Məhkəmə qərarları › İş №1(102)-732/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-732/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-732/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və bəraət almış şəxs iştirakları ilə Qusar Rayon Məhkəməsinin 31 mart 2015-ci il tarixli hökmü ilə bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli hökmü ilə isə bəraət almış şəxs həmin maddələrlə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Şükürov Şahin Almas oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 31 mart 2015-ci il tarixli hökmü ilə (hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu) Məhkum, xx xxxxxx 1951-ci il tarixdə Qusar rayonunun Mucuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər Dəvəçi Rayon Məhkəməsinin 14 dekabr 20 04-cü il tarixli hökmü ilə əsasən CM-nin 315.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinərək təyin olunmuş cəza CM-nin 66.5-cı maddəsinə əsasən Quba Rayon Məhkəməsinin 29 mart 2004-cü il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təyin olunmuş 1 il (bir) müddətə islah işləri cəzası ilə birləşdirilərək qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 14 iyul 2005-ci il tarixli qərarı ilə CM-nin 221.2.2-ci maddəsi hökmdən xaric edilmiş və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1-də qeydiyyatda olan və yaşayan, fərdi sahibk arlıqla məşğul olan, CM-nin 234.2 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 234.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə bəraət almış şəxs təqsirli bilinərək məhkum edilmişdir ona görə ki,o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlamaqla, həmin narkotik vasitədən iki ədəd kibrit qutusunda olan, 8,13 qram çəkidə qurudulmuş marixuananı 22 oktyabr 2014-cü il tarixdə, saat 15 radələrində X rayonunun Həzrə-Mucuq yolunun kənarında yerləşən özünə məxsus və üzərində "ALEKORS" adlı sözləri yazılmış ictimai-iaşə obyekti kimi işlətdiyi köşkün qarşısında Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak edən X19 100 manata qanunsuz olaraq satmış, X22 bəraət almiş şəxs 100 manata aldığı iki ədəd kibrit qutusundakı 8,13 qram çəkidə qurudulmuş marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etdikdən sonra, həmin gün saat 18 radələrində bəraət almiş şəxs özünə məxsus yuxarıda göstərilən köşkün qarşısında Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə və işlət diyi köşkə baxış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən narkotik vasitənin satışı zamanı X22dan əldə etdiyi 2 ədəd A 11560622 və B 01828445 nömrəli 50 manatlıq pul əsginasları, köşkdən isə ona məxsus gizlətdiyi bir ədəd kibrit qutusundakı 3,24 qram və sellofan torbadakı 8,07 qram narkotik vasitələr qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, davam etdirilmiş tədbirlərlə 27 oktyabr 2014-ci il tarixdə saat 15 radələrində məhkəmə qərarına əsasən bəraət almiş şəxs tək yaşadığı X rayonu Mucuq kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılarkən, evdən ona məxsus 1 ədəd sellofan torbada olan 22,40 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd qanunsuz olaraq əldə edib evində saxladığı zavod üsulu ilə istehsal edilmiş, "AK- 47", "AKM", "AKS", "AkMC" və s. konstruksiyalı avtomat silahlarda istifadə edilmək və hədəfə atəş yolu ilə zədə yetirmək üçün nəzərdə tutulmuş, 1943-ci il nümunəli, 7,62 mm kalibrli, birdəfəlik istifadə edilən, döyüş sursatı sayılan və təyinatı üzrə istifadə üçün atəşə yararlı patron aşkar edilərək götürülmüşdür. Hökmdən bəraət almiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Azər Qəmbər oğlu (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə) 02 mart 2017-ci il tarixli qərarı ilə Qusar Rayon Məhkəməsinin 31 mart 2015-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli CM-nin 234.2ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş, o, CM-nin 234.1 və 228.1-ci m addələri ilə təqsirli bilinərək ona CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 01(bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzalar qismən toplanılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkum və onun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Fərhad Kazım oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Qı lıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə) 16 noyabr 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı ilə (Ali Məhkəmənin 01 iyun 2018-ci tarixli qərarı ilə Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin məhkəmə tərkibinə, məhkəmənin bütün hakimlərinə və sədrinə edilmiş etirazı Ali Məhkəmənin sədri tərəfindən təmin edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir) birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 31 mart 2015-ci il tarixli h ökmü dəyişdirilmiş, bəraət almış şəxsin əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəza ona CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla məhkuma qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, bəraət almış şəxs 2 (iki) il 6 (altı) ay müddətində həbsdə saxlanılması nəzərə alınaraq o, təyin edilmiş cəzanı çəkmiş hesab olunmuşdur. Həmin qərardan məhkum edilmiş şəxs Məhkum tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişio ğlu (sədrlikedənvə məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə) 19 iyun 2019-cu il tarixli qərarı ilə Məhkum kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsinə yeni baxışa təyin edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 09 sentyabr 2020-ci il tarixli hökmü ilə bəraət almış şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, bəraət almış şəxs CM-nin 234.2 və 228.1-ci maddələri ilə məhkum olunmasına dair Qusar Rayon Məhkəməsinin 31 mart 2015-ci il tarixli hökmü ləğv edilmiş, bəraət almış şəxs CM-nin 234.2 və 228.1-ci maddələri ilə təqsiri sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilmiş, ona CM-nin 234.2 və 228.1ci maddələri ilə bəraət verilmiş, bəraət almış şəxsin tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası Məhkum izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı Ş.A.Şükürov kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutl arı şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı Ş.A.Şükürov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonar mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, bəraət almış şəxsin apellyasiya şikayəti əsassız olaraq təmin edilərək ona bəraət verilmiş, halbuki birinci instansiya məhkəməsinin məhkəmə iclasında bəraət almış şəxs CM-nin 234.2 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Bakı Apelyasiya Məhkəməsi bəraət almış şəxs bəraət verilməsini belə əsaslandırmışdır ki, X47 bəraət almış şəxsdən narkotik vasitə alaraq polis əməkdaşlarına təqdim etməsi ilə bağlı tərtib edilmiş əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərar və protokollarda nöqsan vardır. Ona görə də həmin qərar və protokollar mötəbər sübut kimi istifadə oluna bilməz. İş materiallarından müəyyən olunur ki, qərar qəbul edildikdən sonra faktiki olaraq nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbiri həyata keçirilsə də, belə bir əməliyyat tədbirinin keçirilməsi ilə bağlı əməliyyat müvəkkili X33 tərəfindən hər hansı qərar qəbul edilməmiş, 22 oktyabr 2014-cü il tarixdə tərtib olunmuş qərarda isə göstərilən halla bağlı heç bir müddəa əks edilməmişdir. X33 tərəfindən pullar X22a saat 12.00-da təqdim edilmiş, X22 isə saat 16.00-da iki ədəd kibrit qutusunda narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Göstərilən protokollara əsasən narkotik vasitənin alqı-satqısı saat 12-dən saat 16-dək olmalıydı ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X44 həmin gün saat 12 radələrində Mucuq kəndinə, Alikin işlətdiyi obyektə gəldiyini, bütün gün orada olduğunu, bir neçə saat sonra oraya X1 və X2 adlı şəxslərin gəldiyini, bəraət almış şəxs oraya yalnız saat 17 radələrində gəldiyini bildirmiş, qeyd olunan halı məhkəmə iclaslarında şahid qismində dindirilmiş X77 da dolayı (günorta saatlarında məhz həmin yerdə olarkən bəraət almış şəxs orda olmamış bir neçə saat sonra sonuncu ora gəlmiş və polislər tərəfindən tutulmuşdur) yolla təsdiq etmişdir. Göstərilənlərlə bağlı dövlət ittihamçısı qeyd edir ki, 22 oktyabr 2014-cü il tarixli şifahi ərizə protokolunda n görünür ki, X6 RPŞ-nin Həzrə PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru X12 müraciət edərək Mucuq kəndində X adlı şəxsin narkotik vasitə satmasını və ona görə də Xdən marixuana almaqla onun cinayətə cəlb olunmasında polisə yaxından köməklik etmək istədiyini bildirmişdir. Bundan sonra X33 tərəfindən “Əməliyyat axtarış tədbirinin keçirilməsinə dair” 22 oktyabr 2014-cü il tarixli qərar qəbul olunmuş, daha sonra həmin gün Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili X21 tərəfindən, Qusar RPŞ-nin əməkdaşları, şifahi məlumat verən X30 və hal şahidlərinin iştirakları ilə iki ədəd 50 manatlıq pul əsginaslarının seriya və nömrələri A11560622 və B01828445 olmaqla qeyd edilərək X19 verilmişdir. 22 oktyabr 2014-cü il tarixli könüllü təqdim etmə barədə protokoldan görünür ki, Qusar RPŞ -nin Həzrə PB-nin baş əməliyyat müvəkkili X21 tərəfindən, Qusar RPŞ-nin əməkdaşları və dəvət olunmuş hal şahidlərinin iştirakları ilə protokol tərtib olunmuşdur ona görə ki, X3 olaraq baş idarəyə gəlib şifahi olaraq həmin gün bəraət almış şəxs Mucuq kəndində onun işlədiyi kafedə iki ədəd kibrit qutusunda hər birinin əlli manata olmaqla narkotik vasitə olan marixuana aldığını bildirmiş və vətəndaş X30 hal şahidlərinin və protokolda iştirakları göstərilən şəxslərin qarşısında iki ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya oxşar kütləni təqdim etmiş, həmin maddələr tərəzidə çəkilmiş və qablaşdırılaraq bağlanmaqla götürülmüşdür. Polis əməkdaşı X33 tərəfindən 22 oktyabr 2014-cü il tarixdə polis şöbəsində X19 02 ədəd 50 manatlıq pul əskinaslarının verilməsini, X22un polis şöbəsini tərk ed ərək sonradan geri qayıdıb 02 ədəd kibrit qutusunda narkotik vasitə təqdim etməsini polis əməkdaşları və X22un özündən başqa işdə heç bir marağı olmayan hal şahidləri ifadələrində təsdiq etdikləri halda məhkəmənin qərar və protokolların məzmununda olan texniki səhvləri əsas götürərək həmin qərar və protokolları sübutlar siyahısından çıxarması məhkəmənin təqsirləndirilən şəxsə bəraət verməsi üçün süni sübutlar topladığını təsdiq edir. Belə ki, X22a 02 ədəd 50 manatlıq pul əskinazları hal şahidlərinin yanında qeyd olunaraq verilmiş, sonradan həmin pulların bəraət almış şəxs üzərindən aşkar olunmasını işdə heç bir marağı olmayan hal şahidlərinin ifadələri ilə təsdiq edilmişdir. Göründüyü kimi bəraət almış şəxs 22 oktyabr 2014-cü il tarixdə X22a narkotik vasitə satması polis əməkdaşlarının i fadəsi, X22un özünün ifadəsi, tərtib edilmiş protokollarla yanaşı hal şahidlərinin ifadələri ilə təsdiq olunsa da, məhkəmə həmin hal şahidlərinin ifadlərini sübutlar siyahısından çıxarmadan əsassız olaraq bəraət almış şəxs bəraət verilməli olması qənaətinə gəlmişdir. Kassasiya protestinin müəllifi həmçinin qeyd edir ki, şahid ifadələrində baş vermiş hadisənin vaxtının fərqli göstərilməsi (şahidlərin hər biri ifadələrində vaxtı təxmini olaraq göstərərək hadisənin məhz həmin saatda baş verdiyini bildirməmişlər) nisbi anlayışdır və məhz ifadələrdə olan cüzi vaxt fərqlərinə görə tərtib edilmiş protokol və keçirilmiş əməliyyat tədbirinin şübhə altına alınması yolverilməzdir. Məhkəmə hal şahidlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən X22a verilmiş 02 ədəd 50 manatlıq pul əskinaslarının y enə də başqa hal şahidərinin iştirakı ilə bəraət almış şəxs üzərindən aşkar olunması faktına hüquqi qiymət vermədən, həmin halı araşdırmamış, bəraət almış şəxs da ifadəsində göstrilən məsələ ilə bağlı ağlabatan cavab verə bilməmiş, (sorğu zamanı bəraət almış şəxs cibindən çıxan həmin pulların ona məxsus olduğunu, lakin haradan əldə etməsini xatırlamadığını bildirmişdir) məhkəmə həmin halın üzərindən sükutla keçməklə, işdə olan texniki səhvləri sadalayaraq bəraət almış şəxs bəraət vermişdir. Şahid qismində dindirilmiş X44 isə bəraət almış şəxs məxsus obyektdə işləyən şəxs olmaqla onun xeyrinə ifadə verməyə maraqlı şəxs olmuşdur. Məhkəmənin hansı əsasla X44in ifadəsini mötəbər sübut kimi qəbul etməsi ittiham tərəfinə aydın deyildir. Bundan başqa məhkəmə kollegiyası 22 oktyabr 2014-cü il tari xdə polis əməkdaşları tərəfindən baxış istintaq hərəkəti adı altında faktiki olaraq bəraət almış şəxs üzərində şübhəli şəxs qismində tanınmadığı halda şəxsi axtarış istintaq hərəkəti həyata keçirildiyini göstərmişdir. Həmçinin məhkəmə X44in ifadəsinə istinad edərək onun polis əməkdaşları tərəfindən budkadan çıxarıldığı üçün oradan aşkar olunmuş narkotik vasitələrin (kibrit qutusu və sellofan torbada olan) bəraət almış şəxs məxsus olmasının şübhəli olduğunu göstərmişdir. Lakin qeyd etmək lazımdır ki, tərtib olunmuş protokolun məzmunundan da göründüyü kimi, həmin vaxt bəraət almış şəxs üzərində şəxsi axtarış aparılmamış, bəraət almış şəxs özü üzərində olan əşyaları təqdim etmiş və həmin əşyalara baxış keçirilmiş, bəraət almış şəxs üzərində hər hansı qanunsuz əşya olması ilə bağlı əlavə axtar ış aparılmamış, bu halı bəraət almış şəxs özü də ifadəsində təsdiq etmişdir. Sorğu zamanı bəraət almış şəxs cibindən çıxan həmin pulların ona məxsus olduğunu, lakin haradan əldə etməsini xatırlamadığını bildirmişdir. Şahid X44 apellyasiya baxışı zamanı ifadəsində həmin budkadan polislərin tapşırığı ilə çıxarıldığını, bundan sonra iki nəfər şəxsin həmin budkaya daxil olaraq bir neçə dəqiqə içəridə qaldıqlarını və yalnız içəridən özləri çıxdıqdan sonra ona içəri keçib nə kibrit qutuları varsa gətirməsini tapşırdıqlarını, yalnız bundan sonra özünün budkanın içinə keçərək kibrit qutularını gətirdiyini bildirmişdir. Yuxarıda qeyd olunduğu kimi X26 bəraət almış şəxs məxsus yerdə işlədiyi üçün sonuncunun xeyrinə ifadə verməyə maraqlı şəxsdir. İlkin olaraq da X44 birinci instansiya məhkəməsində ve rdiyi ifadəsində polis əməkdaşlarının onu budkadan çıxardığını bildirməmiş, sonradan məhkəmədə ifadəsini dəyişərək bəraət almış şəxs xeyrinə ifadə vermişdir. Bundan başqa məhkəmə axtarışın keçirildiyi evin bəraət almış şəxs deyil, qardaşına məxsus olduğu, evdə axtarış keçirilərkən bəraət almış şəxs iştirak etmədiyini göstərərək həmin istintaq hərəkətənin də etibarsız olduğunu, evdən aşkar olunmuş narkotik vasitə və patronun bəraət almış şəxs məxsus olmasını şübhəli olmasını qeyd etmişdir. İş materiallarından göründüyü kimi, Qusar Rayon Məhkəməsinin 5(029)-32/2014 saylı, 25 oktyabr 2014-cü il tarixli “Axtarış aparılması haqqında” qərarı əsasında bəraət almış şəxs müvəqqəti yaşadığı ünvan 1-də axtarış keçirilmiş vəaxtarış zamanı evin sahibi yəni bəraət almış şəxs qardaşı da iştirak etmiş, so nuncu tərəfindən evdə axtarış aparılarkən hər hansı pozuntuya yol verilməsi barədə protokola qeyd verilməmişdir. Həmçinin hökmdə bəraət almış şəxs həmin evdə yaşamadığı qeyd olunsa da, evdəki otaqlardan birində yalnız məhz bəraət almış şəxsməxsus paltar və digər əşyalar aşkar olunmuşdur ki, göstərilən hal da Məhkum da həmin evdə müvəqqəti yaşadığını sübut ədir. Apelyasiya instansiyası məhkəməsi faktiki olaraq bəraət almış şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün verdiyi özünü müdafiə xarakterli, istintaq materialları ilə təkzib edilmiş ziddiyətli ifadələrini, iş üzrə dindirilmiş şahidlərin ifadələrinin təqsirləndirilən şəxsin ifadələri ilə ziddiyyət təşkil etməsini əsas götürərək belə nəticəyə gəlmişdir ki, bəraət almış şəxs CM-nin 234.2 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlə ri törətməsi sübuta yetirilmir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə bəraət verərkən yalnız təqsirləndirilən şəxsin verdiyi və iş materialları ilə təkzib olunan özünümüdafiə xarakterli ifadələrini əsas götürmüş, baxış keçirilməsi barədə protokolu, şahidlərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, işdə olan digər sənədləri sübut kimi qiymətləndirməməsinin motivlərini heç nə ilə əsaslandırmamış, yalnız heç bir əsası olmayan öz mülahizələri ilə kifayətlənmişdir. Dövlət ittihamçısı Ş.A.Şükürov bütün qeyd olunanları nəzərə alaraq kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı Ş.A.Ş ükürov kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq bəraət almış şəxs CM-nin 234.2 və 228.1-ci maddələri ilə bəraət verilməsini və prosessual qanunun digər normalarının tələblərinə əməl etməməsini iddia edərək həmin məhkəmənin hökmünün ləğv edilməsi haqqında kassasiya tələbini CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1 və 416.1.2-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiy ası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta ye tirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəm ə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təs bit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-c i bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutlurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən ed ilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin tə qsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqay isə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 15.3-cü maddəsinin tələbindən görünür ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirlən dirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bil ər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olu nmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumun un “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına gör ə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çat dırılmışdır ki, CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbayca n Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, ya xud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). İşin müəyyən edilmiş faktiki hallarını ctnayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız mə hkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq Qusar Rayon Məhkəməsi bu sübutlar əsasında Məhkum barəsində ittiham hökmünün çıxarılması haqqında qənaətə gəlmiş və həmin hökm ə əsasən bəraət almış şəxs CM-nin 234.2 və 228.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlamaqla, həmin narkotik vasitədən iki ədəd kibrit qutusunda olan, 8,13 qram çəkidə qurudulmuş marixuananı 22 oktyabr 2014cü il tarixdə, saat 15 radələrində Qusar rayonunun Həzrə-Mucuq yolunun kənarında yerləşən özünə məxsus və üzərində "ALEKORS" adlı sözləri yazılmış ictimai-iaşə obyekti kimi işlətdiyi köşkün qarşısında Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak edən X19 100 manata qanunsuz olaraq satmış, X22 bəraət almış şəxs 1 00 manata aldığı iki ədəd kibrit qutusundakı 8,13 qram çəkidə qurudulmuş marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etdikdən sonra, həmin gün saat 18 radələrində bəraət almış şəxs özünə məxsus yuxarıda göstərilən köşkün qarşısında Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə və işlətdiyi köşkə baxış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən narkotik vasitənin satışı zamanı X22dan əldə etdiyi 2 ədəd A 11560622 və B 01828445 nömrəli 50 manatlıq pul əsginasları, köşkdən isə ona məxsus gizlətdiyi bir ədəd kibrit qutusundakı 3,24 qram və sellofan torbadakı 8,07 qram narkotik vasitələr - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, davam etdirilmiş tədbirlərlə 27 oktyabr 2014-ci il tarixdə saat 15 radələrində məhkəmə qərarına əsasən Məhkum tək yaşadığı Qusar rayonu Mucuq kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılarkən, evdən ona məxsus 1 ədəd sellofan torbada olan 22,40 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd qanunsuz olaraq əldə edib evində saxladığı zavod üsulu ilə istehsal edilmiş, "AK- 47", "AKM", "AKS", "AkMC" və s. konstruksiyalı avtomat silahlarda istifadə edilmək və hədəfə atəş yolu ilə zədə yetirmək üçün nəzərdə tutulmuş, 1943-ci il nümunəli, 7,62 mm kalibrli, birdəfəlik istifadə edilən, döyüş sursatı sayılan və təyinatı üzrə istifadə üçün atəşə yararlı patron aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi bu sübutların bir hissəsinin apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavasitə özü ar aşdıraraq, digərlərini isə tam şəkildə tədqiq edib onlara həm istinad edərək, həm də kassasiya protestinin dəlillərin əksinə olaraq həm ayrıayrılıqda, həm də məcmu şəkildə qiymətləndirərək bəraət almış şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nətiəcyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan 22 oktyabr 2014-cü il tarixli şifahi ərizə protokolundan görünür ki, Qusar RPŞ-nin Həzrə PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili polis mayoru X21 CPM-nin 204-cü maddəsini rəhbər tutaraq ünvan 1də yaşayan X13 şifahi olaraq, sonuncunun bir neçə gün əvvəl Mucuq kəndində X adlı şəxsin kafesində çörək yeyərkən X ona "əgər lazım olsa marixuana təşkil edə bilərəm” bildirməsi, daha sonra "bir başını 15 manat, kibrit qutusunu 50 manata” olduğunu bildirmişdir. O, bilir ki, narkotik cəmiyyətə ziyandır ona görə də X marixuana almaqla onun cinayətə cəlb olunmasında polisə yaxından köməklik etmək istəyir. Həmin ərizəyə dair protokolu Qusar RPŞ-nin Həzrə PB-nin daxil olma ştampı ilə "Ə-21" qeydiyyat nömrəsi ilə 22 oktyabr 2014-cü il tarixlə qeydiyyata alınmışdır. "Əməliyyat axtarış tədbirinin keçirilməsinə dair” 22 oktyabr 2014-cü il tarixli qərardan görünür ki, Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili X21 rayon polis şöbəsinə Qusar rayonu, Mucuq kəndinin sakini Məhkum narkotik vasitə satması barədə daxil olmuş məlumata baxaraq, sonuncunun Mucuq kəndinin ərazisində yolkənarı kafe yeməkxanasında narkotik vasitə aşkar etmək məqsədi ilə qeyd olunan yerə baxış keçirilməsi müəyyən edilərək, bəraət almış şəxs ifşası ilə bağlı əməliyyat-axtarış tədbirlərinin hazırlanıb Qusar rayonu Mucuq kəndində həyata keçirilməsi, zərurət yarandıqda Məhkum üzərinə və işlətdiyi obyektə baxış keçirilməsi qərara alınmışdır. Qərarın müvafiq PB-nin dəftərxanasında hər hansı formada qeydiyyata alınmasına dair məlumat yoxdur. Göründüyü kimi polis əməkdaşı X33 tərəfindən qəbul edilmiş "Əməliyyat axtarış tədbirinin keçirilməsinə dair” 22 oktyabr 2014-cü il tarixli qərardan müəyyən olunur ki, Qusar rayon Mucuq kənd sakini bəraət almış şəxs Mucuq kənd ərazisində yolkənarı kafe yeməkxanasında narkotik vasitə aşkar etmək mə qsədi ilə qeyd olunan yerə baxış keçirilməsi müəyyən edilərək, bəraət almış şəxs ifşası ilə bağlı əməliyyat-axtarış tədbirlərinin hazırlanıb Qusar rayonu Mucuq kəndində həyata keçirilməsi, zərurət yarandıqda Məhkum üzərinə və işlətdiyi obyektə baxış keçirilməsi qərara alınmışdır. Halbuki "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaqasma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlan ılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. Həmin maddənin İİ hissəsinə əsasən bu maddə nin İ hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Göründüyü kimi, göstərilən normada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin müəyyən edilmiş əsaslar olduğu hallarda keçirə biləcəkləri əməliyyat-axtarış tədbirlərinin siyahısı konkret göstərilmişdir. İş materialları ilə müəyyən olunur ki, qərar qəbul edildikdən sonra faktiki olaraq nəzarət qaydasında mal alınması əməliyyat axtarış tədbiri həyata keçirilsə də, belə bir əməliyyat tədbirinin keçirilməsi ilə bağlı əməliyyat müvəkkili X33 tərəfindən hər hansı qərar qəbul edilməmiş, 22 oktyabr 2014-cü il tarixdə tərtib olunmuş qərarda isə göstərilən halla bağlı heç bir müddəa əks edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd olunan hadisələrin baş vermə ardıcıllığı ilə (obyektiv həqiqəti əks etdirməli olan protokolların məzmunu ilə) həmin günə dair ifadə vermiş şahidlərin və əməliyyatın əsas hərəkətverici qüvvəsi və iştirakçısı olan X22un ifadələrində mövcud olan ziddiyyətlərin qarşılıqlı şəkildə araşdırılmasının zəruriliyini vurğulayır. Şahid X22 ibtidai istintaq zamanı Məhkum 02 ədəd kibrit qutusunda narkotik vasitə aldığını bildirsə də, məhkəmədə sonuncudan 01 ədəd kibrit qutusunda narkotik vasitə aldığını qeyd edərək, ziddiyyətli ifadələr vermişdir. Məhkəmə kollegiyası həmçinin X22un narkotik vasitəni bəraət almış şəxs Mucuq kəndində, sonuncunun işlətdiyi obyektdə almasını göstərməsi ilə bağlı qeyd edir ki, həmin alqı-satqı prosesi obyektiv olaraq pulların X22a təqdim edilməsindən, yəni saat 12.00-dan sonra və X22un saat 16.00-da iki ədəd kibrit qutusunda narkotik vas itəni polis əməkdaşlarına təqdim edənədək baş vermişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X44 həmin gün saat 12 radələrində Mucuq kəndinə, X işlətdiyi obyektə gəldiyini, bütün gün orada olduğunu, bir neçə saat sonra oraya Diyarxan və Nadir adlı şəxslərin gəldiyini, bəraət almış şəxs oraya yalnız saat 17 radələrində gəldiyini bildirmiş, qeyd olunan halı məhkəmə iclaslarında şahid qismində dindirilmiş X20 da dolayısı ilə təsdiq etmişdir. O, göstərmişdir ki, günorta saatlarında məhz həmin yerdə olarkən bəraət almış şəxs orda olmamış və sonuncu bir neçə saat sonra oraya gəlmişdr. Göründüyü kimi, X22un ifadələrində göstərdiyi və protokollarla sənədləşdirilmiş alqı-satqının baş tutduğu tarixdə və saatlarda hadisənin baş verdiyi yerdə olan şəxslər belə bir halın şahidi olmadıqların ı bildirmişlər. Bundan başqa, qeyd olunmalıdır ki, hər iki protokolda hal şahidləri kimi 1986-cı il təvəllüdlü Şahid2 və 1956-cı il təvəllüdlü Şahid1 iştirakları qeyd olunaraq, onların anket məlumatları protokolların məzmununa daxil edildikdən sonra həmin şəxslər tərəfindən imzalansa da, ibtidai araşdırma orqanı tərəfindən qeyd olunan hərəkətlərin aparılmasında iştirak etmiş hal şahidləri kimi, yuxarıda adları sadalanan şəxslər deyil də, tamamilə başqa şəxslər olan X14 və X15 qəbul olunaraq onların izahat və ifadələri alınmış, eyni zamanda sonuncular da əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmişlər. Digər tərəfdən, yuxarıda göstərilən qərar və protokolların məzmunundan görünür ki, həmin sənədlər "Əməliyyat-Axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun və CPM-n in tələblərinə zidd tərtib olunmuşdur. Belə ki, qərarın qəbul edilməsi saatı və polis bölməsində qeydə alınması barədə məlumatlar olmamaqla yanaşı, tərtib olunmuş protokolların da qeydiyyatı barədə heç bir məlumat yoxdur ki, bu hallar da özüözlüyündə yuxarıda sadalanan dəlillərlə birlikdə tərtib edilmiş qərar və protokolların həqiqəti əks etdirməməsini, həmin sənədlərin hadisələr baş verdikdən sonra tərtib edilməsinə dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə” 22 oktyabr 2014-cü il tarixli qərar, qeyd olunan qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri və bununla bağlı tərtib olunmuş “22 oktyabr 2014-cü il tarixdə Qusar rayonu ərazisində Məhkum cinayət əməlini ifşa etmək məqsədilə ondan narkotik alaraq cinayət başında yaxalanması ilə əlaqədar həyata keçiriləcək əməliyyat tədbirində istifadə ediləcək pul əsginaslarının nömrələri barədə” və 22 oktyabr 2014-cü il tarixli "Könüllü təqdim etmə barədə” protokollar CPM-nin tələblərinə, eləcə də “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olduğundan, qanunsuz qəbul olunmuş qərar əsasında keçirilmiş əməliyyat axtarış-tədbiri nəticəsində toplanmış məlumatlar hüquqi qüvvəsi olmayan hesab ediliməklə sübuti əhəmiyyətə malik olmayan materiallar şəxsin cinayətdə təqsirli olduğununa dəlalət edən əsaslar kimi qəbul edilməməlidir. Belə ki, "Baxış keçirilməsi haqqında” 22 oktyabr 2014-cü il tarixli protokolun mahiyyətindən görünür ki, polis əməkdaşları Məhkum üzərinə faktiki olaraq baxış deyil, istintaq hərəkəti kimi cinayət-pr osessual qanunvericiliyində nəzərdə tutulmuş şəxsi axtarış aparmışlar. CPM-nin 246.1-ci maddəsinə əsasən isə müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Bundan istisna olaraq, yəni məhkəmənin qərarı olmadan şəxsi axtarışın aparılması mümkülüyü CPM-nin 246.2.1-246.2.3-cü maddələrində müəyyən edilmişdir. Həmin maddələrə görə, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə, yaxud da axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və s ənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda şəxsi axtarış məhkəmənin qərarı alınmadan da aparıla bilər. Bu normanın mənası belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmənin qərarı olmadan şəxsin üzərində axtarış o halda keçirilə bilər ki, o, qanuna müvafiq qaydada şübhəli şəxs qismində tutulsun, yaxud onun barəsndə həbs qətimkan tədbiri seçilsin, yaxud da axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olsun. İş materialları ilə sübut edilir ki, 22 oktyabr 2014-cü il tarixdə qey olunan istintaq hərəkəti aparılmazdan əvvəl bəraət almış şəxs şübhəli şəxs qismində tutulmamış, onun barəsində həbs qətimkan tədbiri seçilməmiş və axtarış və ya gö türmənin aparıldığı binada bəraət almış şəxs sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olmamışdır. Buna görə, yəni CPM-nin 246.2.1- 246.2.3-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edilmədiyindən bəraət almış şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin məhkəmənin qərarı əsasında aparılması tələb olunurdu ki, ibtidai araşdırma orqanı tərəfindən də bu tələb kobud şəkildə pozulmuşdur. Həmçinin "Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 22 oktyabr 2014-cü il tarixli protokoldan və cinayət törədilməsində şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, bəraət almış şəxs azadlığı faktiki olaraq həmin tarixdə saat 18:00-da məhdudlaşdırılsa da, onun tutulması saat 21:00-da, yən i faktiki tutulduqdan 3 saat sonra rəsmilləşdirilmiş və bu vaxt ərzində o, qanunsuz olaraq, yəni məhkəmənin qərarı olmadan azadlıqdan məhrum edilmişdir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı tədqiq edilmiş və toplanmış sübutlara qiymət verilərkən müəyyən edilmişdir ki, Məhkum 22 oktyabr 2014-cü il tarixdə saat 18:00da CPM-nin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılmış, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, CPM-nin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, hüquq, vəzifələri və məsuliyyəti dərhal izah edilməmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti qanunsuz aparılmış, həmin hərəkət, daha sonra işlətdiyi obyektə baxış əməliyyat-axtarış tədbiri aparıldıqdan xeyli sonra şübh əli şəxs kimi tutulması həyata keçirilərək protokol tərtib edilmişdir. Bu isə öz növbəsində 22 oktyabr 2014-cü il tarixdə saat 18.00-da Məhkumla bağlı barəsində hələ heç bir cinayət işi və şübhəli şəxs kimi tutulma haqqında protokol olmadan, yəni onun prosessual statusu müəyyən edilmədən, hüquqları izah edilmədən və məhkəmə qərarı olmadan şəxsi axtarışa və götürməyə məruz qalmasına dəlalət edir ki, qeyd olunan hərəkətlərin edilməsi də kobud prosessual qanun pozuntusu hesab edilməlidir. Belə ki, 22 oktyabr 2014-cü il tarixli "Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokol, 22 oktyabr 2014-cü il tarixli "Şübhəli şəxsin tutulması haqqında” qərardan və 22 oktyabr 2014-cü il tarixli Qusar RPŞ-nin rəisinin AR DİN-in Kriminalistik Tədqiqatlar idarəsi rəisinə ünvanlanan müşayiəted ici məktubundan göründüyü kimi, 22 oktyabr 2014-cü il tarixdə Qusar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Qusar rayonu, Mucuq kənd sakini Məhkum şərti alıcıya hər birini 50 manat olmaqla iki ədəd kibrit qutusunda təmiz çəkisi təxminən 08 qram olan narkotikə oxşar kütlə satarkən saxlanılması göstərilmişdir. Halbuki iş materiallarında olan müvafiq protokollarda bəraət almış şəxs şərti alıcı olan X22a narkotik vasitə satarkən saxlanılmadığı, həmin vaxt heç bir polis əməkdaşının əməliyyatda iştirak etmədiyi açıq-aydın görünməklə iş materiallarında olan sənədlərdə X22un iki ədəd kibrit qutusunu təkbaşına polis bölməsinə gələrək təqdim etdikdən sonra polis əməkdaşları bəraət almış şəxs olduğu yerə gedərək 22 oktyabr 2014-cü il tarixdə saat 18 radələrində saxladıqları, ü zərinə və işlətdiyi köşkə baxış keçirdikləri qeyd olunmuşdur. Faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən Məhkum saxlanma şəraiti bir-birindən fərqlənən iki şəraitlə izah edilmişdir ki, bu hal tərtib olunmuş sənədlərin həqiqiliyinin şübhə altına alınması üçün əsasdır. Göründüyü kimi, şəxsi axtarışda iştirak etmiş şəxslərin ifadələri tərtib olunmuş protokolun məzmununda qeyd olunan hallarla ziddiyyət təşkil etməklə yanaşı, elə şahidlərin ifadələrində göstərdiyi halların bir-biriləri ilə də uzlaşmaması tərtib olunmuş 22 oktyabr 2014-cü il tarixli protokolun məzmununun həqiqiliyinə, yəni bəraət almış şəxsin üzərində bir ədəd kibrit qutusunun olmasına və sonradan X44in budkadan gətirdiyi kibrit qutularının da iki nəfər şəxsin qanunsuz olaraq oraya daxil olmasınadək budkada olmaqla, Məhku m aid olmasına dair istintaq orqanının gəldiyi nəticələrin şübhəli olmasına dəlalət edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, bəraət almış şəxs satış məqsədilə əldə edib saxlamasına görə ittiham olunduğu bir ədəd kibrit qutusundakı 3,24 qram və sellofan torbadakı 8,07 qram narkotik vasitənin - qurudulmuş marixuananın aşkar edilərək götürülməsi ilə bağlı cinayətin aşkar olunmasına birbaşa əsas olmuş “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə 22 oktyabr 2014-cü il tarixli qərar və qeyd olunan qərar əsasında keçirilmiş eyni tarixli “Baxış” əməliyyat-axtarış tədbiri CPM-nin, eləcə də “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olduğundan,qanunsuz qəbul olunmuş qərar əsasında keçirilmiş əməliyyat axta rış-tədbiri nəticəsində toplanmış sübutlar hüquqi qüvvəsi olmayan hesab edilməli və sübuti əhəmiyyətə malik olmayan materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilməməlidir. Göstərilənlərlə yanaşı, iş materiallarından görünür ki, Qusar Rayon Məhkəməsinin 5(029)-32/2014 saylı 25 oktyabr 2014-cü il tarixli "Axtarış aparılması haqqında” qərarı ilə ibtidai araşdırma orqanının məhkəməyə ünvanlanmış təqdimatı təmin edilərək CM-nin 234.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum yaşadığı Qusar rayonunun Mucuq kəndində fərdi yaşayış evində axtarış aparılmasına icazə verilmiş, həmçinin qərar elan olunduqdan ondan üç gün müddətində qərarı qəbul etmiş məhkəmə, bilavasitə apellyasiya məhkəməsi və ya həbsdə saxlanılma yerinin müdiriyyəti vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilməsi qeyd olunmuşdur. İş materiallarının təhlili göstərir ki, həmin qərarın qəbul edilməsinədək toplanımş sübutlarla bəraət almış şəxs yaşadığı ünvanın dəqiqləşdirilməsi barədə hər hansı bir məlumatın əldə edilməsi görünmür (bəraət almış şəxs, yaşayış yeri barədə müvafiq dövlət orqanlarından arayış və digər sənədlər alınmamışdır) və belə bir vəziyyətdə müstəntiq vəsatətində tamamilə başqa bir evdə - bəraət almış şəxs müvəqqəti yaşadığı ünvan 1-də evdə axtarış keçirilməsini xahiş etsə də, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin axtarışın başqa evdə - Qusar rayonunun Mucuq kəndində yerləşən evdə axtarışın keçirilməsinə icazə verilməsi barədə təqdimat la məhkəməyə müraciət etmiş və məhkəmə də bu barədə qərar qəbul etdikdən sonra həmin qərar əsasında 27 oktyabr 2014-cü il tarixdə Qusar rayonunun Mucuq kəndində yerləşən fərdi yaşayış evində axtarış keçirilmişdir. Hərçənd, təqsirləndirilən şəxs bəraət almış şəxs ifadələrindən və iş materiallarına sonradan əlavə edilmiş sənədlərdən görünür ki, axtarışın keçirildiyi evdə o, deyil, qardaşı yaşamışdır. bəraət almış şəxs həmçinin göstərmişdir ki, həmin dövrdə o, ailəsi ilə birlikdə Quba rayonunda yaşamış, Qusar Rayon Məhkəməsinin 5(029)-32/2014 saylı 25 oktyabr 2014-cü il tarixli "Axtarış aparılması haqqında” qərarının surəti isə ona ümumiyyətlə təqdim olunmamış və bu qərardan apellyasya şikayəti vermək hüququ ona izah edilməmişdir. İş materiallarından göründüyü kimi, həqiqətən Qusar Rayon Məhk əməsinin 5(029)32/2014 saylı 25 oktyabr 2014-cü il tarixli "Axtarış aparılması haqqında” qərarının bəraət almış şəxs təqdim edilməsini təsdiq edən hər hansı bir sənəd iş materiallarında yoxdur və bu hal da özü-özlüyündə bəraət almış şəxs sözügedən məhkəmə qərarından şikayət verməklə onun qanuniliyinin mübahisələndirilməsi hüququndan məhrum edilməsini təsdiq edir. Qusar RİHB-nin Mucuq kənd İƏD üzrə nümayəndəliyinin 20 dekabr 2016-cı il tarixli arayışından görünür ki, Mucuq kənd sakini X99 miras qalmış, 1956-cı ildə tikilmiş, iki mərtəbəli ümumi sahəsi 99 m2 olan, o cümlədən yaşayış evinin bir otağında müvəqqəti olaraq Məhkum yaşamış, Məhkum həmin tarixdə həbsdə olduğundan həmin evdə (otaqda) müvəqqəti olaraq onun həyat yoldaşı X8 yaşayır. Bəraət almış şəxs Qusar rayonu Mucuq kəndində başqa yaşayış yeri yoxdur. Göründüyü kimi iş materiallarında olan müxtəlif dövlət və yerli özünüidarə orqanları tərəfindən verilmiş müvafiq arayışlarda Məhkum 27 oktyabr 2014-cü il tarixdə axtarış keçirilmiş Qusar rayonu Mucuq kəndində fərdi yaşayış evində yaşamadığı, həmin evin Məhkum atasına məxsus olması və orada qardaşı X2 öz ailəsi ilə birlikdə yaşadığı müəyyən edilir. CPM-nin 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir. Həmin Məcəllənin 244.4-cü maddəsinə əsasən axtarış və ya g ötürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda, mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir. Göründüyü kimi, CPM-nin göstərilən normalarında axtarış zamanı axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməsi ilə yanaşı müdafiəçinin iştirak etmək hüququnun olması, bu barədə müstəntiqin sonuncuya xəbər verməsi zərurəti də qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, 27 oktyabr 2014-cü il tarixli protok olun məzmununda bəraət almış şəxs guya iştirak etdiyi qeyd olunmasına baxmayaraq, iş üzrə digər sənədlərlə və axtarış tədbirində iştirak edən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə onun həmin axtarışda iştirak etmədiyi müəyyən edilmişdir. Bununla yanaşı iş materialları o, da müəyyən edilir ki, bəraət almış şəxs 24 oktyabr 2014-cü il tarixdən müdafiəçisindən imtina etmiş, onun iştirakına xitam verilməklə, 13 dekabr 2014-cü il tarixədək hüquqlarını bəraət almış şəxs faktiki olaraq özü müdafiə etmişdir. Lakin iş materiallarında sözügedən məhkəmə qərarının təqsirləndirilən şəxsə verilməsi, eləcə də qərar əsasında istintaq hərəkətinin keçiriləcəyi barədə bəraət almış şəxs bildirilməsinə dair hər hansı məlumat yoxdur. İş materiallarında olan "Axtarış apar ılması haqqında” 27 oktyabr 2014-cü il tarixli protokolun məzmununa nəzər saldıqda isə, axtarışın necə başlaması, axtarış keçirilən evin təsviri və istintaq hərəkətinin hansı hərəkətlərlə və ardıcıllıqda aparılması, predmetlərin evin harasından və hansı formada aşkar edilməsi kimi xüsusatlar ümumiyyətlə qeyd olunmamış, yalnız bir ədəd cədvəl tərtib olunaraq narkotik vasitə və döyüş sursatı olan bir ədəd patronün aşkar edilməsi təsvir edilmişdir. Bundan başqa, həmçinin protokola görə axtarış zamanı fotoçəkilişdən istifadə olunduğu qeyd edilsə də, protokola və cinayət işi materiallarına hər hansı bir fotoşəkil əlavə olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid bəraət almış şəxs (bəraət almış şəxsin qardaşı) özünün axtarışda iştirak etmədiyini, aşkar edilmiş narkoti k vasitə və patronu polis əməkdaşlarının özlərinin gətirdiklərini, narkotik vasitə tapılarkən çöldə gözlədiyini, hətta tərtib olunan sənədlərə ilk öncə imza etmədiyini, sonra isə həmin protokola məcburən qol çəkdiyini bildirmişdir. Bundan başqa həmin istintaq hərəkətində iştirak etmiş və məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində axtarış keçirilən yerə dəvət olunduqdan sonra ona hüquq vəzifələrinin izah edilmədiyini, oraya çatandan 5 dəqiqə sonra artıq axtarışın başlandığını, axtarış zamanı NMB-nin rəisi x11 evin müxtəlif yerlərinə baxsa da bir şey tapa bilmədiklərini, təxminən 5-10 dəqiqədən sonra X33in,- "tapdım, tapdım” deməsini və nəyisə digər iştirakçılardan biri olan meşəbəyi x14 verdiyini, evin ikinci mərtəbəsində bir otaqda isə polis əməkdaşlarının axtarış apardıql arını, bu vaxt özünün kənarda dayandığını, bir qədər sonra polis əməkdaşlarının şkafın altından "patron” tapdıqlarını bildirdiklərini, x15 polis əməkdaşlarına axtarışın bəraət almış şəxs özünün iştirakı ilə aparmaq lazım olduğunu bildirdiyini, bəraət almış şəxs açıq havada yerləşən vaqon tipli yerdə yaşamasının bildiyini, X66 evin birinci mərtəbəsində bir kənarda axtardıqları zaman, X33in onların görmədiyi tərəfdə qapının yaxınlığında yaşıl rəngli kavrolitin yanında dayanıb "düşdü, tapdım, tapdım” deyə bildirdiyni, X33in həmin bükümü birbaşa aşkar etməsinin şahidi olmadığını, patronun tapılmasını da birbaşa müşahidə etmədiyini,polis əməkdaşlarının patronu şkafın alt hissəsindən, içərisində qayçı və s. əşyalar olan gözlük kimi bir yerdən tapdıqlarınıı bildirmələrini göstərmişdir. Göründüyü kimi, axtarış zamanı həmin istintaq hərəkətinin aparılmasında iştirak etdiyi qeyd olunmuş x17 axtarışda ümumiyyətlə iştirak etmədiyini, digər hal şahidi isə adının hal şahidi olaraq qeyd olunmasına baxmayaraq, faktiki olaraq keçirilən istintaq hərəkətində mühüm rol oynayan hal şahidinin funksiyalarını yerinə yetirmədiyini, əhəmiyyət kəsb edən hallar üzrə heç bir faktın şahidi olmadığını bildirmişlər ki, bu göstərilən hallar da ümumilikdə 27 oktyabr 2014-cü il tarixdə keçirilən axtarış istintaq hərəkətinin və onun nəticələrini əksində tərtib olunmuş müvafiq protokolun qanuniliyinə və həqiqəti əks etdirməsinə əsaslı şübhələr yaradır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tam qanuni və əsaslı olaraq bəraət almış şəxs elan olunmuş ittiham üzrə əməllər in aşkar edilməsinə və onun bu əməlləri törətməsinin sübuta yetirilmiş hesab edilməsinə birbaşa əsas olmuş əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair 22 oktyabr 2014-cü il tarixli qərarının, həm bu qərar, həm də Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2014-cü il tarixli qərarı əsasında keçirilmiş axtarış və götürmə istintaq hərəkətləri, bu hərəkətlərin aparılmasını əks etdirən “Baxış və götürmə” haqqında 22 oktyabr 2014-cü il tarixli və “Axtarış aparılması haqqında” 27 oktyabr 2014-cü il tarixli protokolu CPM-nin tələblərinə zidd olduğundan, qeyd olunan prosessual sənədləri və istintaq hərəkətlərinin aparılması nəticəsində əldə olunmuş sübutları qanunsuz yolla əldə edilmiş sübutlar kimi qiymətləndirmiş və buna görə bu sübutları hüquqi qüvvəsi olmayan hesab edərək bəraət almış şəxs hər han sı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməklə ona bu əsasla bəraət verilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsini təsdiq edən bütün sübutları araşdırdığını, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə edilmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək Məhkum təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı Ş.A.Şükürovun kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün ə saslar görmür. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı R.T.Məmmədlinin, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxsin çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və bəraət almış şəxs CM-nin 234.2 və 228.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. b əraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 228.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar