Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-724/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İsgəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2, onun nümayəndəsi və vəki li Əliyeva Sevinc Alı qızının, Məhkum, onun müdafiəçisi Bağırov Sadiq Tofiq oğlunun iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143 və 314.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2 və vəkilləri Əliyeva Sevinc Alı qızı və Nağıyev Azər Loğman oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: Tağıyev Azər Ramiz oğlu) Məhkum - xx xxxxxx 1968-ci ildə Abşeron rayonu, Novxanı qəsəbəsində doğulmuş, Azə rbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1direktoru vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 2 qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirli bilinib, qazancından 15% məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən 3 (üç) il müddətinə pedaqoji fəaliyyət və təhsil idarəetməsi sahəsində rəhbər və digər inzibati vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Məhkum 3 (üç) il müddətinə pedaqoji fəaliyyət və təhsil idarəetməsi sahəsində rəhbər və digər inzibati vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, CM-nin 69.3cü maddəsinə əsasən Məhkum xx xxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla ev dustaqlığının bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılaraq üzərində qəti olaraq 3 (üç) il müddətinə pedaqoji fəaliyyət və təhsil idarəetməsi sahəsində rəhbər və digər inzibati vəzifələr tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 02 (iki) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması c əzası saxlanılmışdır. Məhkum üzərinə ünvan 2 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700dək tərk etməmək, Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməklə, cəzasının əvvəlinin məhkumun Binəqədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İş üzrə verilmiş mülki iddia təqsirləndirilən şəxs Məhkum münasibətdə isə qismən təmin edilərək Məhkum 8500 (səkkzi min beş yüz) manat məbləğində maddi və 10 000 (on min) manat məbləğində mənəvi ziyan tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X6 ödənilməsi hökm edilmişdir. İşin halları: Məhkum vəzifəli şəxs olmaqla işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi biləbilə köməksiz vəziyyətdə qoyması müəyyən edilmişdir. Belə ki, o, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx xxxxxx 2016-cı il tarixli 11/72 №-li əmrinə əsasən x3 direktoru vəzifəsində işləyərkən Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxxxx 2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəv i Nizamnaməsi”nin V bəndinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarifİxtisas Sorğu Kitabçası”nın “Ümumi təhsil müəssisələri” adlı Vİİ bölməsinin, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının pozulmasının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun və 162 nömrəli məktəb üzrə vəzifə bölgüsünə dair xx xxxxxxxx 2018-ci il tarixli 93 nömrəli qərarı əmrin müddəlarına əsasən, məktəbə rəhbərlik və məktəbin fəaliyyətini idarə edən, təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyan vəzifəli şəxs kimi məktəbin fəal iyyət istiqamətlərini müəyyənləşdirməli, məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını təmin etməli, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını, təlimtərbiyəni məqsədyönlü, planlı və mütəşəkkil şəkildə həyata keçirməli, təlim-tərbiyə prosesinin təşkilini planlaşdırmalı, onun həyata keçirilməsinə nəzarət etməli, məktəbin ümumi işinin səmərəli və keyfiyyətli qurulması üçün çalışmalı, direktor müavinlərinin, ümumilikdə bütün məktəbin fəaliyyətinə nəzarət etməli, məktəbdaxili problemləri həll etməli, qəbula gələnlərin şikayət və təkliflərini operativ olaraq dinləyib araşdıraraq düzgün qərarlar verməli olduğu halda, qeyd olunan tələblərə əməl etməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqasının ölümünə və ya digər ağır nəticələrə səbəb olac ağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib, məktəbin 8 “R” sinif şagirdi Zərərçəkmiş şəxs 2017/2018 və 2018/2019-cu tədris illərində sinif yoldaşları ilə ünsiyyət qura bilməməsini, mütəmadi olaraq dərslərə gecikməsini, məktəbə geyim formasına əməl etməməklə, qeyri-adi rənglərə boyanmış saçla və kosmetik vasitələrdən istifadə etməklə gəlməsinə görə başqa şagirdlər tərəfindən ona qarşı qeyri-etik davranışlar edilərək və nalayiq sözlər işlədilməklə psixoloji təzyiqlərə məruz qalması barədə ona Zərərçəkmiş şəxs və digərləri tərəfindən məlumat verilməsinə, xx xxxxxx 2019-cu il tarixdə isə Zərərçəkmiş şəxs məktəbdə dərsarası tənəffüs zamanı ülgüclə öz boğazını bir neçə yerdən kəsməsindən, yəni sonuncunun psixoloji travmalı, sosial təhlükəli vəziyyətdə olan şagird olmasından məlumatı olmasına baxmayaraq, sonuncunun ülgüclə özünə xəsarət yetirməsi barədə yalnız anası X6 şifahi məlumat verməklə kifayətlənib, Zərərçəkmiş şəxs sinfə və ya məktəbə bu və ya digər səbəbdən uyğunlaşmamasını, bunun nəticəsində digər şagirdlərlə, sinif rəhbəri və müəllim heyəti ilə səmimi ünsiyyətinin qurulmamasını, baş verənlərin şagirdin yeniyetmə dövrünə təsadüf etdiyindən davranışına təsir etməsini təlimtərbiyə prosesində nəzərə almamaqla vaxtaşırı olaraq özünə qapanan Zərərçəkmiş şəxs qarşı xüsusi həssaslıqla yanaşmamış, bu cür hallara ümumilikdə ciddi diqqət yetirməmiş, şagirdin ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanmamış, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixolojimənəvi dəstək göstərilməsinə laqeyd yanaşmış, Zərərçəkmiş şəxs zəruri hallarda köməkliyin göstərilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yetikinlik yaşına çatmayanların işləri üzrə komissiyaya müraciət etməmiş, bununla da Zərərçəkmiş şəxs xx xxxxx 2019-cu il tarixdə məktəbə gələrkən “ketotifen” preparatının çoxlu miqdarda həbini qəbul etməklə dərsə gecikərək saat 09:05də məktəbə daxil olub ikinci dərsdə iştirak etdikdən sonra saat 09:40 radələrində məktəbin üçüncü mərtəbəsindəki dəhlizin pəncərəsindən özünü yerə ataraq xx xxxxx 2019-cu il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzində ölməsi ilə nəticələnən əməlləri ilə vəzifəli şəxs kimi işinə vicdansız və laqeyd münasibət göstərib xidməti vəzifəsini yerinə yetirməməklə ehtiyatsızlıq dan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Bundan başqa, o, direktoru olduğu 162 №-li tam orta məktəbin şagirdi olmaqla qayğısına qalmalı olduğu Zərərçəkmiş şəxs xx xxxxx 2019-cu il tarixdə, saat 09:40 radələrində həmin məktəbin üçüncü mərtəbəsindəki dəhlizin pəncərəsindən özünü yerə ataraq ağır xəsarətlər almaqla həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olduğunu və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olduğunu bildiyi və ona tibbi yardım göstərilməsi üçün dərhal təcili-tibbi yardım çağırılması üçün imkanı olduğu halda, yalnız həmin gün saat 11:04-də “103” xidmətinə zəng vurub təcili tibbi yardım briqadası çağırmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs təhlükədə qoymuşdur. Hökmdən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiy ası (hakimlər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), F.A.Qasımov və Q.X.Babayevdən ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2 və vəkilləri Əliyeva Sevinc Alı qızı və Nağıyev Azər Loğman oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2 vəkilləri Əliyeva Sevinc Alı qızı və Nağıyev Azər Loğman oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi məhkuma cəza təyin edərkən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almamış, tə rəfimizdən verilən apelyasiya şikayəti ilə tanış olmamaqla bərabər məhkəmə prosesində də çıxışımıza qulaq asılmamışdır. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin №20/MES saylı, xx xxx 2019-cu il tarixli "meyitin ekspertizası və iş materiallarına dair komisyon ekspertizaya dair" Rəyinə əsasən, Zərərçəkmiş şəxs hadisə baş verdikdən təxminən 2 saat sonra xəstəxanaya çatdırılması onun orqanizmində homeostaz pozulmalarına səbəb olaraq, onsuz da kontuziya almış parenximatoz orqanların ikinci hipoksik işemik zədələnmələrini sürətləndirərək, sonradan onların funksiyalarının ciddi pozulmasına təkan vermiş və travmanın proqnozunu daha da ağırlaşdırmışdır. Zərərçəkmiş şəxs hadisədən dərhal sonra xəst əxanaya çatdırılmış olsaydı onun sağ qalma ehtimalı daha da cox ola bilərdi. Belə ki, vaxtında xəstəxanaya çatdırılan Zərərçəkmiş şəxs xəstəxanada ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi homeostaz pozulmalarının və kontuziya almış parenximatoz orqanların ikincili hipoksik işemik zədələnmələrinin qarşısını ala bilərdi. Beləliklə. Zərərçəkmiş şəxs xəstəxanaya gec çatdırılması ilə onun ölümü arasında birbaşa səbəbli əlaqənin olması danılmazdır. Eyni nəticə iş üzrə təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019- cu il tarixli, T249/2019 saylı rəyində də göstərilmişdir. Təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs təhlükədə qoyması ən ağır nəticəyə-zərər çəkmiş şəxsin ölümünə səbəb olmuş, bu hal iş üzrə keçirilmiş hər iki məhkəmə-tibb ekspertizasının rəyləri il ə müəyyən edilmişdir. Belə olduğu halda məhkəmələr hansı səbəbdən Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinin tələblərini görməməzlikdən gələrək, Məhkum məsuliyyətini ağırlaşdıran halların olmamasını bildirmişdir?! Bundan başqa, apellyasiya instansiyası o nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cəza təyin edilərkən həmin Məcəllənin 61.1.7-ci maddəsilə (cinayətin təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarsı törədilməsi) nəzərdə tutulmuş hal nəzərə alına bilməzdi. Halbuki, işin mübahisəsiz halı ondan ibarətdir ki, təqsirləndirilən şəxs Məhkum 162 saylı tam orta məktəbin direktoru, zərər çəkmiş Zərərçəkmiş şəxs isə onun rəhbərlik etdiyi məktəbin şagirdi olmuşdur. Danılmaz haldır ki, direktor məhz ondan asılı olan şəxsə münasibətdə yerinə yetirməli olduğu öhdəliklərini yerinə yetirməmiş və nəticədə ondan asılı olan şəxsin ölümü ilə nəticələnən cinayət əməlini törətmişdir. Həmçinin Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmamış, cəzanı yüngülləşdirən hal kimi təqsirləndirilən şəxsin ali təhsilli olmasını və yaşayış yerindən müsbət xarakterizə olmasını qeyd etmişdir. Hansı səbəbdən məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən aşağıdakı halları nəzərə almamışdır: 1) təqsirləndirilən şəxs direktoru olduğu 162 saylı orta məktəbin müəllimlərini yalan məlumatları əks etdirən aktları imzalamağa məcbur edərək öz müavininin işdən çıxarılmas ına nail olmuşdur (bu hal Səbail rayon məhkəməsinə təqdim edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir), 2) kasıb və sosial cəhətdən az müdafiəli şagirdlərə və onların valideynlərinə dair etinasızlıq göstərərək 162 saylı məktəbdə qeyri sağlam mühit yaratmışdır; 3) zərər çəkmiş şəxsə təcili tibbi yardım çağırmaq əvəzinə tutduğu vəzifəni itirməkdən qorxaraq yuxarı ranqlı vəzifəli şəxslərə zəng edərək məsuliyyətini yüngülləşdirməyə çalışmışdır; 4) özü təcili tibbi yardım çağırmamış və bu azmış kimi bunu etmək istəyən digər şəxslərə (o cümlədən, 162 saylı orta məktəbin tibb bacısı X3) qadağa qoymuş, zəng etdiyi məmurlara uşağın səhhəti barədə yalan məlumat vermişdir. Hesab edirik ki, yetkinlik yaşına çatmayan məsum uşağın ölümü ilə nəticələnmiş səhlənkarlıq, həmçinin 2 saata yaxın müddət ərzində ağrıdan inildəyən uşağın qapalı kabinetdə saxlanılması ilə müşahidə edilən təhlükədə qoymaya görə (uşağa tibbi müdaxilənin gec olmasının onun vəfat etməsi ilə bir başa əlaqəsi ekspertiza rəyləri ilə müəyyən edildiyi halda) Məhkum hər gün saat 23.00-dan 7.00-dək yaşayış yerini tərk etməmək kimi cəzanın təyin edilməsi açıq-aydın ədalətsizdir. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar mövcud olduğu halda, onun törətdiyi əməldən peşman olması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və s. kimi cəzanı yüngülləşdirici hallar olmadıqda hansı səbəbdən ona dair sanksiya ilə müəyyən edilmiş ən yüngül cəza növü tətbiq edilir?! Hesab edirik ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcə si, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları nəzərə almaqla, həmçinin gələcəkdə Zərərçəkmiş şəxs kimi qurbanların olmasının qarşısını almaq məqsədilə Məhkum təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən ağır cəza növünə -azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Həmçinin onun törətdiyi hər iki cinayətin uşağın ölümü ilə nəticələndiyini nəzərə alaraq bu cəza növü də müvafiq maddələrin sanksiyalarında göstərilən maksimal müddətlər çərçivəsində təyin edilməlidir. Birinci və apelyasiya instansiya məhkəmələri əsassız və qanunsuz olaraq mülki iddiaçı X2 mülki cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi"nə dair mülki iddiasını təmin etməmiş, birinci instansiya məhkəməsi kimi apellyasiya i nstansiyası məhkəməsi gəldiyi qanunsuz nəticəni onunla əsaslandırmışdır ki, mülki iddiaçı -yəni x3 Təhsil Nazirliyinə qarşı irəli sürdüyü tələblərin əsaslılığını və qanuniliyini təsdiq etmək üçün, təqsirləndirilən şəxs Məhkum konkret olaraq mülki pozuntusu (delikt) olan hansı əməllərinin işəgötürənin tapşırığı ilə və onun nəzarəti altında törətdiyi və bunun onun hansı əmək funksiyalarının yerinə yetirilməsi zamanı törətdiyini sübut etməmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilərək işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkum da kassasiya şikayəti verərək bildirmişdir ki, iş materialları ilə tam təsdiq olunur ki, o, öz vəzifə funksiyalarını lazım ınca yerinə yetirmiş, hər hansı qüsura yol verməmişdir. Belə ki, iş üzrə ifadəsi alınan 162 saylı məktəbin təşkilati işlər üzrə direktor müavini Şahid11, məktəbin psixoloqu Şahid12, məktəbin təlim-tərbiyə üzrə direktor müavini x6, məktəbin fizika müəllimi x4 və digər şəxslər direktorun tapşırığı ilə Zərərçəkmiş şəxs o həssas olduğu üçün fərdi qaydada yanaşıldığını, onunla fərdi psixoloji dəstək mövzusunda söhbətlərin aparıldığını, məktəb təlim-tərbiyəsinin yüksək səviyyədə aşılandığını, ona qarşı digər şagirdlər tərəfindən onu incidə biləcək hər hansı hərəkətin qarşısını dərhal alındığını və belə hərəkətlərin edilməməsi üçün onun sinif yoldaşlarının və onunla ünsiyyətdə olan digər uşaqların xəbərdar edildiyini bildirmişlər. Bununla yanaşı, Zərərçəkmiş şəxs da daxil olmaqla onun xalası qızı Diananın və digər bir neçə şagirdin dərsdən sonrakı vaxtlarında onların psixoloji və mənəvi inkişaflarına zərbə vuracaq hərəkətlərdən çəkinmələri üçün valideynləri ilə iclaslar keçirilmiş, onların dərsdən sonrakı asudə vaxtlarında nəzarəti artırmaq üçün valideynlərinə dəfələrlə tapşırıq verilmişdir. Zərərçəkmişin hüquqi varisi (Zərərçəkmiş şəxs anası x3) özü də etiraf etmişdir ki, məktəb rəhbərliyi x4 münasibətdə daim həssas davranmış, x4 psixoloji durumundakı hər bir dəyişikliklə bağlı onunla əlaqə saxlayıb, məktəbə gəlməsi xahiş olunmuşdur. Sonuncu dəfə, x4 boğazını kəsməsi ilə bağlı da məktəb rəhbərliyi onun bir neçə dəfə məktəbə gəlməsi tələb etsə də, x3 digər uşaqları azyaşlı olduğundan məktəbə gələ bilməyəcəyini bildirmişdir. Həmçinin məhkum bildirmişdir ki, hökmdə və qərarda əsasla ndırılmayıb ki, o, məhz hansı hərəkətləri etsəydi x4 özünəqəsdinin qarşısını almış olardı? İttihamın bu hissədə əsassızlığı həm də onunla təsdiq olunur ki, nə dövlət ittihamçısı, nə də zərərçəkmişin vəkilləri öz çıxışlarında müəllimənin konkret olaraq hansı qanunvericilik aktının, qaydanın, təlimatın tələblərini və əmək funksiyasını pozmasını göstərə bilməmişlər. İttiham aktında konkret qeyd edilməsə də, zərərçəkmiş tərəf x4 özünə qəsd etməsini onun 203 saylı məktəbə qayıtmaq istəyinin baş tutmaması, direktorun isə xüsusi aktivlik göstərməməsi ilə əlaqələndirir. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2014-cü il tarixli, 1/3 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş «Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları» şagirdin bir məktəbdən digərinə yerdəyişməsinin konkret qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən, övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin yarımillik və illik qiymət cədvəli əlavə edilir. Məktəbin direktoru 2 iş günü müddətində şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. Şagirdin şəxsi işi həmin arayış əsasında yeni təhsil alacağı məktəbə verilir və hər iki məktəb tərəfindən əmrləşdirilir. Göründüyü kimi, şagirdin başqa məktəbə dəyişməsi sonuncu məktəbin rəyindən asılıdır və razılıq arayışını məhz sonuncu verməlidir. x4 tədris ilinin ortasında məktəbini dəyişmək üçün müraciət edib. Getmək istədiyi məktəbdə “0” bal yığdığına görə, 203 saylı məktəb onu qəbul etməkdən imtina edib. Belə olan halda, təqsirlərdirilən şəxsin bu işdə hər hansı təqsiri mövcud olmur. Zərərçəkmiş tərəf bir tərəfdən hesab edir ki, direktor Zərərçəkmiş şəxs ilə yola getməyib, onu məktəbdən daim kənarlaşdırmaq istəyib, digər tərəfdən isə, direktoru x4nı məktəbinin dəyişməsində hərəkətsizlikdə ittiham edir. Halbuki əgər direktorun x4 qarşı xüsusi qərəzi olsaydı, onun məktəbdən kənarlaşdırılmasını istəsəydi və yerdəyişmə ilə bağlı xüsusi səlahiyyəti olsa idi, bunu daha əvvəldən edərdi. Ümumiyyətlə, bu cinayət üzrə onun təqsirləndirilməyi sırf ehtimallara əsaslanır. İş üzrə x4 məktəbin təsiri vasitəsilə özünəqəsdinin qarşısının alına biləcəyi, bununla da onun hətta məktəbdən kənarda da özünə qəsd etməyəcəyi barədə psixoloji ekspertiza üzrə rəy yoxdur, Təhsil Nazir liyinin arayışı da bu baxımdan fərziyyələrə əsaslanıb. Bununla yanaşı, ibtidai istintaq da bu nəticəyə gəlmişdir ki, x4 ölümündə onu özünü öldürmə həddinə çatdırma cinayətinin elementləri yoxdur, onun özünə qəsd etməsi sırf iradəsinin və xarakterinin zəif olması ilə bağlıdır. Zərərçəkmiş tərəf hesab edir ki, indiyədək x4 məktəb yoldaşları tərəfindən edilən hərəkətlərə təqsirləndirilən şəxs lazımı qaydada reaksiya verməyib. Halbuki, iş materiallarına əlavə edilən şikayətlərlə bağlı direktor müavini Şahid11 qeydiyyat kitabından da göründüyü kimi, x4 indiyədək yalnız iki halda sinif yoldaşları tərəfindən bir dəfə üstünə su atma, bir dəfə isə əl ilə vurma halı olmuş, hər iki halda uşaqlar və valideynləri dəvət edilərək barışdırılıb. 162 saylı məktəb məhz tam orta məktəbdir, çətin tərbiyə oluna nlar və digər uşaqlar üçün nəzərdə tutulmayıb. Məktəb rəhbərliyinin bu halda səlahiyyəti şagirdləri tənbeh etmək, bir daha aralarında bu cür halların təkrar olunmaması üçün yalnız tərbiyəvi xarakterli tədbirlər görməkdir. x3 özü 2018-ci ilin dekabr ayından mərhum Zərərçəkmiş şəxs əxlaqsız əlaqəyə girməyə məcbur edən, əks halda, ona aid şəkili yayacağı ilə təhdid edən x5 adında məktəbə aidiyyəti olmayan şəxsi üzrxahlıq etdiyinə görə polis orqanında bağışlamış və sonuncu barəsində başlanmış təhqiqata xitam verilmişdir. Qızına qarşı belə ağır hərrəkəti sadəcə üzr istətməklə bağışlayan x3 bugün direktoru qızının üstünə su atan sinif yoldaşına ağır cəza verməməkdə suçlayır. Digər cinayət əməlinə gəldikdə isə, bu əməldə də Məhkum təqsiri yoxdur. Belə ki, təcili tibbi yardıma zəng etməyin yalnız hər hansı müəssisənin rəhbərinin vəzifəsi olması ilə bağlı hər hansı qanunvericilik aktında konkret göstəriş yoxdur. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də razılaşmayaraq bildirmişdir ki, bu rəy yalnız ehtimallara əsaslanmış, ekspert birmənalı olaraq ölümün səbəbinin gecikmə olduğunu qeyd etməmişdir. Ümumiyyətlə rəydə xəstənin 2 saat tez çatdırılması halında ona sağ qalması üçün hansı tibbi müdaxilələrin edilə biləcəyi barədə heç bir məlumat verilməmişdir. Rəydə yalnız onun sağ qalma şansının daha çox ola biləcəyi qeyd edilmişdir ki, bu da rəyin düzgünlüyünü şübhə altına almağa imkan verir. Məhkəmədə şahid qismində dindirilən həkimlər, xüsusilə müalicə həkimləri Zərərçəkmiş şəxs ölümünün əsas səbəbinin baş beyindən enən, ağciyərlərdən başlayıb onurğa beyin bo yunca qalxan ödemin qarşılaşması və ağırlaşmasının səbəb olması, bunun isə tibdə müalicəsinin olmadığını bildiriblər. Onlara verilmiş suala cavab olaraq isə bildiriblər ki, xəstə xəstəxanaya 2 saat tez çatdırılsaydı, yalnız travmatik şokun qarşısınını almaq mümkün olardı, ölümün qarşısını isə almaq mümkün deyildir. Məhz bunu nəzərə alaraq, iş üzrə təkrar ekspertizanın keçirilməsini və ya həmin rəyi vermiş ekspertlərin məhkəmədə dindirilməsini tələb etsələr də, vəsatətləri təmin edilməmişdir. Bununla yanaşı iddiaçı ona dəymiş ziyanı əsaslandırmaq üçün heç bir sübut təqdim etməyinə baxmayaraq məhkəmə tərəfindən mülki iddia qismən təmin edilmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv edərək barəsində bə raət qərarı çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, məhkumun və müdafiəçisinin, zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin hər tərəfin özlərinə aid kassasiya şikayətinin təmin edilməsi barədə, eləcə də dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxsin hüquqi v arisinin kassasiya şikayətində göstərilmişdir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs təhlükədə qoyması ən ağır nəticəyə-zərər çəkmiş şəxsin ölümünə səbəb olmuş, bu hal iş üzrə keçirilmiş hər iki məhkəmə-tibb ekspertizasının rəyləri ilə müəyyən edilmişdir. Belə olduğu halda məhkəmələr hansı səbəbdən Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinin tələblərini görməməzlikdən gələrək, Məhkum məsuliyyətini ağırlaşdıran halın olmasını nəzər almamışdır. Azərbaycan Respublikası CM-nin 61.1.2- ci maddəsində cinayətin ağır nəticələrə səbəb olması cəzanı ağırlaşdıran hal kimi təsbit edilmişdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkr ar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə elan edilmiş ittihamda səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda cinayət tərkibi nəzərdə tutulmuşdur. Yəni təqsirləndirilən şəxsin cinayət əməllərinin zərərçəkmiş şəxsin ölümünə səbəb olması ittihamı artıq ona elan edilmiş ittihamın məzmununda nəzərdə tutulduğundan, həmin halın təkrarın cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması qanunun tələbinə uyğun deyildir. Ona görə də bu barədə kassasiya şikayətinin dəlili əsassız hesab edilir və təmin edilməməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi o nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cəza təyin edilərkən həmin Məcəllənin 61.1.7-ci maddəsilə (cinayətin təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarsı törədilməsi) nəzərdə tutulmuş hal nəzərə alına bilməzdi. Halbuki, işin mübahisəsiz halı ondan ibarətdir ki, təqsirləndirilən şəxs Məhkum 162 saylı tam orta məktəbin direktoru, zərər çəkmiş Zərərçəkmiş şəxs isə onun rəhbərlik etdiyi məktəbin şagirdi olmuşdur. Danılmaz haldır ki, direktor məhz ondan asılı olan şəxsə münasibətdə yerinə yetirməli oldu ğu öhdəliklərini yerinə yetirməmiş və nəticədə ondan asılı olan şəxsin ölümü ilə nəticələnən cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu barədə birinci instansiya məhkəməsinin və hökmün dəyişdirilmədən saxlanması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsalı olduğundan kassasiya şikayətinin bu barədə dəlili də təmin edilməməlidir. Təqsirləndirilən şəxs məktəbin direktoru olsa da zərərçəkmiş şəxsin ondan hər hansı asılılığı olmamışdır. Onların aralarında hər hansı tabeçilik münasibətləri olmamışdır. Məhkum orta məktəbin direktoru olaraq məktəbdə təhsil və tərbiyə işinə rəhbərlik edən şəxs kimi şagirdlərdən biri olaraq mərhum Zərərçəkmiş şəxs qayğı göstərmək vəzifəsi olmuşdur. Belə bir vəzifəsinin olması mərhum Zərərçəkmiş şəxs ondan asılı vəziyyətdə olmasını nəzərdə tutmamışdır. Mərhum Zərərçəkmiş şəxs dərsə davamiyyəti, fənlər üzrə hazırlıq səviyyəsi də məktəbin direktoru tərəfindən aparılmamışdır. Ümumiyyətlə bu asılılığın nədə ifadə olunması kassasiya şikayətində göstərilməmişdir və faktiki olaraq da belə bir asılılıq mövcud olmamışdır. Ona görə də bu barədə də kassasiya şikayətinin dəlili əsassız hesab edilir. Kassasiya şikayətində təqsirləndirilən şəxs Məhkum şəxsiyyətinə dair onu mənfi səciyyələndirən halların nəzərə alınaraq cəzasının ağırlaşdırılmalı olduğu halda yüngül cəza təyin edilməsi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi cinayət törətmiş şəxsdən qisas almaq deyil ilk növbədə onun islah edilməsidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Bu maddi hüquq normalarının mənasına görə də cnayət törətmiş şəxsə cəza təyin edərkən onun islah olunması istiqamətinə uyğun olan şəxsiyyətini xarakterizə edən hallar cəzanı yüngülləşdirən hallarla, eləcə də qanunda göstəril ən digər hallarla əlaqəli nəzərə alınır və göstərilən halların məcmusuna əsasən cinayət törətmiş şəxsin islah olunacağına əsas verən ən yüngül cəza növü təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məkuma cəza təyin edilməsində cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələr qanuni və əsaslı olduğundan və bu barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində birinci və apelyasiya instansiya məhkəmələrinin əsassız və qanunsuz olaraq mülki iddiaçı X2 mülki cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi"nə dair mülki iddiasını təmin etməməsi göstərilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə göstərili r ki, işəgötürənin, öz işçisinin əmək vəzifələrinin icrası zamanı vurduğu zərərin əvəzini ödəmək öhdəliyin yaranması üçün iki mühüm şərt mövcud olmalıdır, yəni işəgötürənin tapşırığı olmalı, və ya onun nəzarəti altında fəaliyyət göstərməlidir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında Mülki Məcəllənin 1099.2-ci maddəsi şərh edilmiş və orada göstərmişdir ki, işçinin yalnız əmək müqaviləsində dəqiq müəyyənləşdirilmiş funksiyalarını yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün mə suliyyəti Mülki Məcəllənin 1099.1-ci maddəsinə uyğun olaraq işəgötürən daşıyır....Bu halda da Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs nəzarəti altında olan işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Hazırkı işin hallarından təqsirləndiriliən şəxs Məhkum əmək funksiyalarını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən intizam məsuliyyətinə cəlb olunduğu və ona intizam tənbehi tətbiq edildiyi, Məhkum tutduğu vəzifədən azad olunduğu görünür. Eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı irəli sürdüyü tələblərin əsaslılığını və qanuniliyini təsdiq etmək üçün, təqsirləndirilən şəxs Məhkum konkret olaraq mülki hüquq pozuntusu (delikt) olan hansı əməllərinin işəgötürənin tapşırığı i lə və onun nəzarəti altında törətdiyi və bununun onun hansı əmək funksiyalarının yerinə yetirlməsi zamanı törətdiyini sübut etməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, mülki iddiaçı X2 maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddia tələblərinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə heç bir aiddiyyəti olmadığından, Azərbaycan Respublikası Təhsil Nazirliyinə aid hissədə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki iddianın bu hissəsinə düzgün hüquqi qiymət verdiyindən apelyasiya instansiyası məhkəməsinin qərarı ilə düzgün olaraq birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Ona görə də zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri bu hissədə də təmin edilməməlidir. Məhkum kass asiya şikayətində göstərmişdir ki, iş üzrə ifadəsi alınan 162 saylı məktəbin təşkilati işlər üzrə direktor müavini Şahid11, məktəbin psixoloqu Şahid12, məktəbin təlim-tərbiyə üzrə direktor müavini x6, məktəbin fizika müəllimi x4 və digər şəxslər direktorun tapşırığı ilə Zərərçəkmiş şəxs o həssas olduğu üçün fərdi qaydada yanaşıldığını, onunla fərdi psixoloji dəstək mövzusunda söhbətlərin aparıldığını, məktəb təlim-tərbiyəsinin yüksək səviyyədə aşılandığını, ona qarşı digər şagirdlər tərəfindən onu incidə biləcək hər hansı hərəkətin qarşısını dərhal alındığını və belə hərəkətlərin edilməməsi üçün onun sinif yoldaşlarının və onunla ünsiyyətdə olan digər uşaqların xəbərdar edildiyini bildirmişlər. Bununla yanaşı, Zərərçəkmiş şəxs da daxil olmaqla onun xalası qızı Diananın və digər bir neçə şa girdin dərsdən sonrakı vaxtlarında onların psixoloji və mənəvi inkişaflarına zərbə vuracaq hərəkətlərdən çəkinmələri üçün valideynləri ilə iclaslar keçirilmiş, onların dərsdən sonrakı asudə vaxtlarında nəzarəti artırmaq üçün valideynlərinə dəfələrlə tapşırıq verilmişdir. Zərərçəkmişin hüquqi varisi (Zərərçəkmiş şəxs anası x3) özü də etiraf etmişdir ki, məktəb rəhbərliyi x4 münasibətdə daim həssas davranmış, x4 psixoloji durumundakı hər bir dəyişikliklə bağlı onunla əlaqə saxlayıb, məktəbə gəlməsi xahiş olunmuşdur. Sonuncu dəfə, x4 boğazını kəsməsi ilə bağlı da məktəb rəhbərliyi onun bir neçə dəfə məktəbə gəlməsi tələb etsə də, x3 digər uşaqları azyaşlı olduğundan məktəbə gələ bilməyəcəyini bildirmişdir. Həmçinin məhkum göstərmişdir ki, hökmdə və qərarda əsaslandırılmayıb ki, o, məhz hansı hərəkətləri etsəydi x4 özünəqəsdinin qarşısını almış olardı? İttihamın bu hissədə əsassızlığı həm də onunla təsdiq olunur ki, nə dövlət ittihamçısı, nə də zərərçəkmişin vəkilləri öz çıxışlarında müəllimənin konkret olaraq hansı qanunvericilik aktının, qaydanın, təlimatın tələblərini və əmək funksiyasını pozmasını göstərə bilməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, elan edilmiş ittihamda məktəbin direktoru kimi Məhkum hansı hərəkətləri etməli olduğu, ittihamda adları çəkilən normativ sənədlərin hansı müddəalarını yerinə yetirməli olduğu halda qeyd olunan sənədlərdə direktora aid tələblərə əməl etməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərməsi halları təsvir edilmişdir. Məhkum elan edilmiş ittihamda göstərilən cinayət əməlləri kassasiya şikayətində göstərilən vəzifəli şəxslərin ( direktor müavinləri, psixoloq) ifadələrindən başqa digər çoxsaylı şahidlərin ifadələri ilə tam təsdiq edilmiş və həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə şərh edilmişdir. Toplanmış sübutların Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində sadalanan mümkünsüzlük hallarına uyğunluğu müəyyən edilməmiş, sübutların toplanması, məhkəmə iclasında tədqiq edilməsi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cə maddələrinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Toplanmış sübutların məcmusu Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Ona görə də bu barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Kassasiya şikayətində məhku m iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də razılaşmayaraq bildirmişdir ki, bu rəy yalnız ehtimallara əsaslanmış, ekspert birmənalı olaraq ölümün səbəbinin gecikmə olduğunu qeyd etməmişdir. Ümumiyyətlə rəydə xəstənin 2 saat tez çatdırılması halında ona sağ qalması üçün hansı tibbi müdaxilələrin edilə biləcəyi barədə heç bir məlumat verilməmişdir. Rəydə yalnız onun sağ qalma şansının daha çox ola biləcəyi qeyd edilmişdir ki, bu da rəyin düzgünlüyünü şübhə altına almağa imkan verir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-tibbi ekspertizasının rəyi hazırkı iş üzrə əsasən onu təsdiq edir ki, xəstəyə dərhal tibbi yardım göstərilməsi imkanı olduğu halda, 2 saat gecikdirilmiş və vaxtında tibbi yardım göstərilməsi imkanından məhrum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının xx xxx 2019-cu il tarixli 20/MEŞ saylı rəyində göstərilmişdir ki, xəstənin hadisə yerindən gec təxliyyə olunması xəstənin vəziyyətinin dinamiki ağırlaşmasına səbəb olmuşdur ki, bu da sonrakı günlərdə kliniki olaraq özünü biruzə vermişdir. Ağciyərlərin əzilməsi hesabına ağciyər toxumasında qansızmalar, ödem, atelektaz, seroz iltihabi hüceyrə reaksiyası inkişaf edərək kəskin tənəffüs çatmamazlığına, baş beyində və onurğa beynində ödemin artması həyati vacib orqanların funksiyasının pozulmasına və ölümün baş verməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozisiyasında həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bi lə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə cinayət əməli təsvir edilmişdir. Məhkəmə-tibb ekspertizasının yuxarıda göstərilən rəyi və cinayət işinin bu əməllə əlaqədar toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlar Məhkum cinayətkar hərəkətsizliyinin bu maddənin təsiri altına düşməsini təsdiq etmişdir. Ona görə də ekspertizanın rəyinin əsassızlığı barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkumun kassasiya şikayətində göstərilən subyektiv mülahizə xarakterli dəlillərlə eyni məzmunlu apelyasiya şikayətinin dəlilləri cinayət işinə apelyasiya qaydasında baxmış Bakı Apelyasiya Mə hkəməsinin Cinayət kollegiyası tərəfindən cinayət işinin materialları üzrə yoxlanılaraq, həmin dəlillərin əsassızlığına hüquqi qiymət verilmiş və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri olan vəkilləri ilə birlikdə verdiyi və məhkumun kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddə sində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2 nümayəndələri olan vəkilləri ilə birlikdə verdiyi və Məhkum kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 143 və 314.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı göstərilən kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-724/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-724/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver