Məhkəmə qərarları › İş №1(102)-727/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-727/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-727/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum1 və onun müdafiəçisi-vəkil Cavadov Əjdər Əmrah oğlunun iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1 və 289.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: R.A.Qurbanov) Məhkum1 - xx.xx.1959-cu il tarixində Laçın rayonu, Şəlvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1-da qeydiyyatda olan və ünvan 2-da yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 289.1- ci maddələri ilə təqsirli bilinərək, CM-nin 221.2.1-ci maddəsi ilə 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 289.1-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Məhkum1 qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması və 1000 (min) manat cərimə cəzaları təyin edilmişdir. Məhkum1 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Məhkum1 cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərində nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Məhkum2 - xx.xx.1988-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1-da qeydiyyatda olan və ünvan 3-də yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 289.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 289.1-ci maddəsi ilə 600 (altı yüz) manat cərimə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Məhkum2 qəti olaraq 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması və 600 (altı yüz) manat cərimə cəzaları təyin edilmişdir. Məhkum2 üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Məhkum2 cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qe ydiyyata alındığı vaxtdan hesablanması, üzərində nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq və möhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə cinayət əməllərini törətmişdir.Belə ki, xx.xx.2018-ci il tarixində saat 17:08-də ünvan 4 yerləşən Bakı Apelyasiya Məhkəməsinin inzibatı binasının 1 saylı məhkəmə iclas zalında X5 və qeyrilərinin təqsirləndirilmələrinə dair olan cinayət işi uzrə hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən məhkəmə baxışı zamanı hakim tərəf indən təqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin qohumluq münasibətləri dəqıqləşdirilərkən zərər çəkmiş şəxsin əri X2 təqsirləndirilən şəxsi və valideynlərini qohum kimi «tanımaq istəmədiyini» bildirməsini cüzi səbəb kimi əsas gətirərək bir qrup şəxs tərəfindən - Məhkum2 ilə birlikdə heç bir əsaslı səbəb olmadan məhkəmə baxışı iştirakçısı olan x3 söyüb təhqir etməklə səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər uçun aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq bir çox insanın və ya cəmiyyətin hər hansı bır üzvünün mənafelərinə toxunan hərəkətlər edərək məhkəmədə iş prosesini n müəyyən müddət pozulması ilə müşayiət edilən qərəzli hərəkətlərlə zor tətbiq edib sillə və yumruq zərbələri ilə x3 qəsdən vurub ona başın sağ təpə-gicgah və ənsə nahiyəsinin şişkinlik halında əzilməsi kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etməklə yanaşı məhkəməyə hörmətsizlik etmişdir. Beləliklə Məhkum1 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-221.2.1 və 289.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkum2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq və məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmə tsizlik etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, xx.xx.2018-ci il tarixində saat 17:08-də Bakışəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 540-cı məhəllədə yerləşən Bakı Apelyasiya Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında qardaşı X5 və qeyrilərinin təqsirləndirilmələrinə dair olan cinayət işi üzrə hakim Faiq Qasımovun sədirliyi ilə keçirilən məhkəmə baxışı zamanı hakim tərəfindən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin qohumluq münasibətləri dəqiqləşdirilərkən, zərərçəkmiş şəxsin əri X2 təqsirləndirilən şəxsi və valideynlərini qohum kimi «tanımaq istəmədiyini» bildirməsini cüzi səbəb kimi əsas gətirərək bir qrup şəxs tərəfindən – atası Məhkum1 ilə birlikdə heç bir əsaslı səbəb olmadan məhkəmə baxışı iştirakçısı olan x3 söyüb təhqir etməklə səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər edərək məhkəmədə iş prosesinin müəyyən müddət pozulması ilə müşayiət edilən qərəzli hərəkətlərlə zor tətbiq edib sillə və yumruq zərbələri ilə x3 qəsdən vurub ona başın sağ təpə-gicgah və ənsə nahiyəsinin şişkinlik halında əzilməsi kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etməklə yanaşı məhkəməyə hörmətsizlik et mişdir. Beləliklə Məhkum2 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 289.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Hökmdən verilmiş Apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Apelyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayəti verərək bildirmişdir ki Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsində nəzərdə tutulmuş əməlin yəni, məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə əməlinin törədilməsi yeri yalnız məhkəmə iclası ola bilər. Odur ki, göstərilən əməlin törədilmə yerinin məhkəmə inzibati binasında baş verməsi əsasına görə onun əməlinin həm də Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsüf edilməsi əsassızdır. Ona görə ki, bu əməlin digər yerdə və digər şəxsə qarşı yönəldilməklə törədilməsi mümkün deyildir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq əməli -yəni ictimai qaydanı kobud surətdə pozan əməl olub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllə həyata keçirilir. Törətdiyim əməl isə göstərildiyi kimi cəmiyyətə qarşı deyil, məhkəmə iclasında baş verməklə qəsdin yönəldiy i şəxs məhkəmə prosesinin iştirakçısı olmuş Xəlil Süleymanova qarşı yönəldilmişdir. Odur ki, törətdiyi əməl həm xuliqanlıq kimi qiymətdəndirilə, həm də törətmədiyim cinayətə görə məsuliyyətə cəlb oluna bilmərəm. Göstərilənlərə əsasən əməlində AR CM-nin 221.2.1-ci maddəsində nəzərdə tululan cinayət əməlinin, yəni xuliqanlıq cinayətinin tərkibi oimadığından AR CM-nin 221.2.1-ci maddəsi ilə ona bəraət verilməli, AR CM-nin 289.1-ci maddəsi ilə təyin edilmiş 1000 manat məbləğində cərimə cəzası isə dəyişdirilərək 500 manat məbləğinə endirilməlidir. Belə ki, göründüyü kimi, məhkəmə tərəfindən özünü təqsirli bilməsi, etdiyi əməldən peşiman olması və İİ qrup əlil olması cəzasını yügülləşdirən hallar kimi nəzərə alınması və cəzasını ağırlaşdıran halların olmaması göstərilsə də, cəza təyini zamanı hə min hallar nəzərə alınmamış, CM-nin 289.1-ci maddəsində nəzərdə tutulmuş cəzanın son həddi olan 1000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Göstərilən hal onu göstərir ki, CM-nin 289.1-ci maddəsi ilə təyin edilmiş 1000 manat məbləğində cərimə cəzası həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdən kənara çıxmasa da, açıq-aydın sərt cəzadır. Bu da birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək, ona CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə ona təyin edilmiş 1000 (min) manat cərimə cəzasının 500 manata endirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkum2da Məhkum1 ilə eyni məzmunlu kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək, ona CMnin 221.2.1-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə ona təyin edilmiş 600 (altı yüz) manat cərimə cəzasının 500 manata endirilməsi barədə qərar çıxarasılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum1 və müdafiəçisivəkil Cavadov Əjdər Əmrah oğlunun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya ins tansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apely asiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum1 kassasiya şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsində nəzərdə tutulmuş əməlin yəni, məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə əməlinin törədilməsi yeri yalnız məhkəmə iclası ola bilər. Odur ki, göstərilən əməlin törədilmə yerinin məhkəmə inzibati binasında baş verməsi əsasına görə onun əməlinin həm də Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsüf edilməsi əsassızdır. Ona görə ki, bu əməlin digər yerdə və digər şəxsə qarşı yönəldilməklə törədilməsi mümkün deyildir. Göründüyü ki mi, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq əməli -yəni ictimai qaydanı kobud surətdə pozan əməl olub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllə həyata keçirilir. Törətdiyim əməl isə göstərildiyi kimi cəmiyyətə qarşı deyil, məhkəmə iclasında baş verməklə qəsdin yönəldiyi şəxs məhkəmə prosesinin iştirakçısı olmuş Xəlil Süleymanova qarşı yönəldilmişdir. Odur ki, törətdiyi əməl həm xuliqanlıq kimi qiymətləndirilə, həm də törətmədiyim cinayətə görə məsuliyyətə cəlb oluna bilmərəm. Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsində məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə cinayət tərkibi nəzərdə tutulmuşdur. CM-nin 221.2.1-ci maddəsində xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2006-cı il tarixli qərarında şərh edilmişdir ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik i fadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kü tləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkum1 elan edilmiş ittihamdan görünür ki, o, oğlu Məhkum2 ilə birlikdə heç bir əsaslı səbəb olmadan məhkə mə baxışı iştirakçısı olan x3 söyüb təhqir etməklə səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər uçun aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq bir çox insanın və ya cəmiyyətin hər hansı bır üzvünün mənafelərinə toxunan hərəkətlər edərək məhkəmədə iş prosesinin müəyyən müddət pozulması ilə müşayiət edilən qərəzli hərəkətlərlə zor tətbiq edib sillə və yumruq zərbələri ilə x3 qəsdən vurub ona başın sağ təpə-gicgah və ənsə nahiyəsinin şişkinlik halında əzilməsi kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etməklə yanaşı məhkəməyə hörmətsizlik etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq toplanıb, tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq edilmişdir ki, Məhkum1 elan edilmiş ittihamdan görünür ki, o, oğlu Məhkum2 ilə birlikdə x3 söyüb təhqir etməklə məhkəməyə hörmətsizlik etməkləri ilə yanaşı, həmdə məhkəmənin iclas zalında ictimai qaydanı məhkəmə prosesini pozmaqda davam edərək qərəzli hərəkətlərlə zor tətbiq edib sillə və yumruq zərbələri ilə x3 qəsdən vurub ona başın sağ təpə-gicgah və ənsə nahiyəsinin şişkinlik halında əzilməsi kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarəti y etirmişlər. Göstərilən hərəkətlər Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərkətlərlə əhatə olunmur. Yəni zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, cəmiyyətin bir üzvü kimi ona qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərmişlər. Eyni zamanda onlar x3 təhqir edib məhkəməyə hörmətsizlik etməklə yanaşı birinci instansiya məhkəməsinin normal fəaliyyətini uzun müddətə pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericilik lə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etmişlər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 289.1-ci və 221.2.1-ci maddələrinə düzgün tövsif edilmişdir. Ona görə də onların cinayət əməllərinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Hər iki məhkum barəsində kassasiya şikayətlərində onlara təyin edilmiş cəzaların yüngülləşdirilməsi də xahiş edilmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi məhkumlara cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum1 özünü təqsirli bilməsi, etdiyi əmələ görə peşman olması və İİ-ci qrup əlil olmasını Azərbaycan Resp ublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir, təqsirləndirilən şəxs Məhkum2 özünü təqsirli bilməsi, etdiyi əmələ görə peşman olması və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Məhkum1 müharibə veteranları üçün Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halı o nun 2-ci qrup əlil olmasının və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş digər cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq, onun barəsindəki kassasiya şikayəti qismən təmin edilməli, ona Azərbaycan Respublikası CMnin 221.2.1-ci madəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası yüngülləşdirilməlidir. Məhkum2 təyin edilmiş cəzalar isə onun şəxsiyyətinə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsinə uyğun olduğundan, onun barəsində kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların kobud pozulması, məhkumlar Məhkum1 və Məhkum2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum2 barəsində kassasiya şikayəti təmin edilməsin və barəsindəki Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlansın. Məhkum1 barəsindəki kassasiya şikayəti qismən təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1 və 289.1-ci maddələri ilə məhkum olunması barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il 6 (altı) aya endirilsin. Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə ona təyin edilmiş 1000 (min) manat cərimə cəzası, CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən tam toplamaq yolu ilə Məhkum1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması və 1000 (min) manat cərimə cəzaları təyin edilsin. Qalan hissədə kassasiya şikayəti təmin edilməsin və qalan hissədə qərar dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar