Məhkəmə qərarları › İş №1(102)-730/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-730/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-730/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Mehdixan Abdullayev, hakimlər Müşfiq Məmmədov və İlkin Abdullayevdən ibarət tərkibdə) 1(099)-442/2019 nömrəli 26 sentyabr 2019-cu il tarixli hökmü ilə, Məhkum, 26 iyun 1984-cü ildə ********** şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ********* şəhəri, ************************************* qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 may 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o,qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı məqsədi və tamah niyyəti ilə 26 may 2019-cu il tarixdə şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsdən 2, 078 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 0,377 qram şəxsi istehlakından az miqdarda asetilə edilən tiryəki və 0,320 qram şəxsi istehlak miqdarından artıq psixotrop maddə olan metam fetamini qanunsuz əldə edib yaşadığı ünvan1 ünvanında yerləşən yaşayış evində gizlətməklə saxlamış, 27 may 2019-cu il tarixdə saat 13 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı mənzilə baxış keçirilən zaman yataq otağındakı stolun üzərindən «*****» markalı siqaret qutusunun içərisində 2 ədəd polietilen kəsiyə bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0,472 qram, 0,690 qram, bir ədəd kibrit qutusunun içərisində 2 ədəd qırmızı kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,661 qram, 0,255 qram, ümumi təmiz çəkisi 2,078 qram heroin, həmin kibrit qutusunda 1 ədəd polietilen kəsiyə bükümündə təmiz çəkisi-0,287 qram və 1 ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,090 qram, ümumi çəkisi0,377 qram olan asetilə edi lən tiryək, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,329 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (1(106)-33/2020 nömrəli 10 yanvar 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin d əlilləri: Kassator Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü yalnız narkotik vasitə qəbul etməkdə təqsirli bilmiş, əməlindən ona görə də peşmandır. Məhkəmə tərəfindən ona verilən ittihamın CM-in 234.1-ci maddəsinə tövsüf edilməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, əvvəllər məhkum edilməməsini, yaşayış yerindən müsbət xarakterizə edilməsini, başlıcası isə 3 azyaşlı uşağını nəzərə alaraq onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Bundan başqa, iş üzrə şahid qismində ifadə vermiş polis əməkdaşlarının və təqsirləndirilən şəxsin ifadəsində Məhkum yataq otağındakı stolun üzərində 1 ədəd, divanın arxasından isə 2 ədəd elektron tərəzinin aşkar edildiyi yazılsa da, 27 may 2019-cu il tarixdə tərtib edilmiş protokolda isə konkret olaraq 3 ədəd tərəzinin stolun üzərindən aşkar edildiyi qeyd edilmişdir. Buradan o qənaətə gəlmək olar ki, Məhkum eyni zamanda 3 elektron tərəzidən istifadə etməsi inandırıcı olmadığından istintaqçı məqsədli şəkildə elektron tərəzilərin 1-nin stolun üzərindən, 2 ədədinin isə divanın arxasından aşkar edilməsini bütün ifadələrdə yerləşdirmişdir. Həmçinin, əgər istintaq orqanı tərəzi ilə əlaqədar təqsirləndirilən şəxsin narkotik vasitələrin çəkərək satdığı qənaətinə gəlmişdirsə, belə olan halda həmin tərəzinin üzərində hər hansı bir narkotik maddənin izini təsdiq etmək üçün ekspertiza təyin edilməmişdir. Hər bir halda məhkəmə hökmü qanunvericiliyin tələbinə əsasən ehtimallara, fərziyyələrə əsaslana bilməz, bütün şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə tərəfindən məhkəmə iclasının gedişində toplanmış sübutlar, yəni təqsirləndirilən şəxsin ifadəsi və digər hallar sübut növü kimi götürülməmiş, əsassız olaraq istintaqın gəldiyi nəticəyə uyğun verilmiş ittiham təsdiq edilməklə onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, heç bir mötəbər sübuta söykənməyən qanunsuz hökm çıxarılmışdır. Məhkəmə hökmünün əsassız olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkum himayəsində həyat yoldaşı və 3 azyaşlı uşaqları vardır. Əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəza sını yüngülləşdirən hallar kimi qeyd etsə də, həmin halları kifayət qədər nəzərə almamışdır. Kassator göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qərarını cinayət qanunu normasının düzgün tətbiq edilmədiyindən və təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığından dəyişdirilərək onun əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif etməklə aşağı həddə cəza təyin edərək barəsində CM-in 70-ci maddəsini tətbiq edərək azadlıqdan şərti məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyə n edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, bu tələbini apellyasiya instansiyası məhkəməsi tərəfindənAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsinin (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən törədilmiş əməlin tövsifində səhvə yol verildikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və işə baxan məhkəmələrin hökm və qərarından görünür ki, məhkəmələr Məhkum barəsində işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutları mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş və sübutların hansına üstünlük verilməsi barədə məhkəmə qərarlarında kifayət qədər məntiqi əsaslandırmışlar. Cinayət qanunvericiliyinə əsasən əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Cinayət işinin materiallarından müəyyən olunur ki, CM-in 234.4.3-cü maddəsi ilə isnad edilən cinayət əməlinin Məhkum tərəfindən törədilməsi məhkəmə araşdırmaları zamanı şahidlərin ifadələri, özünün qismən etirafı, iş üzrə digər məhkumun ifadəsi, həmçinin ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. İş materialından görünür ki, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı məqsədi və tamah niyyəti ilə 26 may 2019-cu il tarixdə şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsdən 2, 078 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 0,377 qram şəxsi istehlakından az miqdarda asetilə edilən tiryəki və 0,320 qram şəxsi istehlak miqdarından artıq psixotrop maddə olan metamfetamini qanunsuz əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində gizlətməklə saxlamış, 27 may 2019-cu il tarixdə saat 13 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı mənzilə baxış keçirilən zaman yataq otağındakı stolun üzərindən «aqro » markalı siqaret qutusunun içərisində 2 ədəd polietilen kəsiyə bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0,472 qram, 0,690 qram, bir ədəd kibrit qutusunun içərisində 2 ədəd qırmızı kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,661 qram, 0,255 qram, ümumi təmiz çəkisi 2,078 qram heroin, həmin kibrit qutusunda 1 ədəd polietilen kəsiyə bükümündə təmiz çəkisi-0,287 qram və 1 ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,090 qram, ümumi çəkisi0,377 qram olan asetilə edilən tiryək, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,329 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 27 may 2019-cu il tarixdə Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, ist ifadə etməsi, satması və yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Yaradılmış əməliyyat qrupu hal şahidlərinin iştirakı ilə 27 may 2019-cu il tarixdə, saat 13 radələrində Məhkum yaşadığı ünvana baxış keçirmişdir. Məhkum evə baxış keçirilməsinə etiraz etməyərək ərizə yazmış və hal şahidlərinin iştirakı ilə Məhkum yaşadığı evə baxış keçirmək üçün evə daxil olmuşlar. Onlar Məhkum evdə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, təqdim etməyi təklif etmişlər. Məhkum da könüllü olaraq yataq otağındakı stolun üzərində narkotik vasitə olduğunu bildirmişdir. Məhkum yaşadığı evin yataq otağında olan stolun üzərində 1 ədəd elektron tərəzi, 2 ədəd “******” markalı siqaret qutusunun içərisində 2 bükümdə şəffaf sellofana bükülmüş narkotik maddə yə bənzər kütlə, 1 ədəd kibrit qutusunun içərisində 2 ədəd bükümdə, digər kibrit qutusunun içərisində 3 ədəd bükümdə narkotik maddəyə bənzər kütlə, bir ədəd “******” markalı notebook, 2 ədəd “Samsung” markalı mobil telefon, 4 ədəd 10 manatlıq, 9 ədəd 5 manatlıq, 12 ədəd 1 manatlıq pul əskinazları və həmin otaqdakı divanın arxasından 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Baxış zamanı Məhkum həmin bükülülərin içərisində narkotik vasitə olmasını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələr polis əməkdaşları tərəfindən götürülmüş və baxış keçirilməsi barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkum evindən 2 qramdan artıq narkotik vasitə heroin az miqdarda tiryək və az miqdarda metamfetamin psixotrop maddəsi aşkar edilmişdir. Evə baxış zamanı Məhkum qarşı heç bir qanunsuz hərəkət olunmamışdır. Həmçinin şahidlər X8 və X1 şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Bundan başqa, birinci instansiya məhkəməsində elan və tədqiq olunmuş şahid X3 ifadəsindən görünür ki, 27 may 2019-cu il tarixdə saat 13 radələrində Məhkum yaşadığı evə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Evin giriş qapısını Məhkum açmış, polis əməkdaşları Məhkum yaşadığı evdə narkotik vasitələr saxlaması barədə məlumat əldə etdiklərini bildirmişlər. Bundan sonra Məhkum polis əməkdaşlarına etiraz etməyərək, yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Baxış zamanı Məhkum yaşadığı evin yataq otağında narkotik vasitə olduğunu bildirmişdir. Məhkum yaşadığı evin yataq otağında olan stolun üzərində 1 ədəd elektron tərəzi, 2 ədəd “****” markalı siqaret qutusunun içərisində 2 bükümdə şəffaf sellofana bükülmüş narkotik maddəyə bənzər kütlə, 1 ədəd kibrit qutusunun içərisində 2 ədəd bükümdə, digər kibrit qutusunun içərisində 3 ədəd bükümdə narkotik maddəyə bənzər kütlə, bir ədəd “******” markalı notebook, 2 ədəd “Samsung” markalı mobil telefon, 4 ədəd 10 manatlıq, 9 ədəd 5 manatlıq, 12 ədəd 1 manatlıq pul əskinazları və həmin otaqdakı divanın arxasından 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Baxış zamanı Məhkum həmin bükülülərin içərisində narkotik vasitə olmasını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələr polis əməkdaşları tərəfindən götürülmüş və baxış keçirilməsi barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan 27 may 2019- cu il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Məhkum yaşadığı evə baxış keçirilən zaman polis əməkdaşları ona evdə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığını soruşduqda, Məhkum evdəki yataq otağında narkotik vasitə olmasını bildirmiş, polis əməkdaşları həmin yataq otağına baxış keçirən zaman həmin maddələrin narkotik vasitəyə bənzər kütlələr olması və yataq otağındakı stolun üzərindən 3 ədəd elektron tərəzinin olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə oxşar kütlələr qablaşdırılaraq götürülmüşdür (iş vərəqə 12-13). Həmçinin protokoldan müəyyən edilir ki, Məhkum göstərilən protokolu heç bir qeyd vermədən imza etmişdir. Göründüyü kimi istər Məhkum üzərindən aşkar edilmiş, istərsə də yaşadığı evdən aşkar edilmiş n arkotik vasitələr ayrı-ayrı bükümlərə bükülmüş, bundan başqa evdən 3 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “ təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İstər cinayət işinin materiallarındakı sübutların, istər sə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyyələri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, Məhkum yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən 2 ədəd polietilen kəsiyə bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,472 qram, 0,690 qram, bir ədəd kibrit qutusunun içərisində 2 ədəd qırmızı kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,661 qram, 0,255 qram, ümumi təmiz çəkisi 2,078 qram heroin, həmin kibrit qutusunda 1 ədəd polietilen kəsiyə bükümündə təmiz çəkisi-0,287 qram və 1 ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,090 qram, ümumi çəkisi0,377 qram olan asetilə edilən tiryək, 1 ədə d polietilen kəsiyi bükümündə təmiz çəkisi- 0,329 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi Məhkum ona isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməllərini törətməsinə heç bir şübhə yeri qoymur. Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı və işə baxan birinci və apellyasiya instansiya məhkəmələrinin qərarlarının təsviri-əsaslandırıcı hissələrindəki istinad etdikləri sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkün lüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdrmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası kassatorun məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə dəlillərini təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Kassasiya kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkuma ağır cəza təyin edilməsi barədə müdafiəçinin dəlillərinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, hökmdən müəyyən edilir ki, məhkəmə Məhkum himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, onun törətdiyi əməli qismən etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci ma ddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək nəzərə almış, əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən etməmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddini 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi cəzanı əsaslı və ədalətli hesa b edərək dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq e dilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyyələri və iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunun fövqündə yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzası növünə və həddinə görə qətiyyən ədalətsiz hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası kassatorun dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etd ikləri dəlillərlə müqayisəli surətdə tədqiq edərək həmin dəlilləri təkzibedilməz bir sübuta və tutarlı bir fakta söykənmədiyindən qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassatorun məhkumun əməllərini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı dəlillərini əsassız hesab etdiyindən məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə dəlillərinə münasibət bildirməyi lüzum görmür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar