Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-720/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ zərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10 və məhkumun müdafiəçisi Müdafiəçi Məhəmmədrza oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 221.3-cü maddələri ilə tə qsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi Məhəmmədrza oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: M.M.Ağalarov (sədrlik edən), E.Ə.Mikayılov və Ə.M.Abasovdan ibarət tərkibdə) 01 fevral 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi qaydada sürücü işləmiş, Quba rayonunun YYY kəndində qeydiyyatda olmaqla Bakı şəhərində kirayədə yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 29,120.2.2-ci maddəsi ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə, CM-nin 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə, CM-nin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2017-ci il tarixdən hesablamaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin və müdafiəçisi X5 apelyasiya şikayətlərinə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər H.Ə.Nəbiyev və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) 13 sentyabr 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayətləri qismən təmin edilərək, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmiş və ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək, A zərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən hazırkı qərarla və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün qalan hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X18 və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 01 may 2019-cu il tarixli qərarı ilə kassasiya protesti təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərarı ləğv olunmuş, cinayıt iş i apelyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: X19 (sədrlik edən), X7 və X2 ibarət tərkibdə) məhkum və müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 228.4, 29,120.2.2 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair hissəsində dəyişdirilmiş, CM 228.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə ləğv edilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə təyin edilmiş 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 221.3-cü maddəsi ilə təyin edilən 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hö kmə əsasən Məhkum 30 aprel 2017-ci il tarixdə saat 21 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətdə yaşadığı Quba rayonu YYY kəndinin girəcəyində yerləşən bulağın qarşısında dayanmış həmkəndlisi X8 birlikdə pivə içməyi təklif etmiş, sonuncu bundan imtina etdiyindən onunla mübahisə edib, ictimai yer olan bulağın ətrafında istirahət edənlərin yanında səs-küy salıb ictimai qaydanı kobud surətdə pozaraq, vətəndaşların normal həyatı üçün təhlükə yaratmaqla, o cümlədən qorxu və narahçılıq hissələrinə səbəb olmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü cəmiyyətdə formalaşmış birgəyaşayış qaydalarına zidd olan və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqan lıq hərəkətləri edərək öz avtomobilinə minib getmək istəyən Z1 Zin sinəsindən tutub əlbəyaxa olmaqla sonuncunun ünvanına nalayiq söyüşlər söymüş, həmin vaxt orada olan kənd sakinləri onu kənara çəkib sakitləşdirməyə çalışsalar da, o, öz qanunsuz hərəkətlərini davam etdirib ətrafdakı şəxslərə hörmətsizlik göstərən eqoizmini nümayiş etdirərək ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə heç bir əsaslı səbəb olmadan Z1 Zin onunla pivə içmək istəməməsini özünə qarşı hörmətsizlik kimi qiymətləndirərək, özünün şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyub Z1 Zi qəsdən öldürmək məqsədilə qəflətən ona arxadan hücum edərək qabaqcadan naməlum mənbədən əldə etməklə üzərində qanunsuz olaraq gəzdirdiyi soyuq silah hesab edilən, dəstəyinin uzunluğu 11,5 sm, tiyəsinin uzunluğu 9,5 sm olmaqla, ümumi uzunluğu 21 sm olan qatlanan ov tipli bıçaqla Z1 Zin kürək nahiyəsinə iki ardıcıl zərbə vuraraq ona döş qəfəsinin sol tərəfində qoltuq xətti üzrə Vİİ qabırğaarası sahədə bir yerdə döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələməklə buradan diafraqmanı dəlib keçərək qarın boşluğuna nüfuz edib böyük piyliyin zədələnməsi ilə qurtaran sağlamlığa ağır zərərvurmaya aid, döş qəfəsinin arxa tərəfində sağda kürək xətti üzrə İX döş fəqərəsi bərabərində bir yerdə boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, həmin anda M.Z geriyə dönüb bıçaq zərbələrindən özünü qorumağa çalışsa da, o, sonuncunu qəsdən öldürməkdə ifadə olunan hərəkətlərini davam etdirərək Z1 Zin qarın nahiyəsinə iki ardıcıl zərbə endirməklə ona qarnın ön divarında pararektal xətt üzrə göbəkdən sağda və az yuxarıda bir yerdə qarın boşluğuna nüfuz edərək qarın boşluğu üzvlərini zədələməyən yaralardan ibarət sağlamlığa ağır zərər vurmaya aid, qarnın ön divarında solda döşyanı xətt üzrə epiqastral sahədə bir yerdə qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara xarakterli sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bu zaman hadisə yerində olan digər kənd sakini X11 ictimai qaydanın pozulmasının qarşısını alaraq Z1 Zi növbəti bıçaq zərbələrindən qorumaq üçün araya girib onu sakitləşdirməyə çalışmaqla niyyətini başa çatdırmasına imkan verməmiş, həmin anda isə o, əlindəki soyuq silah olan bıçağı tətbiq etməklə öz xuliqanlıq hərəkətlərini davam etdirərək, ictimai qaydanın pozulmasının qarşı sını alan Z2 Z2a müqavimət göstərməklə, heç bir əsaslı səbəb olmadan həmin bıçaqla bir zərbə vuraraq ona döş qəfəsinin ön divarında solda körpücük xətti üzrə V qabırğaarası sahədə döş qəfəsi daxilinə nüfuz etməyən kəsilmiş-deşilmiş yara xarakerli sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, Z2 Z2un qarşısına keçməklə onun müqavimətini qırması səbəbindən Z1 Zi qəsdən öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayaraq dayandırmağa məcbur olduğundan, habelə Z1 vaxtında xəstəxanaya çatdırılaraq, ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətini başa çatdıra bilməyib X9 qəsdən xuliqanlıq niyyəti ilə öldürməyə cəhd etmiş və silah tətbiq etməklə xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Sumqa yıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi Məhəmmədrza oğlu kassasiya şikayəti verərək həmin qərarın əsassız və ədalətsiz olduğunu qeyd etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum əməli AR CM-nin 29, 120.2.2 maddəsinə tövsif edilməsi tamamilə qanunsuz və əsassızdır, ibtidai istintaq orqanı və həmçinin birinci və apellyasiya instansiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum əməlini düzgün qiymətləndirməyərək, əməlin tövsifində səhvə yol vermiş, həmçinin əsassız yerə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinmişdir və son nəticədə o, əsassız olaraq uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şə xs Məhkum cinayət işi üzrə ibtidai araşdırma zamanı, birinci və apelyasiya instansiyası məhkəmələrində dindirilərkən göstərmişdir ki, onun zərər çəkmiş şəxs Z1 Zi öldürmək niyyəti olmamışdır. Bundan başqa, həm zərər çəkmiş şəxslər, həm də şahidlər öz ifadələrində göstərmişlər ki, hadisədən əvvəl təqsirləndirilən şəxs Məhkumla zərər çəkmiş şəxs M.A.Zin arasında normal münasibətlər olmuş, heç bir ədavət və düşmənçilik olmamış, hadisədən qısa bir müddət əvvəl onlar görüşmüş və normal danışmışlar. Hadisə baş verən zaman təqsirləndirilən şəxs Məhkum M.A.Zi öldürməklə hədələməmiş, zərərçəkmişi öldürmək istəməsi barədə heç nə deməmişdir. Hadisədən dərhal sonra da, şahid P.M.Nadirovun “sən nə etdin?” sualına cavab olaraq “vurdum oğraşları” sözlərini demişdir. Zərər çəkmiş şəxs M.A.Zin yaralanmas ından sonra Məhkum bunun üçün imkanı olduğu halda M.A.Zə bıçaq zərbələri vurmamış, öz hərəkətlərini dayandırmış və M.A.Zin hadisə yerindən uzaqlaşmasına imkan vermişdir Göründüyü kimi zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təqsirləndirilən şəxsin zərər çəkmiş M.A.Zi öldürmək istəməsi və bu məqsədlə zərər çəkmiş şəxsə bıçaqla zərbələr vurması müəyyən edilməmişdir. Bundan əlavə, müdafiə tərəfi Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması hissədə razılaşmadıqlarını qeyd edərək, Məhkum ifadəsində digər zərər çəkmiş şəxs Z2 Z2u qəsdlə vurmadığını bildirdiyini, bu səbəbdən də, ehtiyasızlıqldan sağlamlığa yüngül zərər vurma isə cinayət tərkibini yaratmadığını vurğulamışdır. Müdafiəçi Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarını Məhkum Azərbaycan Respublikasının CM-nin 29,120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə dəyişdirərək onun əməlini həmin hissədə düzgün tövsif edilməsini, CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edərək həmin hissədə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cina yət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellya siya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri məhkumun əməlinin əsassız olaraq CM-nin 29, 120.2.2-ci maddəsi ilə tövsif olunmasıdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüq uqunun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkə mə kollegiyası kassasiya şikayətində məhkumun əməlinin əsassız olaraq CMnin 29, 120.2.2-ci maddəsi ilə tövsif edilməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir Məhkum həmin Məcəllənin 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinmiş, yəni, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd cinayətini törətməyə görə cinayət məsuliyyəti cəlb olunmuşdur. İş materialarında olan, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “...Maşının yanında dayanan Z1 qapını açıb maşına minərkən ona: «gəl otur maşına, səninlə söhbətim var»-demişdir. Sonuncuya: «mənimlə söhbətin var?» deyib maşına tərəf yaxınlaşaraq maşının şüşəsindən əllərini salıb Z1ın yaxasından tutub onunla tutaşmışdır. Bu zaman Z1 yumruqla bir dəfə onun burun nahiyəsindən vurmuşdur. Maşının qabaq oturacağı nda əyləşən Z2 heç bir hərəkət etməmişdir. Həmin vaxt Ş1lə Ş2 yaxınlaşıb onu Z1dan kənarlaşdırmışdır. Z1 maşından düşüb üzərinə hücum etmək istəyəndə, Ş1 Z1ın qarşısını kəsmişdir. Bu zaman Z1 ona qarşı nalayiq söyüşlər söyməyə başlamışdır. Z2 da Z1ın maşınından düşmüşdür. Ş2 isə onu bulağın yanına çəkib saxlamış və Ş3 onların olduğu yerə qayıtmışdır. Onu söydüyünə görə Z1ın üzərinə hücum etmişdir. Həmin vaxt Z1la Z2 ona tərəf gəlmişlər. Z1 təpiklə onun qarın nahiyəsindən vurmuşdur. Odur ki, gödəkcəsinin sağ cibində olan qara rəngli bıçağı çıxardıb Z1a iki-üç dəfə zərbə endirmişdir. Bu zaman əlindəki bıçaq onları aralamağa çalışan Z2a toxunmuşdur. Z1la Z2ın ondan aralandıqlarını görüb kənara çəkilmişdir. Ş3 Z1ı və Z2ı Quba rayon mərkəzi xəstəxanasına aparmışdır....” İş materialarında olan, Apelyasiya instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş X13 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxs X11 onun həmkəndliləridir. Sonuncularla normal münasibətdə olmuşdur. 30 aprel 2017-ci ildə təxminən saat 20 radələrində qonşu Ş3 Fərzəliyevin xahişi ilə sonuncunun anasını götürməsi üçün «Niva» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ş3in əmisigilə tərəf yola düşmüş, yolda anası Rovşənə telefonla zəng edib hələ gəlməməsini demişdir. Yolda həmkəndisi Ş4in sürdüyü “Zil” markası avtomaşınla rastlaşmış, Ş4 maşını çay istiqamətində sürüb onların evinin aşağı hissəsində yerləşən bulağın qabağında saxlamışdır. O, da maşını Ş4in maşınının arxasında saxlamışdır. Ş4in maşınınd an Ş4 özü, R R və Z2 düşmüşlər. Ş3lə birlikdə maşından düşüb Ş4ə yaxınlaşıb, ondan nə baş verdiyini soruşmuşdur. Ş4 ona maşının benzin nasosunun xarab olduğunu bildirib, evdən işləyən benzin nasosunu gətirməyə getdiyini bildirmişdir. Təxminən saat 21 radələrində həmkəndlisi Ş1 də maşınla ora gəlmişdir. Ş1in maşınında ondan başqa M1 və Ş2 olmuşdur. Həmin vaxt M1 əlində pivə maşından düşüb bulağa tərəfə keçib, əlindəki pivəni bulağın içərisindəki stolun üstünə qoymuşdur. Bu zaman M1ın içkili olmasını hiss etmişdir. O, və Ş3 bulağın yanında saxladığı maşına tərəf getmişlər. Onlardan 2-3 metr aralıda dayanan M1 ona pivə içməyi təklif etmişdir. Sonuncuya namaz qıldığı üçün içki içmədiyini bildirmişdir. Bu zaman M1 ona: «onda niyə dayanmısan burda?»-dedikdə, ona cavab verməyərək maşınına tərəf g edib, oturub mühərriki işə salmışdır. Ş3 də sağ qapını açıb maşına əyləşmək istəyərkən M1 ona tərəf gələrək yenidən: «getmə, gəl oturaq içək» demişdir. M1a içki içmədiyini bildirəndə sonuncu ona ədəbsiz şəkildə: «içmirsənsə, onda dur get burdan» deyib, maşının qapısını açıb paltarının yaxasından yapışıb, onunla tutaşmışdır. Əlləri ilə M1ın hər iki qolunu tutub, ona zərbə vurmağına imkan verməmişdir. Bu vaxt Ş3 maşından düşüb M1ı ondan ayırmağa çalışmış, ardınca Ş2 da onun köməyinə gəlmişdir. X23 çətinliklə ondan ayırıb kənara çəkmişlər. Düşüb maşının qabağına keçmişdir. Həmin vaxtadək M1ın əlində hər hansısa bir kəsici-deşici alət görməmişdir. Baş verənlərə görə əsəbləşmiş və Ş2 onu sakitləşdirməyə çalışmışdır. Həmin vaxt M1ın harada dayanmasını bilməmişdir. Ş2 onunla danışıb kənara çəkilm işdir. Bunun ardınca Z2 yaxınlaşıb onu sakitləşdirməyə çalışmışdır. Bu zaman M1 gözlənilmədən arxa tərəfdən ona yaxınlaşıb kürək-bel, ardınca qarın və döş qəfəsi nahiyələrindən bıçaqla ona zərbələr endirmişdir. Ağrıdan aşağı əyilmək istədikdə, Z2 qolundan tutub onu geriyə çəkərkən M1la üzbəüz qalmışdır. Həmin vaxt M1ın onu bıçaqla vurduğunu demişdir. Ardınca Z2ın da: «məni də vurdu» deməsini eşitmişdir. Dərhal qaçıb avtomobilinə minib arxa oturacaqda əyləşərək Ş3ə: «məni bıçaqladı, tez gəl otur maşına, sür xəstəxanaya»-demişdir. Z2 da bıçaqlandığından gəlib maşının qabaq oturacağında əyləşmişdir. Bundan sonra Ş3 cəld gəlib maşına oturmuş və Quba şəhəri istiqamətində sürmüşdür. Yolda əvvəlcə o, sonra isə Ş3 təcili tibbi yardıma zəng edib, hadisə barədə məlumat vermişlər. Rayonun Dağlı kəndi ərazisində təcili tibbi yardım maşını ilə rastlaşmış, TTY maşını onunla Z2ı xəstəxanaya çatdırmışdır. Ş3 də arxalarınca xəstəxanaya gəlmiş, xəstəxanaya çatanda özündən getmişdir. Məhkum onu içki içmək təklifini rədd etdiyi üçün, heç bir əsaslı səbəb olmadan bıçaqla vurmuşdur. Onu vurmasının qarşısını almaq üçün Z2 M1ın qabağına keçərkən sonuncu, onu da bıçaqla bir dəfə vurmuşdur. Hadisədən əvvəl və hadisə zamanı M1a qarşı nalayiq ifadələr işlətməmiş və onu vurmamışdır. …” İş materiallarına əlavə edilmiş, Apelyasiya instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş X11 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “...M1ın Z1la mübahisə etdiyini görüb sonuncuya yaxınlaşıb onu sakitləşdirməyə çalışmışdır. Həmin vaxt M1ın harada olduğunu görməmi şdir. Ani olaraq M1ın Z1a arxa tərəfdən qəflətən hücum edib yumruqlar atdığını görüb Z1ı qolundan tutub kənara çəkib, onu vura bilməməsi üçün M1ın qarşısına keçmişdir. Həmin vaxt M1 ona bir dəfə sinə nahiyəsindən yumruqla zərbə endirib dayanmışdır. Həmin vaxt Z1ın: «məni bıçaqladı»-deyərək qışqırdığını və Ş3ə «məni təcili xəstəxanaya çatdır» deməsini eşitmişdir. Sinəsində ağrı hiss edib M1ın zərbə endirdiyi yerə baxanda, sinəsinin qanadığını görüb: «məni də bıçaqladı» deyə qışqırmışdır. Bundan sonra M1 iki-üç addım kənara çəkilib dayanmışdır. Əvvəlcə Z1, ardınca da o, qaçıb maşına oturmuşlar. Z1 sürücü tərəfdən maşının arxa oturacağına keçib uzanmış, o, isə qabaqda əyləşmişdir. Ş3 maşının sükanı arxasına keçib mühərriki işə salmış və onları xəstəxanaya aparmışdır. Hadisə zamanı hava qaranl ıq olduğundan M1ın əlində bıçaq görməmişdir. Z1ın «məni vurdu» deməsindən və sinə nahiyəsinin qanadığını görəndən sonra M1ın əlində bıçaq olduğunu, onu və Z1ı bıçaqla vurduğunu anlamışdır. Nə onun, nə də Z1ın Məhkumla əvvəllər ədavəti və düşmənçiliyi olmamışdır. M1 Z1ı heç bir səbəb olmadan, sadəcə Z1ın onun içki içmək təklifini rədd etdiyi üçün əsəbləşib bıçaqla vurmuşdur. Z1ı vurmasının qarşısını almaq üçün M1ın qarşısına keçdikdə sonuncu onu da bıçaqla bir dəfə vurmuş və bundan sonra hücumunu dayandırıb geri çəkilmişdir. Məhkum Z1ın üzərinə hücum etməsi ani baş vermişdir. Həmin vaxt M1la Z1ın əlbəyaxa olduğunu zənn edib, sonuncunu qolundan tutub kənara çəkərkən M1la üzbəüz qalmışdır. M1 bu an onun sinə nahiyəsindən bir dəfə vurub dayanmışdır. M1ın hərəkətlərinə reaksiya verə bilməmişd ir. M1ın Z1ın üzərinə yenidən hücüm edib, növbəti zərbələrini davam etdirməyə və Z1ı öldürməyə imkanı olsa da, M1 hərəkətlərini dayandırmışdır. M1a Z1a növbəti zərbələr endirməyə heç kim mane olmamış və ona heç kim müdaxilə etməmişdir. Həmin ərəfədə Ş2, Ş1, R R və Ş3 onlardan kənarda dayanmışlar” İş materiallarına əlavə edilmiş, Apelyasiya instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki. “...Z2 Z1ı geriyə itələyib M1ın qarşısına keçəndə, o, əvvəlcə Z1ın, daha sonra isə Z2ın «məni bıçaqla vurdu»-demələrini eşitmişdir. Hər şey çox ani və gözlənilmədən baş vermişdir. Z1 dərhal qaçıb öz maşınına minərək Ş3ə onu xəstəxanaya aparmasını demişdir. Z2 da Z1ın qara rəngli «Niva» markalı maşınına minmiş və onlar ha disə yerindən uzaqlaşmışlar....” İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 08 may 2017-ci il tarixli, 307 №-li rəyindən görünür ki, X6 bədəni üzərində aşkar olunan xəsarətlər – döş qəfəsinin sol tərəfində qoltuq xətti üzrə Vİİ qabırğaarası sahədə bir yerdə döş boşluğuna nüfuz edərək sol ağ ciyərin aşağı payını zədələməklə buradan diafraqmanı dəlib keçərək qarın boşluğuna nüfuz edib böyük piyliyin zədələnməsi ilə qurtaran yara və qarının ön divarında pararektal xətt üzrə göbəkdən sağda və az yuxarıda, bir yerdə qarın boşluğuna nüfuz edərək qarın boşluğu üzvlərini zədələməyən yara, döş qəfəsinin arxa tərəfində sağda kürək xətti üzrə İX döş fəqərəsi bərabərində bir yerdə boşluğa nüfuz etməyən deşilmişkəsilmiş yara və qarının ön divarında solda döşyanı xətt üzrə epiqastral sahədə bir yerdə qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara deşiçi-kəsiçi əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 30 aprel 2017-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni ekspertizaya təqdim edilən və ya ona oxşar digər bıçaqla vurulma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə döş qəfəsinin arxa tərəfində kürək xətti üzrə İX qabırğa səviyyəsində yerləşən və qarının ön divarında solda epiqastral sahədə yerləşən yaralar boşluqlara nüfuz etmədiyindən dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya, qalan iki yara-döş qəfəsinin sol tərəfindən qoltuq xətti üzrə Vİl qabırğaarası sahədə yerləşən və qarının ön divarında sağda pararektal xətt üzrə göbəkdən az yuxarıda və sağda yerləşən ya ra boşluqlara nüfuz etdiyindən həyat ücün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 08 may 2017-ci il tarixli, 308 saylı rəyindən görünür ki, X3 bədəni üzərində aşkar olunan xəsarətlər-döş qəfəsinin ön divarında solda bir yerdə körpüçük xətti üzrə V qabırğaarası sahədə döş qəfəsi daxilinə nüfuz etməyən kəsilmişdeşilmiş yara kəsiçi-deşiçi əşyanın təsirindən törənməklə yetirilmə müddəti 30 aprel 2017ci il tarixə uyğun gəlir. Bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni ekspertizaya təqdim edilən və ya ona oxşar digər bıçaqla vurulma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığa qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan 1 may 2017-ci il tarixli protokoldan görünür ki, təqsirləndilən şəxs Məhkum cinayət hadisəsini törədən zaman orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarında göstərmişdir ki, Məhkum zərərçəkmiş şəxs Z1 Zə zərbələr endirərkən ümumi uzunluğu 21 sm., tiyəsinin uzunluğu 9,5 sm. olan, soyuq silah hesab edilmiş və bu üzdən xassələrinə görə insanı həyatdan məhrum etmək üçün kifayət edən bıçaqdan istifadə etmişdir; Məhkum həmin bıçaqla Z1 Zə çox sayda (ümumilikdə dörd) zərbə endirmişdir; Bıçaq zərbələri nəticəsində yetirilən zədələr Z1 Zin həyati əhəmiyyətli orqanlarının yerləşdiyi nahiyələrdə (o cümlədən, kürək nahiyəsində döş qəfəsinin sol və sağ tərəflərində, qarın nahiyəsində) yerləşmişdir; Z1 Zə bıçaqla ümumilikdə dörd xəsarət yetirilmiş, onlardan ikisi (o cümlədən, kür ək nahiyəsində - döş qəfəsinin sol yarısında yerləşən xəsarət döş boşluğuna nüfuz edərək sol ağ ciyərin, diafraqmanın, böyük piyliyin zədələnməsi ilə müşayiət olunan xəsarət və qarın nahiyəsindəki qarın boşluğuna nüfuz edən xəsarət) həyat üçün təhlükə yaradan sağlamlığa ağır zərər vuran xəsarətlər olmuşdur; Məhkum zərərçəkmiş Z1 Zə bıçaqla zərbələr endirməsinin qarşısını almaq üçün hadisə yerində olan kənd sakini X11 hadisəyə müdaxilə etmiş, lakin Məhkum əməlini davam etdirməkdə israrlılığını və qətiyyətini nümayiş etdirərək Z2 Z2u da bıçaqla vurmuş və ona sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir; Məhkum əməlini davam etdirməməsinə səbəb məhz Z2 Z2un hadisəyə aktiv müdaxiləsi (Məhkum qarşısına keçməsi, M.Zi qolundan tutub kənara çəkməsi) və yaralandıqdan dərhal sonra zərərçəkmiş Z 1 Zin qaçıb (xəstəxanaya getmək üçün) avtomobilə oturması səbəb olmuşdur. Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, qeyd olunan halların fonunda apellyasiya məhkəməsinin Z1 Zlə barışmış (əvvəl verdikləri ifadələrin ziddinə mülahizələr yürüdən) zərərçəkmiş şəxslər X6 və X1 qiymətləndirmələrindən çıxış edərək Məhkum heç kim ona mane olmadığı və zərərəçəkmiş Z1 Zə hücumunu (bıçaqla zərbələr vurmağı) davam etdirmək üçün real imkana malik olduğu şəraitdə əməlini dayandırması haqqında qənaətə gəlməsi və buna görə Məhkum qeyri-müəyyən qəsdlə hərəkət edib zərərçəkmiş M.Zi öldürməyi arzu etməməsi barədə mühakimə yürütməsi sübutların cinayət-prosessual qanunun tələblərinə müvafiq qaydada tədqiq edilib, qiymətləndirilməsindən hasil olunmuş nəticə kimi qəbul edilə bilməz Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictim ai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutları, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarında göstərilənləri nəzərə alaraq qeyd edir ki, Məhkum əməli əsaslı olaraq Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsinə tövsüf edilmişdir. Müdafiəçinin kassasiya şikayətində mübahisələndirdiyi bir digər məsələ məhkumun əsassız yerə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsidir. Məhkəmə kollegiyası qeyd olunan dəlilləri əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, Məhkum digər şəxslərin arasında, yəni cəmiyyətdə olarkən zərər çəkmiş şəxs M.A.Zin onun təklifi ilə spirtli içki qəbu l etməkdən imtina etdiyi səbəbindən özünü zərər çəkmiş şəxsin şəxsiyyətindən üstün tutaraq ictimai qaydanı kobud surətdə pozub nalayıq formada onun həmin yerdən getməsini tələb etmiş, M.A.Z onun qanunsuz tələbini icra etmədiyi üçün M.A.Zə qarşı əvvəl əllə, sonra isə qanunsuz əldə edilmiş və üzərində gəzdirdiyi soyuq silahı olan bıçağı tətbiq etməklə M.A.Zə və sonuncunu müdafiə etmiş İ.C.Z2a qarşı zor tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum bu əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkiblərini yaradır və birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları tədqiq edib düzgün olaraq təqsirləndirilən şəxsin əməllərini Azərbaycan Respubğlikası CM-nin 221.3-cü maddəsi ilə tövsif etmiş və həmin madd ə ilə onu təqsirli bilmişdir Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-nin 29, 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin a li məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 7 dekabr 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-720/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-720/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver