Məhkəmə qərarları › İş №1(102)-729/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-729/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-729/2024 05.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun və onun müdafiəçisi Tağıyev Kamran Həsən oğlunun iştirakları ilə, xx xxxx 1999-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 1(103)-1570/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Tağıyev Kamran Həsən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 1(003)-418/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: H.İ.Hüseynli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məc əlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddətin bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmış, Məhkum yaşadığı ünvan 2nını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, hökmün icrası na nəzarətin Məhkum yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Bağırov Sadiq Tofiq oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarı ilə, (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.E.Rəhimov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 27 avqust 2 022-ci il tarixdə saat 06:04 radələrində Zərərçəkmiş şəxs Xəzər rayonu Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən yaşayış sahəsi hesab olunan həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan Zil markalı avtomobilə aid hər birinin qiyməti 350 manat olmaqla ümumilikdə qiyməti 700 manat olan 2 ədəd radiatoru, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə qiyməti 60 manat olan 2 ədəd qapını, hər birinin qiyməti 200 manat olmaqla ümumilikdə qiyməti 400 manat olan 2 ədəd silindri, hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 80 manat olan 2 ədəd avtomaşının təkərinin bağlandığı hissəni, Kamaz markalı avtomobilə aid hər birinin dəyəri 100 manat olmaqla ümumilikdə qiyməti 200 manat olan 2 ədəd avtomaşının təkərinin bağlandığı hissəni, hər birinin qiyməti 20 manat olmaqla ümumili kdə qiyməti 60 manat olan 3 ədəd hava balonunu və ümumi dəyəri 20 manat olan plastik su borularını gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs cəmi 1520 manat məbləğində ziyan vurmaq oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Tağıyev Kamran Həsən oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən törətmiş olduğu əməldən səmimi peşman olmaqla zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxslə barışmışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmadığını, Məhkum gənc və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alınmamışlar, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkumun müdafiəçisi Tağıyev Kamran Həsən oğlu kassa siya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum 1 il müddətində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız h üquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Tağıyev Kamran Həsən oğlu kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəti cədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olar aq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsi ndə də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü madd ələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli t ədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçi Tağıyev Kamran Həsən oğlunun Məhkum həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, müdafiəçi Məhkum barəsində ədalətsizliyə yol verilməsi haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzasının daha az müddətə təyin edilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum tə qsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 1(003)-418/2023 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları – Məhkum cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, əməlini etiraf etməsini, səmimi peşman olmasını, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqs irləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas g örmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar müdafiəçi Tağıyev Kamran Həsən oğlunun kassasiya şikayətinə (əlavə ilə birlikdə) baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, onun müdafiəçisinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tər əfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 1(103)1570/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Tağıyev Kamran Həsən oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 1(103)-1570/2023 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar