Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-725/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum2 müdafiəçisi, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Həsənova Sevinc Eldar qızının iştirakları ilə x xxxxx 1992-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.1, 181.2.5 və 194.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçiləri, İmişli rayon Vəkil Bürosunun vəkili Feyzullayev Sərraf Eldar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Həsənova Sevinc Eldar qızı tərəfindən açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: A.Ə.Musayev (sədrlik edən), N.Müdafiəçi3 və C.Ş.Səfərli) Məhkum2 - Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 194.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməl lərini törətməkdə təqsirli bilinərək, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 194.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən, ona həmin Məcəllənin 194.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası müvafiq olaraq iki günə bir gün hesabı ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 1 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi, məhkum edilmiş şəxs Məhkum2 və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), İ.Q.Abdullayev və K.S.Bəşirov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: B irinci instansiya məhkəməsinin hökmünə görə Məhkum2 qabaqcadan vəd etmədən Məhkum1 22 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 İmişli rayonu, Qaralar kəndində yerləşən yaşadığı evdən oğurlamaqla, cinayət yolu ilə əldə etdiyini bildiyi, sonuncuya məxsus 2 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağını həmin tarixdə saat 12 radələrində Məhkum1 İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”nin qarşısında əldə etmiş, onlara sahiblik və onlardan istifadə etmiş, saat 13 radələrində onları İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən bazarda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Şahid4 720 (yeddi yüz iyirmi) manat məbləğində pula satmış, həmin pulun 20 manatını özünə qazanc kimi götürüb, qalan 700 manatını Məhkum1 vermişdir. Bundan başqa, Mə hkum2 qabaqcadan vəd etmədən Məhkum1 22 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 İmişli rayonu, Qaralar kəndində yerləşən yaşadığı evdən oğurlamaqla, cinayət yolu ilə əldə etdiyini bildiyi, sonuncuya məxsus bir ədəd qızıl üzüyü 24 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”nin qarşısında təkrarən Məhkum1 əldə etmiş, ona sahiblik və ondan istifadə etmiş, həmin gün saat 11 radələrində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən bazarda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Şahid3 85 (səksən beş) manat məbləğində pula satmışdır. Bundan başqa, Məhkum1 və Məhkum2 31 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində pulunu ələ keçirmək məqsədi ilə bıçaqla hücum e dib həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmək barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, bu məqsədlə alkoqol sərxoşluğu halında Zərərçəkmiş şəxs3 övladı Zərərçəkmiş şəxs4 ilə yaşadığı, İmişli şəhəri, Xiyabani küçəsi 14 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlib Məhkum1 evin pəncərəsini döyməsinə görə Zərərçəkmiş şəxs3 dəvəti ilə evə daxil olduqdan sonra qabaqcadan aralarında apardıqları vəzifə bölgüsünə əsasən Məhkum2 Zərərçəkmiş şəxs4 olduğu yataq otağının qapısı qarşısında dayanıb sonuncu ilə söhbət etməklə fikrini yayındırarkən Məhkum1 evin dəhlizindən sol tərəfdəki yataq otağında Zərərçəkmiş şəxs3 ona pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs3 pulunun olmadığını bildirdikdə Məhkum1 qəflətən hücum edib sol əli ilə Zərərçəkmiş şəxs3 ağzını tutmuş, gödəkcəsinin cibindən çıxardığı bıçaqla sonuncunun boyun nahiyəsinə bir neçə dəfə qəsdən zərbələr vurmaqla Zərərçəkmiş şəxs3 boynun arxa səthində solda yaralardan ibarət, dərəcəsi təyin edilməyən və boynun sol yan səthində yaralardan ibarət, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, sonuncu Məhkum1 kənara itələdiyinə və qışqırmaqla oğlu Zərərçəkmiş şəxs4 köməyə çağırdığına görə Məhkum1 Zərərçəkmiş şəxs3 buraxıb dəhlizə keçərkən orada Zərərçəkmiş şəxs4 ilə rastlaşmış, əlindəki bıçaqla sonuncunun boyun nahiyəsinə bir neçə dəfə qəsdən zərbələr vurmaqla, Sadiq Abdullayevə boynun sol yan səthinin yuxarı hissəsində qulaqaltı nahiyə, boynun sol yan səthinin aşağı hissəsi və orta xətt boyunca kürəkarası sahədə yaralardan ibarət, sağlamlığa yüng ül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Göstərilən hərəkətləri ilə Məhkum1 və Məhkum2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və silah qismində istifadə edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı həyat və ya sağlamlıqları üçün təhlükəli zorakılıqla quldurluq etmiş, nəticədə Məhkum1, həmçinin təkrarən quldurluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi Feyzullayev Sərraf Eldar oğlu tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarının Məhkum2 aid hissədə ləğv edilməsi və onun barəsində Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə olan cinayət işinin bəraətverici əsas larla xitam edilməsi, Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, Məhkum2 barəsində ibtidai istintaq tərəfindən əsassız olaraq cinayət işi başlanılmışdır. İbtidai istintaq qanunun tələbləri kobud şəkildə pozulmaqla aparılmışdır. Belə ki, iş materialları ilə işin faktiki halları üst-üstə düşmür, sübutlar ittihamın əsasını təşkil etmək üçün yetərli deyildir. Məhkum2 qanunsuz əldə olunmuş sübutlar əsasında CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsi nə cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalarına uyğun deyildir və şəxsin təqsirli bilinməsi üçün kifayət etmir. Belə ki, topl anmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu bir daha təsdiq etməklə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmır. Müdafiəçinin fikrincə, Məhkum2 cəza təyin olunarkən də onun cəzasını yüngülləşdirən hallar – zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, onunla barışması, anasının ağır xəstə olması və ailənin yeganə qazanc gətirən şəxsi olması da nəzərə alınmamışdır. Müdafiəçi Həsənova Sevinc Eldar qızı tərəfindən verilmiş kassasiya şikayətində də Məhkum2 Zərərçəkmiş şəxs3 qarşı Məhkum1 tərəfindən törədilmiş cinayətdə iştirak etməməsi qeyd olunur və bildirilir ki, birinci və apelyasiya ins tansiya məhkəmələri iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmadan ibtidai araşdırma orqanının topladığı sübutlara əsaslanmaqla yekun nəticəyə gəlmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçi S.Həsənovanın, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə bax araq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya ins tansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun müdafiəçilərinin kassasiya şikayətlərində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum2 əsassız olara q Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum edilməsi göstərilir. Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsinə əsasən: “Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”a görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 181.2-ci maddəsinə əsasən “Eyni əməllər: 181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 194.1ci maddəsinə əsasən “Qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə – üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməl inin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilmə si baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Şikayətlərdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum2 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyl əri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri d indirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum2 ona elan olunmuş CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə ittihamla bağlı özünü təqsirli bilməsə də, iş üzrə digər təqsirləndirilən şəxs Məhkum1 ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismind ə dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, şahidlər Şahid1, X3, Şahid7, Şahid3 və Şahid4 ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” və “Baxış keçirilməsi haqqında” 01 noyabr 2021-ci il tarixli protokollar, “Dəftərə baxış keçirilməsi haqqında” 02 və 22 noyabr 2021-ci il tarixli protokollar, “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 01 noyabr 2021-ci il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının 03 noyabr 2021-ci il tarixli, 839 nömrəli və 30 dekabr 2021-ci il tarixli, 1009 nömrəli rəyləri, məhkəmə-tibbi bioloji ekspertizasının” 28 dekabr 2021-ci il tarixli, 842/2021-MTBŞ nömrəli rəyi, kompleks məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 3/1865, 3/1866 nömrəli rəyi, "xxxx" ASC tərəfindən verilmiş 23 yanvar 2022-ci il tarixli və "xxxx" MMC tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli mütəxəssis rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 Zərərçəkmiş şəxs3 əmlakının ələ keçirilməsinə dair əməllərinin quldurluq kimi qiymətləndirilməsi iş materiallarında olan, ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə baxışları zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin ifadələri və digər sənədlərlə tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əm lakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır Həmin Qərarının 15-ci bəndində qeyd olunur ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-in 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır Həmin Qərarın 25-ci bəndində qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ül güc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Məhkum2 əməlini quldurluq kimi qiymətləndirərək CM-in 181.2.1 və 181.2.5ci maddələri ilə düzgün tövsif etmişlər. Məhkum2 barəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən cəzanın təyin edilməsi ilə bağlı məsələni müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictim ai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrü bəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticəl əri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. İş materiallarından görünür ki, məhkəmə Məhkum2 cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, CM-in 194.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışını nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum2 aşağı instansiya məhkəmələrinin təyin etdiyi cəzadan daha yüngül cəza təyin edilməsini məqsədə müvafiq hesa b etmir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum2 barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkə mə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onların dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10. 1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-725/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-725/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver