Məhkəmə qərarları › İş №1(102)-725/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-725/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-725/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, X1 və onun müdafiəçisi Əhmədov Rövşən Bəkir oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2028/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarından X1 müdafiəçisi Əhmədov Rövşən Bəkir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. X2 25 iyul 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, al i təhsilli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayır.

2. X9 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir.

3. Xüsusi ittiham qaydasında şikayət ərizəsindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X5 ilə əvvəllər evli olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1492/2023-008 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Barəsində şikayət verilən şəxs X5 instaqram internet resurslarında onun barəsində müxtəlif xarakterli, o cümlədən təhqiredici məlumatlar yaymaqla cinayət törətmişdir. Həmin məlumatlarda şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlarla yanaşı, təhqir xarakterli məlumatlar da yer almışdır. Buna görə o, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Hesab edir ki, o, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Belə ki, 16 yanvar 2024-cü il tarixdə barəsində instaqram internet informasiya ehtiyatının şəxsi səhifəsində “mənim keçmiş ərim Vasif insan deyil, kişi deyil” ifadəsi ilə barəsində şikayət verilən şəxs X5 onu təhqir etmişdir. Barəsində yayılan təhqir xarakterli məlumatların X5 tərəfindən yayılması aşkar və mübahisəsiz şəkildə də məlumdur. Hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən barəsində şikayət etdiyi şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin tərkibi vardır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul olunmuşdur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-242/2024 nömrəli, 09 iyul 2024cü il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmdən təqsirləndirilən şəxs X5 apellyasiya şikayəti verib, hök mün ləğv edilməsi və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçının onun barəsində məhkəməyə təqdim etdiyi ərizə, məhkəmə tərəfindən icraata qəbul edilməməli idi. Ona görə ki, xüsusi ittiham materiallarında, tərəfindən xüsusi ittihamçının şərəf və ləyaqətinin alçaldılmasını təsdiq edən heç bir mötəbər sübut xüsusi ittihamçı tərəfindən məhkəməyə şikayət ərizəsi ilə bərabər təqdim edilməmişdir. Bununla bağlı ilkin məhkəmə hazırlıq iclasında tərəflərindən məhkəməyə şifahi vəsatət verilsə də, xüsusi ittiham qaydasında şikayətə baxılması üçün Vasif Aslanovun ərizəsi icraata qəbul edilmişdir. Xüsusi ittiham qaydasında cinayət işinin materiallarında onun təqsirini müəyyən edən heç bir mötəbər sübut mövcud deyildir. Xüsusi ittihamçı (zərərçəkmiş) Vasif Aslanov iddia edir ki, guya onu, ona məxsus “İnaraimrani” adlı instaqram səhifəsində təhqir etmişdir. İlk növbədə həmin sosial şəbəkə səhifəsinin olma faktı müəyyən edilməli, həmin səhifənin məhz barəsində şikayət edilən şəxsə aid olma faktı müəyyən edilməlidir. Bunların heç biri birinci instansiya məhkəməsində müəyyən edilməmiş, tədqiq edilməmiş və xüsusi ittihamçı ona verilən müdafiə tərəfinin sualına cavab olaraq onlarda bu barədə sübutun olmamasını və bu halın müəyyən edilməsi üçün texniki imkanların onlarda olmamasını açıq şəkildə etiraf etmişdir. İş üzrə məhkəməyə şahid kimi dəvət olunaraq ifadə vermiş Əziz Abdullayevin məhkəmədə verdiyi ifadələrə əsaslanaraq, onun sosial şəbəkədə xüsusi ittihamçını təhqir etməsinə dair məhkəmənin gəldiyi mövqe ü mumiyyətlə qəbul edilməzdir. Belə ki, şahid Əziz Abdullayev ifadəsində qeyd etmişdir ki, o xüsusi ittiham qaydasında şikayət vermiş zərərçəkmiş şəxs Vasif Aslanovun dostudur. Bununla belə, şahid Ə.Abdullayev məhkəmədə dostunun müdafiəsi üçün verdiyi ifadəsində “İnaraimrani” adlı intaqram səhifəsinin mövcud olma faktına dair heç bir əsaslı dəlil göstərə bilməmişdir. Hökmdə istinad olunan məhkəmə linqvistik ekspertizasının rəyinə etirazını bildirmişdir. Belə ki, ekspert məhkəmənin onun qarşısında qoyulan tədqiqat obyektindən açıq-aydın kənara çıxaraq “sən kişi deyilsən” sözünün təhqir olmasını qeyd etməklə yanaşı, həmin sözün onun tərəfindən işlədilməsinə dair fikir bildirməsi yolverilməzdir. Ekspert məhkəmə tərəfindən onun qarşısında qoyulan sualların mənasının elmi əsasları barədə rəy bild irmək əvəzinə, onu qeyd olunan ifadəni işlətməkdə ittiham etmişdir. Bu hal ekspertin işin nəticəsində maraqlı olmasını, verdiyi rəyin mötəbərliyini şübhə altına alır. Məhkəmə bütün bu hallara və sübutlara obyektiv qiymət verməmiş və sonda doğru olmayan hüquqi nəticəyə gəlmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2028/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-242/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından X1 müdafiəçisi Əhmədov Rövşən Bəkir oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etir azlar 10.Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, məhkumun müdafiəçisi onları təkrarlamaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2028/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. X1 müdafiəçisi Əhmədov Rövşən Bəkir oğlu Azərbaycan Respublikası CM-nin 148ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilmədiyinə görə məhkuma həmin maddə ilə bəraət verilməsini xahiş etmiş, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə q ərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2028/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Re spublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

19. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılm az tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

20. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsə lələr təşkil etdiyi kassasiya instansiyası məhkəməsi) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

21. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində bildirdikləri ilə eynilik təşkil edən dəlilləri nəzərdən keçirib qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında bu dəlillərə müvafiq cavablandırma verilmişdir.

22. Baxılan kassasiya şikayətində qaldırılan məsələlər üzrə məhkəmələrin gəldiyi yekun qənaət iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

23. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Belə qənaətə gələrkən məhkəmə kollegiyası onu da nə zərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

25. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

26. Qeyd ol unanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, X1 müdafiəçisi Əhmədov Rövşən Bəkir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2028/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 müdafiəçisi Əhmədov Rövşən Bəkir oğlu tər əfindən verilən kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2028/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar