Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-722/2023 13.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-532/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx 1988-ci il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Cəlilabad rayonu Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. 2. 29 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.3, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 05 iyun 2021-ci il tarixdə, saat 19 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndində olan avtomobil təmir sexinin qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs görüb sonuncuya borclu olduğu pulu qaytarmayacağını bildirərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, yaxınlıqda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək Zərərçəkmiş şəxs cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edib ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, ətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaradan hərəkətlər edərək səs-küyə hadisə yerinə toplaşmış şəxslərin gözü qarşısında, onlara məhəl qoymadan, özünü ətrafdakıların fövqündə qoyub heç bir əsaslı səbəb olmadan yumruqla və silah qismində istifadə etdiyi istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncər tipli atıcı bıçaqla Zərərçəkmiş şəxs baş və qol nahiyələrinə qəsdən zərbələr vuraraq ona başın təpə nahiyəsində 2 (iki) ədəd kəsilmiş yara, sol əlin 2-ci barmağında 1 (bir) ədəd kəsilmiş yara əmələ gəlməsi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və sağ əlin arxa səthində şişkinlik və qançır əmələ gəlməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən soyuq silah hesab edilən bıçaq tətbiq etməklə zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 2,988 qram tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr 2021-ci il tarixdə, saat 20 radələrində Cəlilabad rayonun Qarazəncir kəndi ərazisində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki idman şalvarının sağ yan cibindən satış m əqsədilə qanunsuz olaraq saxladığı bir ədəd bükümdə həmin 2,988 qram külli miqdarda narkotık vasitə heroin aşkar edilərək götürülmüşdür. 3. 19 yanvar 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 05 iyun 2021-ci il, tarixdə saat 19 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndində olan avtomobil təmir sexinin qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs görüb sonuncuya borclu olduğu pulu qaytarmayacağını bildirərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərə zli hərəkətlər edib, yaxınlıqda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək Zərərçəkmiş şəxs cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edib ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, ətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaradan hərəkətlər edərək səs-küyə hadisə yerinə toplaşmış şəxslərin gözü qarşısında, onlara məhəl qoymadan, özünü ətrafdakıların fövqündə qoyub heç bir əsaslı səbəb olmadan yumruqla və silah qismində istifadə etdiyi istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncər tipli atıcı bıçaqla Zərərçəkmiş şəxs baş və qol nahiyələrinə qəsdən zərbələr vuraraq ona başın təpə nahiyəsində 2 (iki) ədəd kəsilmiş yara, sol əlin 2-ci barmağında 1 (bir) ədəd kəsilmiş yara əmələ gəlməsi ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və sağ əlin arxa səthində şişkinlik və qançır əmələ gəlməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən soyuq silah hesab edilən bıçaq tətbiq etməklə zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satı ş məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – bir ədəd bükümdə təmiz çəkisi 2,988 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 06 sentyabr 2021-ci il tarixdə, saat 20 radələrində Cəlilabad rayonun Qarazəncir kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan idman şalvarının sağ yan cibindən qanunsuz olaraq saxladığı bir ədəd bükümdə 2,988 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-177/2022 nömrəli, 30 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3, 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 221. 3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə yanaşı həmçinin həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib bu maddənin sanksiyası həddində cəza təyin olunmaqla barəsində yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, məhkəmə Məhkum aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından 19 dəfə çox olmasını nəzərə almadan sonuncunun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməkdə haqlı olmamış, özünün mülahizələrinə əsaslanan dəlillər gətirməklə törədilən cinayət əməlinin tövsifində səhvə yol vermişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-532/2022 nömrəli, 0 6 oktyabr 2022-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-177/2022 nömrəli, 30 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, kassasiya protestinin müəllifi onları təkrarlamaqla kassasiya protestində qeyd etdiklərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirib, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 1(106)-532/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
10. Məhkum kassasiya protestinə qarşı etiraz verərək kassasiya protestinin təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)- 532/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təş kil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgü n tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin səhv tövsif edildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci mad dələrində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)532/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələr inin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
19. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən edilən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkə mə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya protestində mübahisələndirilən məsələlərə dair müvafiq ətraflı əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr protest müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslar dan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
20. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-532/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(106)-532/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.