Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-728/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İradə Həsənzadə (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Azər Paşayev) 28 iyul 2022-ci il tarixli, 1(101)-385/2022 nömrəli hökmü ilə 1973-cü il yanvarın 12-də Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməmiş, Neftçala şəhəri, məhəllə 7 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında kirayədə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə təqsirli bilib, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə, CM-in 240.3.2.-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-in 66.3.-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il aprelin 17-dən hesablanmışdır. Hökmlə həmçinin X17 və X13 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə X19 məhkum edilmişdir ona görə ki, o, X15 və X3 məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin, psixotrop maddənin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan g üclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlamaqla daşımışlar. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, X15 və X10 istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikləri sonuncunun qohumu X18, şəxsiyyəti istintaqa məlum olmayan Fərzad adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə özlər i tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli külli miqdarda təmiz çəkisi 6.307,126 qram olan narkotik vasitə heroinin, külli miqdarda təmiz çəkisi 3.179.949 qram olan narkotik vasitə qurudulmuş marixuananın, külli miqdarda təmiz çəkisi 130,148 qram olan narkotik vasitə tiryəkin, külli miqdarda tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 410,4 qram təşkil edən 10.260 ədəd həbin, külli miqdarda təmiz çəkisi 12.237,847 qram olan psixotrop maddə metamfetaminin, külli miqdarda təmiz çəkisi 198,83 qram olan narkotik vasitə həşiş qətranının, külli miqdarda tərkibində narkotik vasitələrə ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1.428,75 qram təşkil edən 6.350 ədəd həbin, üç ədəd elektron tərəzinin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələrin və psixotrop maddənin, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin Azərbaycan Respublikasının ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmişlər, bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan Fərzad adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə göstərilən narkotik vasitələri və psixotrop maddəni, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri keçirdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metr ostansiyasının yaxınlığında yerləşən ərazisindən satış məqsədi və tamah niyyəti ilə Təqsirləndirilən şəxs X7 birlikdə qanunsuz əldə etməklə Fərzad adlı İran İslam Respublikasının vətəndaşı və qeyrilərinin tapşırığı ilə psixotrop maddə metamfetamindən 10.280,842 qram çəkidə, narkotik vasitə heroindən 5.224,332 qram çəkidə, narkotik vasitə qurudulmuş marixuanadan 3.020 qram çəkidə, narkotik vasitə metadondan 9.510 ədəd həbi, tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmamaqla güclü təsiri edən maddə olan tramadol hidroxloriddən 6.000 ədəd həbi və bir ədəd elektron tərəzini ayırıb 2021-ci il aprelin 14-də saat 15:41-də X8 vasitəsi ilə satış məqsədi ilə Bakı şəhərinin Nəsimi rayonundakı «İmperial» şadlıq sarayının qarşısına gələn X9 və X16 təhvil verilməsini təşkil etdikdə X 1 Təqsirləndirilən şəxs götürərək X9 və X16 təhvil vermiş, bundan əlavə Təqsirləndirilən şəxs qanunsuz əldə olunan psixotrop maddə metamfetamindən bir ədəd bükümdə 12,005 qram çəkidə və narkotik vasitə heroindən bir ədəd bükümdə 14,246 qram çəkidə ayırıb götürməklə üzərində saxlamış, narkotik vasitə heroindən bir ədəd bükümdə 28,548 qram çəkidə, narkotik vasitə qurudulmuş marixuanadan bir ədəd bükümdə 50,325 qram çəkidə, narkotik vasitə metadondan 50 ədəd həbi və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmamaqla güclü təsir edən maddə olan tramadol hidroxloriddən 50 ədəd həbi ayırıb X11 verdikdə sonuncu sadalanları götürmüşdür, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etmiş olduğu maddələrdən 1.040 qram çəkidə narkotik vasitə heroini, 130,148 qram çəkidə narkotik vas itə tiryəki, 1.945 qram çəkidə psixotrop maddə metamfetamini, 109,624 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 198,83 qram çəkidə narkotik vasitə həşiş qətranını, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 28 qram təşkil edən 700 ədəd həbi, tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 67,5 qram təşkil edən 300 ədəd həbi və iki ədəd elektron tərəzini X7 birlikdə özünün kirayə tutduğu, ünvan 2vanına qanunsuz daşıyıb gizlətməklə saxlamışlar, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 2021-ci il aprelin 14-də saat 21:00-da əməliyyat-axtar ış tədbiri keçirilərkən X10 ünvan 3 ünvanının yaxınlığında saxlanıb idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində saat 23:00dan etibarən X6 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli sellofan torbadakı bir ədəd bükümdə külli miqdarda 124,332 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda 70,842 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, 2021-ci il aprelin 15-də saat 00:45-dən etibarən X6 qohumu X12 birlikdə kirayələdikləri ünvan 4 ünvanına özünün icazəsi və razılığı ilə baxış keçirilən vaxt qonaq otağındakı dolabdan bir ədəd narıncı rəngli polietilen torbadakı beş ədəd bükümdə ayrı-ayrılıqda 1.025 qram, 1. 030 qram, 1.025 qram, 1.005 qram və 1.015 qram, ümumilikdə təmiz çəkisi 5.100 qram olan külli miqdarda həm öz aralarında, həm də X6 üzərindən aşkar edilən narkotik vasitə heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd narıncı rəngli polietilen torbadakı on ədəd bükümdə ayrı-ayrılıqda 1.025 qram, 1.010 qram, 1.020 qram, 1.050 qram, 990 qram, 995 qram, 995 qram, 1.050 qram 1.070 qram və 1.005 qram, ümumilikdə təmiz çəkisi 10.210 qram olan külli miqdarda həm öz aralarında, həm də X6 üzərindən aşkar edilən psixotrop maddə metamfetaminlə eyni tərkibli olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd narıncı rəngli polietilen torbadakı bir ədəd parça və dörd ədəd sellofan torbalarda ayrı-ayrılıqda 590 qram, 600 qram, 685 qram, 595 qram, 550 qram, ümumilikdə təmiz çəkisi 3.020 qram olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd polietilen torbadakı 951 ədəd «Methadone 40 04 2022» göstəriciləri olan dərman konvalyutlarında ümumi sayı 9.510 ədəd açıq qəhvəyi rəngli «F/M 40» göstəricili, eyni tərkibli, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 380,4 qram təşkil edən dərman həbləri, bir ədəd karton qutunun içərisindəki hər qutusunda 10 konvalyut olmaqla 60 qutu, ümumilikdə 600 ədəd üzərindəki «Tramadol Hydrochloride 225» göstəriciləri ilə dərman konvalyutlarında 6.000 ədəd qırmızı rəngli dairəvi formalı tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqd arı 1.350 qram təşkil edən eyni tərkibli dərman həbləri, səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi və içərisində narkotik vasitələrin alqı-satqısına dair qeydlər aparılmış dəftər aşkar olunaraq götürülmüşdür. Daha sonra istintaqla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2021-ci il aprelin 17-də saat 12 radələrində əməliyyat-axtarış tədbiri keçirilən zaman X15 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 48 ünvanının yaxınlığında saxlanıb idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində X8 üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki qara rəngli şalvarın sol yan cibindən bir bükümdə 28,548 qram çəkidə kustar üsulla hazı rlanmış narkotik vasitə heroin, sol yan diz cibindən 50 ədəd açıq qəhvəyi rəngli «F/M 40» göstəricisi olan, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 02 qram və 50 ədəd qırmızı rəngli dairəvi formalı tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 11,25 qram təşkil edən dərman həbi, sağ yan diz cibindən bir bükümdə 50,325 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir bükümdə 12,005 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir bükümdə 14,246 qram çəkidə X8 üzərindən aşkar edilən narkotik vasitə heroinlə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, göstərilən tarixdə Zaur Zakir oğlu X2 birlikdə özünün kirayə tutduğu ünvan 2vanında Təqsirləndirilən şəxs icazəsi və razılığı ilə baxış keçirilərkən otaqdakı qəhvəyi rəngli dolabdan bir ədəd göy rəngli polietilen torbadakı iki ədəd plastik qabda ayrı-ayrılıqda 52,955 qram və 56,669 qram, ümumilikdə təmiz çəkisi 109,624 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd plastik qabda 700 ədəd açıq qəhvəyi rəngli «F/M 40» göstəricisi olan, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 28 qram təşkil edən həm öz aralarında, həm də X6 və X8 üzərindən aşkar edilmiş dərman həbləri ilə eynilik təşkil edən həb, 300 ədəd qırmızı rəngli da irəvi formalı tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 67,5 qram təşkil edən həm öz aralarında, həm də X6 və X8 üzərindən aşkar edilmiş dərman həbləri ilə eynilik təşkil edən həb, bir ədəd sellofan bükümdə 130,148 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd şüşə qabda 198,83 qram çəkidə narkotik vasitə həşiş qətranı, bir ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi, bir ədəd göy rəngli polietilen torbadakı bir ədəd sellofan torbada təmiz çəkisi 600 qram, iki ədəd plastik qabda ayrı-ayrılıqda 355 qram və 990 qram, ümumilikdə təmiz çəkisi 1.945 qram olan külli miqdarda həm öz aralarında, həm öz üzərindən, həm də X6 və X8 üzərindən aşkar edilən psixotrop maddə meta mfetaminlə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd plastik qabda təmiz çəkisi 1.040 qram olan külli miqdarda həm öz üzərindən, həm də X6 və X8 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi və narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunan 5.000 manat məbləğində nağd pul aşkar olunub götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Kamran Əkbərov) 21 dekabr 2022-ci il tarixli, 1(103)-2056/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən X4 müdafiəçisi Müdafiəçi1 və təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməsi və ona CM-in 32.5,206.2-ci maddəsi üzrə bəraət verilməsi, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə sanksiyada nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinməsi əsassız olduğundan həmin hissədə icraata xit am verilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan fak tları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin dəlilləri məhkum Təqsirləndirilən şəxs əməlində qaçaqmalçılıq cinayətinin, yəni əməlində Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsinin tərkibinin olmaması, həmçinin təqsirli bilindiyi CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə və işin hallarına uyğun olmayan ağır cəza təyin edilməsi ilə əlaqədardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma i lə bağlı ittiham, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün həmin sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirmişdir. Həmin sübutların mötəbərliyini şübhə altına alan hər hansı bir xüsusat müəyyən edilməmişdir. Kassasiya şikayətində məhkumun əməlinin CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilməsi mübahisələndirilmir. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutları nəzərdən keçirib həmin sübutlar əsasında müəyyən edilmiş işin hallarını nəzərə alaraq, kassasi ya şikayətinin məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yanaşı CM-in 32.5,206.3.2-ci maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsinin əsassız olması barədə dəlili ilə aşağıda göstərilən əsaslara görə razılaşmır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, h ərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəy an etməməklə keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-in 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirak çıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Yuxarıda qeyd edilən qanun normalarından və Ali Məhkəmənin Plenumunun qərarında verilmiş izahlardan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3 2.5,206.3.2-cü maddəsi ilə təqsirli bilinməsi üçün məhkəmə iclasında tədqiq edilmiş sübutlarla onun digər şəxslərə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin gətirilməsində köməklik göstərməsi müəyyən edilməli, onlar arasında bu barədə razılaşma (əlbirlik) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsindən əvvəl baş tutmalıdır. Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 7-8 ildir tanıdığı Fərzad adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyi narkotik vasitələri deyilən yerə aparmaq müqabilində ona 3.000 manat verəcəyi vədi ilə razılaşdıqda sonuncu Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında, 4-cü mikrorayon d airə ərazisində, yaşıllıq zolağında olan ağacların altından iki sellofan torbadakı narkotik maddələri götürməsini tapşırmışdır. O, evdə həmin torbaları açanda müxtəlif növ narkotik vasitələr, psixotrop maddə metamfetamin, çoxlu sayda metadon və tramadol həbləri, üç ədəd elektron tərəzi olduğunu görmüşdür. Həbs olunmamışdan 4-5 gün əvvəl Fərzad zəng edərək narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, metadon və tramadol həblərini iki ədəd sellofan torbaya yığmaqla Bakı şəhərinin «Şamaxinka» adlanan yerdəki «İmperial» şadlıq sarayının qarşısında gözləyən «Kia» markalı avtomaşına aparıb qoymasını bildirmişdir. O, tutulmaqdan qorxduğu üçün işi kiməsə gördürməyi qərarlaşdıraraq 1.000 manat müqabilində X15 adlı şəxslə razılaşmışdır. 2021-ci il aprelin 17-də Fərzad 50 qram narkotik vasit ə marixuana, 30 qram narkotik vasitə heroin, metadon və tramadol həblərinin hərəsindən 50 ədəd olmaqla 4-cü mikrorayon dairəsi yaxınlığına aparmasını, sonradan isə əlavə olaraq həmin yerə yaxın bir əraziyə 15 qram narkotik vasitə heroin və 12 qram psixotrop maddə metamfetamin atmaq lazım olduğunu bildirmiş, Zaur onunla razılaşmaqla gəlib ilk əvvəl qoyulmalı olan maddələri ondan götürmüş, ikinci bağlama isə öz üzərində qalmışdır. O və Zaur 2021-ci il aprelin 17-də kirayədə yaşadığı evin yaxınlığında olduqları vaxt mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etməklə Zaurun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib onları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçilərin iştirakı ilə hər ikisinin üzərində şəxsi axtarış aparıldıqda o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, «Kapital Bank»a, «Beynəlxalq Bank»a və «Unibank»a məxsus üç ədəd plastik kartı, sol yan cibindən iki ədəd sellofan bükümü, arxa sağ yan cibindən 200 manat məbləğində pulu, yaşadığı mənzilin açarını və arxa sol cibindən 20 manat məbləğində pulu çıxararaq təqdim etdiyi maddələri necə əldə etməsini ətraflı izah etmişdir. 220 manat məbləğində pul özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi, plastik kartlar və mobil telefon götürülməklə bükümlər ağ zərfə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra X8 üzərində şəxsi axtarış aparılarkən sonuncu əynind əki qara rəngli şalvarın arxa sağ yan cibindən öz şəxsiyyət vəsiqəsini, sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, sol yan cibindən 100 manat məbləğində pulu, bir ədəd sellofan bükümü, sol yan diz cibindən 50 ədəd metadon və 50 ədəd tramadol həblərini, sağ yan diz cibindən bir ədəd sellofan bükümü təqdim edərək onun dediklərini təsdiq etmişdir. 100 manat məbləğində pul Zaura qaytarılmaqla şəxsiyyət vəsiqəsi və mobil telefon götürülmüş, aşkar edilən maddələr zərfə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun razılığı ilə yaşadığı evə baxış keçiriləndə o, mənzilin girişindən sol tərəfdə yerləşən otağın sağ tərəfindəki qəhvəyi rəngli dolabdan üç ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim etməklə birinin içərisində narkotik v asitələrin qanunsuz dövriyyəsindən əldə edilən 5.000 manat məbləğində pul olduğunu bildirmiş, ikinci göy rəngli sellofan torbadan iki ədəd plastik qabda narkotik vasitə marixuana, bir ədəd plastik qabda üzərində «Tramadol» sözü yazılmış 300 ədəd və üzərində «Metadon40» sözləri yazılmış 700 ədəd həblər, bir ədəd sellofan bükümdə narkotik vasitə tiryək, bir ədəd şüşə qabda narkotik vasitə həşiş qətranı və bir ədəd elektron tərəzi, üçüncü sellofan torbadan içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan torba və iki ədəd plastik qab, bir ədəd içərisində narkotik vasitə heroin olan plastik qab və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Göstərilən pul vəsaiti və aşkar olunan maddələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifad ələr cinayət işi üzrə digər sübutlarla təsdiq olunduğundan məhkəmələr əsaslı olaraq həmin ifadələri düzgün və həqiqətə uyğun kimi qiymətləndirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələri gətirən şəxsə vəd verib onları qəbul etməsi və verilmiş vədlərə uyğun hərəkətlərin edilməsi, yəni qaçaqmalçılıq əməlinin törədilməsinə köməklik göstərməsi təsdiq olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs oğlunun əməlinin CM-in 234.4.1, 234.4.3 və 240.3.2.-ci maddələri ilə yanaşı həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsi ilə tövsif edilməsi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmələr bu nəticəyə gələrək Azərbaycan Respublikası A li Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında verilmiş tövsiyələrə əsasən cinayət işinin hallarını düzgün qiymətləndirmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs oğlunun əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2.-ci maddələri ilə düzgün tövsif olun muşdur və məhkumun əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və işin faktiki hallarına uyğun olmuşdur. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət-prosessual normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs barəsində Azərb aycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət veri lmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxs iyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun əməlində cəzasının yüngüləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona CM-nin 32.5, 206.3.2.-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il, CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 66.3.-cü maddəsi əsasında Təqsir ləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrində 5 ildən 12 ilədək, CM-in 206.3.2-ci maddəsində 5 ildən 8 ilədək, CM-in 240.3.2-ci maddəsində 4 ildən 8 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 234 və 240-ci maddələrində görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş və saxlanılmış narkotik vasitənin, psixotrop maddənin və onlara aid olmaya güclü təsir edən və ya zəhərləyəci maddələrin miqdarından asılıdır. Qanunsuz əldə edilmiş və saxlanmış narkotik vasitələrin və psixotrop maddələrinin m iqdarı baxımından məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin cəzanın açıq-aşkar ədalətsiz və sərt olması barədə dəlillə razılaşmaq olmur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəy yən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum Təqsirləndirilən şəxs, X17 və X4 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya ş
Məhkəmə qərarları › İş №1(102)-728/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-728/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver