Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-731/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Səlimova Gülşən Kazım qızının iştirakları ilə xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünva n qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Səlimova Gülşən Kazım qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Tərlan Əkbərov) Məhkum CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü ma ddəsinə əsasən Məhkum xx xxxxxxx 2017ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək 01 (bir) il müddət və xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək və xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövrdə müvəqqəti saxlama yerində saxlandığı 3 (üç) gün, cəmi 1 (bir) il 3 (üç) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs, məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən), Ə.N.Bayramov və N.E.Məmmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin aprel ayının əvvəllərində Xətai rayonu, Neapol küçəsində ye rləşən “Qəsr” restoranında tanışı X4 Gəmiqayırma zavoduna qaz qaynaqçısı vəzifəsinə işə düzəltmək adı ilə atası Zərərçəkmiş şəxs3 2.500 manat pul alıb vədinə əməl etməyərək, həmin pulları ələ keçirərək Zərərçəkmiş şəxs3 2.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin may ayının sonunda tanışı Zərərçəkmiş şəxs2 “SOCAR” şirkətində N.Nərimanov neft-qaz çıxarma idarəsinə operator vəzifəsinə işə düzəltmək adı ilə Xətai rayonu, Neapol küçəsində yerləşən “Qəsr” restoranında 4.000 manat, bir neçə gün sonra 4.000 manat pulu Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən dairənin yaxınlığında, sonuncu dəfə isə 2.000 manat pulu alaraq vahid niyyətlə xeyli miqdarda, yəni 10.000 manat maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 həbsdə olan qohumu X5 həbsdən azad olunmasında köməklik edəcəyinə vəd verərək, 2016-cıilin yanvar ayının əvvəllərindən 2016-cıilin may ayının əvvəllərinə kimi Bakı şəhəri Xətai rayonu Neapol dairəsi yaxınlığında yerləşən “Qəsr” və “Qardaşlar” restoranlarında 3200 manat, 8800 manat, 3000 manat, 2000 manat, 2400 manat, 2100 manat, 1500 manat və sonuncu dəfə isə Xətai rayonu, Neapol dairəsi yaxınlığında yerləşən “Qəsr” restoranında 2500 manat olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 5000 manat və zərərçəkmiş Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs4 vasitəsi ilə 20.500 manat, ümumilikdə vahid niyyətlə 25.500 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui- istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edib yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirərək, onun həbsdə olan övladı X3 həbsdən azad etdirəcəyini vəd edərək, bu məqsədlə əvvəlcə xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Həzi Aslanov” metro stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 8000 manat, bundan bir neçə gün sonra “Həzi Aslanov” metro stansiyasının yaxınlığında daha 2000 manat və bir neçə gün sonra sonuncu dəfə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, X7 yerləşən fərdi yaşayış evində daha 5000 manat pul alaraq vahid niyyətlə Zərərçəkmiş şəxs1 ümumilikdə 15000 pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Səlimova Gülşən Kazım qızı tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, məhkəmələr Məhkum cəza təyin edərkən onun cəzasını ağırlaşdıran halların olmaması nəticəsinə gəlməklə CM-in normalarını pozmuşlar. Belə ki, Məhkum təkcə Zərərçəkmiş şəxs2 qarşı deyil, həm də başqa şəxslərə qarşı bir neçə epizodda dələduzluq hərəkətlərinə yol vermişdir və onun əməlinin tövsif edildiyi CMin 178.2.2-ci maddəsi cinayətin təkrar törədilməsini nəzərdə tutur. Həmçinin təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs2 vurduğu zərərdən cəmi 4500 manatını ödəmiş, qalan hissəsini isə ödəməkdən imtina etmişdir. Şikayətdə həmçinin qeyd olunur ki, məhkəmələr Məhkum cəzasını yüngülləşdirən hallar kimi onun azyaşlı uşağının olmasını nəzərə almışlar, lakin bu hal iş materialları ilə təsdiq olunmur. Şikayət müəllifləri hesab edirlər ki, Məhkum təyin olunan cəza onun törətdiyi əmələ uyğun deyil və yüngüldür. Hüquqi məsələlər: Məhkəmə kollegiyası zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin tə min edilməsi barədə Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi G.Səlimovanın, kassasiya şikayətinin qismən təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Zərərçək miş şəxs2 və onun nümayəndəsi G.Səlimova tərəfindən verilmiş kassasiya şikayətində Məhkum cəzasının ağırlaşdırılması xahiş olunur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məq sədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəmə si Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanı n şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza t əyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, tö rədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etm əyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, məhkəmələr Məhkum cəza təyin edərkən, onun ilk dəfə törətdiyi əməllərini qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərin ikisi ilə barışıq əldə edərək onlara dəymiş maddi zərəri tam ödəməsini və onların məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı şikayətlərinin olmamasını və gələcəkdə də olmayacağını bildirmələrini, üçüncü zərərçəkmiş şəxsə dəymiş maddi zərəri qismən ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan iki və bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini düzgün nəzərə almı şlar. Məhkəmə kollegiyası kassasiya şikayətində Məhkum təkcə Zərərçəkmiş şəxs2 qarşı deyil, həm də başqa şəxslərə qarşı bir neçə epizodda dələduzluq hərəkətlərinə yol verməsi və onun əməlinin tövsif edildiyi CM-in 178.2.2-ci maddəsi cinayətin təkrar törədilməsinin onun cəzasını ağırlaşdıran hal kimi göstərilən dəlilini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, şikayət müəllifi məhkuma təyin edilmiş cəza ilə razılaşmamağının səbəbini kassasiya şikayətində əsaslandırmamış, yalnız ümumi fikirlərdən və sözlərdən istifadə edərək mövqeyini əsaslandırmağa çalışmışdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkuma təyin edilmiş cəza tam qanuni və əsaslıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillə r isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Səlimova Gülşən Kazım qızı tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Səlimova Gülşən Kazım qızı tərəfindən verilmiş kasassiya şikayətinə münasibətdə d
Məhkəmə qərarları › İş №1(102)-731/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-731/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver