Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-721/2019 21.05.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-721/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 21 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkum Təqsirləndirilən şəxs işt irakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Aytən Əliyeva) 14 noyabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinibhər ay qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutularaq 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 25 may 2018-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftiçilər prospekti “Əl Oyunları” sarayının yaxınlığında vətəndaş X3 idarə etdiyi “xxxx” MMC-yə məxsus 5 saylı marşrut xətti ilə işləyən “İveco” markalı, avtobusda sərnişin qismində olarkən avtobusda kondisioneri işləməsini, sürücünün kondisioneri işlədə bilməyəcəyini bildirdikdən sonra heç bir əsaslı səbəb olmadan əli ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq sağ dirsək çuxuru nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə, həmçinin avtobusun 151,98 manat dəyərində validatorunu yumuruqla vurub sındırmaqla özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən xuliqanlıq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Sahibxan Mirzəyevdən ibarət tərkibdə) 09 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və ona bəraət verilməsi haqqında qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmələrdə həm ittiham tərəfi, həm də zərərçəkənin nümayəndəsi zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd izahatlar vermişlər. Məhkəmələr isə ittiham tərəfin və zərərçəkmişin nümayəndəsinin Zərərçəkmiş şəxs fərqli izahat vermələrinin səbəblərini araşdırmadan, eyni zamanda ittiham aktında göstərildiyi kimi əgər sürücünü təhqir etmişəmsə müvafiq maddə ilə ittiham verilməsi barədə və orada qeyd olunduğu kimi zərərçəkəni döymüşəmsə AR İXM-də nəzərdə tutulmuş cəza verilməsinə dair dəlillərimə münasibət bildirmədən qanunsuz və əsassız nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi həmin xüsusatları araşdırmaq əvəzinə qərarda göstərmişdir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib məhkəmə tərəfindən araşdırma aparılmadığını qeyd etmişdir. Cinayət Kollegiya sı apellyasiya şikayətində göstərilənlərə əhəmiyyət vermədən qərarında yanlışlığa yol vermişdir. Halbuki, zərərçəkmiş Zərərçəkmiş şəxs isə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu təhqir edərək avtobusun kondisionerini yandırmağı tələb etmiş, o, da X10a kondisionerin işləmədiyini demiş, lakin X5 ona tərəfə yaxınlaşmış, əli ilə şüşəni vurandan sonra onun sağ qolunu dartmış, həmin zaman tanımadığı sərnişinlər onları aralamışdır. Hesab edirəm ki, Məhkəmə aramızda olan kondisionerin işlədilməməsi ilə əlaqədar mübahisəni xuliqanlıq kimi qiymətləndirməkdə haqlı olmamışdır. Qeyd edirəm ki, mən 2-ci qrup ömürlük əliləm və nervoz xəstəliyimlə əlaqədar isti aylarda hava çatışmamazlığım olur və həmin zaman özümdə olmuram. Uzun müddət avtobusu gözləməli olsam da, həmişə çalışıram ki, yay aylarında kondisionerli marşrut avtobuslarından istifadə edim. Onu da qeyd edirəm ki, hadisədən 12 (on iki) gün sonra ekspertiza keçirilərək müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərsağ dirsək çuxuru nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir. Halbuki sürücünün sağ qolunu dartmağım onun üzərində xəsarətlər kimi qeyd olunması və həmin müddət ərzində orada qalması inandırıcı deyildir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətlərinin başlıca dəlili məhkəmələrin iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, məhkuma qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsi, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblər inə müvafiq olaraq tədqiq edilməməsidir. Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməlidir. İşin materiallarından görünür ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində də ibtidai istintaqa verdiyi ifadə ilə eyni olan ifadə verərək göstərmişdir ki, o, 25.05.2018-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində avtobus dayanacağında 5 saylı marşrut avtobusa minib gedərkən yolda əl oyunları sarayının yaxınlığında avtobusun sürücüsündən kondisioneri işlətməsini xahiş etmiş, lakin sürücü ona kondisionerin işləmədiyini bildirmişdir. O, özündən asılı olmayaraq sürücüyə əsəbiləşmiş və əli ilə sürücünün qoluna vurub nəfəs almağın çətin olduğunu sürücüyə bildirmiş, bu zaman onları sərnişinlər ayırmışdır. Onunla sürücü arasında olan mübahisə məhz kondisionerə görə olmuş, sürücü onun sözünə məhəl qoymayıb yoluna davam etmiş, həmin vaxt o, “oruclu” olduğundan və nəfəsi çatmadığından sürücü ilə mübahisə edib avtobusun saxlanmasını tələb etmiş, sürücü saxlamamışdır, bundan sonra isə sürücü “Azneft” dairəsi yaxınlığında avtobusu saxlamışdır. O, avtobusun sürücüsü X7ə heç bir xəsarət yetirməmiş, “xxxx” MMC-yə məxsus avtobusa isə ziyan vurmamışdır, sadəcə monitoru əymişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, heç bir xuliqanlıq əməlini törətmədiyini bildirir. Buna baxmayaraq, nə ittiham orqanı, nə də məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü dəlilləri yoxlamamış, bu dəlillərin təkzib edilməsinə səy göstərməmişdir. Belə ki, iş üzrə heç bir şahid tapılaraq ifadəsi alınmamış, ittiham orqanının sübutu olan, hadisənin yeganə şahidi kimi işə cəlb olunmuş zərərçəkmiş şəxs X7nin məhkəməyə dəvət edilərək dindirilməsi belə təmin edilməmişdir. Məhkəmə, zərərçəkmiş şəxs X3 ibtidai istintaqa verdiyi ifadəsinin elan edilməsilə kifayətlənmiş və bununla da müdafiə tərəfinin zərərçəkmiş şəxsin dindirilməsi hüququ məhdudlaşdırılmışdır. Zərərçəkmiş şəxs X7nin ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, əvvəllər tanımadığı adını s onradan bildiyi Təqsirləndirilən şəxs sərnişinlərlə birlikdə avtobusa minmiş, təxminən 150-200 metr məsafə getdikdən sonra Təqsirləndirilən şəxs onu təhqir edərək avtobusun kondisionerini yandırmağı tələb etmiş, o, da X10a kondisionerin işləmədiyini demiş, lakin X5 ona tərəfə yaxınlaşmış, əli ilə şüşəni vurandan sonra onun sağ qolunu dartmış, həmin zaman tanımadığı sərnişinlər onları aralamışdır. Bundan sonra X10 yenidən onun üzərinə gələrək sürücü kabinasında olan validatoru əli ilə vurmuş, həmin cihaz əyilmiş, iki yerdən çatlamışdır. Həm Təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs X7nin ifadələrindən görünür ki, onların arasında mübahisə avtobusun kondisionerinin işləməməsi səbəbindən yaranmışdır. Xuliqanlıqişləriüzrəməhkəmətəcrübəsihaqqında” AzərbaycanRespublikasıAliMəhkəməsiPlenum ununQərarının 2cibəndindəgöstəriləntövsiyələrəəsasən, ictimaiqaydanıkobudsurətdəpozmadanvəcəmiyyətəaçıqcasınahörmətsizlikgöstərmədənail ədə, mənzildə, qohumlararasında, şəxsimünasibətlərzəminində, intiqamhissiilətörədilən, ocümlədənzərərçəkənşəxsintəşəbbüsüiləbaşlanmışmübahisəvəyadalaşmagedişindədöym ə, sağlamlığazərərvurma, əmlakıdağıtmavəbukimisairhərəkətlərxuliqanlıqvəyaxuliqanlıqniyyəti ilətörədilənəməlkimiqiymətləndirilmirvəbununüçünəsaslarolduqdaCinayətMəcəlləsininşəxsi yyətəleyhinə, yaxudbaşqacinayətlərəgörəməsuliyyətnəzərdətutanmüvafiqmaddələriilətövsifolunur. B.Yusifovanın işi üzrə Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitində n, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir.” Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir: “Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiy yətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X7nin arasında olan mübahisə ictimai yer sayılan avtobusda, sərnişinlərin yanında baş versə də, Təqsirləndirilən şəxs niyyətinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərilməsinə yönəlməsi barədə məhkəmələrin gəldiyi nəticə kifayət qədər əsaslandırılmamışdır. Azərbaycan Re spublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzər ə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə hökm çıxararkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Ona görə də məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin yuxarıda qeyd edilmiş maddədə nəzərdə tutulmuş cinayətin tərkibini yaratması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsinin mövqeyini də kifayət qədər əsaslandırılmış saya bilmir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi il ə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olmas ı, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə gəldiyi nəticəni tam əsaslandırıl mış kimi qəbul edə bilmir. İşdən görünür ki, hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs ondan apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinin tələbinə görə birinci instansiyası məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə məhkum Təqsirləndirilən ş əxs apellyasiya şikayətində göstərdiyi dəlilləri tədqiq edərək onlara qiymət verməmiş, bu dəlilləri nəyə görə əsassız hesab etməsini qəbul etdiyi qərarında göstərməmiş, hansı əsaslara görə belə nəticəyə gəldiyini şərh etməmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticəni tam əsaslandırılmış hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkə məsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri qismən əsaslı olduğundan kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2019-cu il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs haqqındakı 09 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayətləri qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-721/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-721/2019
21.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver