Məhkəmə qərarları › İş №1(102)-722/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-722/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-722/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi X7 iştirakları ilə, Ba kı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: Hüseyn Cavid Vaqif oğlu) Məhkum – xx xxxxxxxx 1961-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Socar” şirkətində sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsir li bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi hökm edilmişdir. İş üzrə mülki iddia qismən təmin edilərək, Məhkum 17100 (on yeddi min bir yüz) manat maddi və 3000 (üç min) mənəvi zərərin, cəmi 20100 (iyimi min bir yüz) manat tutularaq X5 verilməsi qərara alınmışdır. İşin halları: Məhkum yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx xxxx 2017-ci il tarixdə, saat 16:50 radələrində idar ə etdiyi özünə məxsus «Qaz-33021-212 yük» markalı, ** FL *** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi ilə şəhərin mərkəzi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən sol tərəfdə yerləşən Respublika Narkoloji Mərkəzə dönən yola daxil olmaq üçün “C.ünvan 1 ünvanında orta hissədə olan dairəyə daxil olarkən yol hərəkəti qaydalarını, yəni «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub hərəkət istiqamətini dəyişdirməsi ilə əlaqədar apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunu etməmiş, baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməmiş, təhlükəsizliyin təmin olunmasına əmin olmadan dairəyə girmək məqsədilə avto mobili sola doğru manevr etdirərək arxada ona nəzərən hərəkət hissəsinin sol tərəfi ilə ötmədə olan X2 idarə etdiyi “Harley” markalı 10 A 919 qeydiyyat nişanlı motosikletin hərəkət etdiyi hissəyə çıxıb onun hərəkəti üçün təhlükə yaradaraq “Harley” markalı motosikleti ehtiyatsızlıqdan avtomobilinin qabaq sol qapısı ilə vurmuş, nəticədə x1 açıq kəllə beyin travması, baş beyin kötüyünə, yumşaq beyin qişasına, yan mədəciklərə qansızma, İİ-İİİ boyun fəqərələrin kompresion, burun sümüyünün və sol alın sümüyünün kəllə əsasına keçən sınıqları, sağ təpə, alının sağ yarısının tüksüz hissəsinin, sağ və sol qaş nahiyələrinin əzilmiş yaraları, sağ çiyin qurşağının, sol saidin, sağ və sol mil-bilək oynaqlarının, sol əlin arxa səthinin, sağ əlin İ barmağının, sağ diz oynağının ön səthinin, sağ baldırın, sol aşıq baldır oynağının sıyrıqları, sol təpə, alının sol yarısının, sağ göz yuvası nahiyəsinin hematomaları, burunun qançırı kimi bədən xəsarətləri alaraq başın küt travması nəticəsində baş beyin kötüyünə, yumşaq beyin qişasına, yan mədəciklərə qansızmadan hadisə yerində ölməsinə ehtiyatsızlıqdan səbəb olmuş və “Harley” markalı 10 A 919 qeydiyyat nişanlı motosikletin zədələnməsi nəticəsində onun mülkiyyətçisi mərhum X3 17100 manat maddi ziyan dəymişdir. Hökmdən verilmiş apelyasiya şikayətlərinə və apelyasiya protestinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, z ərərçəkmiş şəxsin hüquqi varisinin apelyasiya şikayəti qismən, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti isə tam təmin edilmiş, hökm apelyasiya protestinə və apelyasiya şikayətinə münasibətdə dəyişdirilərək Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric olunmuş, Məhkum hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayət inin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi ciddi qanun pozulması hallarını aradan qaldırıb cinayət işinə xitam vermək əvəzinə bu pozuntuları təkrarlamaqla qanunsuz qərar qəbul etmişdir. Belə ki, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən baş vermiş hadisə ilə bağlı verilmiş ekspert rəylərində hadisənin baş verməsində təqsirinin olmaması ilə bağlı gəlinən nəticəyə qiymət verməmiş, baş vermiş hadisədə mənim heç bir təqsirimin olmamasına əhəmiyyət verməmiş, hadisə ilə bağlı düzgün araşdırma aparmamışdır. Hadisənin törənməsində heç bir günahının olmadığı halda, iş üzrə keçirilmiş ekspertizaların təqsirsizliyinə dair rəy vermələrinə baxmayaraq, eləcə də başlanılmış araşdırma üzrə materi ala bir neçə dəfə xitam verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin etdiyi əsassız şikayətlər əsasında birinci instansiya məhkəməsi və apelyasiya instansiya məhkəməsi düzgün olmayan qərara gəlmişdir. İş materiallarından və ya məhkəmə qərarından aşkar olaraq məlum olur ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə nəticələnərək düzgün qərar qəbul edilməməsinə səbəb olmuşdur. Bu isə apelyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi üçün konkret əsaslardandır. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarını ləğv edərək cinayət işi üzr ə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi X7 çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri b una əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində Məhkum göstərmişdir ki, hadisənin törənmə sində heç bir günahının olmadığı halda, iş üzrə keçirilmiş ekspertizaların təqsirsizliyinə dair rəy vermələrinə baxmayaraq, eləcə də başlanılmış araşdırma üzrə materiala bir neçə dəfə xitam verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin etdiyi əsassız şikayətlər əsasında birinci instansiya məhkəməsi və apelyasiya instansiya məhkəməsi düzgün olmayan qərara gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb, məhkəmə iclasında tədqiq edilmiş və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə tam sübut edildiyindən kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş xx xxxxxx 2018-ci il tarixli məhkəmə tibbi ekspertizasının, xx xxxxxx 2019-cu il tarixli məhkəmə-trasoloji ekspertizasının və xx xxxx 2019-cu il tarixli məhkəmə-əmtəəşünaslıq və yol-nəqliyyat hadisələri ekspertizasının rəylərindən müəyyən edilmişdir ki, həmin rəylər bir-birini tamamlamaqla və digər sübutlarla uyğunluq təşkil etməklə hadisənin baş verməsinin real mexanizminin müəyyən edilməsini təmin etmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 1819 saylı rəyi ilə müəyyən edilmişdir ki, mərhum X2 meyitinin müayinəsi zamanı aşkar olunmuş üz skeleti və kəllə əsası sümüklərinin sınığı, beyin toxuması, qişaları altına, mədəciklərə qansızma, alının sağ yarısının tüksüz hissəsinin, sağ və sol qaş nahiyələrinin əzilmiş yarala rı, sağ göz yuvası nahiyəsinin hematomaları, burunun qançırı onun idarə etdiyi “Harley” markalı motosikletlə “QAZ-33021-212” markalı yük avtomobilinin sola dönmə əməliyyatını həyata keçirən zaman qabaq sol yan qapı ilə toqquşması nəticəsində sifətinin yük avtomobilin sol yan güzgüsünə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Mərhum x1nin bədəni üzərində aşkar olunmuş sağ çiyin qurşağının, sağ və sol mil-bilək oynaqlarının, sağ əlin İ barmağının, sağ diz oynağının ön səthinin, İİ, İİİ boyun fəqərəsinin kompression sınığı, sağ baldırın qançırları, təpə, sağ və sol qasıq nahiyəsində əzilmiş yara onun idarə etdiyi “Harley” markalı motosikletlə “QAZ-33021-212” markalı avtomobilin sola dönmə əməliyyatını həyata keçirən zaman yük avtomobilinin sol yan qapısına çırpılması və sonradan yol örtüyünə d əyməsi nəticəsində əmələ gələ bilərdi (İİ cild i.v 18). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 502 №-li məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, Harley markalı 10A*** dövlət qeydiyyat nişanlı motosiklet “QAZ 33021-212 yük” markalı 90FL*** dövlət qeydiyyat nişanlı avtomobilin orta sol yan hissəsinin, yəni arxa sol təkərin yerləşdiyi sahə arasında deyil, qabaq sol qapı sahəsində toqquşma baş verməsinə uyğun gəlir. Harley markalı 10A*** dövlət qeydiyyat nişanlı motosiklın “QAZ 33021-212 yük” markalı 90FL*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısına dəyməzdən əvvəl avtomobilin orta sol yan hissəsinə, yəni arxa sol təkərin yerləşdiyi yerin üst sahəsi ilə kontaktda olması mümkün deyildir (İİ cild səh. 58-61). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 16614/15 №-li məhkəmə-əmtəəşünaslıq və yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Harley Davidson” markalı Forty Eight modelli motesikletin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 20228 manat müəyyən edilir. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən QAZ-33021-212 markalı avtomobillə bardur arasında 1 metr və yaxud 60-70 sm olduğu vəziyyətdə “Harley” markalı motosiklet QAZ-33021-212 markalı avtomobilin sol yanı ilə hərəkətdə ola bilər. Nəqliyyat trasoloji ekspertizası yolu ilə müəyyən olunduğu kimi, Harley markalı motosikletin QAZ-33021-212 markalı avtomobilin qabaq sol hissəsi-qabaq sol təkər, qabaq sol qapısı i lə toqquşması, həmçinin QAZ-33021-212 markalı avtomobilin kuza hissəsinin kabinəyə nisbətən daha çox kənara çıxması nəzərə alınmaqla 17936 №-li və 31295 №-li rəylərdə tədqiqat aparıldığı variantlardan, Harley markalı motosikletin qarşısında hərəkətdə olan QAZ-33021-212 markalı avtomobilə nəzərən yolun sol hissəsi ilə ötmə əməliyyatında olarkən QAZ-33021-212 markalı avtomobilin sola dönməsi şəraitində toqquşmanın baş verməsi real hadisə mexanizminə uyğundur. QAZ-33021-212 markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü Məhkum tədqiq olunan şəraitdə hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmu şdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutları və eləcə də məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusuna istinadən nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərə rçəkmiş şəxsin hüquqi varisi və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası təqsirləndirilən şəxsin kassasiya şikayəti ilə eyni məzmunlu apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları üzrı toxlayaraq apelyasiya şikayətini təmin etmədən birinci instansiya məhkəməsinin hökmünü həmin dəlillərə münasibətdə dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, əməlində cinayət tərkibi olmaması barədə məhkumun kassasiya şikayətinin dəlillərini hər hansı mötəbər sübutla əsaslandırılmamışdır. Cinayət işi üzrə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar