Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-730/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və Məhkum iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarından Məh kum müdafiəçisi Hacıyeva Pərvanə Vaqif qızı və Zərərçəkmiş şəxsq qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 18 aprel 2022-ci il tarixli 1(051)-15/2022 nömrəli hökmü ilə xx xxxxx 1969-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 245-ci maddəsi ilə təqsirli bilinərək aylıq hər ay qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, cəzasını iş yerində çəkməsi, cəza çəkməsinin əvvəlinin onun qazancından tutulmanın aparıldığı vaxtdan hesabla nması, hökmün icrasının Mingəçevir Şəhər İcra və Probasoya Şöbəsinə həvalə edilməsi, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum 21 may 2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri ərazisində yerləşən “Əli qəbristanlığı” adlanan qəbristanlığa babası X2 məzarını ziyarətə gedib, babasına məxsus qəbirin sinə daşı üzərində özünün əkdiyi güllərin çıxarılmasını, qəbirin gül əkilməsi üçün nəzərdə tutulan hissəsinin gülləri çıxarıldıqdan sonra beton ilə doldurulmasını görüb, bu halın qohumu Zərərçəkmiş şəxs tərəfindən əvvəl də təkrar olunduğuna əsəbiləşib, qisas məqsədilə həmin qəbirin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs 2014-cü ildə vəfat etmiş oğlu X3 qəbrinə yaxınlaşıb məzarın sinə daşının üzərinə çıxıb gül səbətini və məzarın sinə daşına bitişik olan mərmər gül qablarını təpikləyərək kənara atıb sındıraraq qəsdən X3 qəbri üzərində təhqiredici hərəkətlər etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Gündüz Abbasov (sədrlik edən), Akif Eyvazov və Günay Cavadova), 06 sentyabr 2022-ci il tarixli, 1(107)277/2022 nömrəli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 1(051)-15/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Hacıyeva Pərvanə Vaqif qızı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və məhkuma azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi Pərvanə Hacıyeva kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə Zərərçəkmiş şəxs oğlunun məzar daşının gül qabları sınmış vəziyyətdə olmasına baxmayaraq heç bir sübutla həmin gül qablarının m əhkum tərəfindən qırılmasını təsdiq olunmur. Eyni zamanda heç kim məzar daşının palçığa bulanmasını da görməmişdir. Şahidlər ifadələrində bildirmişlər ki, həmin gün və ya ondan əvvəlki günlərdə yağış yağmamışdır. Zərərçəkmiş şəxs özü də ifadəsində bildirmişdir ki, Elbrusun babasının məzarına yaxın yerdə su mənbəyi yoxdur ona görə də Elbrus Əmirslanovun əkdiyi güllər quruyur. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi törədilmiş əməli şahid ifadələri ilə iş materialları ilə təsdiq edir. Halbuki heç bir şahid həmin əməlin təqsirləndirilən şəxs tərəfindən törətdiyini görməmişdir. Ondan əlavə olaraq gül qablarının qırılıb-qırılmaması ilə əlaqədar olaraq ekspertiza keçirilməmişdir. Nəzərə alsaq ki, həmin gül qabları armatur tipli dəmirlə bərkidilərək betonlanmış, istintaq qı rılma səbəbini qabların xüsusi alətlə kəsilməsini və ya digər üsulla qırmasını sübuta yetirməli idi. İş materiallarında sadəcə "xxxx" MMC-in dəymiş ziyan hesablanması rəyi var. İttihamın gətirdiyi bütün sübutlar açıq-aşkar yalnız şübhələr əsasında qurulub və Məhkum bir başa cinayət hadisəsi ilə əlaqəsini sübut etmir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsi apellyasiya protestinə və apellyasiya şikayətinə səthi yanaşmış, işin faktiki hallarını, məhkumun azğın hərəkətlərini düzgün dəyərləndirə bilməmiş və ya dəyərləndirməmiş, 1-ci instansiya məhkəməsinin cinayət işinə baxdığı, məhkəmə proseslərinin davam etdiyi müddətlərdə belə onun öz mənəviyyatsız hərəkətlərindən əl çəkməyərək qəbirə münasibətdə yeni-yeni cinayət xarakterli əməllər törət məsini davam etdirməsinə dair məhkəməyə təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş və sonda tək övladını itirmiş tənha bir ananın yanan qəlbini daha da alovlandıran ədalətsiz bir qərar qəbul etməklə Mingəçevir Şəhər Məhkəməsinin hökmünü təkrarlamışdır. Bundan başqa, qeyd etmək istəyirəm ki, Elbrus polisə 5 gün sonra izahat verib, əməlini anlaqsız etməsini desə də, izahatı verəndə tam anlaqlı olub və etdiyi əməlini təsdiq edən izahat verib. Keçmiş polis əməkdaşının izahatı oxumadan ona qol çəkməsi ifadəsi isə onun müdafiəçisi tərəfindən onu məsuliyyətdən boyun qaçırmaqdan ötrü öyrədilmiş bir manevrdir. Elbrusun bəraət istəməsi bir daha onun törətdiyi əməldən nə peşman, nə də nəticə çıxarmadığını göstərir. Bununla belə, Məhkum barəsində təyin edilən cəza çox yumşaq, çox yüngül, onun islah olunmasına heç bir təsiri olmayan, cəzanın məqsədlərini təmin edə bilməyən ədalətsiz cəzadır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Kassator qeyd edir ki, Məhkum törətdiyi əməl təsnifatına görə az ağır cinayət olsa da, mənəviyyat əleyhinə, milli-mentalitetin əleyhinə, xalq tərəfindən dinə görə yüksək dəyərləndirilən adət-ənənələrinə, mənəvi dəyərlərinə qarşı yönələn cinayət-hüquqi hərəkətdir, həm də mənəviyyatsızlıqdır. Belə ki, mənəviyyat çatışmazlığı cəmiyyət üçün çox təhlükəlidir, müasir dövrümüzün əsl fəlakətidir. Mənəviyyat olmadan şəxsiyyətin aqressivliyi, eqoizmi və qəddarlığı da artır, daha ağır cinayətlər, hətta qətllər etməyə hazır olur. Bu səbəbdən mənəviyyat əleyhinə cinayət törətmiş şəxsin Öz daxili ndəki mənəvi prinsipi, ruhani (dini) dəyərləri mükəmməlləşdirməsi üçün layiqli, ciddi cəzaya məhkum edilməsi vacibdir. Lakin məhkəmələr Məhkum törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün və qərarın təsviri-əsaslandıncı hissəsində göstərməmişdir. Eyni zamanda məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını göstərməmişdir. Lakin məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin d üzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayət-prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların A zərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 245-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum müdafiəçisi Hacıyeva Pərvanə Vaqif qızının kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respu blikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkum müdafiəçisi Hacıyeva Pərvanə Vaqif qızının kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri sübutlarla təsdiq olunmamış, lakin buna baxmayaraq barəsində qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, onun Azərbaycan Respublikası CM-in 245ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv və şübhə doğurmayan sübutlarla - Zərərçəkmiş şəxs və şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Məhkum cinayət törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instans iyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətini onun elan edilmiş ittihamda təqsirsiz olması, onun qeyd olunan əməli yəni mərhum X3 qəbri üzərində təhqiredici hərəkətlər törətməməsi ilə əsaslandırmışdır. Bununla əlaqədar kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum kassasiya şikayətinin əsaslandırılması üçün qeyd etdiyi hallar iş materiallarına əsaslanmır və sübutlarla təkzib olunur. Ona görə də məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və nəticəyə gəlir ki, Məhkum əməli CM-in 245-ci maddəsi ilə düzgün tövsif olunmuş, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgü n tətbiq edilmişdir, işin faktiki halları və məhkumun elan edilmiş ittihamda təqsirli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkumun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 245-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibi nə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Zərərçəkmiş şəxsnin kassasiya şikayətinin başlıca dəlili Məhkum təyin edilmiş cəzanın onun törətdiyi cinayətin ağırlığına, işin hallarına, onun şəxsiyyətinə öz yüngüllüyünə görə uyğun olmamasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tö rədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hö kmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmi r. İşdən görünür ki, birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticəvi hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum aylıq qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin etmişdir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-in 245-ci maddənin sanksiyasında iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Ona görə də kassasiya şikayətinin cəzanın yüngüllüy ü barədə dəlilləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, cinayət işin materiallarında Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarını n məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-730/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-730/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver