Məhkəmə qərarları › İş №1(102)-726/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-726/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-726/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Məmmədov Zabid Salman oğlunun iştirakları ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəmə sinin 17 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Abdullayevə Zərniyar Fərrux qızı ilə birlikdə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Zaur Hüseynov) xx xxxxxx 1955-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ünvan1 ünvanda qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CM-nin 320.2-ci maddəsi ilə cəza təyin edilməmiş, CM-nin 178.2.4-cü maddəsinə əsasən 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş üzrə verilmiş mülki iddia təmin edilmiş, Məhkum 25577 manat pul vəsaitinin alınaraq Dövlət Sosial Müdafiə Fondunun Kəpəz Rayon Şöbəsinə ödənilməsi hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Abdullayeva Zərniyar Fərruz qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ç.B.Məmmədov, hakimlər T.A.Muxtarov və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) 15 sentyabr 2020-ci il tarixli qərarı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəmə sinin 17 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Abdullayeva Zərniyar Fərruz qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 iyun 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, əri X7 11.08.1993-cü ildə Qazax-Bakı avtomobil yolunun 323-cü kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsində öldüyü halda, guya X10 rayonunda aldığı döş qəfəsinin girib-çıxan güllə yarası xəsarətindən öldüyü barədə məlum olmayan tarixdə və məlum olmayan şəxs tərəfindən hazırlanmış Gəncə şəhər məhkəmə tibbi ekspertizasının 13.08.1993-cü il tar ixli, 544 nömrəli, hüquq verən saxta tibbi arayışından istifadə etməklə həmin saxta arayışı Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə təqdim edərək 13.08.1993-cü il tarixli, İV-JQ 407039 nömrəli hüquq verən saxta ölüm haqqında şəhadətnaməni qanunsuz olaraq əldə etmiş, sonra X10 rayonunda olan döyüş tapşırığını icra edən zaman qəhrəmancasına həlak olması barədə N saylı hərbi hissənin 24.08.1993-cü il tarixli, 984 nömrəli hüquq verən saxta arayışını məlum olmayan tarixdə və şəxsdən qanunsuz olaraq əldə edərək bilə-bilə həmin saxta arayışdan istifadə etməklə, həmin saxta sənədi 07.02.2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Hərbi Komisarlığına təqdim edərək 07.02.2007-ci il tarixli, 4/155 nömrəli hüquq verən arayışı qanunsuz olaraq əldə etmiş, daha sonra bilə-bilə həmin saxta sənədlərdən, yəni, 13.08.1993-cü il tarixli, İV- JQ 407039 nömrəli ölüm haqqında şəhadətnamədən və 07.02.2007-ci il tarixli, 4/155 nömrəli arayışdan istifadə etməklə həmin sənədləri 22.02.2007-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə təqdim edib şəhid ailəsinin üzvü olması ilə bağlı qanunsuz hüquqlar əldə edərək aldatma yolu ilə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin Gəncə şəhəri ərazisində müxtəlif bankomatlardan 2007-ci ilin yanvar ayının 1-dən etibarən 01 sentyabr 2010-cu il tarixədək hər ay 100 manat cəmi 4400 manat, 01.09.2010-cu il tarixdən 01.12.2011-ci il tarixədək hər ay 150 manat cəmi 2250 manat, 01.12.2011-ci il tarixdən 01.09.2013-cü il tarixədək hər ay 165 manat cəmi 3465 manat, 01.09.2013-cü il tarixdən 01.02.2016-cı il tarixə dək hər ay 200 manat, cəmi 5800 manat, 01.02.2016-cı il tarixdən 01.03.2018-ci il tarixədək hər ay 220 manat, cəmi 5500 manat, 01.03.2018-ci il tarixdən 01.02.2019-cu il tarixədək hər ay 242 manat, cəmi 2662 manat, 01.02.2019-cu il tarixdən hər ay 300 manat olmaqla, sonuncu dəfə isə 28.06.2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşən Kapital Banka məxsus bankomatdan 300 manat, cəmi 1500 manat pulu çıxarmaqla, ümumilikdə vahid niyyətlə xeyli miqdarda 25577 manat məbləğində pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Abdullayeva Zərniyar Fərruz qızı ilə birlikdə verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayət törədilməsində onun təqsirli olması sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Belə ki, Məhkum istər ibtidai istintaq, istərsə də hər iki instansiya məhkəmələrində ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək heç bir cinayət əməli törətmədiyini, həyat yoldaşı X3 yol-nəqliyyat hadisəsi zamanı həlak olmasını bilmədiyini və bununla bağlı aparılmış istintaq zamanı iştirak edib ifadə vermədiyini, həyat yoldaşının döyüşlərdə həlak olması barədə məlumat verildiyini və şəhidlik statusunun dövlət tərəfindən verildiyini bildirmişdir. X3 cənazəsi 12 avqust 1993-cü ildə Gəncə şəhərinə gətirilmiş və Qazax rayonunda dəfn edilmişdir. Tərtər Hərbi Məhkəməsinin arxivində saxlanılan X5 təqsirləndirilməsinə dair cinayət işinə baxış keçirilərkən məlum olmuşdur ki, Tə rtər qarnizonu hərbi prokurorluğunun sənədlərində olan imzalar, eləcə də Tərtər qarnizonu hərbi tribunalının məhkəmə protokolundakı iltizamda olan imzalar ona məxsus deyildir. Həyat yoldaşı X3 yol nəqliyyat hadisəsi zamanı həlak olmasını bilməmişdir və X5 təqsirləndirilməsinə dair cinayət işində iştirak etməmiş və heç bir sənədə imza etməmişdir. Beləliklə, iş materiallarından görünür ki, həmin arxiv arayışı ilə X5 təqsirləndirilməsinə dair cinayət işinin, eləcə də Məhkum haqqında olan cinayət işinin materialları arasında ciddi ziddiyyət yaranmış, ibtidai istintaq orqanı və məhkəmə instansiyaları tərəfindən işə baxılarkən bu ziddiyyətlər aradan qaldırılmamışdır. Müdafiə tərəfi olaraq, həmin ziddiyyətlərin araşdırılması məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatə tlər verilsə də, həmin vəsatətlər məhkəmələr tərəfindən əsassız olaraq təmin edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarını ləğv etməklə Məhkuma bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi Z.S.Məmmədov çıxış edərək kassasiya şikayətində qeyd olunan halları bir daha vurğulayaraq şikayətin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfi ndən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi ilə birgə verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsin i şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuli yyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu nun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsa slara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə və bilə-bilə saxta sənədlərdən istifadə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi ilə birgə verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkuma bəraət verilməli olduğu iddia edilir. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkuma bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-1 46-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müə yyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum müdafiəçisi ilə birgə verilmiş kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi k assasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkum və onun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş i şin faktiki hallarını nəzərə almaya və məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində qeyd olunan faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən fak tiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkumun hərəkətlərində Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəz ərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətin i və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Abdullayevə Zərniyar Fərrux qızı ilə birlikdə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Abdullayeva Zərniyar Fərrux qızı ilə birlikdə verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Abdullayevə Zərniyar Fərrux qızı ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar