Məhkəmə qərarları › İş №1(102)-722/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-722/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-722/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, “VERDİKTUM” Vəkil Bürosunun vəkili İbadov Zaur Fəzail oğlunun iştirakları ilə xx xxxxxx 1977-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, əvvəllər dövlət təhl ükəsizlik orqanlarında xidmət etməklə xəstəliyi ilə əlaqədar 23.06.2017-ci ildə ehtiyata buraxılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 274-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 16 il müddətinə a zadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 30 noyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 23 iyun 2017-ci il tarixli əmri ilə “H ərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndinə əsasən (xəstəliyə görə) Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra əvvəllər Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin 1-ci idarəsində xidmət edərkən məxfi əməkdaşlığa cəlb etdiyi İran İslam Respublikasının vətəndaşı, 24 oktyabr 1980-ci il təvəllüdlü X7 (X12) biznes qurmaq adı ilə 2018-ci ilin yanvar ayında Türkiyənin İstanbul şəhərində onu həmin vaxt X10 və X11 adına olan pasportlarla səfər edən, eləcə də özünü Məhkum X11 kimi təqdim edən və şəxsiyyəti məlum olmayan İİR-nın İnformasiya Nazirliyinin (XXX) əməkdaşları ilə tanış edərək görüşdürmüş, görüş zamanı X11 özünü Cavad kimi, X11 isə X12 kimi təqdim etmiş, həmin görüş Məhkum ilkin yoxlanılması xarakteri daşıdığından sonuncular Məhkum görüşün əsl mahiyyətini a nladığı, kənar müşahidənin olub-olmadığını yoxladıqları şəraitdə onunla biznes-məişət xarakterli söhbətlər aparmışlar. 2018-ci ilin aprel ayında öz xərcləri hesabına bilet alıb Məhkum X13 vasitəsilə yenidən İstanbul şəhərinə dəvət etmiş, Məhkum 26 aprel 2018-ci il tarixdə təyyarə ilə Azərbaycandan Türkiyəyə gedərək İstanbul şəhərində qaldığı “Triada” hotelində X15 və X11 adlarına olan pasportlarla Türkiyəyə səfər edən XXX əməkdaşları ilə görüşmüş, görüş zamanı həmin şəxslər ona özlərinin XXX əməkdaşı olduqlarını bildirməklə ona pul mükafatları müqabilində əməkdaşlıq etməsini təklif etmişlər. Məhkum bu təklifi qəbul edərək onlarla əməkdaşlıq etməyə dair razılıq vermiş və XXX əməkdaşlarına Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsində xidmət etdiyi dövrdə vəzifəsi ilə bağlı o na məlum olan “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid məlumatların Siyahısı”na əsasən məzmunlarına görə və “məxfi” və “tam məxfi” qriflərlərə qorunaraq dövlət sirri olmasını bildiyi məlumatları, o cümlədən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin bəzi əməkdaşları, onların vəzifələri, xidməti yerdəyişmələri, İrandan Azərbaycana mühacirət edən şəxslər, “Firqə” təşkilatının, yəni Azərbaycan Respublikasında məskunlaşmış İran mənşəli şəxslər tərəfindən təşkil olunmuş İran mühacirlər cəmiyyəti İctimai Birliyinin üzvləri, bəzi xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən təşkilatları, nüm ayəndələri və sair barədə məlumatları vermiş, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin konkret əməkdaşları ilə əlaqə yaratmaq, onlar haqqında əlavə informasiyalar toplamaq barədə tapşırıqlar almışdır. XXX əməkdaşları Məhkum ilkin mükafat kimi 1000 ABŞ dollar məbləğində pul vermiş və növbəti görüşün vaxtı və yeri barədə məlumat verəcəklərini bildirməklə, “whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlamaq üçün mobil telefon nömrəsi vermişlər. Ertəsi gün saat 11- 12 radələrində XXX əməkdaşları yenidən onun qaldığı hotelə qayıdaraq onu məxfi əməkdaşlıq etmənin forma və metodları barədə geniş təlimatlandırıb, X13 vasitəsilə ona əlavə olaraq 3000 ABŞ dollar məbləğində pul vermişlər. 2018-ci ilin noyabr ayında XXX əməkdaşı X11 əvvəl verdiyi tapşırıqların icrası qaydasında onun topladığı məlumatları əldə etmək və ona yeni tapşırıqlar vermək məqsədi ilə “whatsapp” tətbiqi vasitəsilə yazaraq onu Türkiyənin İstanbul şəhərinə dəvət etmiş, Məhkum həmin tapşırığa əsasən 20 noyabr 2018-ci il tarixdə təyyarə ilə Bakı şəhərindən İstanbul şəhərinə gedərək saat 14 radələrində “Triada” hotelində həmin XXX əməkdaşı ilə görüşmüş, görüş zamanı XXX əməkdaşı ona yol xərclərinə görə 600 ABŞ dollar məbləğində pul verərək ertəsi gün gələcəyini deyib çıxıb getmişdir. 21 noyabr 2018-ci il tarixdə saat 12 radələrində XXX əməkdaşları X11 və X8 qaldığı hotelə gələrək onunla görüşmüş, Məhkum bundan əvvəl aldığı tapşırıqların icrası qaydasında XXX əməkdaşlarına dövlət təhlükəsizliyi orqanlarında xidmət etdiyi dövrdə xidməti işi ilə bağlı ona məlum olan, məzmunlarına görə dövlət sirri hesab edilən məlumatları, yəni konkret şəxslərin əks-kəşfiyyat və ya əməliyyat-axtarış bölmələrinin kadr heyətinə mənsubluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Əkskəşfiyyat fəaliyyəti istiqamətində əməliyyat təminatını həyata keçirən əməkdaşlar, dövlət sirri olaraq qanunla müəyyən edilmiş qaydada “məxfi” və “tam məxfi” qriflərlə qorunmaqla Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Əkskəşfiyyat strukturlarının icraatında olmuş materiallar üzrə barələrində hər hansı formada yoxlama tədbirləri keçirilmiş İİR-nın vətəndaşları, Azərbaycanda fəaliyyət göstərən İranlı tibb mütəxəssisləri, Amerika Birləşmiş Ştatlarına mühacirət edən İran vətəndaşları, “İranlı mücahidlər” adlandırılan və əməliyyat marağı kəsb edən sair şəxslər barədə məlumatlar verməklə, qəsdən Azərba ycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq casusluq və dövlət sirrini xarici dövlətə vermə formasında dövlətə xəyanət etmiş, əvvəllər xidməti vəzifəsi ilə bağlı tanıdığı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə intensiv əlaqə saxlaması barədə tapşırıqlar və məlumatların verilməsi müqabilində XXX əməkdaşlarından 2600 ABŞ dollar məbləğində pul alaraq 24 noyabr 2018-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, mümkün hesab edilmədiyi təqdirdə apellyasiya insta nsiyası məhkəməsinin qərarını ləğv edərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı açıq-aşkar qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, birinci instansiya məhkəməsi hökmə açıq-aşkar yalan və təhrif olunmuş məlumatları daxil etmişdir. Məhkəmənin mötəbər və təkzibedilməz hesab etdiyi sübutla, o cümlədən DTX əməkdaşı Şahid2, məhkumun arvadının ifadələri, İran xüsusi xidmət orqanlarının əməkdaşları olmuş şəxslərin fotoşəkillərinin tanınmaya təqdim edilməsinə dair protokollar, məhkumun yaşadığı mənzildən götürülmüş aviabiletlər və otelin vizit kartları və sair sənədlər həm ayrı-ayrılıqda, həm də məcmu halında Məhkum tərəfindən İran XXO əməkdaşlarına dövlət sirrini verməklə və cas usluq etməklə, həmçinin onlarla olan danışıqların mövzusu, məzmunu və mahiyyəti ilə bağlı hər hansı məlumatı özündə əks etdirmir. Şikayətdə həmçinin göstərilir ki, Məhkum İran XXO əməkdaşları ilə 2 dəfə görüşməsindən ibarət olan hərəkətləri ilə Azərbaycan Respublikasının suverenliyinə və müdafiə qabiliyyətinə və dövlət təhlükəsizliyinə heç bir zərər vurmadığına görə onun əməlində CM-nin 274-cü maddəsinin olması nəticəsinə gəlinməsi absurddur. Şikayət müəllifləri hesab edirlər ki, məhkəmənin Məhkum xarici XXO əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunması və casusluq formasında dövlətə xəyanət etməsi barədə gəldiyi nəticələr də əsassız olmuşdur. Belə ki, bununla əlaqədar məhkəmə yalnız məhkumun özünün verdiyi ifadəyə istinad etmiş, halbuki Məhkum ifadəsi onun dövlətə xəyanət etməsi nəticəsinə gəlməyə əsas vermir. Şikayət müəlliflərinin fikrincə, Məhkum hərəkətlərində dövlət sirrini xarici dövlətə vermə formasında dövlətə xəyanət etmənin olmasına dair məhkəmələrin gəldiyi nəticələr əsassızdır. Belə ki, bununla əlaqədar məhkəmələr yalnız məhkumun özünün verdiyi ifadəyə istinad etmişlər. Məhkumun ifadəsində isə göstərilir ki, İran XXO əməkdaşları Məhkum ilə görüşərkən onlar artıq bildikləri məlumatlar barədə Məhkum məlumat vermişlər. Məhkum isə keçmiş DTO əməkdaşı kimi dövlət maraqları nəzərə alınmaqla qarşı tərəfi yayındıran və ümumi məlumatlar vermişdir. Şikayətdə qeyd olunur ki, Məhkum tərəfindən dövlətə xəyanət cinayəti törədilmədiyindən Azərbaycan Respublikasına heç bir ziyan dəyməmişdir. Məhkum və onun müdafiəçisi həmçinin bildirirlər ki, ittihama görə Məhkum törə tdiyi cinayət Türkiyə Respublikasının ərazisində törədildiyindən CM-nin 12.1-ci maddəsinə müvafiq olaraq həmin dövlətin hüquq mühafizə orqanları tərəfindən araşdırılmalı idi. Şikayət müəllifləri həmçinin məhkəmələr tərəfindən Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsində qanunsuzluğa yol verildiyini, onun və ailə üzvlərinin Füzuli rayonundan məcburi köçkün olduqlarını, ailənin yeganə qazanc gətirən şəxsi olduğunu, himayəsində özünün 3 azyaşlı uşağının, 75 yaşlı anasının, heç bir yerdə işləməyən həyat yoldaşının, eləcə də faciəli şəkildə ölmüş qardaşının 2 azyaşlı uşağının və evdar qadın olan həyat yoldaşının olduğunu nəzərə almayaraq ağır cəza təyin edildiyini bildirirlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materiall arı ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Z.İbadovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşk il etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərlərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, istintaq hərəkətlərinin protokollarına, habelə t oplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində həm Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və ona bəraət verilməsi, yaxud işin yeni apelyasiya baxışına qaytarılması xahiş olunur, həm də məhkuma təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 274-cü maddəsində “Dövlətə xəyanət, yəni Azərbayca n Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilə rkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motiv inin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat veri lən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Ə sas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə veri lmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəz i xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, ibtidai istintaq zamanı özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, şahid qismində dindirilən Şahid2 ifadəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin Əkskəşfiyyat baş idarəsindən daxil olmuş 24 dekabr 2018-ci il tarixli, 2/5713 saylı məktubu, DTX-nın Əks-kəşfiyyat baş idarəsindən daxil olmuş 22 dekabr 2018-ci il tarixli, 2/5677 saylı məktubu, DTX-nın Əks-kəşfiyyat baş idarəsindən daxil olmuş 06 sentyabr 2019-cu il tarixli, 2/4647 nömrəli məktubu, şəxsin fotoşəkilləri üzrə tanınmaya təqdim edilməsi haqqında 25 dekabr 2018-ci il tarixli protokol və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəm ə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikasının vətəndaşı olmaqla, tamah, yəni qazanc əldə etmək məqsədilə qəsdən Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq casusluq etməklə və dövlət sirrini xarici dövlətə verərək dövlətə xəyanət etməklə Azərbaycan Respublikası CMnin 274-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın ağır olması ilə bağlı dəlilinə cavab olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Resp ublikası CM-in 274-cü maddəsinin sanksiyasında on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törəd ilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəs inə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən Məhkum himayəsində üç nəfər azyaşlı uşağının olması, yaşadığı ərazi üzrə və iş yeri üzrə müsbət xarakterizə olunması, tutduğu əməldən səmimi peşmanlığı CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, törədilmiş dövlətə xəyanət cinayətinin tamah məqsədilə törədilməsi CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən həmçinin törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs Məhkum apelyasiya şikayəti əsasında işə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və apelyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbu l edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətlərin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, C M-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətin i göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş i ttihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarıisə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar