Məhkəmə qərarları › İş №1(102)-732/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-732/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-732/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Xasayev Vüqar Nəriman oğlunun iştirakları ilə Lənkəran Ağır Cina yətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5,206.2, 32.5,206.3.1, 234.4.1, 234.4.3, 29,234.4.1, 29,234.4.2 və 29,234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1976-cı il tar ixdə Masallı rayonunun Təzə-Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Masallı Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, “28 may Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məcləisinin 20 may 2016-cı il tarixli qərarına əsasən həmin cəzadan azad edilmiş, Masallı rayonunun Təzə-Alvadı kəndində qeydiyyatda olmaqla, faktiki oiaraq ünvan1də yaşamış, CM-nin 32.5,206.2, 32.5,206.3.1, 234.4.1, 234.4.3, 29,234.4.1, 29,234.4.2 və 29,234.4.3cü maddələri ilə təqsirli bilinərək, CM-nin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 32.5,206.3.1-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə, CM-nin 29,234.4.1, 29,234.4.2 və 29,234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayının sonlarında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması və daşınması barədə İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir q rup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun qanunsuz olaraq əldə edib iran İslam Respublikasından Azərbaycan Respublikasına yükdaşıma ilə məşğul olan müxtəlif şəxslərin idarə etdikləri yük avtomobillərində sürücülərin məlumatı olmadan gizlədərək İran islam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitəni Cəlilabad rayonu ərazisində əldə edib satışını təşkil etməyi qabaqcadan vəd verib razılaşmış, sonuncunun aşkar edilməsini çətinləşdirmək üçün iran İslam Respublikasından Azərbaycan Respublikasına yükdaşıma ilə məşğul olan X3 idarə etdiyi “Kamaz 5410” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin “SZAP 9328” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun gizli saxlanc yerində sürücü X9in məlumatı olmadan gizlədərək 30 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan gömrük nəzarətindən gizli keçirtdiyi iki ədəd bağlamada ümumi təmiz çəkisi 2630 qram olan külli miqdarda heroini 09 dekabr 2019-cu il tarixdə köhnə Bakı-Ələt-Astara avtomobil yolunun (köhnə) Cəlilabad rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində dayanmış “Kamaz 5410” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin “SZAP 9328” markalı **-ZA-*** qeydiyyat nişanlı yarımqoşqusunun alt hissəsindəki saxlanc yerindən götürərək qanunsuz olaraq əldə edib daşıyaraq idarə etdiyi “VAZ-21015” markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobilin sürücü otura cağının alt hissəsində gizlətməklə saxlamış, həmin tarixdə saat 13 radələrində Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Ələt-Astara avtomobil yolunun (köhnə) Cəlilabad rayonu Muğan kəndi ərazisindən keçən hissəsində həmin narkotik vasitəni idarə etdiyi “VAZ-21015” markalı, **CE-*** qeydiyyat nişanlı avtomobildə daşıyarkən saxlanılıb Cəlilabad RPŞ-yə gətirilərək avtomobilə baxış keçirilən zaman hər birində 1275 qr və 1355 qr olmaqla iki ədəd bağlamada ümumi təmiz çəkisi 2630 qram təşkil edən, kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan, narkotik vasitə heroin avtomobilin qabaq sol oturacağının alt hissəsindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, o, tə krarən 09 dekabr 2019-cu il tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması və daşınması barədə İran İslam Respublikasının vətəndaşı olan eyni şəxslə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edib İran İslam Respublikasından Azərbaycan Respublikasına yükdaşıma ilə məşğul olan müxtəlif şəxslərin idarə etdikləri yük avtomobillərində sürücülərin məlumatı olmadan gizlədərək İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitəni Azərbaycan Re spublikası ərazisində əldə edib satışını təşkil etməyi qabaqcadan vəd verib razılaşmış, sonuncu həmin tarixdə aşkar edilməsini çətinləşdirmək üçün İran islam Respublikasından Azərbaycan Respublikasına yükdaşıma ilə məşğul olan X6 idarə etdiyi “Kamaz” markalı, **-BG-*** qeydiyyat nişanlı yük avtomobilinin kabinəsinin sol alt tərəfindəki boşluqda sürücüdən xəbərsiz iki ədəd qara rəngli bağlamada ümumi təmiz çəkisi 1670 qram narkotik vasitə heroin yerləşdirərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin Biləsuvar gömrük postundan gömrük nəzarətindən gizli yolla keçiriləcək həmin narkotik vasitəni Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə götürməsini tapşıraraq bu barədə razılığa gəldikləri, sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Cəlilabad Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı müəyyən edildikdən sonra əməliyyat tədbirinin davamı olaraq həmin şöbənin əməkdaşları tərəfindən 10 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində X6 idarə etdiyi “Kamaz” markalı, **BG-*** qeydiyyat nişanlı yük avtomobili müəyyən olunaraq Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilə baxış keçirilərkən iki ədəd bağlamada hər birində 905 qr və 765 qr olmaqla, ümumi təmiz çəkisi 1670 qram təşkil edən, kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan, narkotik vasitə heroin avtomobilin kabinəsinin alt tərəfindəki boşluqdan aşkar edilib götürüldüyünə görə iradəsindən asılı olmayan səbəbdə n cinayət əməlini başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq həmin külli miqdarda narkotik vasitə heroini təkrar əldə etməyə cəhd etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 19 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2021-ci il tarixli qərardan məhkumun müdafiəçisi V.N.Xasayev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi V.N.Xasayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış Təqsirləndirilən şəxs qarşı CM-nin 32.5,206.2, 32.5,206.3.1, 234.4.1, 234.4.3, 29,234.4.1, 29,234.4.2 və 29,234.4.3-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi qeyd edir ki, Təqsirləndirilən şəxs həmin maddələrlə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsi ndə qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. Bununla bağlı o, göstərmişdir ki, onda heç bir narkotik vasitə olmamış və aşkar edilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində də ilkin etirafedici izahatını onun cinayət məsuliyyətindən azad olunacağı barədə vədə inanaraq verdiyini qeyd etmiş, əslində isə narkotik vasitə ona polis əməkdaşları tərəfindən verilmiş və həmin vasitənin guya onun özünə məxsus olmasını etiraf etməyə məcbur edilmişdir. Bu səbəbdən də o, ilkin izahatında narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Belə olan halda, müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxsin istintaq zamanı təsir və təzyiq altında ilkin verdiyi, sonradan imtina etdiyi «etirafedici» ifadələri onun əleyhinə mötəbər sübut kimi istifadə edilə bilməz. Ona görə də onun istintaq zamanı və ya məhkəmə baxışında verdiyi ifadələrin hansının döğru olmasını müəyyən etmək üçün onun ifadələrinə işin materiallarında olan digər təkzib edilməz sübutlarla məcmu halında qiymət verilməklə həmin ifadələrin hansının döğru olması nəticəsinə gəlinməli idi. Lakin işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən və apelyasiya şikayətiə məhkəmə baxışı zamanı qanunun bu tələblərinə əməl olunmamış, tərəflərin bərabərliyi prinsipi pozulmaqla təqsirləndirilən şəxsin təqsirsizliyini sübut edəcək alibiləri yoxlanılmamışdır. Həmçinin Təqsirləndirilən şəxs dəfələrlə öz ifadələrində göstərmişdir ki, hadisə 08 dekabr 2019-cu il tarixdə baş vermiş, lakin iş üzrə bütün sənədlər 09 dekabr 2019-cu il tarixlə rəsmləşdirilmiş və bu məsələyə aydınlıq gətirilməsi üçün l azımi araşdırma aparılmamışdır. Daha sonra müdafiəçi qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefonun anten dairəsinə dair məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri daha inandırıcı və doğrudur, o, 09 dekabr 2019-cu il tarixdə polis əməkdaşlarının təhriki ilə Mehdi adlı şəxslə danışdıqdan sonra sonuncu narkotik vasitələri göndərmiş, lakin Təqsirləndirilən şəxs həmin narkotik vasitələri əldə etmək niyyəti olmadığında ona əsassız olaraq CM-nin 29, 234 4.1,29, 234.4.2 və 29, 234,4.3 maddələri ilə ittiham elan olunmuş, o, bu ittiham üzrə də qanunsuz təqsirli bilinmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs göstərmişdir ki, X adlı şəxs yalnız dərman vasitələrini göndərəndən sonra ona zəng edib bu barədə məlumat vermiş və məhz dərman vasitələrinin götürməsini tapşırmışdır. Müdafiəçinin fikrincə bu hal Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamasına və eyni zamanda qaçaqmalçılıq cinayətini də törətməməsinə dəlalət edir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi V.N.Xasayev apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında məhkum Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu haqda ərizə ilə məhkəmə kollegiyasına müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihmçısının rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum Təqsirləndirilən şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi V.N.Xasayevin həmin şikayətinin əsas dəlili ondan ibarətdi r ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, onun barəsindəki yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişddir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək h üququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi m üəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyas iya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarın ı dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsi nin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublika sının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair material lara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CP M-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edi lən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməlləri törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Təqsirləndirilən şəxs təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmaya n, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndiril ən şəxs 2019-cu ilin noyabr ayının sonlarında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması və daşınması barədə İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun qanunsuz olaraq əldə edib iran İslam Respublikasından Azərbaycan Respublikasına yükdaşıma ilə məşğul olan müxtəlif şəxslərin idarə etdikləri yük avtomobillərində sürücülərin məlumatı olmadan gizlədərək İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitəni Cəlilabad rayonu ərazisində əldə edib satışını təşkil etməy i qabaqcadan vəd verib razılaşmış, sonuncunun aşkar edilməsini çətinləşdirmək üçün İran İslam Respublikasından Azərbaycan Respublikasına yükdaşıma ilə məşğul olan X3 idarə etdiyi “Kamaz 5410” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin “SZAP 9328” markalı, **-ZA*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun gizli saxlanc yerində sürücü X9in məlumatı olmadan gizlədərək 30 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan gömrük nəzarətindən gizli keçirtdiyi iki ədəd bağlamada ümumi təmiz çəkisi 2630 qram olan külli miqdarda heroini 09 dekabr 2019-cu il tarixdə köhnə Bakı-Ələt-Astara avtomobil yolunun (köhnə) Cəlilabad rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində dayanmış “Kamaz 5410” ma rkalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin “SZAP 9328” markalı **-ZA-*** qeydiyyat nişanlı yarımqoşqusunun alt hissəsindəki saxlanc yerindən götürərək qanunsuz olaraq əldə edib daşıyaraq idarə etdiyi “VAZ-21015” markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının alt hissəsində gizlətməklə saxlamış, həmin tarixdə saat 13 radələrində Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Ələt-Astara avtomobil yolunun (köhnə) Cəlilabad rayonu Muğan kəndi ərazisindən keçən hissəsində həmin narkotik vasitəni idarə etdiyi “VAZ-21015” markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobildə daşıyarkən saxlanılıb Cəlilabad RPŞ-yə gətirilərək avtomobilə baxış keçirilən zaman hər birində 1275 qr və 1355 qr olmaqla iki ədəd ba ğlamada ümumi təmiz çəkisi 2630 qram təşkil edən, kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan, narkotik vasitə heroin avtomobilin qabaq so! oturacağının alt hissəsindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən 09 dekabr 2019-cu il tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması və daşınması barədə İran İslam Respublikasının vətəndaşı olan eyni şəxslə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edib İran İslam Respublikasından Azərbaycan Respublikasına yükdaşıma ilə məşğul olan müxtəlif şəxslərin idarə etdikləri yük avtomobillərində sürücülərin məlumatı olmadan gizlədərək İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikası ərazisində əldə edib satışını təşkil etməyi qabaqcadan vəd verib razılaşmış, sonuncu həmin tarixdə aşkar edilməsini çətinləşdirmək üçün İran islam Respublikasından Azərbaycan Respublikasına yükdaşıma ilə məşğul olan X6 idarə etdiyi “Kamaz” markalı, **-BG-*** qeydiyyat nişanlı yük avtomobilinin kabinəsinin sol alt tərəfindəki boşluqda sürücüdən xəbərsiz iki ədəd qara rəngli bağlamada ümumi təmiz çəkisi 1670 qram narkotik vasitə heroin yerləşdirərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin Biləsuvar gömrük postundan gömrük nəzarətindən gizli yolla keçiriləcək həmin narkotik vasitəni Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə götürməsini tapşıraraq bu barədə razılığa gəldikləri, sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Cəlilabad Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı müəyyən edildikdən sonra əməliyyat tədbirinin davamı olaraq həmin şöbənin əməkdaşları tərəfindən 10 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində X6 idarə etdiyi “Kamaz” markalı, **BG-*** qeydiyyat nişanlı yük avtomobili müəyyən olunaraq Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilə baxış keçirilərkən iki ədəd bağlamada hər birində 905 qr və 765 qr ol maqla, ümumi təmiz çəkisi 1670 qram təşkil edən, kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan, narkotik vasitə heroin avtomobilin kabinəsinin alt tərəfindəki boşluqdan aşkar edilib götürüldüyünə görə iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq həmin külli miqdarda narkotik vasitə heroini təkrar əldə etməyə cəhd etmişdir. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, heç bir təsir və təzyiq göstərilmədən ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, 2019-cu ilin noyabr ayının əvəllərində İranda olan tanışı X onunla telefonla danışan zaman bacısı oğlu Xnin narkotik vasitələri İran İslam Respublikasından Azərbaycana göndərib satışı ilə məşğul olmasını, Xnin göndərdiyi narkotik vasitələri onun dediyi şəxslərə çatdırsa, Xnin ona pul verəcəyini demiş və bu işlə məşğul olmağı təklif etmiş, o, Xin bu təklifi ilə razılaşmışdır. 2019-cu il noyabr ayının sonlarında X onunla əlaqə saxlayaraq özü İrandan Azərbaycana gələn yük avtomobillərinin içərisinə avtomobillərin sürücülərindən xəbərsiz narkotik vasitə h eroin qoyacağını, narkotik vasitələri Azərbaycana keçirdikdən sonra götürüb onun dediyi şəxslərə çatdırmaq lazım oduğunu və bunun müqabilində ona 500 manat pul verəcəyini bildirmişdir. O, da oğlunun xəstəliyi ilə əlaqədar olaraq pul lazım olduğundan Mehdinin bu təklifi ilə razılaşmışdır. Təxminən 30 noyabr 2019-cu il tarixdə Mehdi onunla vatsap vasitəsilə əlaqə saxlayaraq Kamaz markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin qoşqusunun alt hissəsinə iki bükümdə narkotik vasitə heroin qoyduğunu və avtomobil Azərbaycana keçdikdən sonra həmin narkotik vasitəni götürməsini demişdir. Avtomobil dövlət sərhəddini keçdikdən sonra Mehdi yenə də onunla əlaqə saxlayaraq bu haqda məlumat vermiş və o, sürücüsü X9ə guya yük aparmaq lazım olduğunu deyərək onunla əlaqə saxlayıb görüşmüş, bir neçə cəhddən sonra 09 dekabr 2029-cu il tarixdə onun avtomaşınına müdaxilə etmək üçün əlverişli şəraitdən istifadə edərək avtomobilin qoşqusunun alt hissəsinə baxan zaman orada qara rəngli torba gizlədilməsini görüb onu götürmüşdür. Həmin torbada içərisinə narkotik vasitə qablaşdırılmış iki ədəd bağlama olmuş və o, həmin bağlamaları götürərərək idarə etdiyi VAZ-21015 markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sürücü oturacağını altına qoymuşdur. Bundan sonra hərəkətə başlayıb getmək X3in avtomaşınından uzaqlaşarkən mülki paltarda olan şəxslər ona yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onu saxlamış və avtomobilinə baxış zamanı o, sürücü oturacağının alt tərəfində gizlətdiyi qara rəngli torbada olan iki ədəd bağlamanı polis əməkdaşlarına təqdi m edərək həmin bağlamaların İran İslam Respublikasının vətəndaşı X adlı şəxs tərəfindən göndərildiyini bildirmiş, polis əməkdaşları isə bağlamalarda olan narkotik vasitələri götürərək zərfə qablaşdırmış, zərfi isə möhürləmişlər. Bundan başqa, 09 dekabr 2019-cu il tarixdə səhər saatlarında X yenidən vatsap sosial şəbəkəsi vasitəsilə ona səsli mesaj yollayaraq İrandan Azərbaycana gələn KAMAZ markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin kabinasının bayır sol alt tərəfində yenə də iki ədəd bağlamada narkotik vasitə göndərdiyini bildirərək həmin narkotik vasitələri götürməyini demişdir. X həmin avtomobilin şəklini çəkərək ona göndərmiş və bu səs yazıları və şəkillər onun telefonunda qaldığından o, polis əməkdaşlarına Xnin ona göndərdiyi ikinci bağlama haqqında da məlumat vermişdir. 10 dekabr 2019-cu il tarixdə polis əməkdaşları həmin avtomobilin Bakı şəhərində yerini müəyyən etdiklərini və onun iştirakı ilə həmin avtomobilə baxış keçirəcəklərini bildirdikdən sonra onlar birlikdə Bakı şəhərinə yollanmış və Bakı şəhəri, Binəqədi rayonunda Xocasən qəsəbəsinə gedən yolun yaxınlığında Xnin dediyi avtomaşının yolun kənarında dayandığını görərək polis əmkdaşları avtomaşının sürücüsünə yaxınlaşıb avtomobildə narkotik vasitə olması barədə məlumat aldıqlarını sürücüsü Hacı adlı şəxsə demiş, bundan sonra isə yoldan keçən tanımadığı iki nəfər şəxsi dəvət edərək onların iştirakları ilə avtomaşına baxış keçirmiş və həmin nəqliyyat vasitəsinin kabinasının sol alt bayır tərəfində Xnin gizlədərək göndərdiyi iki ədəd bağlama aşkar olunaraq götürülmüşdür. Bu haqda tərtib edilmiş protok olun doğru olmasını o, yəni Təqsirləndirilən şəxs da öz imzası ilə təsdiq etmişdir. Göndərdiyi narkotik vasitələrin kimə çatdırılmalı olmasını X ona deməmiş, lakin bildirmişdir ki, narkotik vasitələri götürdükdən sonra Bakı şəhərinə aparıb dediyi yerə getməli və həmin şəxslər narkotik vasitələri gəlib ondan götürdükdən sonra ona 500 manat məbləğində pul verəcəklər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrindən imtina edərək həmin ifadələrdə göstərdiklərini inkar etsə də məhkəmə onun sonuncu ifadələrinə tənqidi yanaşmış və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrə üstünlük vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu hərəkəti qanuni ol muş, çünki digər sübutlarla yanaşı məhkumun ibtidai araşdırma zamanı verdiyi ifadələrin qanunsuz yolla əldə edilməsi, yəni ibtidai araşdırma orqanı tərəfindən CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə sübutların əldə edilməsi halı iş materialları ilə müəyyən edilmir. CPM-nin 125.2-ci maddəsinə əsasən isə, yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə bi ləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirak ı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. İş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili göstərir ki, həmin sübutlar Təqsirləndirilən şəxs məhz ibtidai araşdırma zamanı verdiyi ifadələrlə üst üstə düşür və bu ifadələri tamamlayraq Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətm əsini təsdiq edir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında həmin sübutlar – şahidlərin ifadələri, baxış və götürmə haqqında prtokollar, məhkəmə-kimyəvi və məhkəmə-fonoskopik ekspertizalarının rəyləri və s.ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür və qeyd edir ki, həmi sübutların da yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zor tədbiq edilməsi barədə verdiyi ifadələr də yoxlanılmış, onun bu ifadələrində göstərdiyi xüsusatlar isə bu yoxlama nəticəsində öz təsdiqini tapmamış və buna görə 27 iyul 2020-ci il tarixli qərarla cinayət işinin başlanılması rə dd edilmişdir. Sonradan, o cümlədən işə birinci instansiya məhkəməsində baxılarkən, Təqsirləndirilən şəxs əvvəllər verdiyi ifadələrindən imtina etməsinə və heç bir cinayət əməli törətmədiyini bəyan etməsinə baxmayaraq, məhkəmələr tamamilə haqlı olaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla yanaşı həmçinin Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələrinə və bu ifadələrə uğun olan şahidlərin ifadələrinə və digər sübutlara əsaslanaraq yekun məhkəmə aktları qəbul etmişlər. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə məhkəmələrin gəldikləri nəticə həmçinin qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də uyğundur. Belə ki, CPM-nin 28.5-ci maddəsinin tələbi ondan ibarətdir ki, şəxsin cinayət törətməkdə təqs irli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək vurğulamağı lazım bilir ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr digər sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə və başqa sübutlarla tam təsdiq edilmişdir. Həm hazırki qərarda, həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında təsvir edilmiş sübutlar məcmusu məhkəmə kollegiyasına Təqsirləndirilən şəxs tərəfindən on u təqsirli bilindiyi cinayət əməllərini törətməsi və onun bu əməllərinin CM-nin 32.5, 206.3.1, 234.4.1, 234.4.3, 29,234.4.1, 29,234.4.2 və 29,234.4.3-cü maddələri ilə tövsif edilməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Bu nəticə cinayət və cinayət-prosessual qanunvericilikləri normalarının tələbləri ilə yanaşı həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqla bağlı cinayət işlərinə məhkəmələr tərəfindən baxılmasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən müvafiq olaraq 04 ma rt 2011-ci il və 02 iyun 2016-cı il tarixdə qəbul etdiyi Qərarlarda əksini tapmış izah və tövsiyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır k i, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Az ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdi yi qərarın ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuları müəyyən etməyərək kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və buna görə həmin şikayətin təmin edilməsini, yəni Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2021-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını mümkün bilmir. Bununla belə, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq Təqsirləndirilən şəxs törətdiyi əməllərə münasibətdə cinayət qanunu normalarının tətbiq edilməsini yoxlayarkən, müəyyən etmişdir ki, məhkum olunmuş şəxs iki epizod üzrə narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin törədilməsində koməkçi qismində iştirak etməsinə görə təqsir li bilinərək məhkum olunmuş və onun bu əməlləri səhvə olaraq həm 32.5, 206.2-ci maddəsi, həm də CM-nin 32.5, 206.3.1-ci maddələri ilə tövsif edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CM-nin 206.2-ci maddəsində digər əşyalarla yanaşı həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə cinayət məsuliyəti nəzərdə tutulmuşdur. Şəxsin CM-nin 206.1-206.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təkrarən törtməsi isə onun CM-nin 206.3.1-ci maddəsi ilə cinayət məsuliy yətinə cəlb edilməsinə səbəb olur. Yəni, şəxs iki və ya daha çox dəfə narkotik vasitələrin qaçaqmalçılığı cinayətini törətdikdə, yaxud da iki dəfədən çox həmin cinayət əməllərinin törədilməsində köməkçi qismində iştirak etdikdə onun əməlləri müvafiq olaraq CM-nin 206.3.1-ci maddəsi və ya CM-nin 32.5, 206.3.1-ci maddələri ilə tövsif edilir və bu kimi hallarda təkrarən törədilmiş hər bir eyni xarakterli əməlin ayrı-ayrılıqda tövsif edilməsinə ehtiyac olmur. Bu qənaət CM-nin 16-cı maddəsinin tələblərindən və mənasından da irəli gəlir. CM-nin 16-cı maddəsində təkrarlığın iki müstəqil növü müəyyən olunmuşdur: - CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi (CM-nn 16.1-ci maddəsi); - yalnız CM-nin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcə llənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (CM-nin 16.2-ci maddəsi). Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 02 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Cinayət qanunvericiliyinin Xüsusi hissəsinin normalarının təhlili göstərir ki, həmin hissənin bir sıra maddələrində “cinayətin təkrar törədilməsi” tövsifedici əlamət kimi nəzərdə tutulmuş və şəxsin həmin maddələrdə göstərilən eyni əməli iki və ya daha çox törətməsi hallarında onu n törətdiyi cinayət bu tövsifedici əlamətlə ixtisaslaşdırılır, normada belə tövsifedici əlamət nəzərdə tutulmadıqda isə bu hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Təhlil edilən normalardan biri də CM-nin 206.3.1-ci maddəsidir ki, yuxarıda qeyd olunduğu kimi, bu maddədə qaçaqmalçılıq cinayəinin təkrar (iki dəfə və ya iki dəfədən çox) törədilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-c il tarixli Qərarında vurğulamışdır ki, təkrarlığın yaranması üçün onu təşkil edən hər bir əməlin cinayət-hüquqi əhəmiyyət daşıması, yəni ayrı-ayrılıqda götürüldükdə hər bir əməlin cinayət məs uliyyəti yaratması, o cümlədən, onların hər birində cinayət tərkibinin əlamətləri olması zəruridir... Cinayət qanunvericiliyində cinayətlərin təkrar törədilməsi institutu məsuliyyətin gücləndirilməsi və ya məsuliyyətin ağırlaşdırılması halı kimi qiymətləndirilir. Şəxs tərəfindən cinayətin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, ona edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Bu baxımdan, qanunvericilikdə təkrar cinayətə görə daha ağır cəza təyin edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, təkrarlığın yaranması üçün onu təşkil edən hər bir əməlin cinayət-hüquqi əhəmiyyət daşıması, yəni ayrı-ayrılıqda götürüldükdə hər bir əməlin cinayət məsuliyyəti yaratması, o cümlədən, onların hər birində cinayət tərkibinin əlamətləri olması zəruridir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, təkrarlıq əlamətinin CM-nin Xüsus hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda şəxsin bu təkrarlığa daxil olan hər bir əmələ görə ayrı-ayrılıqda təqsirli bilinərək cəzalandırılması onun təkrarlıq əlaməti ilə tövsif edilməli olan əməllərə, yəni bir cinayətə görə təkrar məhkum olunmasına gətirib çıxarır ki, bu da Konstitusiyanın 64-cü maddəsinə və CPM-nin 34-cü maddəsinin tələblərinə görə qadağan edilir. Belə ki, Konstitusiyasın 64-cü maddəsində təsbit edilmişdir ki, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. CPM-nin 34-cü maddəsində də göstərilir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Məhkəmə kollegiyası şərh olunanlara əsas əlanıb işin müəyyən edilmiş faktiki hallarına istinad edərək, CM-nin 206.3.1-ci maddəsində qaçaqmalçılığın təkrar törədilməsinə görə cinayət məsuliyyətinin müəyyən edilməsini, Təqsirləndirilən şəxs iki dəfə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etdiyinə görə onun bu əməllərinin CM-nin 32.5, 206.2-ci maddələri ilə tövsif edilərək həmin maddələrlə təqsirli bilinib cəzalandırılmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həm də CM-nin 32.5,206.2-ci maddələri ilə də təqsirli bilinib məhkum oulnması artıqdır və buna görə onun bu maddələrlə təqsirli bilinrək məhkum olunmasına dair hissə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2021-ci il tarixli qərarından və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021 -ci il tarixli hökmündən xaric edilməklə ona CM-nin 66.3-cü maddəsinə əsasən CM-nin 32.5,206.3.1, 234.4.1, 234.4.3, 29,234.4.1, 29,234.4.2 və 29,234.4.3-cü maddələri təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə yeni qəti cəza təyin edilməli, bu əsaslarla da kassasiya qaydasında mübahisələndirən qərar dəyişdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda müdafiəçi V.N.Xasayevin və həmin şikayətin təmin olunmaması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, lakin Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2-ci maddələri ilə də təqsirli bilinib məhkum olunmasına dair hissə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2021-ci il tarixli qərarından və onunla bağlı Lə nkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmündən xaric edilməklə ona CM-nin 66.3-cü maddəsinə əsasən CM-nin 32.5,206.3.1, 234.4.1, 234.4.3, 29,234.4.1, 29,234.4.2 və 29,234.4.3-cü maddələri təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə yeni qəti cəza təyin edilməli, bu əsaslarla da kassasiya qaydasında mübahisələndirən qərar dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 32.5,206.3.1, 234.4.1, 234.4.3, 29,234.4.1, 29,234.4.2 və 29,234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddələri ilə təqsirli bilinrək məhkum olunmasına dair hissə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2021-ci il tarixli qərarından və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmündən xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə CM-nin 32.5,206.3.1, 234.4.1, 234.4.3, 29,234.4.1, 29,234.4.2 və 29,234.4.3-cü maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 09 (doqquz) il 09 (doqquz) ay müddətə azadlı qdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə və kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar