Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-732/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri, 06 saylı Vəkil Bürosunun vəkili X7 Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X19 iştirakları ilə 06 fevral 1966-cı ildə Lənkəran rayonu *********** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvan ında qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim F.K.Soltanov) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun ibtidai istintaq zamanı 02 gün həbsdə olduğu müddət CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən ona təyin edilmiş azadl ığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 27 dekabr 2018ci il tarixli qərarı ilə (hakimlər: Ə.İ.Novruzov (sədrlik edən), E.Ə.Camalov və R.M.Cəfərov) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun ibtidai istin taq zamanı 03 gün həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 27 dekabr 2018ci ildən hesablanmasına qərar verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2017-ci ilin iyun ayının sonunda Lənkəran şəhərində X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234 4.3-cü maddələri ilə ittiham olunmasına dair işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə ona veriləcək cəzanın yüngülləşdirilməsində köməklik edə biləcək şəxs axtardığını ona məlum olduqdan sonra dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədilə hərəkət edərək E6 özü və qardaşı X20 ilə telefonla əlaqə saxlayıb məhkəmədə sonuncuya yüngül cəza verilməsini təmin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, 16.000 manata öhdəsinə götürdüyü işi görəcəyini bildirmiş, vahid qəsdlə Lənkəran şəhərində E6 anası Zərərçəkmiş şəxs 06 iyul 2017-cı il tarixdə 851 manat 10 qəpiyə bərabər olan 500 ABŞ dolları, 08 iyul 2017-ci il tarixdə 1.200 manat pulu alıb ələ keçirmiş, daha sonra Zərərçəkmiş şəxs adından onun təklifi ilə tanışı X17 adına 12 iyul 2017-ci il tarixdə poçt göndərişi vasitəsi ilə göndərilmiş 600 manat, X11 adından onun təklifi ilə tanışı X17 adına 24 iyul 2017-ci il tarixdə poçt göndərişi ilə vasitəsi ilə göndərilmiş 2.000 manat, X11 adından onun təklifi ilə tanışı X18 adın a 01 avqust 2017-cı il tarixdə poçt göndərişi vasitəsi ilə göndərilmiş 1.000 manat, X4 adından onun təklifi ilə tanışı X18 adına 27 iyul 2017-ci il tarixdə poçt göndərişi vasitəsi ilə göndərilmiş 1.550 manat, X10 adından onun təklifi ilə tanışı X18 adına 27 iyul 2017-ci il tarixdə poçt göndərişi vasitəsi ilə göndərilmiş 750 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə qeyd olunan dövr ərzində 7.951 (yeddi min doqquz yüz əlli bir) manat 10 qəpik məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya M əhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, məhkuma azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum münasibətdə ədalətsiz mövqe tutaraq birinci instansiya məhkəməsi tərəfindən məhkumun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş əvvəllər məhkum olunmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almayaraq zərərçəkmiş şəxsə maddi ziyanın ödənilməməsini, törədilmiş əməldən məhkumun heç bir peşmanlıq hissi keçirməməsi kimi dəyərləndirmiş və barəsində sərt qərar qəbul etmişdir. Şikayət müəllifi hesab edir ki, təyin edilmiş cəza sərt və ağır olmaqla, məhkumun şəxsiyyətinə və əməlinə uyğun deyildir, ona azadlıqdan məh rum etmə cəzası deyil, həmin cəzaya alternativ cəza təyin edilməlidir. Məhkumun müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X30 tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə isə Məhkum əməlində cinayət tərkibinin olmaması əsasına görə iş üzrə icraata xitam verilməsi, habelə verilmiş kassasiya şikayətinin nəzərə alınması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, iş üzrə Zərərçəkmiş şəxs alınan pulun məbləği 5000 (beş min) manat olmuşdur. Cinayət işində adları keçən digər şəxslərdən təqsirləndirilən şəxsin götürdüyü məbləğlərin Zərərçəkmiş şəxs məxsus olmasını ibtidai araşdırma orqanı sübut edə bilməmişdir. Həmçinin sübut olunmur ki, həmin şəxslər Zərərçəkmiş şəxs ilə eyni niyyətlə pulu Məhkum vermişlər. Müdafiəçi hesab edir ki, Məhkum ittihamı sübut olunması nəticəsinə gəlinsə belə, onun əməli CM-nin 178.1-ci maddəsi ilə tövsif olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə məhkumun müdafiəçisi R6, kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə və dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahi yyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Müdafiəçi R6 tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə isə məhkumun əməlinin əsassız olaraq CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi mübahisələndirilir və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Kassasiya şikayətinə əlavənin Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə əsassız məhkum edilməsinə dair dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, ape llyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş pul baratlarının göndərilməsi qəbzlərindən görünür ki, 12.07.2017-ci il tarixdə Şabran rayon poçt şöbəsindən X12 adından Lənkəran rayon poçt şöbəsinə X17 adına 600 m anat, 24.07.2017-ci il tarixdə Şabran rayon poçt şöbəsindən X11 adından Lənkəran rayon şöbəsinə X17 adına 2000 manat, 27.07.2017-ci il tarixdə Şabran rayon poçt şöbəsindən X4 adından Lənkəran rayon poçt şöbəsinə X18 adına 1550 manat, 01.08.2017-ci il tarixdə Şabran rayon poçt şöbəsindən X11 adından Lənkəran rayon poçt şöbəsinə X18 adına 1000 manat, 02.08.2017-ci il tarixdə Şabran rayon poçt şöbəsindən X10 adından Lənkəran rayon poçt şöbəsinə X18 adına 750 manat pul göndərilmişdir. İş materiallarından görünür ki, Məhkum işin hallarında təsvir olunan dələduzluq cinayətlərini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan, Zərərçəkmiş şəxs, şahidlər X20, X8, X13, X25, X1, X26, X5, X27, X14, X9 və X6 ifadələri, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbay can Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, öz gənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar h aqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəl cədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli iş materiallarında olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmə protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsinə dair kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlil ik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, onun ilk dəfə az ağır cinayət əməli törətməsini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmal ıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zaman ı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, işə baxan aşağı instansiya məhkəmələri tərəfindən Məhkum yaşlı olmasını cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmaması nəzərə alınmaqla cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində daha yüngül c əzanın təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-1 46-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda g östərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsini n 27 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-732/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-732/2019
09.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver