Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-732/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərarından məhkum Şahid2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əlizadə Ruslan Əliyar oğlu) Məhkum, xx xxxxx 1982-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 13 dekabr 2007-ci il tarixli hökmü ilə CM-nin 128, 132-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə cinayətləri n məcmusu üzrə qəti olaraq minimum əmək haqqının 150 (yüz əlli) mislində cərimə cəzasına, Yevlax Rayon Məhkəməsinin 31 oktyabr 2008-ci il tarixli hökmü ilə CM-nin 132ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 50 (əlli) manat miqdarında cərimə cəzasına, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2016-cı il tarixli hökmü ilə əsasən CM-nin 326.2, 29, 326.2 və 177.3.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 8 (səkkiz) ay 28 (ikirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2016-cı il tarixli qərarı ilə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2016-cı il tarixli hökmü dəyişdiril ərək CM-nin 326.2, 29, 326.2, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 5 (beş) il 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarı ilə barəsində 05 saylı cəzaçəkmə müəssəsi tərəfindən verilmiş təqdimat təmin edilərək cəzası “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəşişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa uyğunlaşdırılmaqla CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 09 (doqquz) ayadək, CM-nin 66.2-ci maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti qəti ola raq 5 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə endirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarı dəyişdirilib CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il 06 (altı) ayadək, CM-nin 66.2-ci maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 03 (üç) 09 (doqquz) ayadək endirilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmiş, Yevlax rayonu Salahlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, CM-n in 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə, CM-nin 69.3-cü maddəsinə əsasən 14 fevral 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmisi 06 (altı) ay 16 (on altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgə əmlakını qəsdən yandırmaqla məhv edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Məhkum bacısı Zərərçəkmiş şəxs məxsus olmaqla ata mülkü hesab edilən Yevlax rayonunun Salahlı kəndində yerləşən yaşayış evinin bacısının mülkiyyətinə keç məsinə görə aralarında yaranmış mübahisə ilə əlaqədar həmin evi qəsdən yandırmaq qərarına gələrək bu niyyətini həyata keçirmək üçün bacısı Zərərçəkmiş şəxs həmin evdə olmadığını bilərək yaşadığı Mingəçevir şəhərindən 14 fevral 2022-ci il tarixdə saat 22 radələrində Yevlax rayonunun Salahlı kəndinə bacısı Zərərçəkmiş şəxs məxsus olan yaşayış evinin yaxınlığına gələrək hasardan aşmaq yolu ilə həyətə daxil olduqdan sonra Zərərçəkmiş şəxs evdə olmamasına əmin olduqdan sonra sonuncuya məxsus olan ümumi dəyəri 19584 (on doqquz min beş yüz səksən dörd) manat olan daşıyıcı divarları, mişar daşından və çay daşından tikilmiş tikinti sahəsi 163.2 kvadratmetr olan 5 otaqlı kürsülü fərdi yaşayış evini, içərisində olan əşylarla birlikdə qəsdən yandırmaq məqsədilə əlindəki közərmiş halda olan siqareti qə sdən pəncərənin açıq halda olan hissəsindən evin içərisində olan parça materialdan olan divanın üzərinə ataraq evdə qəsdən yanğın törədib Zərərçəkmiş şəxs məxsus olan ümumi dəyəri 19584 (on doqquz min beş yüz səksən dörd) manat olan daşıyıcı divarları, mişar daşından və çay daşından tikilmiş tikinti sahəsi 163.2 kvadratmetr olan 5 otaqlı kürsülü fərdi yaşayış evini və evin içərisində olmuş Zərərçəkmiş şəxs məxsus olan işlənməmiş vəziyyətdə 1100 manat dəyərində 10 ədəd döşəyi 120 kiloqram qoyun yunu ilə birlikdə, 700 manat dəyərində 10 ədəd yorqanı 40 kiloqram qoyun yunu ilə birlikdə, 350 manat dəyərində 9106 modelli "Evimsaray Artemiz” firmasına aid 7 ədəd qazan dəstini, 600 manat dəyərində 6872 modelli "Karaca” firmasına aid boşqab dəstini, 1000 manat dəyərində xurustal materialdan olan 3 ədəd qənd qabını və 3 ədəd meyvə qablarını, 200 manat dəyərində "Karaca” firmasına aid bahalı şüşədən susok içmək üçün dəstini, 150 manat dəyərində "Karaca” firmasına aid qaşıq-çəngəl, bıçaq dəstini, 100 manat dəyərində "Karaca” firmasına aid bıçaq dəstini, 1600 manat dəyərində "Samsunq RB37A5070B1/WT” markalı soyuducunu, 1000 manat dəyərində "Samsunq UE43AU7140” markalı 109 ekranlı (43 düyüm) televizoru, 1000 manat dəyərində müxtəlif sayda əl, mətbəx, hamam dəsmallarını, yorqanı, döşək üzlərini, süfrələri, üç dəst yataq çarpayısının örtüklərini, işlənmiş vəziyyətdə ümumilikdə 200 manat dəyərində 6 ədəd çarpayını və 4000 manat dəyərində "Krasnodar” firmasına aid mebel dəstini yandırmaqla məhv edərək ümumlikdə Zərərçəkmiş şəxs 31584 (otuz bir min beş yüz səksən dörd) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən özgənin xeyli miqdarda əmlakını yandırmaqla məhv etmişdir. Hökmdən məhkum Şahid2 müdafiəçisi Bərxudarov Zaur Saməddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm qızı (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 02 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kass asiya şikayətinin dəlilləri: Barəsində çıxarılmış yekun məhkəmə aktlarına və bu aktlarla müəyyə edilmiş işin faktiki hallarına istinad edən məhkum Şahid2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən ona cəza təyin etmə məsələsi həll edilərkən, bacısı Zərərçəkmiş şəxs ondan şikayətinin və tələbinin olmaması, əvvəlki məhkumluqluranın ödənilməsi və himayəsində azyaşlı uşaqlarının olması kifayət qədər nəzərə alınmamış və bu hallara uyğun olaraq ona daha yüngül cəzanın təyin edə bildikləri halda bu haqda qərar qəbul etməkdən imtina etmişlər. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin müəllifi onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəz ərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasını n davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkum Şahid2 apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi şikayətində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadan ona ağır cəzanın təyin edilməsini iddia edərək həmin cəzanın daha yüngül cəza ilə əvəz olunması barədə qərarın qəbul edilməsi tələbini CPMnin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkum Şahid2 şikayəti ni kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların ic rası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayə tinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyə tinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə isə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, kassasiya şikayətinin məzmunundan görünür ki, məhkum Şahid2 baxılan iş üzrə təqsirli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilmə məsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmir və məhkəmələr tərəfindən barəsində cəza təyini ilə bağlı qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Bununla belə, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayan məhkəmə kollegiyası qeyd edir ki, öyrənilmiş cinayət işinin materiallarına əsasən, ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkum Şahid2, zərərçəkmiş Zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin tam sübuta yetirilməsi barədə nəticəyə gəlib onun həmin əməlini CM-nin 186.2.2-ci maddəsi ilə düzgün tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi də toplanmış sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək Yevlax Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd olunan məsələlərlə bağlı həmin məhkəmələrin gəldikləri nəticəni qanuni hesab edir və bu nəticənin şübhə altına alınması üçün heç bir əsas görmür. Şahid2 barəsində cəzanı yün gülləşdirən halların nəzərə alınmadan ona ağır cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hər bir cəza törədilmiş cinayətin və ya cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə işin digər hallarına uyğun olmalı və bu məsələdə məhkəmələrin üzərinə düzgün seçim edərək qanuni və ədalətli cəzanın təyin edilməsi vəzifəsi qoyulur. Belə tələb qanunvericiliyin aşağıdakı müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüquqi möqeyindən və Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konsti tusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cnayətkar qəsdlərdən qorunmasını, belə qəsdlər nəticəsində onların da pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müva q qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləs i cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələ rində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsində isə müəyyən edilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi i lə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayıl ması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilmə si haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəz a hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cina yət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarından görünür ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalı dır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası A li Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli b ilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Şahid2 barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkumun törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında yalnız bir növ cəza - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Yevlax Rayon Məhkəməsi də məhkum olunmuş şəxsə həmin maddənin sanksiyasının ağağı həddində cəza təyin edilməsini məqsədə müvafq hesab ədərkən çıxard ığı 30 avqust 2022-ci il tarixli hökmdə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri ilə yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, habelə CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə aldığını göstərmiş, apellyasiya instansiyası məhkəməsi isə digər məsələlərdə olduğu kimi cəza təyini hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinə məhkəmə baxışı nəticəsində iş üzrə cəzanı yüngülləşdirən və ya ağırlaşdıran əlavə halların müəyyən edilməməsini qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası Yevlax şəhə ri İcra Hakimiyyəti Başçısının Salahlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 may 2022-ci il tarixli 179 nömrəli arayışdan görünür ki, Şahid2 himayəsində Xudayar və Vidadi adlı iki azyaşlı uşaqları var (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal), zərər çəkmiş Zərərçəkmiş şəxs isə 17 fevral 2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Məhkum ailəsi (qardaş-bacıları) tərəfindən ona vurulmuş ziyanın pul şəklində tam ödənilməsini, buna görə sonuncuya qarşı şikayət və tələbnin olmadığını bildirmişdir (CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərədə tutulmuş cəzanı yünülləşdirən hallar). Qeyd olunmalıdır ki, Məhkumun himayəsində iki azyaşlı uşaqların olması və bu halın CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsi ittiham aktında da əksini tapmış, lakin məhkəmələr həm bu məsələyə, həm də zərərçəkmişə vurlulmuş zərərin ödənilməsi və məhkumun onunla barışıq əldə etməsinə diqqət yetirməyərək bu halların cəza təyini zamanı nəzərə almamalarını qəbul etdikləri yekun məhkəmə aktlarında hər hansı şəkildə əsaslandırmamışlar. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini məsələsinə verdiyi qiymətləndirməsi ilə (faktiki isə - qiymətləndirməməsi) heç cür razılaşmır və qeyd etməyi lazım bilir ki, cinayət qanunvericiliyinin normalarında bütün instansiya məhkəmələrindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tədbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngü lləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi möyqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Bu baxımdan, məhkəmə kollegiyası yuxarıda müəyyən edilmiş cəzanı yüngülləşdirən halların nəzərə alınaraq Zərərçəkmiş şəxs onun barəsində CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə CM-nin 186.2.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin dörddə üçü hissəsindən az olmayan həddədək deyil, məhkumun barəsində CM-nin 62-ci maddəsinin tələ blərinə uyğun olaraq endirilməsini mümkün bilir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, ümumilikdə həm məhkəmələr tərəfindən nəzərə alınmış, həm də kassasiya şikayətinə məhkəmə baxışı zamanı müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar, o cümlədən zərər çəkmiş şəxsə vurlumuş ziyanın ödənilməsi və Şahid2 onunla barışıq əldə etməsi, onun cinayət törətdikdən sonra davranışının müsbətə doğru yönəlməsindən, törətdiyi əməldən peşman olmasından xəbər verir və belə halların məcmusu həm Məhkum törətdiyi əməlin, həm də özünün şəxsiyyətinin ictimai təhlükəliliyini azaldan hallar kimi qiymətləndirilməlidir. Bu isə onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 186.2.2-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsaslar yaradır. Məhkəmə kollegiyasının qənaətinə görə, bu haqda qərarın qəbul edilməsi, yəni Zərərçəkmiş şəxs təyin olunmuş cəzanın yüngülləşdirilməsi, CM-nin 41.2-ci maddəsinin tələb etdiyi kimi, cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları (cinayətin nəticəsi ilə birlikdə götürülməklə) ilə uyğunsuzluq yaratmır və cəzanın da məqsədlərini təmin etməyə imkan verir. Kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan və yuxarıda apardığı təhlilə və müəyyən etdiyi hallara əsasən Məhkumun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün sayan, digər tərəfdən isə bu cəzanın başqa növ cəza ilə, o cümlədən azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini məqsədə uyğun hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 6 2.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüy ü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələn dirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləş dirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli də rəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Şahid2, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməklə Şahid2 barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməli, Şahid2 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 186.2.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyasının aşağı həddindən də az müddətək endirilməlidir. Şə rh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cümaddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) ilədək endirilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən m əhkumun 14 fevral 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmisi 06 (altı) ay 16 (on altı) gün müddət həmin cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-732/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-732/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver