Məhkəmə qərarları › İş №1(102)-727/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-727/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-727/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Əliyev Nurlan Sahib oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum Məhkum iştirakları ilə xx xxxx 1984-cü ildə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ə vvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmişdir, işləməyən, Goranboy rayonu, Dəliməmmədli şəhəri, S.Vurğun küçəsi ev 37 ünvanında yaşamış, hal hazırda 14 saylı cəzaçəkmə müəssisəsində cəza cəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,177.2.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Goranboy Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli hökmü ilə (hakim S.İ.Mayılov) Məhkum Azərbaycan Respublikası CM-in 29,177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, cəzaçəkmə müddətinin əvvəlinin 22 yanvar 2020-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 2 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ə.G.Abdullayev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli hökmü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə 05 dekabr 2018ci il tarixdə saat 16 radələrində tanışları Məhkum və Məm mədov Mobil Yaqub oğlu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında "xxxx" ASC-nin "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin Goranboy Elektrik Şəbəkəsinə məxsus olan, Goranboy rayonu, Dəliməmmədli şəhəri M.Ə.Sabir küçəsində elektrik dirəyi kimi istifadə olunmuş, elektrik təsərrüfatının yenidən qurulması iləəlaqədar istismarı dayandırılmış diametri 159 mm, uzunluğu 8,58 metr olan 111 manat 54 qəpik dəyərində bir ədəd dəmir borunu kəsib gizli yolla talamaqla oğurlayarkən Goranboy RPŞ-nin əməkdaşları tərəfindən yaxalandıqları üçün öz iradələrindən asılı olmayan səbəbdən oğurluq cinayət əməlini başa çatdıra bilməyərək özgə əmlakını gizli talamağa cəhd etmişdir. Bundan başqa, Elşad İbrahimli daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 05 dekabr 2018-ci il tarixdə s əhər saatlarında Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində dəmiryol xəttinin kənarında gəzərkən istintaqa məlum olmayan mənbədən əldə olunaraq bir ədəd polietilen kəsiyinə bükülmüş "gümüşü" rəngli kağız bükümdə yerə atılmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini taparaq şəxsi istifadəsi üçün cibinə qoyub qanunsuz əldə edərək daşımış, həmin tarixdə saat 16 radələrində Dəliməmmədli şəhəri, M.Ə.Sabir küçəsində "xxxx" ASC-nin "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin Goranboy Elektrik Şəbəkəsinə məxsus olan və elektrik dirəyi kimi istifadə olunmuş bir ədəd borunu tanışları Məhkum və Mobil Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında kəsərək gizli yolla talamaqla oğurlamağa cəhd edərkən Goranboy RPŞ-nin əməklaşları tərəfindən saxlanılıb rayon p olis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki idman gödəkçəsinin sağ cibində qanunsuz saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 1,222 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə 05 dekabr 2018ci il tarixdə saat 16 radələrində tanışları İbrahimli Elşad Məhər oğlu və Məmmədov Mobil Yaqub oğlu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında "xxxx" ASC-nin "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin Goranboy Elektrik Şəbəkəsinə məxsus olan, Goranboy rayonu Dəliməmmədli şəhəri M.Ə.Sabir küçəsində elektrik dirəyi kimi istifadə olunmuş, elektrik təsərrüfatının yenidən qurulması iləəlaqədar istismarı dayandırılmış diametri 159 mm, uzunluğu 8,58 metr olan 111 manat 54 qəpik dəyərində bir ədəd dəmir borunu kəsib gizli yolla talamaqla oğurlayarkən Goranboy RPŞ-nin əməkdaşları tərəfindən yaxalandıqları üçün öz iradələrindən asılı olmayan səbəbdən oğurluq cinayət əməlini başa çatdıra bilməyərək özgə əmlakını gizli talamağa cəhd etmişdir. Bundan başqa, Məhkum daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 05 dekabr 2018-ci il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədən bir ədəd polietilen kəsiyinə bükülmüş "gümüşü" rəngli kağız bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün qanunsuz əldə edib daşımış, həmin tarixdə saat 16 radələrində Dəliməmmədli şəhəri, M.Ə.Sabir küçəsində "xxxx" ASC-nin "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin Goranboy Elek trik Şəbəkəsinə məxsus olan və elektrik dirəyi kimi istifadə olunmuş bir ədəd borunu tanışları Məhkum və Mobil Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında kəsərək gizli yolla talamaqla oğurlamağa cəhd edərkən Goranboy RPŞ-nin əməklaşları tərəfindən saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ cibində qanunsuz saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 1,579 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qe yd edir ki, o, törətdiyi əməldən peşmandır və ilk məhkumluğunu, anasının xəstəliyini, yüngülləşdirici halları nəzərə alıb cəzasının yüngülləşdirilməsini və qanunda nəzərdə tutulan minimal həddə cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mah iyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyal arı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum F.Ə.Ələkbərov tərəfindən verilmiş kassasiya şikayətində ona ağır cəza təyin edilməsi, ailə vəziyyətinin ağır olması nəzərə alınmadan cəza təyin edilməsi mübahisə olunur və ona aşagı həddə cəza təyin edilməsi xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki,məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə qanuna uyğun və əsaslı şərhlər verilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında bununla bağlı göstərmişdir ki, “....təqsirləndirilən şəxsin narkotik vasitə ilə bağlı olan dəlillərini, həm də oğurluqla bağlı dəlillərini araşdırıb müəyyən etmişdir ki, onun həmin cinayətləri törətməkdə təqsiri qanunla müəyyən edilmiş qaydada əldə edilən, mötəbər, ziddiyyətsiz və biri-digərinə uyğun gələn sübutların məcmusu ilə təsdiq edilir. Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-nin 124.1-ci madd.). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməli dir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri).....” Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiya məhkəməsi düzgün olaraq Məhkum azadlıqdan məhrum etmə növündə cəza təyin etmiş, eyni zamanda azadlıqdan məhrum etmə cəzasının həddini müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun şəxsiyyətlərini səciyyələndirilən halları kifayət qədər nəzərə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəməl ərə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüng ülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsir ləndirilən şəxs Məhkum əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə, himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci əsasən onun cəzasını yüngülləşdirən hallar kimi hökmdə göstərmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının t əyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübut lar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğ v edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar