Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-728/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Neftçala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Neftçala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Xanlar Fərhadov) Məhkum, xx xxxxxx 1975-ci il tarixdə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Republikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər Neftçala Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə aza dlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının 2 (iki) ay 3 (üç) gün müddətində çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx xxxxx 2019-cu il tarixdə cəzasını çəkib qurtarmış hesab edilən, Neftçala rayonu, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 234.1-cimaddəsi ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak m iqdarından artıq miqdarda narkotik vasitə olan tiryək əldə edib üzərində saxlamış və daşımış, xx xxxx 2019-cu il tarixdə saat 14.45 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Neftçala rayonunun Qədimkənd kəndində saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd polietilen bükümdə 34,175 qram çəkidə narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum apellyasiya şikayəti verərək ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi haqqında ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Həmin şikayətə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (haimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), So ltanov Fuad Kamil oğlu və Cəfərov Rafiq musa oğlundan ibarət tərkibdə) özünün xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək onun barəsində ədalətli və humanist qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz, ədalətsiz və əsassız hesab edən Məhkum verdiyi kassasiya şikayətində CM-nin Ümumi hissəsinin cəza təyin etmənin prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş normalarına – CM-nin 8.1, 41.2, 58.3, 59 və 62-cu maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu i l tarixli və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarlarına istinad edərək göstərmişdir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri onun barəsində cəza tədbiri seçərkən iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən bir sıra halları – onun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, brusullyoz xəstəliyindən əzab çəkməsini, oğlunun hərbi xidmətdə olmasını, xəstə olan qızının isə qoca valideynlərinin himayəsində qalmasını nəzərə almamışlar. Kassatorun fikrincə, məhkəmələr bu halları nəzərə almalı və ona yüngül cəzanın təyin edilməsi haqda qərar qəbul etməli idilər həm də ona görə ki, qanunun tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun xx xxxx 2003cü il tarixli Qrarında nəzərdə tutulmuş tövsiylərinə əsasən, cəzanın məqsədi şəxsi törətdiyi əmələ görə cəmiyyətdən təcrid etməkdən yox, onu islah etmək və düz yola qaytarmaqdan ibarətdir. Buna görə, kassasiya şikayətinin müəllifi ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini daha humanist və ədalətli hesab edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və kassasiya tələbinə uyğun olan qərarın qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiası məhkəmələrinin hökm və qərarlarından ve rilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın b aş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilmə si və işin yeni apellyasiya baxışına təyin edilməsi yaxud da cinayət işinin icraatına xitam verilməsi, habelə onların dəyişdirilməsi haqqında qərar qəbul edir. Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş ci nayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum şəxsi etirafı ilə yanaşı şahidlərin ifadələrinə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan narkotik vasitə - 34,175 qram çəkidə tiryək əldə edərək üzərində saxlaması və daşıması barədə əsaslı nəticəyə gəlmiş və məhkumu n bu əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişlər. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi bütün sübutların obyektiv araşdırılmasını təmin etdiyindən apellyasiya instansiyası məhkəməsində təkrar araşdırmaya ehtiyac olmamış və məhkəmə tərəfindən məhkumun təqsirliliyinə, onun haqqında cəza tədbirinin seçilməsinə dair məsələlər üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-ediləməməsinin yoxlanılması kifayət etmişdir. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər sonuncu tərəfindən mübahisələndirilməmişdir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradı lmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qər arın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müə yyən edilir. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. Məhkum barəsindəki hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs haqqında cəza tədbiri seçərkən onun törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdrən hallar kimi kimi qiymətləndirərək nəzərə almış və apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşaraq Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar tapmamışdır. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsinin Neftçala Rayon Məhkəməsi tərəfindən çı xarılmış hökmlə cəza təyini ilə bağlı razılaşmasına əsas gətirdiyi daha bir hal ondan ibarətdir ki, Məhkum əvvəllər də - Neftçala Rayon Məhkəməsinin xx xxxxxxxx 2017ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş az ağır cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının çox hissəsini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkdikdən sonra Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı həmin cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, hazırki iş üzrə yeni cinayət törədərkən onun məhkumluğu ödənilməmiş və buna görə də məhkumun hərəkətlərində cinayətlərin residivi müəyyən edilmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhk um olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-nin 65.2-ci maddəsi isə tələb edir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göründüyü kimi, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərindən çıxış edərək Məhkum onun hərəkətlərində cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran halın olmasına görə CM-nin 65.2-ci maddəsi ilə müəyyən edilmiş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmiş və ona təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından az olmayan müddətində cəza təyin edərək onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi, yəni qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmu ş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar görməmişlər. Kassasiya kollegiyası da aşağı instansya məhkəmələrinin bu nəticəsi ilə razılaşır və hesab edir ki, Məhkum təyin edilmiş cəza qanuni və ədalətli olduğundan həmin cəzanın daha yüngül cəza ilə əvəz edilməsi üçün əsaslar yoxdur. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək və həmin şikayətin təmin edilməməsi barədə dövlət itttihamçısının çıxışını dinləyərək belə nəticəyəgəlir ki, yuxarıda göstərilənlərə görə kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə – dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-728/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-728/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver