Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-73/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Re spublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarından məhkum x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər:Ə.Q.Quliyev (sədrlik edən), E.H.Vəliyev və İ.X.Həsənzadə) x1- xx.xx.1981-ci ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, ünvan 2 qeydiyyatda olan, ünvan 3 yerləşən fərdi evdə yaşamış, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan m əhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2016-cı il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, əvvəllər Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə cəzasının qalan 05 ay 25 günlük hissəsini çəkməkdən şərti olaraq azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və götürülmədən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı x2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxxx 2016-cı il tarixdə saat 23.00 radələrində x3 məxsus ünvan 3 yerləşən fərdi yaşayış evinin mətbəxinin fasad hissədən pəncərəsi üzərində quraşdırılmış dəmir barmaqlığı sındırıb açma yolu ilə həmin hissədən yaşayış sahəsinə qanunsuz daxil olaraq evin 2-ci mərtəbəsində yerləşən dəmir materialdan olan seyfin qapısını özü ilə qabaqcadan götürmüş olduğu laqonda dəmir kəsən alətlə kəsib açmağa cəhd göstərsə də apardığı dəmirkəsən aləti lazımınca işlədə və seyfin dəmir qapısını kəsib içərisində ələ keçirmək niyyətində olduğu 8.000 manat məbləğində xeyli miqdarda pul və ya qızıl zinət əşyalarını öz iradəsindən asılı olmayan keçirə və əməlini başa çatdıra bilmədiyi halda həmin alətin üzərindəki almaz daşın dəyişdirilməsi üçün başqa bir alətin əldə edilməsi məqsədilə hadisə yerini tərk ed ərək tanışları x4 və x5 müraciət edib kəlbətin alətini götürməklə həmin şəxslərlə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan razılığa gələrək bir qrup şəxs halında xx xxxxxxxx 2016-cı il tarixə keçən gecə saat 01.00 radələrində onlarla birlikdə yenidən hadisə yerinə qayıdaraq dəmir materialdan olan seyfin qapısını laqonda dəmir kəsən alətlə almaz dişini dəyişərək növbə ilə kəsib içərisində arzu etdiyi xeyli miqdarda pul və ya qızıl-zinət əşyalarını ələ keçirməyə təkrar cəhd göstərib qapını açsa da, seyfin içərisində ələ keçirmək niyyətində olduğu pul və ya zinət əşyaları aşkar olunmadığından, iradəsindən asılı olmayan səbəbdən buna nail ola bilməmiş, lakin cinayətin iştirakçılarından olan x4 və x5 birlikdə başa çatdırdıqları cinayətin nəticəsindən narazı qalmaqla had isə yerini tərk etmələrindən sonra x1 x2 ilə cinayət fəaliyyətini davam etdirərək yataq və qonaq otaqlarındakı paltar dolabı, termo və bar-vitrindən hər birinin qiyməti 250 manat olan cəmi 7500 manat dəyərində 30 dəst uşaq paltarların, hər birinin qiyməti 250 manat olan cəmi 3750 manat dəyərində 15 ədəd ətirləri, hər birinin qiyməti 200 manat olan cəmi 4000 manat dəyərində 20 cüt “Geo” markalı kişi ayaqqabılarını, hər birinin qiyməti 220 manat olan cəmi 5500 manat olan 25 cüt *Salamander* markalı kişi ayaqqabılarını, hər birinin qiyməti 100 manat olan cəmi 2000 manat dəyərində 20 ədəd viski içkilərini, 1500 manat dəyərində bir ədəd gümüş samovarı, 100 manat dəyərində bir ədəd gümüş qılıncı, içərisində 651.50 manat ekvivalentində 400 ABŞ dolları və 182.40 manat ekvivalentində 100 Avro məblə ğində nəğd pulları olan 50 manat dəyərində pul kisəsini ələ keçirməklə zərərçəkmiş şəxs x3 ümumilikdə 25.234 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən məhkum x1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxx 2018ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək hökm dəyişdirilmiş, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunun qüvvəyə minməsi ilə əlaqədar x1 əməli Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən 29,177.2.1, 29,177.2.3, 29,177.2.4 və 177.2.1, 177.2.2, 177.2.3 v ə 177.2.4-cü maddələrinə tövsif edilmiş, CM-nin 177.2.1 177.2.3 və 177.2.4-cü maddələrilə ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarından məhkum x1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaqın ilkin vaxtlarında cinayətlərin açılmasında, cinayət iştirakçılarının ifşa olunmasında və cinayət yolu ilə əldə edilimiş əşyaların qaytarılmasında istintaq orqanlarına fəal kömək göstərmiş, lakin bu hallar Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinin təsiri altına düşsə də nəzərə alınmamışdır. CM-nin 60-cı maddəsinin tətbiq edilərək daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kas sasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum x1 kassasiya şikayətində stintaqın ilkin vaxtlarında cinayətlərin açılmasında, cinayət iştirakçılarının ifşa olunmasında və cinayət yolu ilə əldə edilimiş əşyaların qaytarılmasında istintaq orqanlarına fəal kömək göstərdiyini, lakin b u hallar Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinin təsiri altına düşsə də nəzərə alınmamasını, CM-nin 60-cı maddəsinin tətbiq edilərək daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, x1 xx.xx.1997-ci il tarixdə Gəncə Qarnizonun Hərbi Tribunalın hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 41-ci maddəsi tətbiq edilməklə həmin cəzaya şərti olaraq məhkum edilmiş üzərində 01 il sınaq müddəti müəyyən edilmiş, xx.xx.1998-ci il tarixdə Mingəçevir Şəhər Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib CM-nin 39-cu maddəsi tətbiq edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli “Amnistiya” Qərarının 1.8-ci bəndinə əsasən azad edilmiş, xx.xx.1998-ci il tarixdə Mingəçevir Şəhər Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1999-cu il tarixli “Amnistiya” Qərarının 1.5-ci bəndinə əsasən azad edilmiş, xx.xx.2000-ci il tarixdə Mingəçevir Şəhər Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.93-3 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 2 il müd dətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2001 -ci il tarixdə Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2001-ci il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67-ci maddəsi tətbiq edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2007-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarı ilə 5 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatmış, xx.xx.2016-cı il tarixdə Binəqədi RPİ İŞ tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2017-ci il tarixdə məhkəməyə göndərilmişdir. x1 əməlində Azərbaycan Respublikası CM-nin 18.-cü maddəsinə əsasən cinayətin xüsusi təhlükəli residivi halı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə x1 özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal, cinayətlərin təhlükəli residivini isə cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarına görə CM-nin 60-cı maddəsində müəyyən olunan qaydalar 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallardan ən azı birinin olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq oluna bilər. Həmçinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarına əsasən əvvəlki məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin əməli cinayətin təkrar törədilməsi əlaməti üzrə tövsif edilmişdirsə, cinayətlərin residivinin, (o cümlədən hansı növünün) olub-olmaması CM-nin 18-ci maddəsinə müvafiq olaraq müəyyən edilməlidir. Cinayətlərin residivi müəyyən olunduqda CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilmir, belə ki, burada CM-nin 61.1.1-ci maddəsində göstərilən ağırlaşdırıcı hal (cinayətlərin residivi) mövcuddur. Belə hallarda əgər CM-nin Xüsusi hissəsinin maddəsi cinayət törətmiş şəxsin məhkumluğunu ağırlaşdırıcı əlamət kimi göstərmirsə və müstəsna hallar (CM-nin 62-ci maddəsi) yoxdursa cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinin müddəaları rəhbər tutulmalıdır. Cinayət işi üzrə x1na münasibətdə cinayətin xüsusi təhlükəli residivi halı müəyyən edildiyindən bir inci instansiya məhkəməsi tərəfindən ona təyin edilən cəza Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının son həddinin üçdə ikisindən az olmayaraq təyin edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkuma təyin edilmiş və sonradan Apelyasiya instansiya məhkəməsi tərəfindən endirilmiş cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə və 58.3cü maddəsi ilə müəyyən edilmiş cəza təyin etmənin ümumi əsaslarına uyğundur. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyə n edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum x1 kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı məhkum x1 kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-73/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-73/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver