Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-729/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası mə hkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2020-ci il tarixli qərarından verdiyi kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Göygöl Rayon Məhkəməsinin 9 iyun 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Q.Ə.Abbasov) Məhkum (xx xxxx 1971-ci ildə ünvan2da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ dərəcə əlil, əvvəllər məhkum olunmamış, ünvan3də qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, islah işləri cəzasının Məhkum i şlədiyi və qazancından dövlət nəfinə ilk tutulmaların aparıldığı vaxtdan hesablanması, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.A.Muxtarov, hakimlər Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadədən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 9 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsa sən Məhkum 2017-2018-ci illər ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta aksiz markası ilə markalanmış 329 ədəd alkoqollu içkiləri 16 iyul 2019-cu il tarixədək qohumu X2 adına açılmış ********** saylı VÖEN-dən istifadə etməklə, özünün sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan4 ünvanda yerləşən “XX80” adlı ərzaq mağazasında satış məqsədilə saxlamışdır. Belə ki, o, 2017-2018-ci illər ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta aksiz markası ilə markalanmış 205 ədəd 1,0 litrlik “XXX35”, 95 ədəd 0,7 litrlik “XXX35”, 21 ədəd 1,0 litrlik “XXX44” və 3 ədəd 0,75 litrlik “XXX44” alkoqollu içkiləri, həmçinin aksiz markasının üzərində seriya və nömrəsi olmayan 3 ədəd 1,0 litrlik və 2 ədəd 0,7 litrlik “XXX35” adlı alkoqollu içkiləri 16 iyul 2019-cu il tarixədək sah ibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan5 ünvanda yerləşən “XX80” adlı ərzaq mağazasında satış məqsədilə saxlamışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum cəza təyin edilərkən, eləcədə də apellyasiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar barədə məsələ düzgün həll edilməmiş, o cümlədən əsassız olaraq təqsirləndirilən şəxsin müsbət xarakteriə olunması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, cinayətin törədilmə halları, xüsusilə də Məhkum məhz istifadə üçün yararsız, yəni istehlakçıların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyi olan 329 ədəd aksiz markası ilə markalanmamış alkoqollu içkiləri satış məqsədi ilə öz mağazasında saxlaması isə nəz ərə alınmamış, nəticədə Məhkum onun şəxsiyyətinə, törətdiyi əməlin xarakterinə və ictimai təhülükəlilik dərəcəsinə müvafiq olmayan islah işləri növündə həddindən artıq yüngül cəza təyin edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsas lardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallara dair məsələnin düzgün həll olunmadığını, nəticədə Məhkum islah işləri növündə həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Cinayət-Prosessual Məcəllənin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi əsaslarından biri kimi nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419c u maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəx slər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-c ü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəza vasitəsilə islah olunacağına dair inam CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Həmçinin, Cinayət Məcəlləsinin Ümumi hissəsinin konkret cəzalara həsr olunmuş bəzi normaları bir sıra cəzaların müəyyən xüsusi əlamətlərə malik olan təqsirl əndirilən şəxslərə təyin edilməsinə yol vermir (məsələn, CM-in 49.4-cü maddəsi). Odur ki, təqsirləndirilən şəxsə bu və ya digər cəza təyin edilərkən həmin normaların tələbləri gözlənilməli, təqsirkarın öz fərdi xüsusiyyətlərinə görə seçilən cəzanı çəkməyə qadir olub-olmaması məsələsi də diqqətdə saxlanılmalıdır. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosisal ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə - islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Baxılan işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə bu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə, islah işləri, üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından ik incisini təyin edərkən (apellyasiya instansiyası məhkəməsi həmin cəzanı dəyişdirilmədən saxlayarkən) cinayətin törədilmə hallarını və Məhkum şəxsiyyətini (xüsusi əlamətlərini) kifayət qədər nəzərə almamışdır. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş və cinayət prosesi tərəflərinin mübahisələndirmədikləri faktiki hallarından görünür ki, Məhkum satış məqsədi ilə mağazasında saxladığı 329 ədəd saxta aksiz markası ilə markalanmış alkoqullu içkilər istifadə üçün yararsız olmuşdur. Bu hal dövlət ittihamçısının həmin alkoqollu içkilərin istehlakçıların həyat və sağalamlığı üçün potensial təhlükə mənbəyi olmasına və cəzanın təyini zamanı - həm cinayətin törədilmə hallarının (müvafiq olaraq da ictimai təhlükəliliyinin), həm də təqsirkarın şəxsiyyətinin dəyərləndirilməsi baxımından nəzərə alınmalı olduğuna dair dəlilinin diqqətəlayiq dəlil olduğunu göstərir. Lakin, birinci instansiya məhkəməsi cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə hökmü dəyişdirilmədən saxlayarkən bu dəlil nöqteyi-nəzərindən təhlil aparmamışlar. Şərh edilən məsələnin həlli baxımından əhəmiyyət kəsb edən işin müəyyən edilmiş sayılan və tərəflərin mübahisələndirmədikləri başqa bir hal isə odur ki, Məhkum ikinci dərəcə (qrup) əlildir. Düzdür, Cinayət Məcəlləsinin 49.4-cü maddəsi islah işləri cəzasının birinci qrup əlillərə (eləcə də hərbi qulluqçulara) təyin edilməsini qadağan edir. Lakin, birinci instansiya məhkəməsində əldə olunaraq 48-ci nömrə altında cinayət işinin materillarına əlavə olunmuş Məhkum ikinci qrup əlilliyin təyin olunması haqqında “TSE-01 seriyalı 944526 saylı arayışda, onun “əm ək qabiliyyətsiz” olmasına dair xüsusi qeyd verilmişdir. Halbuki, Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə görə islah işləri cəzası iş yerində, Cəzaların İcrası Məcəlləsinin 42.1-ci maddəsinə görə isə “ictimai-fayadalı əməkdə iştirak əsasında”, yəni mütləq şəkildə işləməyə - əməyə cəlb olunmaqla icra edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, o cümlədən 5.0.1-ci maddəsində təsbit edilmiş “əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət” prinsipinin, 21-26-cı maddələrinin, xüsusilə də 21.3-cü maddəsində təsbit edilmiş qaydanın mənasına görə, əlillik əmək qabiliyyətinin olmaması kimi xüsusi əlamətlə müşayiət olunduqda, belə əlilin məcburedici xarakter daşıyan məhkəmə aktı əsasında işləməyə cəlb edilməsi onun sağlamlığını təhlükə altına alan, m ahiyyətcə Konstitusiyanın 35-ci maddəsinin İİİ hissəsi ilə qadağan edilən hal (yəni, zorla işlədilmə) kimi çıxış edəcəkdir. Başqa sözlə, əmək qabiliyyətinin olmaması təsdiq edilmiş əlilin işləməməsi – onun hamının hörmətlə yanaşmalı olduğu hüququ kimi görsənir və bu hal Məhkum təyin olunmuş islah işləri cəzasının icrası zamanı cəzanı icra edən orqanın qarşısına bir problem olaraq çıxa bilər. Digər tərəfdən, o da işin müəyyən olunmuş halıdır ki, “əmək qabiliyyətsiz” olan Məhkum faktiki olaraq fərdi sahibkarlıqla məşğul olmaqla mağazasında işləyir. Bu qaydada, yəni təqsirləndirilən şəxsin əlilliklə bağlı gerçək vəziyyəti, fiziki imkanlarına görə təyin edilən cəzanı çəkmək iqtidarında olub-olmaması araşdrılmadan, eləcə də Cinayət Məcəlləsinin 8, 58.3, maddələrində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini təmin edə bilməz. Təsvir edilənlər kassasiya protestinin əsaslı olduğunu, məhkəmələrin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntuya yol verdiklərini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya pr otesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 sentyabr 2020-ci tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-729/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-729/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver