazisidir. Məhkum narkotik vasitələri əkib-becərdiyi ərazini əyani şəkildə göstərmiş, həmin ərazidə 12 kvadrat metr torpaq sahəsində Məhkum əkdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkiləri, 1 ədəd yaba və bir ədəd dəmir vedrə aşkar edilmişdir. 10 ədəd narkotik tərkibli çətənə bitkiləri, 1 ədəd yaba və bir ədəd dəmir vedrə maddi sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən protokol tərtib edilməklə götürülmüşdür. Həmin ərazidən ayrı-ayrı yerlərdən 3 ədəd torpaq nümunəsi də götürülmüşdür. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Məhkum özü də protokola imza etmişdir. Cinayət işinin materiallarında olan Oğuz rayon Qumlaq bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 Məhkum narkotik vasitələri əkib-becərdiyi torpaq sahəsi dövlət meşə fondunun ərazisinə aid torpaq sahəsidir. Cinayət işinin materiallarında olan Qəbələ Regional Meşə Təsərrüfat Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, ünvan 1 Məhkum narkotik vasitələri əkib-becərdiyi torpaq sahəsi Oğuz meşəbəyliyinin 10 saylı meşə dolayının ərazisidir. Qeyd edilən ərazi kənd təsərrüfatı təyinatlı deyildir. Həmin ərazidən istifadə edilməsi ilə bağlı Qəbələ Regional Meşə Təsərrüfat Mərkəzi ilə Məhkum arasında hər hansı icarə müqaviləsi mövcud deyildir. Cinayət işinin materiallarında ola n Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronom mütəxəssisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydə qeyd edilmişdir ki, ünvan 1 ərazisində aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə vizual baxış zamanı həmin çətənə kollarının suvarıldığı, diblərinin belləndiyi müşahidə edilir. Çətənə kolları normal inkişaf etmişdir və kollarda heç bir qida çatışmamazlığı aşkar edilmir. Bu da həmin bitkilərə bütün aqrotexniki qaydalara uyğun qulluq edildiyi qənaətinə gəlməyə əsas verir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 446 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, aqronom X3 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən tədqiqata təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Göründüyü kimi də, Məhkum təqsirli bilindiyi hər iki cinayət əməli üzrə kifayət qədər sübutlar olmasına baxmayaraq, Apelyasiya instansiyası məhkəməsi göstərilən sübutları qarşılıqlı tədqiq etmədən əsassız olaraq təqsirləndirilən şəxsin əməlində CM-nin 188.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması kimi əsassız qənaətə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxsin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahi binin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsinidə heç nə əkməsə də, məsələn dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-in 188.1 -ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Cinayət işinin materiallarında olan sübutlardan, o cümlədən foto cədvəllərdən görünür ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz Meşəbəylıyinin 10 saylı meşə dolayında 12 kvadrat metr torpaq sahəsi maddənin dispozsiyasında göstərildiyi kimi, təqsirləndirilən şəxs Məhkum tərəfindən özbaşına hasarlanmamış, çəpərə alınmamış, təqsirləndirilən şəxsin həmin torpaq sahəsini becərməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. İşin görünən tərəfi odur ki, təqsirləndirilən şəxs gizli şəkildə meşə fonduna aid 12 kv.m torpaq sahəsində nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan narkot ik tərkibli çətənə bitkisi əkmişdir. Təqsirləndirilən şəxsin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin məlumatı olmuşdur ki, ona məxsus torpaq sahəsinin 12 kv metrindən təqsirləndirilən şəxs ondan icazəsiz istifadə etmişdir. Cinayətin təsvirinə görə, Məhkum qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan meşə fonduna məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyinə görə, CM-in 237.1 -ci maddəsi ilə bərabər, həm də CM-in 188.1-ci maddəsi ilə də təqsirli bilinərək 8000 manat məbləğində cərimə cəzasına məhkum edilməklə faktiki olaraq bir cinayət əməlinə görə iki dəfə cinayət cəzasına məruz qalmışdır. Belə olan halda birin ci instansiya məhkəməsinin Məhkum torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması barədə nəticə çıxarması CPM-in 144- 146, 349cu maddələrinin tələblərinə cavab verən mühakimə kimi qiymətləndirilə bilməz. Hazırkı cinayət işinin müəyyən edilmiş, mübahisə doğurmayan halları ondan ibarətdir ki, Məhkum qəsdən, qanunsuz olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz Meşəbəyliyinin 10 saylı meşə dolayında 12 kvadrat metr torpaq sahəsini zəbt edərək orada 2019-cu ilin iyun ayının əvvəllərində ünvan 1 yerləşən taxıl sahələrinin kənarından əldə etdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkilərinin şitillərini əkmiş, həmin çətənə bitkilərinin yeti şməsi üçün onlara xüsusi qaydada aqrotexniki qulluq göstərib davamlı olaraq suvararaq gübrə verməklə yetişdirmiş və kultivasiya etmişdir. Göründüyü kimi, Məhkum əməlində CM-nin 188.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olmuşdur. Belə ki, Məhkum torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi və xəbəri olmadan bitkilər əkmişdir ki, bu da təhlil olunan maddə üzrə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə bəraətin əsası qismində isə göstərmişdir ki, CM-nin 188-ci maddəsi ilə məsuliyyət o halda yaranır ki, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu bilir, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdi rir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır toxum səpir və s. Yuxarıda qeyd olunduğu kimi, CM-nin 188-ci maddəsi ilə məsuliyyət torpaq sahəsinin özgəyə məxsus olduğunu şəxs bildiyi və torpaq mülkiyyətçisinin və ya sahibinin icazəsi olmadan becərdiyi və s. halda artıq yaranmış olur. Eləcə də qeyd olunmalıdır ki, CM-nin 188-ci maddəsi formal tərkibli olmaqla torpaq sahəsinin becərildiyi andan artıq başa çatmış olur. Məhkəmənin göstərdiyi kimi, bu cinayətin törədilməsi zamanı qanunsuz hərəkətlərin davam etdirilməsi, yaxud torpağın mülkiyyətçisinin bundan məlumatı olub-olmaması zəruri əlamət kimi çıxış etmir. Bundan başqa, Apelyasiya məhkəməsinin qənaətinə görə, Məhkum qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan meşə fonduna məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyinə görə, CM-in 237.1-ci maddəsi ilə bərabər, həm də CM-in 188.1-ci maddəsi ilə də təqsirli bilinərək 8000 manat cərimə cəzasına məhkum edilməklə faktiki olaraq bir cinayət əməlinə görə iki dəfə cinayət cəzasına məruz qalmışdır. Hazırki halda da, Məhkum narkotik vasitələri kultivasiya etməklə yanaşı, həmin kultivasiyanı başqasına məxsus torpaq sahəsində mülkiyyətçinin icazəsi və xəbəri olmadan həyata keçirdiyindən onun əməlində cinayətlərin məcmusu olmuşdur ki, bunun da eyni əmələ görə təkrar məhkumetmə kimi qiymətləndirilməsi qanuna ziddir. Göründüyü kimi, Məhkum Qəbələ Regional Meşə Təsərrüfa tı Mərkəzinin Oğuz Meşəbəyliyinin 10 saylı meşə dolayında 12 kvadrat metr torpaq sahəsini zəbt edərək orada narkotik vasitə kultivasiya etdiyindən onun əməlində CM-nin 237.1-ci maddəsi ilə yanaşı həm də, CM-nin 188.1-ci maddəsinin tərkib əlamətləri olmuşdur. Belə ki, məhkəmə bəraət verilməsi üçün əsas ola biləcək halları müəyyən etməməsinə baxmayaraq, Məhkum təqsirsiz olması ilə bağlı heç bir əhəmiyyət kəsb etməyən halları əsas kimi götürmüşdür ki, bu da məhkəmənin bəraət verməsi üçün süni əsaslar yaratmağa çalışdığını sübut edir. Beləliklə, məhkəmə öz hökmündə iş üzrə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına u yğun gəlməyərək ziddiyyətli sübutlara əsaslanmış, məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Şəki Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum barəsində CM-nin 188.1-ci maddəsi ilə bəraət hökmü çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq Şəki Apelyasiya Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassas iya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində göstərilmişdir ki, CM-nin 188-ci maddəsi ilə məsuliyyət torpaq sahəsinin özgəyə məxsus olduğunu şəxs bildiyi və torpaq mülkiyyətçisinin və ya sahibinin icazəsi olmadan becərdiyi və s. halda artıq yaranmış olur. Eləcə də qeyd olunmalıdır ki, CM-nin 188-ci maddəsi formal tərkibli olmaqla torpaq sahəsinin becərildiyi and an artıq başa çatmış olur. Məhkəmənin göstərdiyi kimi, bu cinayətin törədilməsi zamanı qanunsuz hərəkətlərin davam etdirilməsi, yaxud torpağın mülkiyyətçisinin bundan məlumatı olubolmaması zəruri əlamət kimi çıxış etmir. Bundan başqa, Apelyasiya məhkəməsinin qənaətinə görə, Məhkum qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan meşə fonduna məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyinə görə CM-in 237.1-ci maddəsi ilə bərabər, həm də CM-in 188.1-ci maddəsi ilə də təqsirli bilinərək 8000 manat cərimə cəzasına məhkum edilməklə faktiki olaraq bir cinayət əməlinə görə iki dəfə cinayət cəzasına məruz qalmışdır. Hazırki halda da, Məhkum narkotik vasitələri kultivasiya etməklə yanaşı, həmin kultivasiyanı başqasına məxsus torpaq sahəsində mülkiyyətçinin icazəsi və xəbəri olmadan həyata keçirdiyindən onun əməlində cinayətlərin məcmusu olmuşdur ki, bunun da eyni əmələ görə təkrar məhkumetmə kimi qiymətləndirilməsi qanuna ziddir. Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət tərkibi nəzərdə tutulmuşdur. CM-nin 237.1-ci maddəsində isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama). Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində cinayətin subyektinin əsas niyyəti kimin torpaq sahəsində olmasından asılı olmayaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) yönəlməlidir. Bu zaman onun niyyəti tərkibində narkotik maddələr olan bitkiləri əkdiyi həmin torpaq sahəsini prespektivdə ələ keçirmək niyyəti olmur. Belə niyyət olduqda və təqsirləndirilən şəxs bu niyyətini açıqca nümayiş etdirdikdə onda bu əməllər həm də Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə cinayətlərin məcmusu kimi qiymətləndirilməlidir. Nazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum niyyətinin torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa yönəlməsi, o nun bu niyyətini nümayiş etdirməsinə dəlalət edən hər hansı bir hal müəyyən edilməmişdir. Özgəsinin torpaq sahəsində mülkiyyətçidən gizlin tərkibində narkotik maddələr olan bitkiləri əkdiyi aşkar edildikdən sonra Məhkum həmin torpaq sahəsinin ona aidiyyətinə dair heç bir iddia irəli sürməmiş, torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa yönəlmiş hər hansı hərəkət etməmişdir. Cinayət işinə baxmış Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündə gəldiyi nəticəyə görə CM-in 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxsin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi q adağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özba şına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsinidə heç nə əkməsə də, məsələn dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-in 188.1 -ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Cinayət işinin materiallarında olan sübutlardan, o cümlədən foto cədvəllərdən görünür ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz Meşəbəylıyinin 10 saylı meşə dolayında 12 kvadrat metr torpaq sahəsi maddənin dispozsiyasında göstərildiyi kimi, təqsirləndirilən şəxs Məhkum tərəfindən özbaşına hasarlanmamış, çəpərə alınmamış, təqsirləndirilən şəxsin həmin torpaq sahəsini becərməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. İşin görünən tərəfi odur ki, təqsirləndirilən şəxs gizli şəkildə meşə fonduna aid 12 kv.m torpaq sahəsində nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan narkotik tərkibli çətənə bitkisi əkmişdir. Təqsirləndirilən şəxsin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin məlumatı olmuşdur ki, ona məxsus torpaq sahəsinin 12 kv metrindən təqsirləndirilən şəxs ondan icazəsiz istifadə etmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şə xsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə Məhkum hərəkətlərində Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsinin əlamətlərinin mövcudluğuna dair əsaslı şübhələr olsa da, onun əməllərində bu cinayətin tərkibinin olması sübut edilməmişdir. Cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan kassasiya protesti təmin olunmadan saxlanmalıdır. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız hesab edilir və ona görə də cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020ci il tarixli hökm ünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə bəraət almasına, CMnin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişikliksiz saxla
Məhkəmə qərarları › İş №1(102)-720/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-720/2020
10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver