Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-728/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Eynullayev Hüseyn Əmin oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234. 4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Eynullayev Hüseyn Əmin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2024-cü il tarixli 1(101)-349/2024 nömrəli (hakimlər: Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 2 aprel 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum2 Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 6 yanvar 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi müəyyən edilmişdir. Həmin hökmlə, həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhk um edilmiş şəxs Məhkum2 müdafiəçiləri Eynullayev Hüseyn Əmin oğlu və Sarıyev Əjdər Hakim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, məhkum edilmiş şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024cü il tarixli 1(103)-2132/2024 nömrəli (hakimlər: İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Ələkbərov Əfqan Qəzənfər oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2024-cü il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmiş, həmin hökmlə Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddə ti 7 (yeddi) ilə endirilmiş, hökm Məhkum2 aid qalan hissələrdə, Məhkum1 münasibətdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Eynullayev Hüseyn Əmin oğlu tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2024-cü il tarixli hökmünə əsasən Məhkum2 təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum2 külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə tanışı Məhkum1, “Baba” adlı İran İslam Respublikasının vətəndaşı ki mi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında mənfəət olaraq gəlir əldə etmək müqabilində “Baba” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitələrin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvü Məhkum1 5 yanvar 2023-cü il tarixdə “Baba” adlı şəxsin tapşırığı ilə xxx qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş, külli miqdarda, təmiz çəkisi 2027,549 qram (2 kq 27,549 qram) narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 5020 qram (5 kq 20,0 qram) narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib 6 yanvar 2023-cü il tarixdə səhər saatlarında ünvan 3 ünvanda həmin narkotik vasitə heroinin 4 ədəd bükümdə, təmiz çəkisi 4,046 qram hissəsini satışını təşkil etməsi üçün ona vermiş, qalan hissəsini isə üzərində və idarə etdiyi “Kia Optima” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrup üzvü Məhkum1 6 yanvar 2023-cü il tarixdə saat 15 radələrində ünvan 4 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilib xidməti iş otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 18,703 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 17 radələrində Məhkum1 iştirakı ilə Nizami RPİ-nin inzibati binasının həyətində “Kia Optima” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən 1 ədəd qara rəngli sellofan bağlamada, külli miqdarda, təmiz çəkisi 2004,8 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd qara rəngli polietilen bağlamada, külli miqdarda, təmiz çəkisi 5020 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kus tar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən o, 6 yanvar 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 7 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş və orada onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən Məhkum1 üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə heroinlə tərkibinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edən 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,875 qram, 0,999 qram, 0,874 qram, 1,298 qram olmaqla, ümumi təmiz çəkisi 4,046 qram olan, külli miqdarda qəhvəyi rəngli, tozşəki lli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum2 müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyədək icraat zamanı toplanmış istintaq materiallarından, o cümlədən birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlardan görünür ki, Məhkum2 satış məqsədi ilə narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız sonuncudan aşkar olunmuş narkotik vasitə heroinin dörd ədəd bükümdə qablaşdırılması və şəxsi istehlak miqdarından artıq miqdarda olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. Belə ki, Məhkum2 ibtidai istintaq zamanı verdiyi ifadəsi həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs Məhkum2 Nizami RPİ-nin inzibati binasında ona qarşı fiziki işgəncələrin olduğunu, işgəncə nəticəsində etirafedici ifadələrin alındığını bildirmişdir. Həmçinin “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” qərarla müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs tanış edilsə də, üzərində şəxsi axtarışın keçirilməsi müdafiəçinin iştirakı olmadan həyata keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, guya təqsirləndirilən şəxsin öz ərizəsi əsasında onun üzərində axtarış aparılması müdafiəçinin iştirakı olmadan aparılmışdır. Lakin təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadəsi zamanı o, belə bir ərizəni yazmadığını bildirmişdir. Məhkəmə prosesində Məhkum2 verdiyi ifadədən məlum olur ki, o, təxminən 1 il müddətd ir ki, narkotik vasitə heroindən istifadə edir, lakin satışı ilə heç vaxt məşğul olmamışdır. Bununla yanaşı, həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxs Məhkum1 öz ifadəsində Məhkum2 barəsində heç nə söyləməmiş, onunla birgə narkotik vasitələrin satışını həyata keçirdiklərinə dair heç bir məlumat verməmişdir. Odur ki, Məhkum2 istifadəçisi olduğu narkotik vasitə heroini kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Məhkum2 narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün almışdır. Məhkum2 saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda narkotik vasitə və psixotrop maddə ilə bağlı etirafedici ifadəsi, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri onun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyini təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilməməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli qərarının Məhkum2 aid hissədə ləğv edilməsini xahiş edir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli qərarı Məhkum2 aid hissədə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi “Məhkum2 ə məlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir” cümləsini qeyd etsə də, Məhkum2 təyin edilmiş cəzanı endirərkən məhkəmənin konkret olaraq nəyə istinad etməsi və ya nəyin rəhbər tutması qeyri-müəyyən qalmışdır. Məhkəmə təcrübəsinə əsasən bu kateqoriyalı cinayətlər üzrə cəza təyini zamanı məhkəmələr təqsirləndirilən şəxsin törətmiş olduğu cinayəti etiraf etməsini, şərait yaradan halların aradan qaldırılması üçün istintaqla əməkdaşlıq edib şəbəkənin ifşa edilməsi üçün köməklik göstərilməsini və s. bu kimi halları nəzərə alır. Hazırkı cinayət işində isə təqsirləndirilən şəxs Məhkum2 ibtidai istintaq dövründə özünü təqsirli bilsə də, məhkəmə istintaqı zamanı mövqeyini dəyişərək özü nü təqsirli bilməmiş və qrup üzvləri barədə heç bir məlumat verməmişdir. Əksinə, hər vasitədən istifadə etməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Hazırkı iş üzrə çıxarılmış hökmlə həmçinin Məhkum1 da CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum1 ittihamı Məhkum2 elan olunmuş ittihamından bir qədər fərqlidir (əlavə olaraq 234.4.2-ci maddəsi də mövcuddur) və bu səbəbdən də, birinci instansiyası məhkəməsi Məhkum2 9 il azadlıqdan məhrum etmə cəzası təyin edərkən, Məhkum1 bu növ cəza 10 il müddətinə müəyyən edilmişdir. Hər iki məhkəmə öz yekun qərarlarında qeyd edir ki, Məhkum2 əməlində CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum1 himayəsində 1 azyaşlı uşağının olması isə CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edilmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi Məhkum1 təyin olunmuş cəzanın qüvvədə saxlamaqla, Məhkum2 isə cəzasını endirərkən hansı meyarları rəhbər tutmasını müəyyən etmək mümkün deyil. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarının Məhkum2 aid hissədə ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmra nov Hafiz Beykəs oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Eynullayev Hüseyn Əmin oğlu çıxış edərək, kassasiya protestinin əsassız olduğunu bildirib, onun təmin edilməməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun əməlin in düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.1.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyin i və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cin ayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb ilk növbədə kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarı isə Məhkum2 aid hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərar ından görünür ki, Məhkum2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum2 əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234. 4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursor larının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyəti ndə olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, müdafiə tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Məhkum2 ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsi, onun ibtidai istintaq zamanı özünü tam təqsirli, məhkəmə istintaqı zamanı isə qismən təqsirli bilməsinə dair verdiyi izahat və ifadələri, digər təqsirləndirilən şəxs Məhkum1 ibtidai istintaq zamanı veridiyi ifadəsi, şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, “şəxsi axtarış və götürmə keçirilməsi barədə” 6 yanvar və 7 yanvar 2023-cü il tarixli protokollar və onlara əlavə edilmiş disklər, “videogörüntülərə baxış keçirilməsi haqqında” 7 yanvar 2023-cü il tarixli protokol, “diskə baxış keçirilməsi haqqı nda” 3 aprel 2023-cü il tarixli protokol, 26 aprel 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 yanvar 2023-cü il tarixli 6/73 nömrəli rəyi, maddi sübutlar və işdə olan digər istintaq hərəkətlərinə dair protokollar və toplanılmış sübutlar ilə təsdiq olunur və məhkumun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Müdafiəçi kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətlərdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayətprosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlilinə qiymət verərək qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılı ğın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, müdafiə tərəfi işg əncə faktının araşdırılmasını və iddia etdiyi halların müəyyən edilməsini və apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini apellyasiya məhkəməsindən xahiş etmiş və məhkəmə kollegiyası bu barədə müvafiq araşdırma aparmışdır. Həmin araşdırmaya əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 22 iyun 2023cü il tarixli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, təqsirləndirilən şəxs Məhkum2 xx.xx.2023-cü il tarixində 3 saylı İstintaq təcridxanasına daxıl olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilərkən zədə aldığını bildirmiş, sol gözaltı nahiyəsində bənövşəyi rəngli qançır, hər iki diz nahiyəsində çapıq aşkar edilmişdir. Cinayət işinin materiallarında olan “cinayət işi baş lanmasının rədd edilməsi haqqında” 25 fevral 2023-cü il tarixli qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs Məhkum2 bədən səthi üzərində xəsarət izi aşkar edilməsi faktı ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, araşdırma zamanı Məhkum2 izahatında sol gözaltı nahiyəsində aşkar olunmuş bənövşəyi rəngli qançır polislər tərəfindən saxlanılarkən qoluna dəmir qandal taxılması üçün qolunu buranda öz təqsiri üzündən yerə yıxılıb aldığını bildirmiş, həmçinin polis əməkdaşları öz izahatlarında Məhkum2 onlar tərəfindən heç bir zorakılıq göstərilmədiyini, Məhkum2 həmin xəsarəti tutulan zaman sonuncunun qoluna qandal taxmaq istədikdə Məhkum2 öz ehtiyatsızlığı üzündən yerə yıxılaraq aldığını bildirmişlər. Kassasiya məhkəmə kollegiyası hesa b edir ki, istər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq Məhkum2 təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması barədə mübahisələndirdiyi dəlilləri “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 fevral 2023-cü il tarixli qərarı ilə araşdırılaraq təkzib olunduğu və həmin qərardan şikayət verilmədiyini əsas götürərək mötəbər hesab etməmişdir. Məhkum2 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum2 təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göst ərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanı n şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsin də nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası “məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi” kimi, yuxarıda qeyd olunan apellyasiya icraatına aid müddəalardan müəyyən qədər fərqli məzmunda təsbit edilmişdir. Lakin, fərqli məzmunda olmalarına baxmayaraq, kassasiya instansiyası məhkəməsində sözügedən məsələyə baxılarkən də qeyd olunan normalar bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilməli və məsuliyyəti yüngülləşdirən və yaxud ağırlaşdıran halların nəzərə alınmamasında ifadə olunan aşağı instansiya məhkəmələrinin yol verdikləri pozuntu mühüm əhəmiyyətli olmaqla cəzanın “açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır cəza kimi qiymətləndirilməsi üçün əsas yaratmalıdır. Çünki, məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə və məhz belə olduqda, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin pozulması, CPM-in 8.0.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzifəsinin lazımınca yerinə yetirilməməsi haqqında mühakimə yürütmək və bunun nəticəsi olaraq (kassasiya müraciətində məhkumun vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda) apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və apellyasiya baxışının təkrarlanması üçün işin həmin instansiyaya qaytarılmasına bəraət qazandırmaq olar. Kassasiya məhkəməsində məhz belə (fundamental) xarakterli pozuntuların müəyyən edilməsinin apellyasiya instans iyası məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi nəzərdən keçirilməsi kassasiya icraatının xüsusiyyətlərindən irəli gəlir. Belə ki, CPM-in 407.2, 408.1, 419.11-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxaraq, ancaq hüquq məsələləri üzrə cinayət, cinayət-prosessual qanunların tətbiqinin düzgünlüyünü yoxlayır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda - fundamental pozuntuları aradan qaldırmaq üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən hissədə kassasiya protestinə mahiyyəti üzrə baxaraq hesab edir baxılan işdə apellyasiya instan siya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Məhkum2 barəsində təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilə endirərkən cinayəthüquqi normalarına əməl olunmamış, o cümlədən məhkum edilmiş şəxsin şəxsiyyəti, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, törədilmiş cinayətdə təqsirli şəxsin rolu lazımınca nəzərə alınmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarında “Məhkum2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir” cümləsini qeyd etməsinə baxmayaraq, ona təyin edilmiş cəzanın müddətini yüngülləşdirərkən konkret olaraq nəyə əsaslanmasını müəyyən etmək mümkün olmamışdır. Aydın məsə lədir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən məcəllədə nəzərdə tutulmamış başqa hallarda cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə olduğu bütün hallarda məhkəmə həmin halların cəzanı yüngülləşdirən hal kimi nəzərə aldığını əsaslandırmalıdır. Qeyd edilən tövsiyə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 4-cü bəndində də öz əksini tapmışdır. Lakin, hazırkı iş üzrə məhkəmələr tərəfindən Məhkum2 nə cəzasını ağırlaşdıran hallar, nə də ki cəzasını yüngülləşdirilən hallar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsinin qərarından müəyyən olunur ki, Məhkum2 cəza təyin edilərkən CM-in 8, 41, 58-ci maddələri formal surətdə sadalamaqla birin ci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığı göstərilsə də, təyin olunmuş cəzanın törədilmiş cinayətin xarakteri, yəni keyfiyyət göstəricisi və ictimai təhlükəlilik dərəcəsi, yəni kəmiyyət göstəricisi ilə məhkəmənin nə kimi uyğunluq tapdığını müəyyən etmək mümkün deyil. Hazırkı iş üzrə törədilmiş cinayətin ictimai təhlükəliliyi, törədilməsi ilə bağlı olan diqqətəlayiq hallar isə odur ki, Məhkum2 Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsnif edilən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Kassasiya məhkəmə kollegiyası həmçinin kassas iya protestinin o dəlili ilə də razılaşır ki, Məhkum2 əməlində CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədiyi, Məhkum1 himayəsində 1 azyaşlı uşağının olmasının isə CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edildiyi halda, apellyasiya instansiyası məhkəməsinin nəyə istinad edərək Məhkum1 təyin olunmuş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasını dəyişdirmədən qüvvədə saxlayaraq, Məhkum2 cəzasının müddətini daha da endirməsi qeyri-müəyyəndir. Bu xüsusatların fonunda apellyasiya məhkəməsinin Məhkum2 hər hansı bir halı onun cəzasını yüngülləşdirə biləcək hal kimi müəyyən etmədən və işin hallarına görə Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının (beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nisbətən aşağı həddinə yaxın müddətə azadlığın azadlıqdan məhrum etmə cəzası təyin etməsi CM-in 58.3-cü maddəsi ilə uzlaşan nəticə kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar onu göstərir ki, əslində apellyasiya məhkəməsinin Məhkum2 təyin olunmuş həmin cəza vasitəsilə islah oluna bilməsinə inam yaratmasına, cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının həmin cəzanın yüngülləşdirilməli olmasına dair qənaəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutların məcmusundan, baxılan məsələnin həlli üçün əhəmiyyətli olan (cəzanın müəyyən edilməsinə təsir göstərən) bütün halların nəzərə alınmasından irəli gəlmir. Apellyasiya instansiya məhkəməsinin qeyd olunanları nəzərə almadan birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəza müddətinin endirilməsini mümkün sayması onu göstərir ki, Azərbaycan Respublikası CM-in 8, 58.3, 62-ci maddələrində göstərilən cəzanın müəyyən edilməsinə, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz. Azərbaycan Respublikası CPM-in 420.2-ci maddəsinə əsasən cinayət iş i, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərərçəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan poz untu kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın Məhkum2 cəza təyin edilməsi hissəsində ləğv edilməsini və apellyasiya baxışının həmin hissədə yenidən keçirilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 müdafiəçisi Eynullayev Hüseyn Əmin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Bakı Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən Məhkum2 cəza təyin edilməsi hissəsində ləğv edilsin və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-728/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-728/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver