Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-729/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili Əsgərova Əfifə Füzuli qızının iştirakları ilə xx xxx 2000-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olmaqla, ünvan 1 yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.1, 29, 120.2.2 və 221.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən məhkumun müdafiəçisi, Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili Əsgərova Əfifə Füzuli qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), F.A.Qəribov və T.Q.Hüseynov) Məhkum CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və onun xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 20 18-ci il tarixədək şübhəli şəxs kimi tulduğu müddət təyin edilmiş cəza müddətinə daxil edilməklə üzərində qəti olaraq 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə Məhkum CM-in 29, 120.2.1, 29, 120.2.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə ona həmin maddələrlə bəraət verilmişdir. Həmin hökmlə həmçinin X5 CM-nin 29, 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs və onun nümayəndəsi, məhkum Xi n özü və müdafiəçisi, habelə Məhkum müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən), N.E.Məmmədov və Ə.N.Bayramov) məhkum Xin özü və müdafiəçisi və Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ləğv edilmişdir. Məhkum CM-nin 29, 120.2.1, 29, 120.2.2, 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və CM-nin 29, 120.2.1, 29, 120.2.2-ci maddələri ilə 14 (on dörd) il müd dətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 14 (on dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 14 (on dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Apellyasiya insta nsiya məhkəməsinin hökmünə əsasən, Məhkum xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmişdir. Belə ki, Məhkum xx xxxxxxxx 2018-ci il tarixdə saat 20:30 radələrində tanışı X5 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən Bakı Metropoliteninin “Gənclik” stansiyasının çıxışında dayanarkən oradan piyada keçən X3 ünvanına fit çalmaqla sataşmış və nalayiq sözlər işlətmişdir. Həmin vaxt yaxınlıqda olan və X2 ilə sevgi münasibətlərində olan X X6 yaxınlaşmış və iradını bildirmişdir. Bun dan sonra, Məhkum X2la bir qrup şəxs halında ətrafda olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərərək Zərərçəkmiş şəxs fiziki zor tətbiq ediləcəyi hədəsi ilə psixi təsir göstərməklə ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirmiş, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edərək əvvəlcə Zərərçəkmiş şəxs üzünə başı ilə zərbə vurmuşdur. Bunun ardınca Məhkum X2la birlikdə bir qrup şəxs h alında Zərərçəkmiş şəxs üzərinə hücum edib yumruq və təpik zərbələri vuraraq qərəzli xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs burun tağının əzilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan sonra X üzərində gəzdirdiyi soyuq silah hesab olunan bıçağı çıxarıb silah qismində istifadə edərək zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra heç bir səbəb və əsas olmadan xuliqanlıq niyyəti və qəsdən öldürmək məqsədi ilə həmin bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinə bir dəfə vuraraq döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən diafraqmanı zədələyən 1 (bir) ədəd dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Bu ərəfədə Məhkum X2la həmrəy olduğunu nümayiş etdirərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs arxasına keçmiş, xüsusi fənd işlədib sonuncunun qollarını kürəyinə doğru qatlamış və çarpaz formada sıxıb saxlamaqla özünü müdafiə etmək müqavimətini qırmışdır. X isə bundan istifadə edərək təkrar Zərərçəkmiş şəxs bıçaqla 1 (bir) dəfə vuraraq döş qəfəsinin ön səthinin daxilə nüfuz edən hemopnevmotoraksla müşayiət olunan və ağ ciyərin zədələnməsi ilə nəticələnən 1 (bir) ədəd dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Lakin hadisənin ictimai yer hesab olunan “Gənclik” metro stansiyası çıxışında baş verməsinə görə səsküyə çoxsaylı insan toplaşdığından, Zərərçəkmiş şəxs kömək çağırışlarına hüquq-mühafizə orqanlarının əməkdaşlarının g ələcəklərini bilib tutulacaqlarından və Zərərçəkmiş şəxs qısa müddət ərzində ixtisaslı tibbi yardım göstərildiyinə görə həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilərək, Məhkum CM-nin 29, 120.2.1, 29, 120.2.2-ci maddələri ilə bəraət verilməsi, Məhkum yalnız CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməklə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza müddətində cəza təyin olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, müdafiə etdiyi şəxs barəsində apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, hadisənin yeganə şahidi olan X9 məhkəmədə ifadə verərək bildirmişdir ki, mübahisə zamanı Məhkum Zərərçəkmiş şəxs qollarını tutmamış, onun müqavimətini qırmamış Xla X1 bir-birlərinə cumduqları zaman Məhəmmədəli onlardan bir neçə metr aralıda olmuşdur. Əli Rüstəmov həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxsə yazığı gəldiyi üçün ibtidai istintaq zamanı onun ifadəsinə uyğun ifadə vermişdir. Müdafiəçi həmçinin qeyd edir ki, ibtidai istintaqın ilkin dövründə Zərərçəkmiş şəxs ifadələrində onun bıçaqla vurulması zamanı Məhəmmədəlinin onun qollarını tutması göstərilməmiş, yalnız bir ay sonra verdiyi ifadəsində zərərçəkmiş təhrif olunmuş ifadə verərək bıçaqdan yayınmağa çalışarkən X3nin onun qollarını tutduğunu bildirm işdir. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyət kəsb edən hallara düzgün qiymət verməmiş, araşdırmamış, ziddiyyətli məqamları nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol vermişdir. Nəticədə qəbul edilən qərar ədalətsiz olmuşdur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 01 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı müdafiəçi Ə.Əsgərova və dövlət ittihamçısı R.Alverdiyevin çıxışları nı dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası c inayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-729/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-729/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver