Məhkəmə qərarları › İş №1(102)-721/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-721/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-721/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş mater iallarını nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-268/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə (sədrlik edən: Hafiz Əliyev, hakimlər: Aynur Rzayeva və Fəhmin Hümbətov) xx.xx.1992-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 27 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə ə sasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli, 1(105)-24/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli hökmü dəyişdirilm iş, həmin hökmlə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin olunmuş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 27 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti cəza olaraq 5 il 11 ay 28 gün (beş il on bir ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il qərarından məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının 1(102)-1599/2024 saylı, 7 iyun 2024-cü il tarixli (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə) qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il qərarından məhkum edilmiş şəxs Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırarkən müəyyən etmişdir ki, təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 14 mart 2024cü il qərarından müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il qərarından kassasiya şikayəti vermək hüququnun olub olmaması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış və heç bir münasibət bildirilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 409-cu maddəsində kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququ olan şəxslərin əhatəsi müəyyən edilmişdir 409.1. Kassasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdirlər: 409.1.1. məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi; 409.1.2. zərər çəkmiş şəxs (xüsusi ittihamçı), onun qanuni nümayəndəsi və ya nümayəndəsi; 409.1.3. mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri. 409.1.4. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü. 409.1.5. barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; i 409.1.6. barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi. 409.2. Məhkum edilmiş təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi yalnız məhkumun mənafelərinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər. Məhkumun müdafiəsi na minə verilmiş kassasiya şikayəti digər məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşdirilməsi üçün əsas ola bilməz. 409.3. Bəraət almış şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi hökmdən yalnız bəraətin dəlil və əsaslarına aid hissəsindən şikayət vermək hüququna malikdirlər. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yeni məhkəmə baxışı zamanı belə kassasiya şikayəti bəraət hökmünün ləğv edilməsi və ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. 409.4. Zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi hökmdən yalnız zərər çəkmişə ziyan vurmuş şəxsə və hərəkətlərə aid hissədən şikayət vermək hüququna malikdirlər. 409.5. Mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayə ndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədən və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər. 409.6. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü yalnız tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər. 409.7. Barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi yalnız tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə və ya qapalı tipli xüs usi təlimtərbiyə müəssisəsinə göndərilməsinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdir. 409.7-1. Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və müdafiəçisi yalnız hüquqi şəxsin mənafeyinə aid hissədən şikayət vermək hüququna malikdirlər. 409.8. Məhkumun və ya zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayəti yalnız həmin şəxslər bu Məcəllənin qaydalarına uyğun olaraq cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən müvafiq olaraq təqsirləndirilən, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) qanuni nümayəndəsi və ya nümayəndəsi kimi buraxıldıqda kassasiya icraatının açılmasına səbəb ola bilər. 409.9. Apellyasiya instansiyası m əhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısı onun məhkəmə tərəfindən nəzərə alınmamış nəticə və təkliflərinə dair hissəsindən kassasiya protesti vermək hüququna malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzun sürən ağır xəstəliyə tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda hökmdən kassasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə, kassasiya protesti vermək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 392.2-ci maddəsinin tələblərinin ziddinə baxıldığı halda kassasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini malikdir. Həmçinin Cinayət Prosessual Məcəlləsinin 415-ci maddəsində kassasiya şikayətinin və ya kassasiya protestinin baxılmamış saxlanılmasının əsasları müəyyən edilmişdir. 415.1. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini aşağıdakı hallarda baxılmamış saxlamaq hüququna malikdir: 415.1.1. həmin şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda; 415.1.2. həmin şəxs müvafiq olaraq ka ssasiya şikayətini və ya kassasiya protestini yazılı şəkildə təqdim etmədikdə; 415.1.3. kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa dair bu Məcəllənin 413-cü maddəsinin tələblərinə riayət edilmədikdə; 415.1.4. həmin şəxs kassasiya şikayəti və ya kassasiya protestinə onların surətlərini həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan, cinayət prosesinin bütün iştirakçılarına çatacaq sayda əlavə etmədikdə. 415.2. Bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi ilkin olaraq kassasiya şikayətinin və ya kassasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ər zində həmin tələblər yerinə yetirilmədikdə, kassasiya şikayəti və ya kassasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Bu halda şəxs bu Məcəllənin 410-cu maddəsində göstərilən müddətlərdə yenidən kassasiya şikayəti və ya kassasiya protesti verə bilər. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsinin mümkünlüyü məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Apellyasiya instansiyası məhkəməsi Cinayət Prosessual Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayətini və ya kassasiya protestini cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında ş ikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilm iş kassasiya şikayəti baxışdan çıxarılmalı və kassasiya şikayətinin mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti baxışından çıxarılsın və Azərbaycan Respublikası CPM-in 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar