Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-721/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Lənkəran Ağır Cinayətl ər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12,181.3.3-cü maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 12,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X29 (sədrlik edən), X24 və X10 ibarət tərkibdə) 30 iyun 2022-ci il tarixli hökmü ilə xx xxxx 1965-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, Azərbayc an Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvələr məhkum olunmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşamış Məhkum Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12,181.3.3-cü maddəsi ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12,120.1-ci maddəsi təqsirli bilinib 7 (yeddi) il 6 (altl) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 28 dekabr 2021-ci il tarixdən hesa blanması hökm edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi X12 maddi ziyana görə 36,560 ABŞ dolları, mənəvi ziyana görə 100.000 ABŞ dolları manat məbləğində pulun Məhkum tutularaq ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmış, həmçinin hökm qanuni quvvəyə minənəndən sonra mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X18 (sədrlik edən), X21 və X4 ibarət tərkibdə) 21 sentyabr 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsivəkili X22 tərəfindən verilmiş apellyasiya şikayəti, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əla və qismən təmin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 1(099)271/2022 nömrəli hökmü Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi-vəkili X22 tərəfindən verilmiş apellyasiya şikayəti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə münasibətdə Məhkum təyin edilmiş cəza hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 12, 120.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstitaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12, 120.2.11 və 12, 181.3.3-cü maddələri ilə irıli sürülmüş ittiham a əsasən, o, zərərçəkmişin əmlakı və pul vəsaitini quldurluq və qətl məqsədi ilə, eləcə də planlaşdırılmış cinayətin aləti ilə - istintaqa məlum olmayan sərt küt əşya ilə əvvəlcədən silahlanaraq tanıdığı mebel daşınması və satışı ilə məşğul olan X7 hücum planı hazırlayaraq, 17 oktyabr 2006-cı il tarixində saat 21:17-dən 23:00- dək, alkoqol təsiri altında olaraq Rusiya Federasiyası Arxangelsk vilayətinin Plesetsk rayonunda Plesetsl qəsəbəsi-Karqopol şəhəri avtomobil yolunun bilavasitə yaxınlığında, Plesetsk rayonunun Qryazovo kəndindən 1 kilometr məsafədə, əvvəlcədən bilərək ki, bu yol ilə böyük miqdar pul vəsaiti ilə öz avtomobilində X11 gedəcək, sonuncu ilə telefonla danışaraq qeyd olunan yerdə görüşməyi planlaşdırmış, X11 dövlət qeydiyyat nişanlı «C 183 EA 35 region» olan QAZ-3302 markal ı avtomobili ilə gələrək saxladıqdan sonra, o, danışıq bəhanəsi ilə zərərçəkmişi kimsəsiz yerə - avtomobilin dayandığı yerin bilavasitə yaxınlığında yerləşən meşə massivinə getməyə inandırıb, orada tamah niyyəti ilə, qəsdən, zərərçəkmişin əmlakının və pul vəsaitlərinin ələ keçirmək və X2 qəsdən öldürmək məqsədi ilə üzərinə hücum edib istintaqa məlum olmayan əvvəlcədən hazırlanmış sərt küt əşyadan silah qismində istifadə edib zorakılıq tədbiq edərək, həmin alətlə X2 başından bir zərbədən az olmayan zərbələr yetirərək zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olan sağlamlığa ağır xəsarət yetirmək kimi dəyərləndirilən və X2 ölümü ilə bilavasitə səbəb-nəticə əlaqəsində olan beynin sərt səthinin altına müvafiq qansızma ilə 125 ml həcmli kəskin soltərəfli subdiral hematoma ilə müşayiət ol unan və tədricən artan ödəm, beynin sıxılması və dislokasiyası ilə ağırlaşan baş-beyin xarakterli bədən xəsarətləri yetirmiş, sonra zərərçəkmişin əllərini və ayaqlarını əvvəlcədən hazırlanan yapışqan «skotç» lentlə bağlayaraq geyimini və «C 183 EA 35 region» dövlət qeydiyyat nişanlı QAZ-3302 (QAZel) avtomobilini axtarmiş, avtomobildən X7 məxsus 60 000 rubldan (1944 AZN) az olmayan pul vəsaitini, 6 000 rubl (194,4 AZN) dəyərində «Pantek» mobil telefonu aşkar edərək götürmüş, sonra X2 üzərini ağac budaqları ilə örtərək, qarət olunmuş əmlakı öz istəyi ilə sərf edərək, zərərçəkmişə 66 000 rubldan (2138,4 AZN) az olmayan məbləğdə zərər yetirərək quldurluq niyyəti ilə qəsdən öldürmüşdür. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində göstərilmişdir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum əməlinin tövsifində səhvə yol verilmiş, eləcə də cinayət və cinayət- prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum CM-in 12, 181.3.3-cü maddəsilə bəraət verərkən və onun əməlini CM-nin 12,120.2.11 maddəsindən həmin Məcəllənin 12,120.1 maddəsinə tövsif edərkən onun törətdiyi cinayətlərin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini nəzərə almamışdır ki, nəticədə hökmün qanuni və ədalətli olmasını şübhə altına almışdır. Belə ki, hökmdə göstərilir ki, istintaq orqanı Məhkum quldurluq cinayətini (CM-in 12,181.3.3) törətməsi barədə n əticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərmədən formal olaraq ittiham elan etmişdir. Məhkəmə Məhkum CM-in 12,181.3.3-cü maddəsilə bəraət verərkən və onun əməlini CM-nin 12,120.2.11-ci maddəsindən həmin Məcəllənin 12,120.1-ci maddəsinə tövsüf edərkən, habelə, ona aşağı həddə - 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini nəzərə almamışdır ki, nəticə etibarilə minimum həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İstintaq zamanı Məhkum törətdiyi cinayət əməlləri toplanmış sübutlarla - özünün etirafedici ifadəsi, hadisə yerinə və meyitə baxış keçirilməsi, ifadənin yerində yoxlanması protokolları, şahidlərin ifadələri, sənədlər, məhkəmə tibbi və kriminalistik ekspertizalarının rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkum və şahid Fazil Əliyevin ifadələri ilə, həm də hadisə yerinin baxış protokolunda və meyitin məhkəmə-tibb ekspertizasında göstərilən xüsusatlarla mərhum X8 Məhkum tərəfindən qəsdən öldürüldüyü kifayət qədər təsdiqini tapır. Fazil Əliyevin birbaşa ifadəsi ilə, o cümlədən öldürdükdən sonra Aleksandr Yenatskiyə aid avtomaşının Məhkum göstərişi ilə birlikdə hadisənin baş verdiyi yerdən aparmaları, Aleksandr Yenatskinin sonuncu dəfə evdən çıxarkən üzərində nağd pulun olmasının və bunu Məhkum bilməsinin qəsdən adam öldürmənin açıq-aşkar quldurluq niyyətilə törədildiyini təsdiqlə yir. Lakin, məhkəmə Məhkum CM-nin 12,181.3.3-cü maddəsi ilə irəli sürülmüş ittihama bəraət vermək üçün hökmün bir çox hissəsində “Məhkum quldurluq etməmişdir” xüsusatlarını qabardıb əvvəlcədən gəldiyi nəticəyə uyğunlaşdırmaqla təqsirləndirilən şəxsə CM-in 12,181.3.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı istisna etmək üçün zəmin yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla qərar çıxarmışdır. Məhkəmə hökm çıxararkən qanunvericiliyin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının tələblərinə uyğun olaraq işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, hökmün qanuniliyi və əsaslılığını təmin e tməli olduğu halda bunu etməmiş, işin düzgün həll edilməsi və işin nəticələri üçün əhəmiyyətli olan sübutlarla bağlı mövqeyini hökmdə düzgün əks etdirməmiş, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış, öz hökmündə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi “sübutlara” qabaqcadan müəyyən edilmiş üstünlük verməsi və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsi Məhkum irəli sürülmüş ittiham üzrə əsassız olaraq ona CM-nin 181.3.3 maddəsi ilə bəraət verilməsinə və 12,120.2.11-ci maddəsinin digər maddəyə tövsüf edil məsinə səbəb olmuş, nəticə etibarilə məhkəmənin çıxardığı hökm təqsirləndirilən şəxsə münasibətdə onun tərəfindən törədilən cinayətlərin ağırlığına və şəxsiyyətinə uyğun olmadığından açıq-aydın ədalətsiz olmuşdur. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı heç bir qanun pozuntusu olmadan əldə olunmuş və məhkəmə istintaqı zamanı tətqiq edilmiş yuxarıda qeyd olunan sübutlara (şahidlərin ifadələri, şəxsi axtarış, baxış və götürmə protokolları, digər istintaq hərəkətlərinin protokolları) deyil, yalnız təqsirləndirilən şəxslərin vediyi özlərini müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara əsassız olaraq üstünlük vermişdir. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin həmin normalarının tələblərini pozaraq yuxarıda qeyd olunan işin obyektiv hall arına uyğun olan ibtidai istintaq zamanı əldə olunmuş, birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Şirvan Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməllərinin tövsifində səhvə yol verilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 12,181.3.3, 12,120.2.11-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Apellyasiya Məhkəməsi ibtidai istintaq zamanı dindirilmiş bütün şahidləri dindirməmiş, onların verdikləri ifadələrə hüquqi qiymət verməmiş və cinayət işini obyektiv, tam və hərtərəfli araşdırmamışdır. Nəticədə məhkəmə səhv nəticəyə gələrək Məhkum Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmündə Azərbaycan Respublikası CM-in 12,181,3,3-cü maddəsi ilə bəraət verilməsini, onun əməlini isə CM-in 12,120.1-ci maddəsi ilə tövsif edilməsini güvvədə saxlamışdır. Məhkəmə işə baxarkən, cinayət işini tam öyrənməmiş, cinayət işində olan Rusiya Federasiyasının müvafiq istintaq orqanı tərəfindən toplanmış, daha sonra isə Azərbaycan dilinə tərcümə edilmiş ifadələrlə tanış olmamış, qərar verərkən həmin sübutları nəzərə alınmamışdır. Belə ki, Aleksandr Yensatskinin hadisə baş verən gün mebel fabrikinə mebel almaq məqsədi ilə getdiyini, bu zaman onun üzərində 60.000-100.000 rubl olduğunu, Məhkum tərəfindən törətdiyi cinayət əməlinin izlərini gizlətmək məqsədi ilə Aleksandr Yenatskiyə məxsus avtomobili digər vilayətin ərazisinə apararaq gizlətdiyi avtomobildən Aleksandr Yenatskiyə məxsus əşyaların hadisədən sonra yox olmalarını cinayət işi üzrə dindirilmiş X23, X15, Yenackaya Alla və Yacuk Dmitriy öz ifadələrində bildirmişlər. Məhkum Aleksandr Yenatskini məhz quldurluq məqsədi ilə öldürməsini hətta onun mərhuma məxsus içəri sində yemək olan konteyneri götürərək rahat şəkildə yeməsi də sübuta yetirir. Bu onu sübut edir ki, Məhkum mərhumu öldürdükdən sonra onun şəxsi əşyaları və avtomobilini axtararaq özünə lazım olan əşyaları, o cümlədən içərisində yemək olan konteyneri götürmüş, hətta həmin konteynerin içərisində olan yeməkləri də, yeyərək konteyneri kənara atmışdır (həmin konteyner hadisə yerindən kənarda aşkar edilmiş və bununla əlaqədar protokol tərtib edilmişdir). Bu da bir daha onu sübut edir ki, Məhkum Aleksandr Yenatskini öldürməsini və ona məxsus əşyaların götürməsini əvvəlcədən planlaşdırmışdır. Məhkum heç bir yerdə işləmədiyini, hər-hansı bir işlə məşğul olmadığını və heç bir zaman çox pulu olmadığını onunla münasibətdə olan X25 və X20, həmçinin Məhkum ilə qonşuluqda yaşayan X30 da ifadələrində tə sdiq etmişlər. Bu zaman X42 Mikayılovu həmçinin hiyləgər insan kimi xarakterizə etmişdir. İstintaq zamanı ifadəsi alınmış X26 də Məhkum hirsli adam kimi xarakterizə edərək onun hətta öz qardaşı Şahid2 də bir-neçə dəfə onun yanında döydüyünü bildirmişdir. Məhkum qardaşı Şahid2 da qardaşının Rusiyada nə işlə məşğul olmasını bilmədiyini bildirmişdir. Məhkum məhkəmə istintaqı zamanı guya özünün alver etdiyini Aleksandr Yenatskinin isə ondan Rusiya Federasiyasında işləməsinə görə pul tələb etməsi barədə dediyi xüsusat yalandır. Belə ki, ibtidai istintaq zamanı ifadələri alınmış şahidlər Aleksandr Yenatskinin mebel alveri İlə məşğul olduğunu, həyat yoldaşı və bir azyaşlı qızı ilə kirayədə yaşadığını bildirmişlər. Həmçinin, Aleksandr Yenatski özü Rusiya Federasiyasının vətəndaşı olmamış, yaşadığı şəhərdə sadəcə işi ilə əlaqədar kirayədə qalmışdır. Məhkum törətmiş olduğu cinayət əməlindən yayınmaq məqsədi qeyd edilən məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı ifadələri alınmış şahidlərin ifadələrindən göründüyü kimi, heç bir yerdə işləməyən, daimi gəliri olmayan Məhkum maddi durumu məhz törətdiyi cinayət əməlindən sonra yaxşılaşmışdır. Bu da ilk növbədə onu sübut edir ki, Məhkum Aleksandr Yenatskini məhz quldurluq niyyəti ilə əlaqədar öldürmüşdür. Apellyasiya instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmamışdır. Qeyd edilən apellyasiya prosesi zamanı tərəfindən Rusiya Federasiyasında cinayət işinin istintaq edilməsi zamanı dindirilmiş şahidlərdən bir-neçəsinin video görüntü vasitəsi ilə məhkəmə prosesinə qatılaraq ifadə verə biləcəkləri qeyd edilsə də, məhkəmə b unu təmin etməmişdir. Həmin şahidlərin videogörüntü ilə dindirilməsi barədə verdiyi vəsatətin səbəbi, həmin şahidlərin yaşadıqdalı Ukrayna Respublikası ilə Rusiya Federasiyası arasında olan müharibə və bu səbəbdən həmin şəxslərin ölkələrindən kənara çıxa bilməmələri olmuşdur. Apellyasiya prosesi keçdikdən sonra Rusiyada elan edilmiş mobilizasiya ilə əlaqədar şahidlərdən biri Yuriy Medvedev müharibəyə aparılmışdır. Məhkəmə əsassız olaraq ona Məhkum CM-in 12, 120.2.11-ci maddəsini 12,120.1-cİ maddəsinə tövsif etmiş, 12. 181.3.3-cü maddəsi ilə isə bəraət vermişdir. Məhkəmə bəraət qərarı verdikdə, bunu əsaslandırmamış, sadəcə dəfələrlə "Məhkum quldurluq etməmişdir” cümləsi ilə kifayətlənmişdir. Cinayət əməlini törədərkən Məhkum məkumluğu ödənilməmişdir. Həmçinin Məhkum etdiyi əməldən peşman ol mamış, öldürdüyü Aleksandr Yenatskinin ailə üzvlərindən etdiyi əmələ görə üzr belə istəməmişdir. Onun etdiyi cinayət əməli nəticəsində Aleksandr Yensatskinin ailə üzvlərinə mənəvi ziyan dəymiş, azyaşlı övladı atasız böyümüş, Aleksandr Yenatskinin ailə üzvləri uzun müddət ərzində cinayət əməlini törətmiş şəxsin axtarıb tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsinə çalışmışlar. Bu zaman Məhkum isə etdiyi cinayət əməlinə görə məsuliyyətdən yayınmaq məqsədi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qaçmışdır. Məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış, Məhkum mərhum Aleksandr Yenatskini məhz quldurluq niyyəti ilə öldürərək ona qarşı quldurluq etməsini təsdiq edəcək sübutları nəzərə almamış və düzgün qiymətləndirməmiş bununla da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28, 33, 125, 144 və 145-ci maddələrinin tələblərini pozmuşdur. Kassasiya şikayətində Şirvan Appelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli dəyişdirilərək, Məhkum CM-in 12, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, işin hallarının təhlili və sübut kimi yalnız hadisəni görməyən bir şahid ifadəsinin istifadə olunmasının, məhkəmə qərarının mülahizələrə əsaslanması onu deməyə əsas verir ki, istintaq orqanı və məhkəmələr tərəfindən X13 barəsində düzgün mövqe nümayiş etdirilməmiş, ibtidai istintaq və məhkəmə prosesi obyektivlik, həqiqilik, dəqiqlik və tamlıq prinsiplərinə riayət edilməklə həyata keçirilməli olduğu halda həmin prin siplərə riayət edilməmiş, məhkəmənin qərarı Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)773/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, məhkəmənin hökmü Məhkum ancaq özünün istintaq zamanı təzyiq və psixoloji şiddət halında verdiyi ifadələrinə əsaslanmış, iş üzrə dindirilmiş digər şahidlərin ifadələri isə ümumiyyətlə baş vermiş hadisəyə heç bir aidiyyəti olmamışdır. Rusiya Federasi yasında şahid qismində ifadə vermiş X19 ifadəsinə əsaslanaraq baş vermiş cinayətin Məhkum tərəfindən törədilməsi müəyyənləşdirilmişdir. Halbuki, sözügedən şahidlə əlaqə saxlanılan zaman verdiyi ifadəni güclü fiziki zor tətbiqi altında verdiyini bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsi öz növbəsində birinci instansiya məhkəməsinin də əsaslandığı şahid ifadələri əsasında qərar çıxarmışdır. Bunlar isə baş vermiş hadisədən xəbəri olmayan, ümumiyyətlə hadisə ilə bağlı məlumatı olmayan şəxslərdir. Təqsirləndirilən şəxs, Məhkum hələ ibtidai istintaq zamanı cinayət əməli törətdiyini qəti şəkildə təkzib etmişdir. Habelə, təqsirləndirilən şəxsin ilk ifadəsi ibtidai istintaq zamanı güclü psixoloji təzyiq altında alınmış, növbəti gün isə video-çəkilişlə ifadəsi alınaraq ittiham tərəfi sübutları möhk əmlətmişdir. Lakin baş vermiş cinayət hadisəsini Məhkum tərəfindən törədilməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı güclü psixoloji təzyiq altında ilk ifadəsi alınmış, növbəti gün isə video-çəkilişlə ifadəsini alaraq ittiham tərəfi sübutları möhkəmlətmişdir. Təqsirləndirilən şəxsin dindirilməsində verdiyi ifadə ilə, konfıdensial görüş zamanı verdiyi məlumatlar arasında kifayət qədər ziddiyyətli məqamlar vardır. Odur ki, qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum iştirakı ilə dindirilməsi barədə vəsatətlə Masallı rayon Prokurorluğuna müraciət etmişdir. Lakin, prokurorluğun müstəntiqi Şirxan Fərəcovun xx.xx.2022-ci il tarixli qərarı ilə vəsatət əsassız olaraq rədd edilmişdir. Bundan başqa, cinayət işi Masallı rayon Prokuro rluğunun icraatına verildikdən sonra Rusiya Federasiyasında şahid qismində ifadə vermiş X19 dindirilməsinin keçirilməsi barədə verdiyi vəsatət əsassız olaraq təmin edilməmişdir. İstintaq orqanı tərəfindən cinayət işinə bu cür laqeyd yanaşılması xüsusilə ağır cinayətdə ittiham olunan təqsirləndirilən şəxsin hüquqlarını pozmuşdur. Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, mütəmadi olaraq döyüldüyü və söyüşlərlə təhqir olunduğu üçün X16 ilə mübahisə edib dalaşdığını bildirmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş şəkillərə baxan zaman Məhkum Aleksandr Yenatski ilə mübahisənin başqa ərazidə etdiyini, şəkilin isə başqa ərazidə çəkildiyini, sonuncunun ölümündə hər hansı formada iştirakının olmadığını bildirmişdi r. İstintaq orqanı tərəfindən bu kimi hallar araşdırılmadan şəxsə qarşı xüsusilə ağır cinayət törətməsi ilə bağlı ağır ittihamlar irəli sürülmüşdür. Bir şahid ifadəsi ilə cinayət işi başlanmış, lakin şahid tərəfindən verilən ifadənin nə dərəcədə düzgün olması araşdırılmadan, baş vermiş cinayət hadisəsinə düzgün qiymət vermədən hər hansı şəxs haqqqında axtarış elan edilməsi, onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi cinayət prosessual qanunvericiliyin müddəalarının pozulmasının bariz nümunəsidir. Cinayətə yeganə sübut kimi şahid X19 2006-cı ildə Rusiya Federasiyasında verdiyi ifadəsi olunmuşdur. Cinayət işi Masallı rayon Prokurorluğunun icraatına verildikdən sonra Rusiya Federasiyasında şahid qismində ifadə vermiş X19 dindirilməsinin keçirilməsi barədə hüququ müdafiəçisi tərəfindən verilən vəsatət də əsassız olaraq təmin edilməmişdir. İstər istintaq orqanı, istərsə də məhkəmələr tərəfindən isə heç bir araşdırma aparılmamış, bu ifadə əsasında Məhkum barəsində ittiham hökmü çıxarılmışdır. Şahidin verdiyi ifadə heç bir mötəbər sübutla öz təsdiqini tapmamış, qarşılıqlı əlaqələndirilməmişdir. Məhkəmələr tərəfindən nəzərə alınmayan, amma mütləq şəkildə qeyd edilməli olan məqamlardan biri də şəxsin hadisə baş verdikdən sonra uzun bir müddəti - 16 il ictimai həyatda problemsiz, ictimai birgəyaşayış qaydalarına əməl edərək və hüquqazidd heç bir hərəkətə yol vermədən keçirməsidir. Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Azərbaycan Respublikasına döndükdən sonra rəsmi olaraq işləmiş, əmək haqqı almış, əmək prosesində nə iş yoldaşları, nə digər şəxslərlə heç bir halda hə r hansı bir problem yaşamamışdır. Burada heç bir vəziyyətdə cinayətkarın özünü və cinayətkar meyllərini uğurlu bir şəkildə gizlətməsindən söhbət gedə bilməz. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Məhkum azadlıqdan məhrumetmə müddətinin 10 ilədək artırılması onun ailəsi üçün də arzuolunmaz nəticələr doğuracaqdır. Məhkum hazırda 57 yaşı var. Məhkum elan edillmiş ittiham üzrə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin şəxsiyyəti, yaşı, ailə durumu, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, habelə, əgər hətta cinayət törətmiş olsa belə, şəxsin 16 il müddətinə heç kimə zərər yetirmədən, ictimai birgəyaşayış normalarına riayət edərək həyat keçirməsi və. amillər nəzərə alınmadan həddindən artıq ağır cəza təyin edilmişdir. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilərək, Məhkum barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özünün verdiyi kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin və kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin, müdafiəçinin kassasiya şikayətinin təmin olunmaması, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin və kassasiya protestinin təmin olunması barədə zərərçəkmiş şəxsin hüquqi varisini n nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya şikayətinin baxışının nəticələ ri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində və kassasiya şikayətlərində məhkumun əməlinin tövsifi və ona təyin edilən cəza mübahisələndirilmişdir. Müdafiəçi tərəfindən isə şəxsin təqsirlilk məsələsi mübahisələndirilmiş və ona bəraət verilməsi iddia edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konst itusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkumun CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, cinayət hadisəsinin baş verməsinə səbəb təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında olan şəxsi münasibətlər zəminində mübahisə olmuşdur. Məhkum tanışı X16 ilə yaranmış mübahisəyə görə qısas almaq məqsədi ilə 17 oktyabr 2006-cı il tarixində saat 21:00-dan 23:00-dək, alkoqol təsiri altında olaraq Rusiya Federasiyası Arxangelsk vilayətinin Plesetsk rayonunda Plesetsk qəsəbəsi-Karqopol şəhəri avtomobil yolunun bilavasitə yaxınlığında, Plesetsk rayonunun Qryazovo kəndindən 1 kilometr məsafədə, Aleksandr Yenatskiy ilə telefonla danışaraq qeyd olunan yerdə görüşməyə razılaşaraq sonuncu həmin yerə «C 183 EA 35 region» dövlət qeydiyyat nişanlı QAZ-3302 markalı avtomobili ilə gələrək saxladıqdan sonra, o, danışıq bəhanəsi ilə zərərçəkmişi kimsəsiz yerə, avtomobilin dayandığı yerdən aralıda yerləşən meşə massivinə getməyə inandırıb, orada Aleksandr Yenatskinin qəsdən öldürmək məqsədi ilə məlum olmayan küt əşya ilə X2 başından zərbə vurandan sonra yerə yıxılan zərərçəkmiş şəxsin əllərini və ayaqlarını yapışqan «skotç» lentlə bağlayaraq baş nahiyyəsin dən zərbələr vurmağa davam edərək beynin sıxılması və dislokasiyası ilə ağırlaşan baş-beyin travması xarakterli həyat və sağlamlığı üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarəti yetirməklə sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını iş materiallarında olan obyektiv sübutların məcmusu, o cümlədən şahidlər Şahid2, X31, X17 tədqiq edilmiş ifadələri, 08 dekabr 2006-cı il tarixli 224 saylı məhkəmə-tibbi ekspertizasının rəyi, 03 noyabr 2006-cı il tarixli 11 Bİ saylı məhkəmə-kriminalistik ekspertizasının rəyi, 08 dekabr 2006-cı il tarixli 2066 saylı məhkəmə-kriminalistik ekspertizasının rəyi, 28 dekabr 2006-cı il tarixli 2311 saylı məhkəmə-kriminalistik ekspertizasının rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza sının 31 yanvar 2022-ci il tarixli 234 saylı rəy, 26 oktyabr 2006cı il tarixli "hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, 07 dekabr 2006cı il tarixli "hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, xx.xx.2017-ci il tarixli "xidməti yoxlamanın nəticəsinə dair” rəyi, işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 12, 120.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların və cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, həmin maddə ilə təqsirili bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya mə hkum olunmasına dair düzgün yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyinə dair kassasiya məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin həyatdan məhrum edilməsi çıxış edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 1,2ci bəndlərində izah olunur ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılar kən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin e dilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Dövlət itiihamçısının kassasiya protestində, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin isə kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilərək qeyd edilmişdir ki, Məhkum mərhum X1rşı törətdiyi cinayət əməlində quldurluq niyyəti olmuş, habelə o, zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək məqsədi ilə hücum edərək X9 qəsdən öldürmüş, lakin məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəc əsini və işin faktiki hallarını nəzərə almamış, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 120.2.11-ci maddəsindən həmin Məcəllənin 12,120.1-ci maddəsinə tövsif etmiş, həmçinin Azərbaycan Respublikası CM-in 12,181.3.3-cü maddəsi ilə bəraət verməklə Məhkum yüngül cəza təyin etmiş və ədalət prinsipinə lazımınca qiymət verilməmişdir. Bundan əlavə məhkum edilmiş şəxsin müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, Mikayılov X14 Borisoviçi öldürməmiş, onlar meşədə dalaşdıqdan sonra Aleksandr bu davanı burda belə qoymacağını bildrmiş, Məhkum isə qayıdıb maşına əyləşib hadisə yerindən uzaqlaşmış, buna baxmayaraq məhkəmə qeyd olunan halları nəzərə almadan Məhkum barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası dövlət itiihamçısının kassasiya protestində, zərərçəkmiş şəxsin hüquqi v arisinin nümayəndlərinin kassasiya şikayətində Məhkum əməlini Azərbaycan Respublikası CM-in 12, 120.2.11 və 12,181.3.3-cü maddələri ilə tövsif edərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ağır cəza təyin edilməsi ilə bağlı, məhkum edilmiş şəxsin müdafiəçisinin isə kassasiya şikayətində Məhkum bəraət verilməsi ilə bağlı dəlillərini araşdıraraq hesab edir ki, ittiham və müdafiə tərəflərinin yuxarıda qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspert rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Be lə ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan və araşdırılmış sübutların müqayisəli təhlilindən görünür ki, Fazil Əliyevin və məhkum edilmiş şəxsin ibtidai istintaq zamanı Masallı rayon prokurorluğunda verdiyi ifadələrinə əsasən X16 ilə Məhkum aralarında mübahisə yaranması, sonuncu Rusiya Federasiyası Arxangelsk vilayətinin Plesetsk rayonunda Plesetsk qəsəbəsi-Karqopol şəhəri avtomobil yolunun bilavasitə yaxınlığında, Plesetsk rayonunun Qryazovo kəndi ətrafında yerləşən meşədə qisas niyyəti ilə X16 öldürmüşdür. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum cinayətin zərərçəkmiş şəxsi qisas almaq niyyətilə törədilən və onun hərəkətlərinin sadə adam öldürməyə görə məsuliyyət nəzərdə tutan cinayət maddəsinin tərkibini yaratması barədə əsaslı nəticəyə gə lmiş və onun əməli düzgün olaraq CM-in 12, 120.1-ci maddəsi ilə tövsif etmişlər. Belə ki, ibtidai istintaq orqanı Məhkum zərərçəkmiş şəxs Aleksandr Yenatskini qəsdən öldürməsini quldurluqla əlaqədar olmasını, həmçinin zərərçəkmiş şəxsə qarşı quldurluq cinayətinin törətməsinin sübuta yetirilməsi qənaətinə gəlsə də, aşağı instansiya məhkəmələri toplanmış sübutların şəxsin qəsdən adam öldürməsinin quldurluqla əlaqədar olmadığı, həmçinin quldurluq cinayəti törətmədiyinin təsdiq olunması barədə əsaslı nəticəyə gəlmişlər. Belə ki, ibtidai istintaq orqanı hər hansı bir şahid ifadəsi və ya işin faktiki hallarına əsaslanmayaraq göstərilən mövqeyə gəlmiş, zərərçəkmiş şəxsin avtomaşınında ümumiyyətlə 60.000 rubl olması ibtidai istintaq zamanı təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxsin arvadı X28 ibtid ai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, "Aleksandrın özü ilə olan pul məbləğini bilmirəm, lakin düşünürəm ki, 60 min rubldan az deyildi, həmçinin özü ilə 6 min rubla aldığı "Pantek” mobil telefonu var idi”. İbtidai istintaq orqanı tərəfindən yalnız ehtimal olunan və hər hansı bir sübutla təsdiqini tapmayan qeyd olunan cümləyə əsaslanaraq Məhkum zərərçəkmişin avtomaşınından 60.000 rubl, "Pantek” mobil telefonu quldurluq nəticəsində əldə etdiyinə dair ittiham elan edilmişdir. Qeyd edilənləri nəzərə alaraq aşağı instansiya məhkəmələri Məhkum zərərçəkmiş şəxsə məxsus 60.000 rubl və 6.000 rubl dəyərində mobil telefonu quldurluq nəticəsində əldə etməsi, bir sözlə quldurluq cinayəti törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmişlər. Belə ki, ittiham tərəfinin əsas şahidi X31 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, "Məhkum Aleksandrla maşından çıxıb yolu keçmiş və dayanacaqla üzbəüz meşəyə getmişlər. Onlar getdikləri zaman nədənsə söhbət etmiş və gülümsəmişlər. 20-30 dəqiqədən sonra Azad tək olaraq qayıtmışdır. O, Aleksandrın harada olduğunu soruşmuş, Məhkum isə Aleksandrı "vurduğunu”, cəsədini kanavaya atdığını, üzərinə küknar budaqlarını qoyduğunu deyib ondan maşını qoyub getməyi və Aleksandrın maşınına oturmasını əmr etmişdir. Azad ona əmr etmişdir ki, maşını meşəyə çay tərəfə elə qoysun ki, onu heç kim görməsin. O, maşını Azadın istədiyi formada qoyanda sonuncu ona Yenatskinin cəsədinin təxminən olduğu yeri göstərmiş, lakin özü həmin yerə yaxınlaşmamışdır. Məhkum Aleksandrın maşınına oturmuş, ondan sonra maşını Karqopolsk rayonuna aparmışd ır. Onlar Markovskaya kəndinə çatmış, kəndi keçərək yoldan sağa, çay tərəfə dönmüşlər. 1000-1500 metr keçəndən sonra Azad Mikayilov ona maşından çıxmağı əmr etmiş, o maşından çıxmış, Mikayılov isə çaya yaxın getmiş, daha sonra yenə də 200-300 metr qabağa gedib gözdən itmiş, çünki harasa meşəyə getmişdir. 30 dəqiqədən sonra Mikayılov qayıtmış və maşının ilişdiyini görmüşdür. Onun əlində Yenatskinin maşınından götürdüyü, içində yemək olan yarışəffaf konteyner olmuşdur. Bundan başqa onun əlində heç nə görməmişdir. Konteynerdə balıq və kotlet olmuş, Mikayılov kotletin bir hissəsini yemiş və onu konteynerdə olan digər yeməklə birgə tullamışdır”. Qeyd olunan ifadənin məğzindən də görünür ki, Məhkum zərərçəkmişi meşədə öldürəndən sonra Fazil Əliyevlə birlikdə zərərçəkmişin avtomaşınına minərək ha disə yerindən uzaqlaşdırıb avtomaşını gizlətmişlər. Bundan sonra Məhkum maşından yalnız qida məhsulu olan konteyneri götürərək avtomaşından düşmüş, başqa heç nə götürməmişdir. Götürdüyü konteynerdə olan qidanı bir qədər yeyərək tullamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara, xüsusi olaraq X28, X31, Şahid2 ifadələrinə qiymət verərək düzgün olaraq hesab etmişdir ki, iş üzrə ittiham tərəfinin istinad ediyi sübutlarla Məhkum Azərbaycan Respubliası CM-in 12, 120.2.11 və 12, 181.3.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Birinci instansiya məhkəməsinin Məhkum əməlini Azərbaycan Respubliası CM-in 12,120.2.11-ci maddəsində 12,120.1-ci maddəsinə tövsif etməklə, həmçinin Azərbaycan Respubliası CM-in 1 2, 181.3.3-cü maddəsi ilə bəraət verilməsi iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur. Kassasiya məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək qeyd edir ki, kassasiya müraciətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunması və ya CM-in 12, 120.1 -ci maddəsi ilə Məhkum bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarının müddəalarına istinad edərək hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin bütün hallarını, o cümlədən cinayətin üsulu, baş vermə şəraitini, ekspertiza rəylərini nəzərə alaraq Məhkum niyyətinin məhz zə rərçəkmiş şəxsi öldürməyə yönəlməsi və onun tərəfindən quldurluq edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək qeyd edir ki, apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxsin əməlini sadə qəsdən adam öldürmə əməlinə tövsif edərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirərək onun tərəfindən 181.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməməsi, həmçinin əməlinin Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə, yəni quldurluqla əlaqədar adam öldürmə kimi qiymətləndirmək üçün əsaslar olmadığı barədə düzgün yekun nəticəyə gəlmişdir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələ blərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmama sı barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Belə ki, Məhkum CM-in 12.120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələb lərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 12,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, həmçinin ona CM-in 12,181.3.3-cü maddəsi ilə bəraət verilməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları d üzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Müdafiəçinin kassasiya şikayətinin məhkum edilmiş şəxsə bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillər olmaqla əsassızdır. Kassasiya məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddə sinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya müraciətlərində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin hallarından görünür ki, məhkum olunmuş şəxs Məhkum iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əladə etməməsi, hazırki vəziyyətdə ondan şikayətçi olması cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hər əkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cinayət hadisəsinin 2006-cı ilin oktyabr ayında baş verdiyini nəzərə alaraq təqsirləndirilən şəxsə cəza təyin edilərkən CM-in 120.1ci maddəsinin sansksiyasının 20 iyun 2014-cü il tarixədək qüvvədə olan mətnini əsas götürməlidir. Məhkum olunmuş şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında 01 sentyabr 2000-ci tarixdən 20 iyun 2014-cü il tarixədək olan müddətdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və A zərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.5-ci maddəsinə əsasən Bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Rusiya Federasiyasının 2006-ci tarixdə qüvvədə CM-in 105-ci maddəsinin 1-ci his səsinin (qəsdən adam öldürmə) sanksiyasında altı ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 12, 120.1-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlqdan məhrum etmə cəzası təyin edərkən CM-in 8-ci maddəsinin tələblərinə əməl etməklə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin hüquqi varisi ondan şikayətçi olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmamasını kifayət qədər nəzərə almamışdır ki, bu hal da təyin olunmuş cəzanın müddətinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almınması və zərərçəkmiş şəxsin hüquqi varisinin hüquqlarının bərpa olunması baxımından ədalətli olmasını istisna edir. Belə ki, Cinayət Məcəlləsinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən 8.1. 9.2, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərindən göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu hald a qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 12, 120.1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin, müdafiəçinin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətlərinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi və eləcə də ona təyin edilmiş cəzanın ağırlaşdırılması və ya yüngülləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir hüquqi və faktiki əsaslar mövcud deyil. Ona görə də məhkəmə kollegiyası göstərilən məsələlərlə bağlı kassasiya müraciətlərinin dəlillərini heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillər hesab edir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri əsassızdır və təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsin i rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12, 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-721/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-721/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver