Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-724/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Cəbrayılova Xatirə Sərdar qızının iştirakl arı ilə, Samux Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Samux Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hümbətov Nizami Xasay oğlu) Məhkum, 05 sentyabr 1984-cü il tarixdə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1-də pasport qeydiyyatında olan və yaşayan, CM-nin 29, 177.2.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 09 iyun 2019-cu il tarixdən 21 may 2020-ci il tarixədək - cəmi 11 (on bir) ay 12 (on iki) gün həbsdə olduğu müddətin bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulması hesabı ilə hesablanmaqla 1 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətində cəzasını çəkmiş hesab edilərək ona təyin edilmiş 2 (iki) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 07 (yeddi) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkum olunmuş ş əxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, hökm icraya yönəldilənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, cəzaçəkmə müddətinin əvvəlinin müvafiq İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə nəzarət vasitəsini gəzdirmək və həmin vastənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Şəmkir rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı, yəni axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq təxminən 4-5 min manat məbləğində pula ehtiyacı olduğundan həmin məbləğdə özgə əmlakını gizli talamaq niyyəti ilə 13 may 2018-ci il tarixdə, gecə saat 02 radələrində X11 məxsus Zərərçəkmiş şəxs yaşadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə Zərərçəkmiş şəxs və azyaşlı uşaqlarının evin birinci mərtəbəsində yerləşən otaqda yatmasından istifadə edərək evin arxa tərəfindən ikinci mərtəbənin pəncərəsinə məhlədə olan taxta nərdivanı söykəməklə yuxarı qalxıb pəncərədən qanunsuz evə daxil olmuş, evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan sandığı açaraq içərisini axtarmış, lakin heç bir qiymətli əşya və ya pul tapa bilmədiyinə görə məqsədinə nail olub qiymətli əşya və ya pul əldə etmək niyyəti ilə həmin otaqdan çıxıb qonaq otağına daxil olmaq istəyərkən onun ayaq səslərinə oyanmış Zərərçəkmiş şəxs və həmin vaxt Zərərçəkmiş şəxs tərəfindən mobil telefon vasitəsilə zəng vurmaqla köməyə çağırılmış qonşuluqda yaşayan X9 və onun arvadı X1 eşidib özü üçün təhlükəsiz şərait yaratmaq və ifşa olunmamaq məqsədi ilə özü ilə əvvəlcədən gətirdiyi istintaqa məlum olmayan ov tüfənginin lüləsini otağın yarım açıq vəziyyətdə olan qapısının ara hissəsindən nümayiş etdirmiş, həmin vaxt X2 əlində olan ağac parçası ilə tüfəngin lüləsinin ucundan vurması nəticəsində atəş açılmış, bundan sonra o, evin ikinci mərtəbəsindən qabaqcadan pəncərəyə söykədiyi taxta nərdivanla düşərək qaçıb getməklə öz iradəsindən aslı olmayan səbəbdən oğurluq cinayət əməlini başa çatdıra bilməyərək özgə əmlakını gizli oğurlamağa cəhd etmişdir. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə) 24 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş, onun əməli düzgün tövsif edilməmiş, nəticədə ona əsassız və qanunsuz olaraq yüngül cəza təyin edilmişdir. Qeyd olunanlara əsaslanaraq və Məhkum ona qarşı oğurluğa cəhd deyil, quldurluq əməllərini törətməsini qeyd edərək kassasiya şikayətinin müəllifi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən Zərərçəkmiş şəxs öz kassasiya şikayətində sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini, Məhkum əməlinin düzgün tövsif edilməməsini və nəticədə ona yüngül cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğ edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq s übutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası zərərçəkmişin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi yenə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümu mi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edi lmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarların ın ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, y əni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edil məsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həya ta keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirlən dirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması na dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş şəxsin həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi eyni məzmunlu i fadələrlə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işə əlavə edilmiş bir çox sənədlərlə tam təsdiq edilir. Məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibərtdir ki, Məhkum tamah məqsədi ilə 13 may 2018-ci il tarixdə, gecə saat 02 radələrində X11 məxsus Zərərçəkmiş şəxs yaşadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə Zərərçəkmiş şəxs və azyaşlı uşaqlarının evin birinci mərtəbəsində yerləşən otaqda yatmasından istifadə edərək evin arxa tərəfindən ikinci mərtəbənin pəncərəsinə məhlədə olan taxta nərdivanı söykəməklə yuxarı qalxıb pəncərədən qanunsuz evə daxil olmuş, evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan sandığı açaraq içərisini axtarmış, lakin heç bir qiymətli əşya və y a pul tapa bilmədiyinə görə məqsədinə nail olub qiymətli əşya və ya pul əldə etmək niyyəti ilə həmin otaqdan çıxıb qonaq otağına daxil olmaq istəyərkən onun ayaq səslərinə oyanmış Zərərçəkmiş şəxs və həmin vaxt X22 tərəfindən mobil telefon vasitəsilə zəng vurmaqla köməyə çağırılmış qonşuluqda yaşayan X9 və onun arvadı X1 eşidib özü üçün təhlükəsiz şərait yaratmaq və ifşa olunmamaq məqsədi ilə özü ilə əvvəlcədən gətirdiyi istintaqa məlum olmayan ov tüfənginin lüləsini otağın yarım açıq vəziyyətdə olan qapısının ara hissəsindən nümayiş etdirmiş, həmin vaxt X2un əlində olan ağac parçası ilə tüfəngin lüləsinin ucundan vurması nəticəsində atəş açılmış, bundan sonra o, evin ikinci mərtəbəsindən qabaqcadan pəncərəyə söykədiyi taxta nərdivanla düşərək qaçıb getməklə öz iradəsindən aslı olmayan s əbəbdən yaşayış sahəsinə daxil olmaqla oğurluq cinayət əməlini başa çatdıra bilməyərək özgə əmlakını gizli oğurlamağa cəhd etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum faktiki olaraq ona qarşı quldurluq cinayəti törətməsinə baxmayaraq onun əməli oğurluğa cəhd kimi qiymətləndirilərək CM-nin 29, 177.2.3-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiyası məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla müəyyən edilmiş hallar Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla əmlakını gizli olaraq talama, yəni oğurluq əməlini törətməyə cəhd etməsinə dəlalət edir. Oğurluğa görə c inayət məsuliyyəti müəyyən edilmiş CM-nin 177.1-ci maddəsində həmin cinayətin obyektiv cəhəti belə təsbit edilmişdir: “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”. CM-nin 177.2.3-cü maddəsində isə göstərilən əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfmə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Hazıkki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Məhkum niyyəti özgə əmlakını gizli talamaya yönəlsə də və o, bu niyyətini həyata keçirmək üçün gizli olaraq müəyyən hərəkətlər etsə də, zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı evdən hər hansı əmlakı ələ keçirməyə müvəffəq olmamış və onun sonrakı hərəkətlərinin qarşısı alındığından, buna görə də o, məcbur olaraq hadisə yerindən qaçdığından oğurluq cinayətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. CM-nin 29-cu maddəsinin tələbinə görə isə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatd ırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İş üzrə məhkəmə iclaslarında araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum oğurluq cinayətini törətməyə gedərkən özü ilə tüfəngdən hazırlanmış obrezi də götürməsinə baxmayaraq həmin obrezdən qəsdən istifadə etməyərək Zərərçəkmiş şəxs onun həyatı və sağlamlığı üçün təhlükəli olan basqın etməmiş, belə zorakılıq tətbiq edəcəyi hədəsi söyləməmiş və göstərilən silahdan atəş təsadüf nəticəsində açılmışdır. Bu səbəbdən ibtidai araşdırma orqanı R.Məhkum əməllərində quldurluq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlər etməsini müəyyən etməyərək onun bu cinayətin törədilməsinə görə məsuliyyətə cəlb etməkdən imtina etmiş və onun yalnız CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul etmi şdir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 20 oktyabr 2019-cu il tarixli qərarda göstərilmişdir ki, Məhkum 11 iyun 2019-cu il tarixdə CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittihama dəyişikliklər edilərək, ona CM-nin 29, 177.2.3-ci maddəsi ilə yeni ittiham elan edilməlidir. Həmin qərar zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən həm məhkəmə nəzarəti qaydasında, həm də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında mübahisələndirilməmişdir. İş matteriallarının təhlili göstərir ki, bununla belə işə birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi E.Ə.Rəhimov təqsirləndirilən şəxs Məhkum başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında vəsatət qaldırmışdır. Məhkəmə dövlət ittihamçısının da razılaşmadığı həmin vəsatəti əsassız hesab edərək onun təmin edilməməsi barədə qərar qəbul etmiş və bu qərarı onunla əsaslandırmışdır ki, hadisə zamanı Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə ona həyatı və sağlamlığı üçün təhlükəli olan basqın etməsi, tüfəngdən ehtiyatsızlıq nəticəsində atəşin açılması zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs və ya digər şəxslərin xəsarət alması nə onun özünün ifadəsi ilə, nə də hər hansı tibbi rəylə təsdiq edilməmişdir. Həmçinin Məhkum əməlində hər hansı bir ağır cinayətin tərkib əlamətləri aşkar edilməmişdir. Buna görə, məhkəmə Məhkum ibtidai araşdırma orqanı tərəfindən elan olunm uş ittiham daxilində işə baxaraq həmin ittiham üzrə onun təqsirli bilinməsi və cəzalandırılması haqqında ittiham hökmü çıxarrmış, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin hökmlə razılaşaraq bu ittihamıın ağırlaşdırılması barədə yeni hökm çıxarmaq, yaxud da təqsirləndirilən şəxsə daha ağır ittihamın elan olunması üçün cinayət işini ibtidai aradırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq səlahiyyətində olmamışdır. Belə ki, CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayət dən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barəd ə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. CPM-nin 318.1 və 318.2-ci maddələrində təsbit edilmiş normaların təhlili göstərir ki, əvvəla məhkəmə cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxır və onun öz təşəbbüsü ilə təqsirləndirilən şəxsə daha ağır ittihamın elan edilməsi üçün cinayət işini və ya sadələşdirilmiş icraat materialarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, yaxud da təqsirləndirilən şəxs barəsində ona elan edilməmiş daha ağır ittiham üzrə hökm çıxarmaq və ya qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa, təqsirləndirilən şəxsə qarşı daha ağır ittihamın irəli sürülməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə dövlət ittihamçısını vəsatətinin təmin edilməsinə dair tələb imperativ xarakter daşıdığı halda, bu haqda zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsi qaldırdığı vəsatət üzrə qərarın qəbul edilib-edilməməsi məsələsi dövlət ittihamçısının rəyi nəzərə alınmaqla məhkəmənin mülahizəsinə əsasən həll edilir. Yəni məhkəmə belə vəsatətin həm təmin edilməsi, həm də rədd olunması haqda qərar qəbul edə bilər və belə qərardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci və apellyasya instansiyası məhkəmələrində icraatın aparılması barədə normalara (müvafiq olaraq CPMnin XL-XLV və XLVİİ fəsillərində olan) nəzər yetirildikdə görünən odur ki, CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar yalnız birinci instansiya məhkəməsində aparılan icraata aiddir və belə olan halda cinayət işinə və ya sadələşdirilmiş icraat materiallarına apellyasiya qaydasında baxılarkən istər dövlət ittihamçısı, istərsə də zərərçəkmiş və ya onun qanuni nümayəndəsi tərəfindən təqsirləndirilən şəxsə daha ağır ittihamın elan olunması və bunun üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud da birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatət qalırılsa belə, apellyasiya instansiyası məhkəməsi həmin vəsatət üzrə hər hansı (onun təmin və ya rədd edilməsi) haqqında qərar qəbul etmək səlahiy yətində deyil. Qanunvericiliyin tələbinə görə, yalnız CPM-nin 391.8-1-ci maddəsində nəzərdə tutulmuş halda, yəni işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamçsı tərəfindən müdafiə edilmiş müqayisədə təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Respublikası Prokuroru apellyasiya protesti verdikdə və apellyasiya instansiyası məhkəməsi belə protestlə razılaşdıqda, həmin məhkəmə ilkin baxış iclasında apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar ç ıxarır. CPM-nin 391.9.1 və 391.9.2-ci maddələrinə əsasən, bu halda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir və cinayət işini və məhkəməyədək sadələşdirilmiş icraat materiallarını birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Məhkum barəsindəki Samux Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmündən CPM-nin 391.8-1-ci maddəsində nəzərdə tutulmuş apellyasiya protesti verilmədiyinldən apellyasiya instansiyası məhkəməsi də CPM-nin 391.9.1 və 391.9.2-ci maddəsində göstərilən qərarı qəbul etməmişdir. Zərər çəkmiş Zə rərçəkmiş şəxs isə həmin hökmdən CPM-nin 391.8-1-ci maddəsində göstərilən məzmunda apellyasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən tələbə uyğun qərar qəbul etmək səlahiyyətində olmamış və buna görə də həmin şikayətə Məhkum elan olunmuş və onun təqsirli bilindiyi ittiham daxilində baxaraq müvafiq qərar qəbul etmişdir. Bu halda apellyasya instansyası məhkəməsi tərəfindən prosessual qanunvericiliyin hər hansı normasının pozulmasına yol verilməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi də özünə aid icraatı həyata keçirərkən məhkum olunmuş şəxsə daha ağır ittihamın elan olunması üçün apellyasiya instansiyası məhkəməsinin qərarını (hökmünü), yaxud da onunla birlikdə birinci instansiyası məhkəməsinin hökm ünü və ya qərarının ləğv etmək və cinayət işinə yenidən baxılması üçün həmin işin birinci və ya apellyasiya instansiyası məhkəməsinə qaytarılması haqqında qərar qəbul etmək səlahiyyətinə malik deyil ona görə ki, bununla bağlı tələb CPM-nin 416 və 419-cu maddələrində nəzərdə tutulmamışdır. Kassasiya şikayətində Məhkum yüngül cəzanın təyin edilməsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum təqsirli bilindiyi CM-nin 29,177.2.3-ci maddəsi ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını, iş üzrə onun cəzasını ağırlaşdıran halların olmasını - cinayət əməlini törədərkən odlu silahdan istifadə etməsini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərindən çıxış edib həmin tələblərə riayət etməklə həm törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Məhkum təqsirli bilindiyi CM-nin 29,177.2.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının (həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddət ə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) kifayət qədər ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların isə olmadığını göstərir. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməsi haqda isə zərər çəkmiş şəxsin və onun nümayəndəsinin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməs inə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarı zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-724/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-724/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver