Məhkəmə qərarları › İş №1(102)-730/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-730/2019

29.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-730/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26.09.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.4-cü maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 05.01.2016-cı ildə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, ********************-da qeydiyyatda olan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ************ yaxınlığında fərdi ünvanda yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.2.1, 181.2.1 və 181.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmünə əsasən (hakimlər: F.A.Qəribov (sədrlik edən), Ə.N.Hacıyev və N.A.Kərimov) Məhkum Azərbaycan Respublikası CM-in 180.2.1, 181.2.1 və 181.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 180.2.1-ci maddəsi ilə 5 il 6 ay və CM-in 181.2.1 və 181.2.2-ci maddələri ilə 08 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, əvvəli 27 mart 2017-ci ildən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 09 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin iş üzrə həmçinin X6 da məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum X3 özü və müdafiəçisi tərəfindən, habelə Məhkum tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli q ərarı ilə (hakimlər: N.R.Mövsümov (sədrlik edən), E.M.Əhmədov və H.Ə.Nəbiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum özgə əmlakını talama məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 19.03.2017-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri "Avtovağzal" ərazisində iki yeməkxananın arasından keçən Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə Zərərçəkmiş şəxs2 dayanması üçün sonuncudan siqaret yandırmaq üçün alışqan istəmiş, alışqanı vermək istədikdə onlar hədə qorxu gəlməklə Zərərçəkmiş şəxs2 pul tələb etmiş, sonuncu pulunun olmadığını bildirdikdə, onlar mobil telefonlarını istəmiş, onların hərəkətlərindən qorxa n Zərərçəkmiş şəxs2 gödəkçəsinin sol yan cibinə qoyduğu 1 ədəd 50 (əlli) manat dəyərində "Nokia" markalı "Lumia 520' modelli və bir ədəd 10 (on) manat dəyərində "Nokia" markalı "1203-2" modelli telefonlarını onlara vermiş, bundan sonra E6 onun üzərində axtarış apararaq şalvarının sol yan cibinə qoyduğu 20 manat pulu götürməklə aşkar vəziyyətdə sonuncunun əmlakını açıq talama yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs2 80 manat məbləğində ziyan vuraraq, soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqınla özgənin əmlakını ələ keçirmə məqsədi ilə 19 mart 2017-ci il tarixdə, saat 03:30 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən «Mübariz» şadlıq evinin yaxınlığında Türkiyə Respublikasının vətəndaşı X7 yaxınlaşıb sonuncuya onlarla gedib içməyi təklif etmiş, S6 onların təklifindən imtina etdikdə o əlini sonuncunun cibinə salıb pulunu götürmək istədikdə S6 buna mane olmağa çalışdığını gördükdə müqavimətini qırmaq üçün E6 sağ ayağından təpiklə vuraraq yerə yıxmış və ayağa qalxa bilməməsi üçün bədənin müxtəlif hissələrinə təpiklə zərbələr vuraraq ona sağ qaşüstü nahiyənin sıyrığı xarakterli sağlamlığa zərərvurmayan, burun tənəffüsünün pozulması ilə müəyyən olunan burun sümüyünün qapalı sınığı, QKBT, baş beyin sirkələnməsi, sağ qaşüstü nahiyənin yarısı, sağ göz ətrafının dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək S6 sol cib indən 1800 manat pulunu ələ keçirib, həmin yerdən uzaqlaşaraq, quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum verdiyi kassasiya şikayətində qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü ilə heç bir əsaslı sübutlar olmadan məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi də onun dəlillərini araşdırmayaraq birinci instansiya məhəkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. Ona görə də Məhkum hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli və iş obyektiv araşdırma aparılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları i lə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiya da işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə Məhkum təqsirləndirildiyi CM-in 180.2.1, 181.2.1 və 181.2.2-ci maddələrində nəzərdə tutulan cinayətlərə heç bir aidiyyətinin olmaması bildirilir və əsassız məhkum edilməsi mübahisələndirilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert iza rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquq ları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum digər təqsirləndirilən şəxs X6 ilə cinayət əlaqəsinə girərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 əmlakını soyğunçuluq yolu ilə və X2 əmlakının quldurluq yolu ilə ələ keçirilməsi iş materiallarında olan, ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə baxışları zamanı tədqiq olunmu ş sübutlarla, o cümlədən təqsirləndirilən şəxslərin qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilir. «Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenimunun 3 mart 2005-ci il tarixli qərarının 23cü bəndində aşağıdakılar tövsiyə edilir: “Soyğunçuluq cinayətində həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün tahlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına z ərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun.” Məhkəmə kоllеgiyаsı məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, zərərçəkmiş şəxslərə cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi və zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını cəzanı yüngülləşdirən, onun əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə cəzanı ağırlaşdıran hallar qismində düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırl ığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qəra rın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar