Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-721/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X7 iştirakları ilə xx xxxxxx 1958-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “xxxx” ASC-nin Qərb RETSİ-nin hava və kabel xidmətinin aparıcı mühəndisi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və həmin ünvanında yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 162.2-ci maddəsi ilə bəraət verilməsinə xx xxxxxx 1955-ci ildə Ermənistan Respublikası Meqri rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “xxxx” ASC-nin Qərb RETSİ-nin hava və kabel xidmətinin usta vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan X3 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2020ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X15 və onun nümayəndəsi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhk əmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Zaur Hüseynov) X8 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə və X3 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələrinə dair irəli sürülmüş ittiham üzrə əməllərində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmişin şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ç.B.Məmmədov və E.İ.Xasməmmədov) apellyasiya şikayəti təmin edilməmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 fe vral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən verilən ittihama görə, X12 "xxxx” ASC-nin Qərb RETSİ-nin hava və kabel xidmətinin aparıcı mühəndisi vəzifəsində işləməklə “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-79 Dövlət standartı”nın 1.1, 1.3 bəndinin və «xxxx» ASC-nin «Elektrik veriliş xətləri xidmətinin aparıcı mühəndisinin vəzifə təlimatı»nın 6, 9-cu bəndlərinin tələblərini pozaraq, üzərinə işçilər ilə əməyin mühafizəsinə dair təlimi, bütün təşkilat və müəssisələrdə, istehsalatın xarakterindən və təhlükə dərəcəsindən asılı olmayaraq keçirilməsi, müəssisə üzrə təlimin ümumi təşkili və rəhbərliyi bölmələrdə, yəni sexlərdə, sahələrdə və s. bölmə rəhbərlərinin üzərinə düşməsi, işə başlama və kollektiv t əlimləri, seminar və kursların təşkil edilməsi, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmasına, istehsalat təlimatlarının vaxtında keçirilməsinə cavabehlik daşıması vəzifələri qoyulmasına baxmayaraq cinayətkarcasına etinasızlıq göstərərək - öz əməlinin ictimai təhlükəli nəticə verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda bunu görməmiş, X16 ilə iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlim, təlimatlandırma keçirməmiş, işçi kollektivində istehsalat nizam-intizam qaydalarına riayət olunması üçün tədbirlər görməmiş; istehsalat təlimatlarının vaxtında keçirilməsinə cavabdehlik daşımasına baxmayaraq təlimat jurnalında vaxtında qeydiyyat aparılmasına nəzarət etməmiş, bu səbəbdən X17 11 may 2019-cu il tarixdə saat 18 radələrində ünvan 4 ünvanında yerləşən 35 KV-luq 1-ci Nizami hava xətti keçən elektrik dirəyinə çıxmış, elektrik dirəyindən yerə yıxılmış və nəticədə qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn tağı sümüklərinin sınığı və baş-beyinə qansızma səbəbindən ölmüş, yəni X6 yol verdiyi əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsun ölməsinə səbəb olmuşdur. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən sürülmüş ittihama görə X5 “xxxx” ASC-nin Qərb RETSİ-nin hava və kabel xidməti üzrə usta vəzifəsində işləməklə “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-79 Dövlət standartı”nın 1.1, 1.3, 3.12 bəndinin və «xxxx» ASC-nin «Elektrik veriliş xətləri xidmətinin ustasının vəzifə təlimatı»nın 3, 4, 5, 8, 9 bəndlərinin tələblərini pozara q, üzərinə işçilər ilə əməyin mühafizəsinə dair təlimi, bütün təşkilat və müəssisələrdə, istehsalatın xarakterindən və təhlükə dərəcəsindən asılı olmayaraq keçirilməsi, müəssisə üzrə təlimin ümumi təşkili və rəhbərliyi bölmələrdə, yəni sexlərdə, sahələrdə və s. bölmə rəhbərlərinin üzərinə düşməsi, təkrar təlimatlandırma, bütün işçilər ilə, onların ixtisasından, təhsilindən və iş təcrübəsindən asılı olmayaraq keçirilməsi, əməyin təhlükəsizliyini qanunvericiliklə müəyyən edilmiş qaydalar çərçivəsində təmin edilməsi, təlimatlara uyğun gəlməyəcək hər növ vəziyyətin baş verməməsi üçün lazımi tədbirlərin görülməsi, hava və kabel xətlərinin təmirində iştirak edilməsi, iş zamanı elektrik montyorları tərəfindən təhlükəsizlik texnikası qaydalarını pozmamağa nəzarət edilməsi, elektrik montyorlarının işində istifadə etdikləri vasitələrin vəziyyətinə nəzarət edilməsi vəzifələri qoyulmasına baxmayaraq cinayətkarcasına etinasızlıq göstərərək - öz əməlinin ictimai təhlükəli nəticə verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda bunu görməmiş, bu səbəbdən X17 11 may 2019-cu il tarixdə saat 18 radələrində ünvan 4 ünvanında yerləşən 35 KV-luq 1-ci Nizami hava xətti keçən elektrik dirəyinə çıxmış, X1 X9 oğlunu onun məzuniyyətdə olmasına baxmayaraq oradan uzaqlaşdırmamış, bu işin təhlükəsiz görülməsinə nəzarət etməli olduğu halda bunu etməmiş, bu qaydaların pozulması nəticəsində X17 elektrik dirəyindən yerə yıxılmış və nəticədə qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüklərinin sınığı və baş-beyinə q ansızma səbəbindən ölmüş, yəni X2 yol verdiyi əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, hadisə baş verən gün zərərçəkmiş şəxs əmək məzuniyyətində olduğuna görə o, əmək fəaliyyətinə cəlb olunmamış, elektrik dirəyinə çıxması ilə bağlı ona heç kim göstəriş verməmiş, zərərçəkmiş şəxsin ölümü yalnız özünün ehtiyatsızlığı və diqqətsizliyi nəticəsində baş vermiş, təqsirləndirilən şəxslərin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmamışdır. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, apellyasiya məhkəməsi kollegiyasının qərarı əsassız və ədalətsizdir. Belə ki, apellyasiya məhkəməsində işə baxılarkən zərərçəkmişin şəxsin hüquqi varisinin şikayətinin dəlilləri araşdırılmamışdır. Şikayətin əsas dəlili mərhum zərərçəkmiş şəxsun məzuniyyətdə olduğu halda, iş yerindən onun mobil telefonuna zəng edilərək elektrik xəttində baş vermiş nasazlığın aradan qaldırılmasına dair tapşırıq verilməsi xüsusatının araşdırılmasına dair olmuşdur. Lakin birinci instansiya məhkəməsində olduğu kimi apellyasiya məhkəməsində də həmin xüsusat araşdırılmadan yekun qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirir ki, elektrik montyoru işləmiş əri zərərçəkmiş şəxs 16.04.2019-cu ildə 30 gün müddətinə məzuniyyətə çıxmış, məzu niyyətdə olduğu vaxt, yəni 11.05.2019-cu ildə iş yerindən onun mobil telefonuna zəng edib yaşadığı evin yaxınlığında baş vermiş nasazlığın aradan qaldırılması tapşırılmışdır. zərərçəkmiş şəxs tapşırığın icrası üçün getmiş və işi yerinə yetirərkən dirəkdən yıxılıb ölmüşdür. Lakin məhkəmələr həmin məsələni araşdırmamış və təqsirləndirilən şəxsləri təqsirsiz elan etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmişin şəxsin hüquqi varisi X7nın, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qə rarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkə mələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Şikayət müəllifi qeyd edir ki, X12 və X5 əməllərində ittiham edildikləri cinayətin törədilməsində təqsirləri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onların barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və ci nayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olara q X12 və X5ə bəraət vermiş, apellyasiya instansiya məhkəməsi isə bu hökmü qüvvədə saxlamış, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 11 may 2019-cu il tarixdə axşam saatlarında o, Əkbər Babaxanov və Mustafa Allahverdiyev ilə birlikdə olan vaxt zərərçəkmiş şəxs zəng edərək, yaşadığı Kimyaçılar küçəsində elektrik dirəyində qəza baş verdiyini demişdir. Bundan sonra onlar birlikdə həmin elektrik naqilini düzəltmək məqsədilə Kimyaçılar küçəsinə getmişlər. Onlar oraya çatdıqlarında mərhum zərərçəkmiş şəxsun elektrik dirəyində baş vermiş qəza olan evin qarşısında əyləşdiyini görmüşlər. Onlar İlqarla söhbət edərkən İlqar onlara qəza baş verm iş elektrik dirəyini göstərmiş və evin darvazasını döyüb ev sahibini çağırmışdır. Onlar həmin əraziyə qaldırıcı avtomobilin keçəcəyini görüb bu barədə rəhbərliyə məlumat verib qaldırıcı avtomobili və yükqaldıran kranı gözləməyə başlamışlar. Bu zaman zərərçəkmiş şəxs elektrik dirəyində baş vermiş qəzanı yaxından görmək üçün elektrik dirəyinə qalxacağını söyləmiş, lakin onlar zərərçəkmiş şəxsun oraya çıxmasına etiraz etmişlər. Çünki, onlar həmin əraziyə sadəcə elektrik dirəyinə baxmaq üçün getmişlər, dirəyə çıxmaq fikirləri olmamışdır. Onlar dirəyə çıxmalı olduqlarını görüb bu səbəbdən aparıcı mühəndis Mehmana məlumat vermişlər ki, texnika və ləvazimat göndərsin, lakin İlqar səbirsizlik edib onlara demişdir ki, “qoy çıxım baxım görüm necə qırılıb”. Onlar İlqara etiraz edərək elektrik dirəyin dən düşməsini tələb etsələr də, İlqar onları dinləməyib dirəyə çıxmışdır, İlqar dirəyə bir az qalxdıqdan sonra qəflətən ayağının altında olan dayaq dəmirin sınması nəticəsində yerə yıxılmışdır. Həmin vaxt İlqarın baş və burun nahiyəsindən qan gəlməyə başlamışdır. Bu vaxt o təcili tibbi yardıma zəng edərək kömək çağırmışdır. Təcili tibbi yardım gələn zaman artıq zərərçəkmiş şəxs dünyasını dəyişmişdir. Şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki,..... Həmin əraziyə çatdığında İlqar elektrik dirəyinə çıxmağa başladığını görmüşdür. O, Mustafadan İlqarın nəyə görə dirəyə çıxdığını soruşmuş, Mustafa isə İlqarın onun sözünü eşitmədiyini, səbrsizlik edib problemi yaxından görmək üçün dirəyə çıxdığını demişdir. Onlar İlqardan dirəyə çıxmamasını istəsələr də, İlqar onların bu sözlərinə əhəmiyyət verməmişdir. İlqar dirəyə biraz qalxdıqdan sonra qəflətən ayağının altında olan dayaq dəmirin sınması nəticəsində yerə yıxılmışdır. Şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, mərhum X17 onun qonşusu olmuşdur. Onların yaşadıqları evin həyətində “xxxx” ASC-nə məxsus elektrik dirəyi yerləşir. 11 may 2019-cu il tarixdə baş vermiş hadisə ilə əlaqədar olaraq bildirir ki, həmin gün təxminən saat 17 radələrində o evdə olmuşdur. Evdən çıxıb işə gedərkən həyətlərində qonşusu İlqarı və yanında başqa şəxslər görmüşdür. Həmin vaxt o, İlqarın işıq dirəyinə çıxdığını görmüş və yanındakı şəxslərdən birinin qışqıraraq ona işıq dirəyinə çıxmamasını tələb etdiyini eşitmişdir. Lakin, həmin vaxt o, İlqarın aşağı düşməsini kimin tələb etdiyini görməmişdir. İlqar dirəyə biraz çıxdıqdan sonra hündürlükdən yerə yıxılmışdır. Şahid həmçinin bildirmişdir ki, İlqar işıq dirəyinə çıxan vaxt o orada olmuş və İlqarın yanındakı şəxslərdən hər hansı birinin İlqara işıq dirəyinə çıxması ilə bağlı göstəriş verməsini görməmiş və eşitməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin ləğv edilməsi üçün irəli sürdüyü əsas dəlil - mərhum zərərçəkmiş şəxsun məzuniyyətdə olduğu halda, iş yerindən onun mobil telefonuna zəng edilərək elektrik xəttində baş vermiş nasazlığın aradan qaldırılmasına dair tapşırıq verilməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı həm təqsirləndirlən şəxslər, həm də hadisə vaxtı onu nla bir yerdə olan şahidlərin ifadələrindən görünür ki, zərər çəkmiş zərərçəkmiş şəxs bilavasitə əmək vəzifələrini yerinə yetirərkən deyil, əmək məzuniyyətində olduğu müddətdə, işəgötürən tərəfindən və ya təqsirləndirilən şəxslər tərəfindən işin görülməsinə cəlb edilmədiyi halda, eləcə də ona edilən etirazlara rəğmən özbaşına olaraq elektrik dirəyinə çıxmış və daha sonra elektrik dirəyindən yıxılaraq aldığı xəsarətdən ölmüşdür. Buradan aydın olur ki, hadisə baş verən zaman təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə münasibətdə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını təmin etmək öhdəliyi olmamışdır. Başqa sözlə, təqsirləndirilən şəxslərin öz vəzifə təlimatlarının tələblərinə ümumilikdə etinasız yanaşaraq əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını pozması, yəni onların h ərəkət və ya hərəkətsizliyi zamanı ictimai-təhlükəli nəticə baş verməmişdir. Çünki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da təsdiq olunur ki, hadisə baş verən gün zərərçəkmiş şəxs əmək məzuniyyətində olduğuna görə o, əmək fəaliyyətinə cəlb olunmamışdır, elektrik dirəyinə çıxması ilə bağlı ona heç kim göstəriş verməmişdir. zərərçəkmiş şəxsun ölümü yalnız özünün ehtiyatsızlığı və diqqətsizliyi nəticəsində baş vermiş, təqsirləndirilən şəxslərin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş mərhum zərərçəkmiş şəxsin qonşusu X20 da ifadəsində İlqarın işıq dirəyinə çıxarkən yanındakı şəxslərdən birinin qışqıraraq ona işıq dirəyinə çıxmamasını tələb etdiyini, İlqarın yanındakı şəxslərdən hər hansı birinin İlqara iş ıq dirəyinə çıxması ilə bağlı göstəriş verməsini görmədiyini və eşitmədiyin bildirmişdir. Bu isə onu göstərir ki, şahidlərin və bəraət almış şəxsləri ifadələri həqiqəti əks etdirir və işin halları ilə üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz (63-cü maddənin İ, İİ, İİİ və İV hissələri). Məhkəmə koll egiyası hesab edir ki, birinci instansiya məhkəməsi X12 və X5in CM-in 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən haqlı olaraq onlara bəraət vermiş, apellyasiya instansiya məhkəməsi də həmin hökmü dəyişdirmədən saxlamışdır. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məh kəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını tə min etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.1-416.0.3-cü maddə lərində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq X12 və X5ə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma cinayətində təqsirlərinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya ş ikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X12 və X5 barəsində Gəncə Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-721/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-721/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver