Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-730/2021 13.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, 1-ci dərəcəli hüquqşünas X3 və Məhkumin müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 noyabr 2020-ci i l tarixli qərarından Məhkum oğlunun müdafiəçisi Müdafiəçi5 Əbülfət oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən Süleyman Ağayev) 1(008)173/2020 nömrəli 24 sentyabr 2020-ci il tarixli hökmü ilə 27 avqust 1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09.07.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan küçəsi 14-cü döngə ev 26- da qeydiyyatda olan məhkum oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 17 7.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)225/2019 nömrəli 09.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzası, yeni cəza ilə qismən toplanaraq ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çək məsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2020-ci il tarixdən hesablanmış, xx xxxx 2000-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09.07.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Zərdab rayonu Körpükənd kəndində qeydiyyatda olan məhkum oğlu Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-225/2019 nömrəli 09.07.2019-cu il tarixli hök mü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzası, yeni cəza ilə qismən toplanaraq ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2020-ci il tarixdən hesablanmışdırdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkum oğlu və məhkum oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs hal ında tamah niyyəti ilə 08 fevral 2019-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi Xanlar yaşayış sahəsində yerləşən nömrəsiz yaşayış sahəsinə pəncərə üzərində olan dəmir barmaqlığını sındırıb pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq özgənin əmlakını, yəni, Zərərçəkmiş şəxs məxsus evin yataq otağında yerləşən kamodun sirməsindən ümumi dəyəri 2300 manat təşkil edən 7 qram çəkidə bir ədəd qızıl kişi üzüyünü, 10 qram çəkidə qızıl kişi qolbağını, 17 qram çəkidə qadın qızıl qolbağını, 8 qram çəkidə bir ədəd qızıl qadın nişan üzüyünü və 16 qram çəkidə bir ədəd qaşlı qadın qızıl üzüyünü, 200 manat nağd pulu, dəyəri 80 manat təşkil edən bir ədəd ağ rəngli fotoaparatı, qonaq otağında pəncərənin kənarına qoyulmuş dəyəri 40 manat təşkil e dən bir ədəd “Nokia” markalı mobil telefonu, dəyəri 20 manat təşkil edən bir ədəd divan örtüyünü və dəyəri 30 manat təşkil edən bir ədəd tapança modelli alışqanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 2670 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Əli Seyfəliyev, hakimlər Rəşad Abdulov və Qədim Babayevdən ibarət tərkibdə) 27 noyabr 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumlar məhkum oğlu və məhkum oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum oğlunun müdafiəçisi Müdafiəçi5 verdiyi kassasiya şikayə tində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 noyabr 2020-ci il qərarı dəyişdirərək məhkum oğluna azadlıqdan məhrumetmə ilə bağlı olmayan – azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məhkum oğluna cəza təyin edilərkən cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmamışdır. Belə ki, cəza təyin zamanı zərərçəkmiş şəxsin dəymiş zərərin ödənilməsinə dair məhkəməyə təqdim etdiyi notarial qaydada ərizəsi, həmçinin onun əvvəllər məhkumluğunun olmamasını, gənc olmasını, ailəli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, atasının dünyasını dəyişdiyi üçün həmçinin ailə başçısı kimi anasının onun him ayəsində olmasını, törətdiyi əmələ görə peşman olmasını nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəm əsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Həmin Məcəllənin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum oğlunun və məhkum oğlunun əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası dü zgün sayır. Müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkumə cəzanı yüngülləşdirən halların nəzərə almadan cəzanın təyin edilməsi və təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlə rin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi məhkumə cəza təyin edərkən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması və himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran halların olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyas iya instansiyası məhkəmələrinin yuxarıda sadalanan halların cəzanı yüngülləşdirən kimi nəzərə alması, kassasiya şikayətində sadalanan digər halların, yəni məhkumun əvvəllər məhkum olmaması, gənc olması və atasının vəfat etməsinin cəzanı yüngülləşdirən kimi nəzərə almaması Azərbaycan Respublikası CM-in 59 və 59.2-ci maddəsinin tələblərinə uyğun gəlir və bu səbəbə görə cinayət qanununun pozuntusu kimi hesab edilə bilməz. Məhkəmə işin hallarını, məhkumin törətdiyi əməlin ictimai təhlükəliliyini və məhkumun şəxsiyyətini qiymətləndirərək onun islah edilməsini, habelə məhkum tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi ilə məhkumə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsini zəruri hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu qə rarı qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkumə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cinayət qanunu normalarına uyğun olduğundan əsaslı hesab etsə də, qeyd edir ki, məhkəmələr Məhkumə cinayətlərin məcmusu qaydasında cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum və hazırki hökmlə məhkum edilmiş məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmü ilə 2 il 3 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan ə vvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkumin və məhkumun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanı çəkib-çəkməməsi barədə Xəzər rayon İcra və Probasiya şöbəsinə sorğu vermişdir (c.2 i.v. 107). Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya şöbəsinin rəisi İ.Həsənquliyevin 01 sentyabr 2020-ci il tarixli məktublarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmü və hökmün icrası barədə göstəriş 28 yanvar 2020-ci il tarixdə icraata daxil olmuşdur. Məhkumlar məhkum oğlu və X2 29 yanvar 2 020-ci il tarixdə qeydiyyata alınmış və 10 fevral 2020-ci il tarixdə onlara elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkumlar məhkum oğlu və X2 1 sentyabr 2020-ci il tarixə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 il 3 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 7 ay 2 gününü çəkmişlər (c.2 i.v.121-122). Göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmünün çıxardığı 24 sentyabr 2020-ci il tarixə məhkumlar məhkum oğlu və X2 Bakı şəhəri Xəzər rayon məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 il 3 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 7 ay 25 gününü çəkmişlər. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hazırki və Bakı şəhəri Xəzər rayon məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzalar üzrə cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələblərini pozaraq, məhkumlar tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmünə əsasən çəkilən cəzanı qəti cəza müddətinə hesablamamışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünün qanuna uyğun çıxarılmasına dair nəticəyə gələrək eyni qanun pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum və məhkumun barəsində təyin ediləcək cəza müddətini müəyyən edərkən Cinayət Məcəlləsinin yuxarıda qeyd edilmiş normasını düzgün tətbiq etməmişlər. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkumə və məhkuma təyin edi lmiş cəzanın dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni qanuni hesab etmir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-in 66.2-ci maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ol a bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz”. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair bu normada edilmiş dəyişiklik cəza siyasətinin humanistləşdirilməsinə yönəlməklə məhkəmələrə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər törətmiş şəxsə qəti cəzanın ayrı-ayrı cinayətlərə görə təyin edilmiş cəzaları təkcə tam və ya qismən toplamaq yolu ilə deyil, həm də az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edi lməsi üçün imkanlar yaradır. Qanunun bu normasının tətbiqi ilə bağlı Ali Məhkəmənin cinayət kollegiyasının mövqeyi ondan ibarətdir ki, işin halları buna əsas verdikdə, məhkəmələr iki və ya daha çox yalnız az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayətlər törətmiş şəxsə cinayətlərin məcmusu üzrə qəti cəzanın məhz az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsinə üstünlük verməlidirlər. Ona görə məhkəmə kollegiyası işin hallarını nəzərə alıb Məhkumə qəti cəzanın Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin etməsini qanuni və məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda göstərilən hallarına əsasən barəsində kassasiya müraciəti olmayan Məhkumun xeyrinə də qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən məhkumlar məhkum və məhkum hazırki iş üzrə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməli və onların Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmünə əsasən çəkilən cəzaları qəti cəza müddətinə hesablamaqla Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiya sının 27 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə məhkum oğluna təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1 maddəsinə əsasən 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulsun və az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə məhkum oğluna 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. məhkum oğlunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmünə əsasən çəkilən 7 (yeddi) ay 25 (iyirmi beş) gün azadlı ğın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1 maddəsinə əsasən 3 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 2 (iki) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə məhkum oğluna təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1 maddəsinə əsasən 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulsun və az ciddi cəza nı daha ciddi cəza ilə əhatə etmək yolu ilə məhkum oğluna 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. məhkum oğlunun Bakı şəhəri Xəzər rayon məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmünə əsasən çəkilən 7 (yeddi) ay 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1 maddəsinə əsasən 3 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 2 (iki) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hər iki məhkumun qəti cəzalarını çəkmələri müddətinin əvvəli 24 sentyabr 2020-ci il tarixdən hesablansın. Kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-730/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-730/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver