Məhkəmə qərarları › İş №1(102)-720/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-720/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-720/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun iştirakları ilə, xx.xx.1992-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, X kəndində qeydiyyatda olan, X binada müvəqqəti olaraq məskunlaşmış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhk um edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 1(105)-646/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 1(124)-233/2023 nömrəli hökmü ilə (hakimlər: H.S.Əliyev (sədrlik edən), A.T.Rzayeva və F.Z.Hümbətov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 mart 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansi ya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), E.G.Rəhimov və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2022-ci ilin mart ayının əvvəlində istintaqa məlum olmayan X adlı şəxsin vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «X» adlı şəx slə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun tapşırığına əsasən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra mobil telefonun «Whatsap» vasitəsi ilə yazışıb sonuncunun tapşırığı ilə 2022-ci ilin mart ayının 06-da saat 22 radələrində «X» adlı İran İslam Respublikasının vətəndaşının kart hesabına 190 manat pul köçürtdükdən sonra sonuncunun Abşeron rayonu Xırdalan şəhəri, Həsən Əliyev küçəsində avtomobil yolunun kənarında qoyduğu sellofanın içərisində iki ədəd bükümdə külli miqdarda 11,058 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 3,007 qram çəkidə psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz əldə edərək daşımış və saxlamış, xx.xx.2022-ci il tarixdə saat 02 ra dələrində Azərbaycan Respublikası DİN-in Əlahiddə çevik polis alayının 12-ci polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən sağ əlinin ovuc hissəsində olan qara rəngli selofan bükümün içərisində iki ədəd bükümlərdə həmin 11,058 qram çəkidə narkotik vasitə heroin və 3,007 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə müstəsna olaraq özünün istehlakı üçün narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi halda, əsassız olaraq onun əməli satış məqsədi ilə qabaq cadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif olunmuş və ona həddindən artıq ağır cəza təyin olunmuşdur. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) oldu qda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu, nəticədə onun əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi onun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Res publikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 14 6.1). Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin dispozisiyalarına görə, həmin normalar (hazırki işin konteksitndə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2-ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanun vericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə v ə ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”ya (İ siyahıya) əsasən heroinin və metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə xeyli miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə və psixotrop maddə hesab olunurlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkə mə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qey d olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddələr ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Məhkəmələrin həmin halların müəyyən edilmiş sayılmasına, yəni işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddə alarına, cinayətmühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara əsaslanır (hökmdə həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında gəldiyi nəticələri bu sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır). Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə birinci və apellyasiya instansiyası məhk əmələrinin çıxardıqları nəticələri şübhə altına almaq üçün heç bir əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş poz untulara yol verilməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən və hökm bu hissədə apellyasiya qaydasında yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının tələbləri pozulmuş, bunun nəticəsində Şahid1 ağır olduğuna görə onun şəxsiyyətinə açıq-aşkar uyğun olmayan cəzaya məruz qalmışdır. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələriilə təqsirli bilindiyi cinayət əməli – satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 5 ildən olmaqla yuxarı həddi is ə 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, baxılan işdə Məhkum himayəsində iki azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin, Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onu göstərir ki, əslində məhkəmə tərəfindən Məhkum himayəsində azyaşlı uşaqlarının olması formal olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, cəzanın müəyyən edilməsinə real təsiri olan xüsusat kimi nəzərə alınmamışdır. Məhkum evli olmasını işin qeyd olunan halı ilə birlikdə gö türməklə nəzərdən keçirdikdə görünür ki, məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin ziddinə olaraq təyin edilən cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə nə dərəcədə təsir etməsinə də kifayət qədər əhəmiyyət verməmişdir. Məhkəmə Məhkum evli olması ilə yanaşı həm də onun əvvəllər məhkum olunmamasını da şəxsiyyətini səciyyələndirən hallar sırasında müəyyən etmiş, bununla belə Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2, 3-cü bəndlərində verilmiş izahlara görə nə üçün Məhkum yol verdiyi əməlinə münasibətdə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin etməyi məqsədəuyğun bildiyini (məhz Məhkum şəxsiyyə tinə və törətdiyi cinayətə aid olan konkret dəlillər gətirməklə) əsaslandırmalı olduğu halda, bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də təqsirkarın şəxsiyyətini səciyyələndirən, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar mövzusunda birinci instansiya məhkəməsi ilə razılaşmış, bununla belə hökmdə hər hansı bir dəyişiklik etməməmişdir. Bu üzdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən cəzanı yüngülləşdirən və təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, cəzanı ağırlaşdıran halların olmaması Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı və Məhkum hökmlə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum et mə cəzasının müddəti 06 (altı) il 06 (altı) aydan 5 (beş) ilə endirilməlidir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərindən, o cümlədən cəzanın cinayət törətmiş şəxsə münasibətdə islahedici, digərlərinə münasibətdə xəbərdaredici rolunun təmin edilməsi zərurətindən çıxış edərək məhz bu şəkildə Məhkum cəzasının azaldılmasını mümkün gördüyündən, təsvir olunanları kassasiya şikayətinin qismən təmin edilməsini, mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halın mövcud olması kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilmə məsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 13 dekabr 2023-cü il tarixli, 1(105)-646/2023 nömrəli qərarı dəyişdirilərək sonuncuya həmin qərarla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilə endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekab r 2023-cü il tarixli, 1(105)-646/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il 06 (altı) aydan 5 (beş) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar