Məhkəmə qərarları › İş №1(102)-731/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-731/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-731/2023 13.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, mülki iddiaçının nümayəndəsi X6 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-300/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. X7 26 noyabr 1979-cu il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Kəlbəcər rayonunn Şaplar kəndində daimi yaşayış qeydiyyatında olmaqla Şəki şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Massiv, 11-ci döngə ünvanında yaşayır. 2. 03 iyun 2021-ci il tarixli ittiham aktı ilə X4 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, Dövlət Vergi Xid mətinin 10 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı İsmayıllı rayonu Hacıhətəmli kəndi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) faktiki rəhbər olarkən, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq bütün bank əməliyyatlarını həyata keçirmiş, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respubli kası Vergi Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası VM”) 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 104, 105.1, 130.1, 130.2, 149, 155, 157, 159.1, 173, 174 və 177-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və ya bəyannamə təqdim etməməklə ümumilikdə, xeyli miqdar təşkil edən, 78080,91 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Zaur Vəliyev 2017-ci ilin iyul ayı üzrə ƏDV bəyannaməsində dövriyyəni 351430,56 manat, ƏDV-ni 63257,50 manat, əvəzləşdirilən ƏDV-ni 8260,12 manat və ödənilməli ƏDV-ni 54997,38 manat göstərməli olduğu halda, dövriyyəni 81430,55 manat, ƏDV-ni 14657,50 manat, əvəzləşdirilən ƏDV-ni 6967,80 manat və ödənilməli ƏDV-ni 7 689,70 manat göstərərək, 47307,68 manat ƏDV-ni az hesablayıb, 6704,07 manat ödəməklə, 40603,61 manat ƏDV-ni; 2018-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində dövriyyəni 20171,0 manat, ƏDV-ni 3630,78 manat, əvəzləşdirilən ƏDV-ni 1281,06 manat və ödənilməli ƏDV-ni 2349,72 manat göstərməli olduğu halda, dövriyyəni 19215,0 manat, ƏDV-ni 3458,70 manat, əvəzləşdirilən ƏDV-ni 1281,06 manat və ödənilməli ƏDV-ni 2177,64 manat göstərərək, 172,08 manat ƏDV-ni; avqust ayı üzrə dövlət büdcəsinə vergilərin ödənilməsi üçün cari olaraq təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyəni 26951,61 manat, ƏDV-ni 4851,29 manat göstərib, 4851,18 manat ödəməklə, 0,11 manat ƏDV-ni; sentyabr ayı üzrə dövlət büdcəsinə vergilərin ödənilməsi üçün cari olaraq təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyəni 16516,0 manat, ƏDV-ni 2 972,88 manat göstərib, ödəməməklə, 2972,88 ƏDV-ni; həmçinin, o, cəmiyyətin adından 2018-ci ilin avqust ayı üzrə işçiyə ödədiyi 480,0 manat əmək haqqında, 2,10 manat, sentyabr ayı üzrə 480,0 manat əmək haqqında, 2,10 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini cari bəyannamə əsasında hesablayıb, ödəməməklə, cəmi 4,20 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini; Bundan əlavə, cəmiyyətin adından vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən 2018-ci il üzrə gəliri 474060,56 manat, xərci 302165,13 manat, vergiyə cəlb olunan mənfəəti 171895,43 manat və ödənilməli mənfəət vergisi 34379,09 manat olduğu halda, həmin il üzrə bəyannamə təqdim etmədən, 51,06 manat mənfəət vergisi ödəməklə, 34328,03 manat mənfəət v ergisini, ümumilikdə isə xeyli miqdar təşkil edən, 78080,91 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

3. İsmayıllı Rayon Məhkəməsinin 1(037)-1/2022 nömrəli, 24 may 2022-ci il tarixli hökmü ilə X2 əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CMnin 213.1-ci maddəsi ilə bəraət verilməsi, cinayət işi üzrə mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin mülki cavabdeh X4 qarşı 78080,91 (yetmiş səkkiz min səksən manat 91 qəpik) manat məbləğində ziyanın (vergi məbləğinin) mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin olunmasına dair mülki iddianın baxılmamış saxlanılması, cinayət işi üzrə məhkəmə xərcləri hesab olunan 750 (yeddi yüz əlli) manat ekspert iza xərcindən azad olunması, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsini, X2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib barəsində ittiham hökmünün çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Protesti delə əsaslandırmışdır ki, cinayət əməlini törətməsində Zaur Vəliyevin təqsirliliyi, yəni xeyli miqdarda təşkil edən 78080,91 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktı, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsi, mülki iddiaçının nümayəndəsinin ifadəsi, şahid ifadələri, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, eləcə də sair mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirməyərək, məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/1164 nömrəli rəyini əsassız olaraq şübhə altına alaraq hüquqi qiymət verməmiş və nəzərə almamış, bunun əksinə olaraq onun məhkəmə baxışında verdiyi ifadəsini, xx.xx.2021-cı il tarixli, 9/7072 nömrəli və xx.xx.2022-ci il tarixli, 9/873 nömrəli ekspert rəylərini heç bir digər mötəbər sübutlarla təsdiq olunmadığı halda sübut kimi qəbul etmişdir. Məhkəmə tədqiq olunmuş sübutları düzgün qiymətləndirməmiş, birtərəfli mövqe tutaraq ittihamı təsdiq edən sübutları şübhə altına almış, yalnız təqsirləndirilən şəxsin ifadəsini əsas götürərək sübut kimi qəbul etmiş, bununla da bir sübutun rədd, digər sübutların qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

5. Həmin hökmdən həmçinin mülki iddiaçı - 10 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, 78080,91 manat məbləğingə mülki iddianın tam təmin edilib təqsirləndirilən şəxsdən tutullması barədə hökm çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş edilmişdir, Şikayəti belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası VM-nin 159.7-ci maddəsi ƏDV məqsədləri üçün qeydiyyatda olan şəxsin əldə etdiyi elektron vergi hesab fakturaları üzrə nağdsız qaydada ödəmələr edildiyi halda ƏDV-ni əvəzləsdirmək hüququnun olmadığı hallara münasibətdə tətbiq edilir. Göründüyü kimi, qeyd edilən maddə tam fərqli münasibətlərə tətbiq edilir. "xxxx" MMC ƏDV qeydiyyatında olmuş, həmçinin ƏDVni əvəzləşdirmək hüququna malik olmuşdur. Bundan başqa müəssisənin fəaliyyəti Azərbaycan Respublikası VM 164-cü maddəsinin təsir dairəsinə düşməmiş, həmin maddədə ƏDV-dən azad olan əməliyyatlar qeyd edilmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-300/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 1(037)-1/2022 nömrəli, 24 may 2022-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə və apellyasiya şikayət inə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, mülki iddiaçı tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən, cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, nəticədə X7 barəsində əsassız olaraq bəraət hökmü çıxarılmışdır. Dövlət ittihamçısı Şəki Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 1(107)-300/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, mülki iddiaçı onları təkrarlamaqla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-300/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, 78.080,91 manat məbləğində mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin h üdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hans ı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-c ı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və bunun nəticəsi olaraq X4 bəraət verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Mülki iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutların qiymətlədirilməsində səhvə yol verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini və kassasiy a şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-300/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (M əzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

20. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, hər iki kassasiya müraciətində istinad edilən məsələlər kassastorların əvvələr apellyasiya instansiyası məhkəməsi qarşında qaldırdığı dəlillərlə eynilik təşkil edir, onlar hər iki aşağı instansiya məhkəməsi tərəfindən artıq ətraflı cavablandılırmış, kassasiya müraciətlərinin müəllifləri həmin məhkəmə qərarlarında müəyyən edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı baxılan kassasiya müracitələrinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, hazırkı kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiy ası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində və kassasiya əlavəsi ilə şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyas ı məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

21. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hər iki aşağı instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərarlar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstə rir.

22. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-300/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-300/2022 nömrəli, 27 sentyabr 20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar