Məhkəmə qərarları › İş №1(102)-726/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-726/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-726/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxxx 1981-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Əsədabad kəndində qeydiyyatda olan və halhazırda həbsdə olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM- in) 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə, x xxxxxx 1990-cı il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Əsədabad kəndində qeydiyyatda olan və halhazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə x xxxxxx 1996-cı il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Əsədabad kəndində qeydiyyatda olan və halhazırda həbsdə olan Məhkum3 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə xx xxxxxx 1991-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və hal-hazırda həbsdə olan Məhkum4 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 Əzizulla oğlunun müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran A ğır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə (hakimlər: Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) X3 - Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 240.3.2 maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən, həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin b aşlanğıcının 4 mart 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 - Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 240.3.2 maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən, həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 13 (on üç) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 7 fevral 2021-ci il tarixdən hesablanm ası hökm edilmişdir. Məhkum3 - Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 240.3.2 maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən, həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 7 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum4 - Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 240.3.2 maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən, həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək həbsdə olduğu 3 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 12 (on iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanıl mış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 3 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), R.M.Cəfərov və E.İ.Əliyev) apelyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə X3, Məhkum1, Məhkum3 və Məhkum4 CM-in 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə t əqsirli bilinib məhkum edilmişdirlər ona görə ki, onlar öz aralarında və İran İslam Respublikasında (bundan sonra – İİR) olan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatının əldə edilməsi, saxlanması və daşınması, həmçinin İİR-də olan və cinayətkar qrupa daxil olan digər şəxslə bu məqsədlə İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçiriləcək həmin maddələri Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 17-ci sərhəd zastavasının xidməti sahəsində əldə edilməsi ilə bağlı razılığa gəldikdən sonra, cinayətkar plana uyğun olaraq X3, Məhku m3, Məhkum1 və Məhkum4 06 fevral 2021-ci ildə axşam saatlarında qeyd olunan sahəyə gedib, bağlamaları əldə etmək üçün həmin ərazidə hərəkət edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə qarşılaşdıqlarından İİR-dən olan şəxs tərəfindən gizlədilmiş içərisində narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən dərman preparatı olan bağlamaların qoyulduğu yerə çata bilməyərək öz iradələrindən asılı olmayan səbəblərə görə satış məqsədilə külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin, güclü təsir edən dərman preparatının əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı əməllərini başa çatdıra bilməmişlər, bununla da, qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirilmiş dörd bağlamada külli miqdarda 1981,3 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 4030,5 qram narkotik vasitə olan tiryəki, 42029,6 qram narkotik vasitə olan heroini, ümumi təsir maddəsinin miqdarı 327,96 qram olan 8199 ədəd narkotik vasitə olan metadonu, külli miqdarda 16899,6 qram psixotrop maddə olan metamfetamini, 4 qram 8 ədəd psixotrop maddə olan alprazolamu, ümumi təsir maddəsinin miqdarı 171 qram təşkil edən 1140 ədəd güclü təsir edən dərman preparatı preqabalini satış məqsədilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa cəhd etməklə, qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etməsi, daşıması və saxlaması, habelə qeyd olunan maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirmələri sübuta yetirildiyi halda, təqsirləndirilən şəxslərin əməllərini CM-in 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrinə tövsif etməklə düzgün olmayan nəticəyə gəlmiş, apelyasiya instansiyası məhk əməsi də əsassız olaraq onunla razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum1 barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etməyə, daşımağa və saxlamağa cəhd etmələri sübu ta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və əməllərində cinayət tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmışlar. Belə ki, təqsirləndirilən şəxslər cinayət təqibi başlanılan andan barələrində ittiham hökmü çıxanadək verdikləri bütün izahat və ifadələrində İİR ilə Azərbaycan Respublikasının dövlət sərhədinin Yardımlı rayonundan keçən hissəsinə doğru narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələri götürmək üçün deyil, məhz İİR-dən Azərbaycan Respublikasına qaçaq yolla keçiriləcək siqaretləri götürmək üçün getdiklərini bildirmişlər. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin əməkdaşları tərəfindən 07 fevral 20 21-ci ildə Yardımlı rayonunda yerləşən 17-ci sərhəd zastavasının 7-ci sahəsinin xidməti ərazisində, yəni dövlət sərhəd xəttindən təxminən 200 metr Azərbaycan Respublikası istiqamətində qayalıqların arasından aşkar olunmuş içərisində narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr olan dörd ədəd qara rəngli torbaların təqsirləndirilən şəxslərə aidiyyəti yoxdur. İttiham tərəfinin təqdim etdiyi şahid – N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantlığının komendatı X6 həm ibtidai araşdırma zamanı, həm də, birinci instansiya məhkəməsində verdiyi ifadələrində hadisə baş verən günü dövlət sərhədinin pozulmamasını, ərazidə və ya maneə çəpərinin yaxınlığında ayaq izlərinin aşkar olunmadığını bildirmişdir. Belə olan halda aşkar olunmuş müvafiq maddələr İİR-dən Azərbaycan Respublikasına necə keçirilmişdir?! Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iş üzrə keçirilmiş baxış istintaq hərəkətində hal şahidi olmuş Şahid6 ibtidai araşdırma dövründən fərqli olaraq məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 07 fevral 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 17-ci sərhəd zastavasına dəvət olunmuş və orada keçirilən baxış zamanı stolun üstündə 2-3 ədəd yumru formalı sellofan bükülü görmüşdür. Qeyd olunan hal istintaq orqanının təxminən 71 kiloqrama yaxın narkotik və psixotrop maddələrlə verdiyi ittihamı şübhə altına alır. Buna baxmayaraq, məhkəmələr əsassız olaraq Şahid6 məhkəmə baxışı zamanı deyil, ibtidai araşdırma zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasi ya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahi yyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumlar X3, Məhkum1, Məhkum3 və Məhkum4 əməllərinin tövsifi mübahisə edilir. Məhkum1 mü dafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə təqsirli bilinməsi mübahisə edilir. İlkin olaraq protestdə göstərilmiş dəlillərlə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən: “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, part layıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxu d bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə-beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsinə əsasən “Narkotik vasitələr ə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 240.3-cü maddəsinə görə “Bu Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 240.3.2. güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti t örətməkdə təqsirləndirilən şəxsin təqsirli olub- olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozu lmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial had isəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tət biqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İlk növbədə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkumların əməllərinin CM-in 32.5, 206.2-ci maddəsi ilə tövsifi ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçi rilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM- nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdi kdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1. 206.3.2 və ya 206.3.3-cü mad dələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Azərbaycan Respublikası CM-in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qa baqcadan vəd etmiş şəxs köməkçi sayılır. İş materiallarından görünür ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında icraçı qismində deyil, bu cinayətin digər bir nəfər şəxsin (İİR-da olan digər şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişlər. Həmçinin təqsirləndirilən şəxslərin qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edi lmişdir ki, təqsirləndirilən şəxslər qanunsuz olaraq əldə edilən külli miqdarda narkotik vasitənin, psixotrop maddənin və güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin həmin maddələrin satışı məqsədi ilə əldə edilməsi üçün qabaqcadan əlbir olduğu qrupun üzvi tərəfindən qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilib, eləcə də bu maddələrin İrandan göndərilməsinə və həmin maddələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına, eləcə də cinayətkar qrupun digər üzvü və ya üzvlərinə çatdırılmasına razılaşdırılaraq əvvəlcədən göndərilməli olan narkotik vasitəni, psixotrop maddəni və güclü təsir edən maddəni əldə edəcəyini vəd etmiş, yəni qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin məhkumlar X3, Məhkum1, Məhkum3 və Məhkum4 əməllərinin Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmışdır və kassasiya protestinin məhkumların əməllərinin Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilməli olmasına dair dəlilləri əsassızdır. Bununla belə, məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri məhkumlar X3, Məhkum1, Məhkum3 və Məhkum4 öz aralarında və İİR-da olan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatının əldə edilməsi, saxlanması və daşınması ilə əlaqədar törətmiş olduqları cinayət əməllərini tövsif edərkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq etməmiş və təqsirləndirilən şəxslərin əməllərini tövsifində səhvə yol vermişlər. Azərbaycan Respublikası CM-nin 2-ci maddəsinə əsasən həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ib arətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi X3, Məhkum1, Məhkum3 və Məhkum4 əməllərini Azərbaycan Respublikası CM-in 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə tövsif edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “X3, Məhkum3, Məhkum1 və Məhkum4 narkotik vasitələrin, psixotrop maddənin, güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərinə C inayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrinin şamil edilməsinə (bu əməlin hüquqi tövsifi məsələsinə) gəldikdə, məhkəmə tərkibi aşağıdakı dəlillərə görə hesab edir ki, onların əməli düzgün olmayaraq başa çatmış cinayət kimi həmin maddələrlə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilən əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət Məcəlləsinin 29-cu maddəsində isə təsbit olunmuşdur ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət Məcəl ləsinin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrinin dispozisiyalarına görə (CM-in 234.2-ci maddəsi və “Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə birlikdə götürülməklə) narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin qanunsuz olaraq əldə edilməsi cinayətinin obyektiv cəhəti həmin predmetlərə faktiki yiyələnməni və bunun CM-in 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrində göstərilən xüsusilə ağırlaşdırıcı əlamətlərlə müşayiət olunmasını ehtiva edir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilmə si - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir”. Lakin, artıq işin müəyyən edilmiş faktiki hallarına görə, X3, Məhkum3, Məhkum1 və Məhkum4 İİR-də olan şəxslərlə narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddəni gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının Yardımlı rayonuna keçirildikdən sonra onları gizlədilmiş yerdən götürüb əldə edəcəklərini qabaqcadan vəd etmişlər. Belə olan halda (nə qədər ki, istintaqa məlum olmayan digər şəxslər narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddələri göndərənlər, gömrük sərhədindən gizli keçirənlərdir, X3, Məhkum3, Məhkum1 və Məhkum4 isə müstəsna olaraq maddəni və vasitələri əldə edənlər və sərhəddən keçirənlərə bunları əldə etməyi qabaqcadan vəd etməklə kömək edənlərdir) istintaqa məlum olmayan şəxslərin narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsir edən maddələrə sahib olmaları X3, Məhkum3, Məhkum1 və Məhkum4 da həmin predmetlərə sahib olmaları, yəni digərləri ilə birgə əldə etmələri anlamına gəlmir. X3, Məhkum3, Məhkum1 və Məhkum4 narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri əldə etmiş sayılmaları üçün onların həmin maddə və vasitələrə faktiki yiyələnmələri tələb olunur. Lakin, hazırki işin m üəyyən edilmiş hallarına görə X3, Məhkum3, Məhkum1 və Məhkum4 N nömrəli hərbi hissənin Yardımlı rayonunda yerləşən 17-ci sərhəd zastavasının yerləşdiyi sərhədyanı əraziyə gəlib oradan (şərtləndirilmiş yerdən) narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni götürmək istəyərkən, Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə qarşılaşmış, bu səbəbdən həmin maddə və vasitələri götürə, onlara yiyələnə bilməmişlər. Bu isə o deməkdir ki, X3, Məhkum3, Məhkum1 və Məhkum4 ibarət qabaqcadan əlbir olan qrup bu şəxslərin iradələrindən asılı olmayan səbəb üzündən cinayəti başa çatdıra bilməmiş, yəni onlar qəsdən bilavasitə cinayət törətməyə yönələn hərəkətləri ilə külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibin də satış məqsədi ilə əldə etmə cinayətini törətməyə cəhd etmişlər. Odur ki, qeyd olunan hallara görə X3, Məhkum3, Məhkum1 və Məhkum4 şərh edilən əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrindən həmin Məcəllənin 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrinə tövsif edilməlidir....” Aşağı instansiya məhkəmələrinin istinad olunan şərhindən görünür ki, məhkəmələr tərəfindən cinayət qanununun normalarına düzgün istinad edilsə də, həmin qanununun normalarının konkret cinayət işinə tətbiqi zamanı səhvə yol verilmişdir. Belə ki, məhkəmələrin məntiqinə görə cinayətkar qrupun İİR-da olan üzvlərinə münasibətdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatının əldə ed ilməsi, saxlanması və daşınmasında ifadə olunan cinayət əməlləri başa çatmış, lakin həmin şəxslərlə cinayət əlaqəsində olan X3, Məhkum3, Məhkum1 və Məhkum4 münasibət isə cinayət əməli başa çatmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin konkret hallarında cinayətkar qrupun həm İİR-da olan üzvləri, həm də X3, Məhkum3, Məhkum1 və Məhkum4 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatının əldə edilməsi, saxlanması və daşınmasında ifadə olunan cinayət əməllərinin birgə icraçıları hesab olunurlar və cinayətkar qrupun İİR-da olan üzvlərinin törətmiş olduqları cinayət əməllərinin başa çatmış hesab olunması cinayətin digər iştirakçılarının da cinayət əməllərinin başa çatmasını ehtiva edir. Azərbaycan Respubl ikası CM-in 33-cü maddəsinin tələbinə görə: “33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir.” Göründüyü kimi, qanunverici cinayətdə iştirakçıların məsuliyyətlərinin formasını dəqiq müəyyən etmişdir. Məhkəmələr İİR-da olan və aşkar olunmuş külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən dərman preparatını qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmiş şəxslərlə təqsirləndirilən şəxslər X3, Məhkum3, Məhkum1 və Məhkum4 ilə cinayət əlaqəsində olm adıqları, aşkar olunmuş külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən dərman preparatını dəyərini ödəməklə əldə edəcəyi (yəni alqı-satqının tərəfləri olması) nəticəsinə gəlsəydi, məhkəmənin yuxarıda istinad olunmuş əsaslandırması qanuna uyğun olardı. Lakin iş materiallarından görünür ki, həm ibtidai araşdırma orqanının, həm də aşağı instansiya məhkəmələrinin gəldikləri nəticəyə görə təqsirləndirilən şəxslər X3, Məhkum3, Məhkum1 və Məhkum4 həm öz aralarında, həm də İİR-da olan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatının əldə edilməsi, saxlanması və daşınması üçün qabaqcadan əlbir olub bir qrup şəxs halında fəaliyyət göstərmişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 11-ci bəndində tövsiyə olunur: “Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə b ölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir.” Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinə münasibətdə işin hallarına və təqsirləndirilən şəxslərin təqsirliliyi ilə əlaqədar sübutlara dair şərh verildiyindən, Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində irəli sürülən dəlillərlə əlaqədar təkrar şərhə zərurət yoxdur. Məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini əsassız hesab edir və onun təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetin in müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunm alıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini qismən təmin etməklə, X3, Məhkum1, Məhkum3 və Məhku m4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti qismən təmin edilsin. X3, Məhkum1, Məhkum3 və Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar