Məhkəmə qərarları › İş №1(102)-731/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-731/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-731/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-538/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəb ul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1995-ci il tarixdə x2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, x2ndə qeydiyyatda olmaqla yaşamışdır.

2. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-30/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 177.2.1, 177.2.3 və 232.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 232.2.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 21 fevral 2021-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 gün müddətin ona təyin edilmiş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 22 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Hökmlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirlən dirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 da təqsirli bilinərək məhkum edilmişlər.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-522/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-30/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından dövlət ittihamçısı kassasiya protest i vermişdir.

7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1149/2023 nömrəli, 30 may 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)522/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-30/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət verilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-30/2022 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət təmin edilməmişdir.

9. Birinci instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.

10. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-538/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-30/2022 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkum apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddəti hüquqi savadsızlığı səbəbindən buraxmışdır. Məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, apelyasiya şikayəti vermə müddəti nin bərpa edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. 13.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.

15. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

16. Hazırki halda cinayət işinin materiallarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-30/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli hökmü Məhkum iştirakı ilə elan edilmiş və birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək hüququna və qaydasına dair izahı da əks etdirən hökmün surəti 26 sentyabr 2022-ci il tarixdə onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Hökm məhkum S.Almasova aid hissədə 08 noyabr 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

17. Bununla belə, Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti 24 iyun 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Nəticədə, məh kum tərəfindən hökmdən apelyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən çox vaxt keçmişdir. Həmçinin, məhkum tərəfindən hüquqi savadının olmaması ilə bağlı irəli sürülmüş dəlil apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas hesab edilə bilməz.

18. Göstərilən halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını müəyyən edən Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinə əsasən bu instansiyada yeni sübutlar təqdim edilmir, kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən, yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayəthüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələsinə münasibət bildirilir.

19. Yuxarıda təsvir olunanlardan görünür ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 10 avqust 2023-cü il və 12 oktyabr 2023-cü il tarixli qərarlarında müəyyən etdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-30/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.

20. Məhkəmə kol legiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad edilməsini də zəruri hesab edir.

21. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan - işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, el əcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (X4rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

22. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM- nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)538/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-538/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar