Məhkəmə qərarları › İş №1(102)-727/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-727/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-727/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktya br 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi6 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aqil Musayev (sədrlik edən və məruzəçi), Nizami Quliyev və Cavid Səfərli) 13 aprel 2022-ci il tarixli, 1(099)146/2022 saylı hökmü ilə xx xxxxxxx 1994-cü il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıq dan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmış, xx xxxxxx 1980-cı il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmə sinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum1 və əmisi oğlu iş üzrə digər təqsirləndirilən şəxs Məhkum2 Məhkum1 həmkəndlisi Zərərçəkmiş şəxs ilə evlənməsinə nail olmaq məqsədilə sonuncunu oğurlamaq barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra göstərilən məqsədlə, 03 iyul 2021-ci il tarixdə Məhkum1 atası Şahid2 məxsus “VAZ-2106” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən, Şahid4 məxsus gözəllik salonundan çıxmasını gözləyərkən saat 13 radələrində sonuncunun həmin salondan çıxıb yaşadığı ev istiqamətində piyada getdiyini gördükdə Məhkum2 Məhkum1 tapşırığı ilə avtomobili idarə edib Zərərçəkmiş şəxs yanında saxlamış, razılaşdıqları rol bölgüsünə əsasən Məhkum1 avt omobildən düşüb Zərərçəkmiş şəxs qollarından tutmaqla, iradəsinə zidd olaraq avtomobilin salonuna mindirmək istədikdə sonuncu onların niyyətini başa düşüb qaçmaq istəyərkən yıxılmış, bu zaman Məhkum1 Zərərçəkmiş şəxs qollarından tutub yerdən qaldırdıqdan sonra qucağına alıb, qollarını sıxıb saxlamaq üsulu ilə müqavimətini qırarkən sağ bazu, sağ said və bel-oma nahiyələrində qançır, sol kürək, sol dirsək və sol said nahiyələrində sıyrıqlardan ibarət, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, iradəsinə zidd olaraq avtomobilin arxa salonuna əyləşdirməyə nail olduqdan sonra Məhkum2 Məhkum1 tapşırığı ilə avtomobili Cəlilabad rayonu, Günəşli kəndində yerləşən, Məhkum1 əmisi X3 məxsus, yaşayış olmayan evin həyətinə doğru idarə etmiş, Zərərçəkmiş şəxs hə min evə gətirmişlər. Beləliklə, Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışlar. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və İlkin Abdullayev) 04 oktyabr 2022-ci il tarixli, 1(106)-564/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022ci il tarixli, 1(099)-146/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum1, Məhkum1 müdafiəçisi Müdafiəçi6 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi6 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətləri verərək hər iki şikayətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli 1(106)-5 64/2022 nömrəli qərarının ləğv edilməsi və məhkumlara təqsirli bilindikləri maddə ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi6 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılması 10 may 2023-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 30 yanvar və 28 aprel 2023-cü il tarixlərində məhkumların ərizələri məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizələrdə məhkumlar göstərmişlər ki, müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikay ətlərini geri götürür və xahiş edirlər ki, kassasiya şikayətləri məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası cinayət prosesinin iştirakçılarını dinləyib kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi6 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2 022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi6 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar