Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-73/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 iyul 2021-ci il tar ixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə ilə birgə verdiyi kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim: Rzayev Anar Zahid oğlu) 6 iyul 2021-ci il tarixli hökmü ilə xx.xx.1987-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, İsmayıllı rayonu, Kürdmaşı kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə t əqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 4 (dörd) ay 20 (iyirmi) gün müddətinin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 9 (doqquz) ay 10 (on) gün çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, hökmün icrası yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmışdır. Onun üzərinə cəza çəkdiyi müddət ərzində İsmayıllı rayonu hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elekt ron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, barəsində seçilmiş "həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, barəsində hökm qanuni qüvvəyə minənədək "başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdr. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 26 oktyabr 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ape llyasiya şikayəti təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 iyul 2021-ci il tarixli, 1(008)-304/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Məhkum həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 16 fevral 2021-ci il tarixdən 06 iyul 2021-ci il tarixədək həbsdə olduğu 4 ay 20 gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün bərabər tutulmaqla və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 1(008)-3 04/2021 saylı hökmünün icrası ilə əlaqədar çəkdiyi 1 il 16 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 6 ay 8 gün, ümumilikdə 10 ay 28 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il 1 ay 2 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum məhkəmə iclas zalından dərhal həbs edilmiş, cəzaçəkmə müəssisəsinə göndərilənədək onun həbsdə saxlanılması Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli qərar elan edildiyi gündən, yəni 26 oktyabr 2022-ci il tarixdən hesablanmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəm əsinin hökmünə əsasən, Məhkum özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək niyyəti ilə qonşusu Zərərçəkmiş şəxs özünü sosial müdafiə qurumunda çalışan şəxs kimi təqdim edib, həmin qurumda geniş əlaqələrinin olduğunu bildirərək etibarından sui-istifadə edib onun qohumları Şahid3, Şahid1, Şahid4 və azyaşlı X3 əlilliklə bağlı təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin iyun ayının əvvəllərindən avqust ayının əvvələrinədək olan dövr ərzində Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, yeni tikili nömrəsiz evdə Zərərçəkmiş şəxs ümumilikdə 10500 (on min beş yüz) manat pulunu hissə-hissə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, Bakı Apel lyasiya Məhkəməsi 26 oktyabr 2022ci il tarixli qərarı çıxarılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Məhkum dələduzluq yolu ilə pulunu ələ keçirdikdən sonra həbs olunmuş, yalnız həbs olunduqdan sonra qohumları tərəfindən 1000 manat ödəniş edilmiş, həbsdən azad edildikdən sonra qalan zərər ödənilməmiş, heç buna cəhd belə olunmamış, əksinə, qardaşının yaşadığı ünvana gələrək ünvanına nalayiq ifadələr işlədib, guya anası yaşında olan onunla yaşadığını, pulları ona xərclədiyini demişdir. Bundan əlavə, Məhkum Sabunçu Rayon Məhkəməsində 1000 manat ödədikdən sonra qalan məbləği də yaxın vaxtlarda ödəyəcəyi adı ilə növbəti dəfə onu aldadaraq ərizə əldə edib məhkəməyə təqdim etdikdən sonra məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü ilə həbsdən azad edilmiş və barə sində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə (yəni, hökm qəbul edildiyi tarixdə) onun Məhkum şikayətçi olduğu və ona ən sərt cəzanın tətbiq edilməsi barədə şikayət ərizəsi daxil olmasına baxmayaraq ona yenə də azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Qeyd edilən hökmdən məlumatı olmadığından, Məhkum və ya ailə üzləri tərəfindən ödəniş olmadığından hökm barədə məlumat əldə etdikdən sonra dəfələrlə müddətin bərpası barədə ərizə vermiş, məhkəmə tərəfindən süni süründürməçiliyə yol verilmiş, nəhayət təkidlərindən sonra cinayət işi Apellyasiya məhkəməsinə göndərilmişdir ki, bununla da Sabunçu Rayon Məhkəməsi tərəfindən Məhkum azadlıqda qalmasına şərait yaradılmış, nəticədə Məhkum Bakı Apellyasiya Məhkəməsi tərəfindən cəza təyi n edilərkən onun azadlıqda qaldığı müddət ən azından 06 ay 08 gün azadlıqdan məhrum etmə cəzasından çıxılmışdır. Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiya hissəsində azadlıqdan məhrum etmə cəzasının, minimal həddi 2 (iki) il, maksimal həddi 5 (beş) ilədək nəzərdə tutulmuşdur. Göstərilən halda isə Məhkum ona qarşı Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi öz təsdiqini tapsa da, ona dəymiş maddi zərərin cüzi hissəsini ödəməsinə, ödədiyi cüzi hissəni də məqsədli şəkildə ödəməsinə, sonradan qalan zərəri ödəməyərək gizlənməsinə, ödəməyə cəhd belə etməməsinə, həbsdən azad ediləndən sonra barəsində qeydiyyatda olub yaşadığı kənddə nalayiq ifadələr işlətməsinə, hər iki məhkəmə instansiyasında zərərin ödənilməsinə dair oxşar məzmunlu yalan vədlər verməklə hələ də yalan danışdığı məlum olmasına baxmayaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimal həddi – 2 (iki) il cəza təyin edilmiş, məhz hansı səbəbdən təyin edilmiş cəzanın 2 il olması ümumiyyətlə əsaslandırılmamışdr. Hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən halları nəzərə almamış, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilmə üsulu və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyəti, təyin edilmiş cəzanın sonuncunun islah olunmasına təsirini nəzərə almayaraq Məhkum münasibətdə ədalətsiz və cəzanın məqsədlərinə təmin etməyən yüngül həddə cəza təyin etmiş, göstərilənlər isə həmin qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsi üçün əsasdır. Kassasiya şik ayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilərək Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsi və ya cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun nor malarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində mə hkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bild irir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsir karın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkr et cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir k onkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən yüngülləşdirən halları (cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməklə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, himayəsində 2 azyaşlı övladının olmasını) və ağırlaşdıran halın olmamasını müəyyən etmiş və ona Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum yüngül cəza təyin edilmiş və cəzasının ağırlaşdırılması üçün apellyasiya baxışı zamanı əsaslar müəyyən etmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə zərərçəkmiş şəxs cinayət işinin birinci instansiya məhkəməsində istintaqı zamanı Məhkum ilə barışdığını, ona vurulmuş ziyanın qismən ödənildiyini, qalan məbləğin isə hər ay kartına ödənilməsinə dair razılığa gəldiklərini qeyd edib, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və buna dair ərizəni məhk əməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsinə məhkum edilmiş şəxsin anası tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsə 1000 manat ödəniş edilmiş, 2021-ci ilin avqust ayından başlayaraq hər ay zərərçəkmiş şəxsə məxsus karta 500 manat ödəniş ediləcəyinə söz verilir, onunla barışığın əldə olunduğunu qeyd olunur. 06 iyul 2021-ci il tarixdə (göstərilən tarixdə yekun məhkəmə aktı qəbul edilib) hakim A.Rzayevə Azərbaycan Respublikası Ali Məhkəməsindən vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi daxil olmuş və həmin şikayət ərizəsində zərərçəkmiş şəxs Məhkum şikayətçi olduğunu və ona ən sərt cəzanın tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı şikayət və tələbinin o lub-olmamasına dair verilmiş ərizə birinci instansiya məhkəməsi tərəfindən işin bütün halları nəzərə alınmaqla yoxlanılmalı, qanunla nəzərdə tutulan əsaslar olduğu halda göstərilən hal təqsirli şəxsin cəzasını yüngülləşdirən hal kimi tətbiq edilməli olduğu halda göstərilən bu faktoru nəzərə almadan, tərəflər arasında barışığın, eyni zamanda zərərçəkmiş şəxsin Məhkum münasibətdə həqiqətən şikayətinin olub-olmamasını məhkəmə iclasında dəqiqləşdirmədən (protokoldan müəyyən edilir ki, sonuncu iclasda zərərçəkmiş şəxsin iştirakı təmin edilməmiş, iştirakının təmin edilməsi ilə bağlı rəsmi məlumat verilməmiş) zərərçəkmiş şəxsin barışmasını, məhkum edilmiş şəxsə qarşı şikayətinin olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Apellyasiya məhkəməsi düzgün ol araq birinci instansiya məhkəməsi tərəfindən 06 iyul 2021-ci il tarixli yekun məhkəmə aktı qəbul edilərkən cinayət qanunvericiliyin təməl prinsiplərindən olan humanizm və ədalət prinsipi arasında dəqiq sərhəd müəyyən edilmədiyi və cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilmə üsulu və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyəti, təyin edilmiş cəzanın sonuncunun islah olunmasına təsiri nəzərə alınmayaraq Məhkum münasibətdə ədalətsiz və cəzanın məqsədlərinə təmin etməyən yüngül həddə cəza təyin edildiyi qənaətinə gəlmiş və törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əda lətli və adekvat hesab etmişdir. Belə ki, işin apellyasiya icraatı mərhələsində zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək məhkum edilmiş şəxs Məhkum tərəfindən barəsində hökm qəbul edildikdən sonra ona heç bir manat da ödəniş edilmədiyini, nəinki ödəniş edilməsi, heç buna cəhd belə olunmadığını, əksinə, məhkum edilmiş şəxsin onun qardaşının yaşadığı ünvana gələrək onun ünvanına nalayiq ifadələr işlətdiyini qeyd edib verilmiş şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkum edilmiş şəxs apellyasiya icraatı mərhələsində məhkəmə iclasında deyilənləri təkzib etməyərək, ona yenidən vaxt verilməsini, ilk əvvəl 1000 manat, digər aylar isə 500 manat ödəyəcəyinə söz verdiyini qeyd edib zərərçəkmiş şəxsdən onu bağışlamasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kassa siya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərə k cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, bununla bağlı irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilən cəzanın növü dəyişdirələrək ağırlaşdırılması zamanı nəzərə alınmışdır. Məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin artırılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin dəlilləri apell yasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum təyin olunmuş cəzanın ağırlaşdırılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan və kassasiya şikayətində irəli sürdüyü dəlillər işin faktiki hallarına uyğun olmadığından əsassızdır. Belə ki, A zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın m əqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlil ik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə tə yin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə ilə birgə verdiyi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2022-ci i l tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-73/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-73/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver