Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-732/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 may 2023-cü tarixli hökmü ilə (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən və məruzəçi) Mahmudov Faiq Nüsrət oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işlməmiş, hazırki iş üzrə cinayət törədənək məhkum olunmamış, Gənc ə Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 234.1 maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə, CMnin 29, 317-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzaları tam toplamaq yolu ilə 02 (iki) il müddətə, CM-nin 66.5, 68.1 və 69.3-cü maddələrinin tələblərinə uyğun olaraq isə həmin cəza Gəncə Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla 02 (iki) il 06 (altı) ay müddətə, cəmisi 08 (səkkiz) gün şübhəli şəxs qismində tutulması müddəti həmin cəzadan çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 02 (iki) il 05 (beş) ay 22 gün (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Anlaşılmazlığın həll edilməsi haqqında həmin məhkəmənin 10 may 2023-cü il tarixli qərarı ilə isə hökmün nəticəvi hissəsinin ikinci abzasında “Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Məhkum qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin” sözləri “Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin” sözləri ilə əvəz olunaraq Məhkum hazırki iş üzrə CM-nin 66.2-ci madd əsinə əsasən qəti olaraq cinayətlərin məcmusu üzrə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müəyyən edilmişdir. Bundan sonra məhkəmə eyni qərarla hökmün CM-nin 66.5-ci maddəsinə əsasən CM-nin 68.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Məhkum yenə də cinayətlərin məcmusu üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində heç bir dəyişiklik etməmiş, lakin həmin hökmün nəticəvi hissəsinin 4-cü abzasında “Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı 04 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, CM-nin 234.1-ci maddəsi ilə 24 avqust 2021-ci il tarixdən 26 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismin də tutulduğu 2 gün müddət, 20 may 2021-ci il tarixdən 21 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, 25 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək axtarışla bağlı təqsirləndirilən şəxs qismində tutulduğu 2 gün müddət, cəmi olaraq 08 (səkkiz) gün müddət, ona təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Məhkum üzərində qəti olaraq 2 (iki) il 5 (beş) 22 (iyirmi iki) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın” sözlərinin “Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı cəmi olaraq tutulduğu 08 (səkkiz) gün müddət ona təyin olunmuş 2 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla Məhkum üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın” sözləri ilə əvəz edilməsi qət olunmuşdur. Yəni, faktiki olaraq məhkəmə tərəfindən Məhkum CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,226 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan metadonu, şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 0,047 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 0,082 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metam fetamini əldə etməklə həmin narkotik vasitələri və psixotrop maddəni idman şalvarının bel hissəsinə 3 ədəd sellofan bükümün içərisində olan 3 ədəd parça bükümlərdə xüsusi qaydada yerləşdirməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan tanışı X8 sovqat gətirmiş, 20 may 2021-ci il tarixdə saat 11 radələrində Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasının sovqat qəbulu məntəqəsində Məhkum gətirdiyi sovqata baxış keçirilərkən sovqatın içərisindəki idman şalvarının belində xüsusi qaydada yerləşdirilmiş 1 ədəd sellofan bükümün içərisində olan 1 (bir) ədəd parça bükümdə təmiz çəkisi 0,047 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1(bir) ədəd sellofan bükümün içərisində olan 1(bir) ədəd parça bükümdə təmiz çə kisi 0,082 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd sellofan bükümün içərisində olan 1(bir) ədəd parça bükümdə təmiz çəkisi 0,226 qram kustar üsulla hazırlanmış narkotik vasitə metadon aşkar edilərək götürüldüyündən onun iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib qadağan olunmuş əşyanı, yəni narkotik vasitə olan heroin və metadonu, həmçinin psixotrop maddə olan metamfetamini istintaq təcridxanasında saxlanılan tanışı X6 ötürməyə cəhd etmişdir. Bundan başqa o, məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,971 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış, bu barədə Gəncə şəhər Kəpəz RPİ-nin Cinayət Axtarış Şöbəsinə daxi l olmuş əməliyyat məlumatı əsasında Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 17:40 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil Şöbəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş təmiz çəkisi 0,971 qram çəkidə kustar üsulla hazırlanmış, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 06 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, Azərbaycan Respublikası Prezidentin in müvafiq Sərəncamları ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizəyə dair" 2007-2012, 2013-2018, 2019-2024-cü illər üzrə Dövlət Proqramlarına, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında’’ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, habelə ibtid ai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama istinad edən dövlət ittihamçısı Q.A.Rizvanov həmin protestini onunla əsaslandırmışdır ki, məhkəmələr həmin ittihamda göstərilmiş miqdarlarda narkotik vasitələrin və psixotrop maddənin Məhkum üzərindən aşkar edilməsi hissəsində ibtidai istintaq orqanının gəldiyi qənaəti düzgün hesab etsələr də, həmin qanunsuz dövriyyəsi qadağan edilmiş əşyaların məhz satış məqsədilə əldə edilib saxlanılması hissəsini təkzib etməklə düzgün nəticəyə gəlməmişlər. Məhkəmələrin mövqeyinə görə, Məhkum həmin narkotik vasitələri və psixotrop maddəni İstintaq Təcridxanasına keçirməyə cəhd etməklə bağlı hər hansı əvəz və ya qazanc əldə etmək məqsədinin müəyyən edilməməsi, bundan başqa təkrarən üzərindən aşkar edilmiş narkotik vasitəni satacağı şəxsin, yəni istehlakçının müəyyən edilməməsi, bununla bağlı hər hansı razılaşmanın olmaması, həmin narkotik vasitənin çəkilərək xırda bağlamalara bükülməməsi, onun üzərindən həmin vasitələrin satışında istifadə edilən digər predmetlərin (məs. tərəzi və s.) aşkar edilməməsi, heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, aşkar edilmiş narkotik vasitənin miqdarının çox olmaması və digər bu kimi hallar onun tərəfindən həmin narkotik vasitəni satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq etmişdir. Halbuki, Məhkum satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda – 0,226 qram çəkidə narkotik vasitə olan metadonu, şəxsi istehlak miqdarında 0,047 qram çəkidə narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarında 0,082 qr am çəkidə psixotrop maddə olan metamfetamini əldə edib 3 ədəd parça bükümlərdə xüsusi qaydada yerləşdirməklə 20 may 2021-ci il tarixdə İstintaq Təcridxanasında saxlanılan X8 ötürməyə cəhd etmiş və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda - 0.971 qram çəkidə narkotik vasitə olan heroini əldə etmişdir. İşin faktiki hallarından göründüyü kimi, Məhkumun 3 növdə narkotik vasitə və psixotrop maddəni təcridxanaya keçirməyə cəhd etməsi ilə yanaşı, həmçinin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə də əməliyyat məlumatı əldə edilmiş və iş üzrə toplanmış və araşdırılmış sübutlarla təsdiq olunan bu hallar onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edir. Məhkum isə özünün müdafiəsi üçün işin oby ektiv hallarına uyğun gəlməyən, həqiqəti gizlətməyə çalışan ifadələr verərək ondan aşkar olunmuş narkotik vasitələri əvəzsiz olaraq təcridxanaya keçirmək məqsədi və sonradan üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyini, satış məqsədinin olmadığını göstərmişdir ki, məhkəmələr də, öz növbəsində onun ifadələrində göstərdiyi xüsusatların özünümüdafiə xarakterli olmasını nəzərə almadan həmin ifadələrə əsaslanaraq sonuncunun narkotik vasitəni satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi kimi yanlış nəticəyə gəlmişlər. Bundan başqa, məhkəmələrin Məhkum əməllərinin CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə tövsif edilməsi barədə nəticəyə gələrkən istinad etdikləri hallardan biri ondan ibarət olmuşdur ki sonuncudan aşkar edilmiş nar kotik vasitənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut əldə edilməmiş, onun həmin narkotik vasitəni satacağı şəxs, yəni istehlakçı müəyyən edilməmişdir. Halbuki, Məhkum qarşı narkotik vasitələrin və psixotrop maddənin satışı faktı ilə deyil, onları satış məqsədilə təkrarən əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham irəli sürülmüşdür. Həmçinin məhkəmələr tərəfindən ibtidai istintaqın sonrakı mərhələsində əməliyyat tədbirləri nəticələri barədə məktubda əks edilmiş hallar da nəzərə almamışlar. Həmin məktubda isə Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasının müəyyən edilməsi, lakin, onun bu vasitələri satdığı şəxslərin dairəsini müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Daha sonra məhkəmələr Məhkum narkomaniya xəstəliyindən əzab çəkən şəxs olma sına istinad etməklə, ondan aşkar olunmuş narkotik vasitənin çəkisinin o, qədər də çox olmamasını əsas gətirməklə onun aşkar edilmiş vasitəni şəxsi istifadəsi üçün əldə etməsi barədə qənaətə gəlsələr də, bu hallar da məhkumun üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, daşıması və saxlamasını təkzib edən hallar kimi çıxış edə bilməz. Dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, hazırki cinayət işi üzrə məhkəmələr Məhkum aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin şəxsi istehlak miqdarından çox olmasını, narkotik vasitələrin 2 dəfə olmaqla ayrı-ayrı vaxtlarda aşkar edilib götürülməsi və iş üzrə toplanmış və araşdırılmış sübutlarla təsdiq edilən digər halları da nəzərə almamış, sübutların qiymətləndirilməsi və sübutetməyə dair, habelə qanunçuluq p rinsipin təsbit edilmiş prosessual qanunvericilinin tələblərinin pozulmasına yol vermiş, məhkum olunmuş şəxsin törətdiyi əməllərin isə CM-nin 234.4.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə səhv nəticəyə gəlmişlər. Odur ki, qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı Q.A.Rizvanov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum edilmiş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsasla naraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinin məzmunundan göründüyü kimi, o, həmin protestində birinci instansiya məhkəməsi ilə yanaşı apellyasiya instansiyası məhkəməsinin də ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara düzgün qiymət vermədiyini və bunun nəticəsi olaraq Məhkum törətdiyi cinayət əməllərinin tövsifində səhv nəticəyə gəlməsini iddia edir və bununla bağlı dəlillərə əsaslanaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə c inayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsasla naraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, k assasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Hazırki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərin ə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırı lmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir (məsələn, əlavə şahidlərin dindirilməsi, müvafiq ekspertizaların təyin edilərək keçirilməsi, sübut əhəmiyyətin malik olan sənədlərin əldə edilərək tədqiq edilməsi və sair). Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsini n dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plen umu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərin dən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insa n və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilmə zdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi işti rakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddə si bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə t utulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifa yət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb ed əcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkə mə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarın da qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təq sirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CP M-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələ rə nəzərə almaları tövsiyə edilmişdir ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona is tinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandır ılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestində irəli sürdüyü apellyasiya instansiyası qərarının qanunsuz say ılması və həmin qərarın ləğv edilməsi barədə tələbinin əsaslılığını yoxlayarkən hazırki cinayət işinin materiallarına və ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir qisminə müraciət etməyi və bu sübutlara əsasən müəyyən edilmiş hallara əsasən özünün hüquqi mövqeyini aşağıdakı qaydada əsaslandırmağı zəruri bilir. Əvvəla, kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 234.4.2 və 29, 3171.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, 0,226 qram narkotik vasitə olan metadonu, şəxsi istehlak miqdarında, 0.047 qram narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarında 0,082 qram psixotrop maddə olan metamfetamini əldə edib onları 3 ədəd parça bükümlərdə xüsusi qaydada yerləşdirməklə 20 may 2021-ci il tarixdə istintaq təcridxanasında saxlanılan X8 ötürməyə cəhd etmiş və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda - 0,971 qram çəkidə narkotik vasitə olan heroini əldə edib eyni məqsədlə üzərində saxlayaraq daşımış, 24 avqust 2021-ci il tarixdə saxlanılıb şəxsi axtarış zamanı üzərindən 0,971 qram heroin aşkar edilərək götürülmüşdür. Bu ittihamın əsasını isə Məhkum ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadələri, şahidlər X3, X17, X18, X5, X14, X15, X6 və X2 ifadələri, həbsdə saxlanılan şəxsə göndərilən sovqat a baxış keçirilməsi haqqında 20 may 2021-ci il tarixli və Məhkum üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 24 avqust 2021-ci il tarixli protokollar, məhkəmə-kimyəvi ekspertizasının 20 may 2021-ci tarixli 16/476 saylı, 23 avqust 2021-ci il tarixli 6/3266 saylı, 25 avqust 2021-ci il tarixli 16/879 saylı, 16 dekabr 2021-ci il tarixli 16/1302 saylı rəyləri, məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2021ci il tarixli 1345 saylı rəyi, maddi sübutlar və sübut əhəmiyyətli bir sıra sənədlər, o cümlədən ibtidai araşdırma orqanının əməliyyat tapşırıqlarına verilmiş cavablar təşkil etmişdir. İş materiallarından göründüyü kimi, bu sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, onların hər birisi apellyasiya instansiyası məhkəməsinin də ra zılaşdığı 05 may 2023-cü il tarixli hökmdə ətraflı təsvir edilmiş və buna görə məhkəmə kollegiyası həmin sübutların hamısının hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür, lakin onların bir hissəsinə müraciət etməli lazım bilir. Belə ki, məhkəmələrin də əsas sübut kimi qəbul etdikləri Məhkum həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi eyni məzmunlu ifadələrindən görünür ki, o, təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə edir, X10 onun qonşusudur, onu uzun müddətdir ki, tanıyır, onlar biri-biri ilə yaxın münasibətlərdə olmuşlar. 19 may 2021-ci il tarixdə o, işlədiyi yerdən pul aldıqdan sonra həmin pula istintaq təcridxanasında həbsdə saxlanılan X6ə sovqat aparmaq qərarına gələrək həmin tarixdə bir qədər şirniyyat, kolbasa, si qaret, çay, qənd, alt paltarı və idman şalvarı almış, eyni zamanda onun narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə məlumatı olduğu üçün ona istifadə etməsi üçün təmannasız olaraq 1 bükümdə heroin, 1 bükümdə metamfetamin, 1 bükümdə metadon və 1 bükümdə həmin narkotik vasitələri və psixotrop maddəni bişirmək üçün limon duzu əldə edərək onları idman şalvarının bel hissəsinə gizlətmiş, sovqatı əl çantasına yığaraq səhəri gün, yəni 20 may 2021-ci il tarixdə saat 11 radələrində aldığı əşyaları X6a vermək üçün 2 saylı İstintaq Təcridxanasına getmişdir. Orada sovqata baxış keçirilərkən onun gizlədərək təcridxanada həbsdə saxlanılan X6a istifadə etməsi göndərmək istədiyi narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib olunmuş və o, polis əməkdaşları tərəfindən Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə aparılmışdır. Həmin İdarənin inzibati binasındakı otaqların birində hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin bu istintaq hərəkətinin aparılması zamanı üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkum ifadələrində qeyd etmişdir ki, istintaq təcridxanasına gizli şəkildə keçirmək istədiyi narkotik vasitələri və psixotrop maddələri 2021-ci ilin may ayında Məhsəti qəsəbəsində təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 30 (otuz) manata almış və bu əşyaları pay kimi X6 ötürmək məqsədini izləmişdir. Bunu etməyi ondan heç kəs xahiş etməmiş, o, özü bu haqda qərara gəlmiş və bundan heç kimin, o cümlədən X6in məlumatı olmamış, ondan narkotik vasitələr və psixotrop maddə gətirməyi sonuncu və ya onun tanışları və qohumları ondan xahiş etməmişlər. Daha sonra Məhkum göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə o, yaşadığı evin yaxınlığında zibil qutusunun yanında siqaret falqasında olan bir büküm tapmış və arabir narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükümün içərisində narkotik vasitə heroin olmasını müəyyən edib tapdığı bükümü götürərək üzərində saxlamışdır. 24 avqust 2021-ci il tarixdə saat təxminən 17:40 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən təhsil şöbəsinin yaxınlığında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onu narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəli olduğu üçün Gəncə şəhər Kəpəz RPİ-nə dəvət etmişlər. O, buna etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmiş və oradakı otaqların birində hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir gün əvvəl tapdığı, siqaret falqasına bükülmüş heroin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı o, bildirmişdir ki, həmin narkotik vasitəni o, bir gün əvvəl yaşadığı evin yaxınlığında zibil qutusunun yanından tapmış və şəxsi istifadəsi üçün götürüb üzərində daşımışdır. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq aptek tərəzisində çəkilmiş və onun çəkisinin 1.21 qram olması müəyyən edilmişdir. Həmin kütlə zərfə q oyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək həmin protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, daha sonra üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilmişdir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertizanın rəyi ona elan edilmiş və həmin rəydən ona məlum olmuşdur ki, onun üzərindən aşkar edilərək götürülmüş kütlə kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,971 qram təşkil edən narkotik vasitə heroindir. Əlavə olaraq, Məhkum bildirmişdir ki, həmin narkotik vasitəni satmaq niyyəti izləməmiş və onu yalnız özünün şəxsi istifadəsi üçün üzərində saxlayıb daşımış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkum olunmuş şəxs Məhkum bu ifadələrinə diqqət yetirməklə onları toplanmış və araşdırılmış digər obyektiv sü butlarla müqayisəli şəkildə təhlil edərək, məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmələr onun sonuncu epizod üzrə törətdiyi əmələ qiymət verərkən nəzərə almamışlar ki, iş üzrə keçirilmiş 05 noyabr 2021-ci il tarixli 1345 nömrəli rəyinə əsasən, Məhkum narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Bu rəyin və məhkumun verdiyi ifadələrin fövqündə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Məhkum tutulmazdan bir gün əvvəl, yəni 23 avqust 2021-ci il tarixdə əldə etdiyi (onun ifadələrinə görə, tapdığı) narkotik vasitənin aludəçisi kimi bir sutka ərzində istifadə etməməsin in (buna mane olan hər hansı hala məhkum özü də istinad etməmişdir) və üzərində saxlayıb daşımasının səbəbi məhkəmələr tərəfindən aydınlaşdırılmamış və bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. Halbuki, məhkəmə kollegiyasının qənaətinə görə, bu xüsusatın dəqiq müəyyən edilməsi onun əməlinin düzgün tövsif edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, ibtidai araşdırma zamanı əməliyyat-axtarış tədbirlərini həyata keçirmək səlahiyyətlərinə malik olan orqana ünvanlanan sorğulara verilmiş və cinayət işinin materiallarına əlavə edilmiş cavablardan görünür ki, keçirilmiş belə tədbirlər nəticəsində Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş, lakin onun bu vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu istiqamətdə hansı və kimlər tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi də məhkəmələr tərəfindən aydınlaşdırılmamış, ibtidai araşdırma orqanına verilmiş cavablar üzrə heç bir araşdırma aparılmamış, sorğularla bağlı əməliyyat-axtarış işinin açılıb-açılmaması, cavablarda göstərilən halların mənbəyi dəqiqləşdirilməmiş, bu cavablara isə məhkəmələr yekun məhkəmə aktlarında yalnız istinad edərək onları sübut növü kimi qəbul etməkdən imtina etmişlər. Hərçənd, həmin cavablarda göstərildiyi kimi, Məhkum həqiqətən narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının dəqiqliklə müəyyən edilməsi, yəni iş üzrə həqiqətin sübutlara əsasən aşkar olunması da onun üzərindən aşkar edilərək götürülmüş 0,971 qram çəkidə heroini bir sutka ərzində saxlamaqda məhkumun satış məqsədi iz ləyibizləməməsi, nəticə etibarı ilə isə - əməlinin düzgün tövsif edilməsi üçün zəruri olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası yenə də Məhkum ifadələrinə müraciət edərək qeyd edir ki, həmin ifadələrin məzmununa görə, o, 20 may 2021-ci il tarixdə tanışı X6nın həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına sovqat apararkən həmin sovqatda olan digər ərzaq və əşyalarla yanaşı həmçinin idman şalvarının belinə sonuncuya çatdırılması üçün ona qarşı irəli sürülmüş ittihamda göstərilən növlərdə və çəkidə narkotik vasitələri və psixotrop maddəni ötürməyə cəhd etmiş, lakin bu barədə istər X6la, istərsə də onun tanışları və qohumları ilə əvvəlcədən sövdələşməmiş, bunu isə sadəcə olaraq öz təşəbbüsü ilə, özünü ona yardım göstər ən şəxs kimi tanıtmaqla onun qarşısında hörmət qazanmaq məqsədilə etmişdir. Məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi Məhkum ifadələrinin bu hissəsinə, yəni CM-nin 29, 317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə qiymət verərək belə qənaətə gəlmişlər ki, o, istintaq təcridxanasına X6ə çatdırılması üçün narkotik vasitələri və psixotrop maddəni ötürməyə cəhd edərkən bundan hər hansı mənfəət əldə etmək, özünün və ya yaxınlarının maddi xarakterli öhdəliklərdən azad olunmasına nail olmaq məqsədi izləməmiş və bu baxımdan o, dövriyyəsi qadağan olunmuş həmin əşyaları satış məqsədi olmadan əldə edərək üzərində saxlamış və daşımışdır. Bu zaman məhkəmələr “Narkotik vasitələrin, psi xotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələr istinad etmişlər. Lakin, bununla belə məhkəmələr nəzərə almamışlar ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər ba şa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində göstərilən Qanunun 1.0.11-ci maddəsinə istinadən məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Plenum Qərarındakı bu izah məhdud şəkildə verilərək adı çəkilən Qanunun 1.0.11-ci maddəsində göstərilən halları heç də tam şəkildə əhatə etmir və bu normaya daha geniş şəkildə şərh verilməlidir. Bu baxımdan məhkəmə kollegiya sının mövqeyi ondan ibarətdir ki, şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir. İşin müvafiq sübutlarla təsdiq olunan mübahisəsiz halları ondan ibarətdir ki, Məhkum 20 may 2021-ci il tarixdə onun İstintaq Təcridxan asına gizli şəkildə apardığı, lakin orada aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olaraq yayılmasına yönəlmiş əməl törətmiş və bu zaman onun məqsədi həbsdə saxlanılan X6ə özünü ona yaxın və sadiq olan şəxs kimi göstərmək, sonuncunun qarşısında hörmət qazanmaq olmuşdur. Məhkum belə məqsəd izləməsi isə, digər hallarla yanaşı X6in istər narkotik vasitələrə və psixotrop maddəyə, istərsə də sovqatda qablaşdırılmış ərzaq məhsullarına və digər əşyalara ehtiyacının olmaması, bu barədə onun Məhkumla hər hansı sövdələşməsinin olmaması barədə həm X6in, həm də şahid X2in ifadələri ilə təsdiq edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə verdiyi təfsird ən, toplanmış və araşdırılmış sübutlardan çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmələr Məhkum təhlil edilən epizod üzrə də narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən onun həmin əməlinə məhdud şəkildə qiymət vermiş, lakin yuxarıda göstərilənləri kifayət qədər nəzər almamışlar. Məhkəmə kollegiyası həmçinin özünün başqa işlər üzrə də əvvəllər qəbul etdiyi qərarlarına, yəni formalaşdırdığı məhkəmə təcrübəsinə istinad edərək vurğulamağı lazım bilir ki, həmin işlər üzrə də məhkum olunmuş şəxslərin qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə gizli şəkildə ötürməyə cəhd edən, lakin bu hallarda da hər h ansı maddi mənfəət əldə etmək məqsədləri müəyyən edilməmiş şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri məhz satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilmiş (müvafiq olaraq CM-nin 234.2 və ya 234.4.3-cü maddələri ilə tövsif edilmiş) və kassasiya kollegiyası da bu qiymətləndirmə və tövsiflə razılaşaraq onların barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarlarından verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, kassasiya qaydasında mübahisələndirilən qərarların isə bu hissələrdə dəyişdirilmədən saxlanılması haqqında qərarlar qəbul etmişdir (məsələn, X11 CM-nin 234.2 və 29,317-1.1-ci maddələri ilə, X7 CM-nin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq olaraq 22 noyabr 2022-ci il və 13 noyabr 2023-cü il tarixli qərarları). Təhlil göstərir ki, həmin işlər üzrə də məhkum olunmuş şəxslər cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə gizli şəkildə müxtəlif miqdarlarda narkotik vasitələr və psixotrop maddələr ötürməyə cəhd edərkən, hər hansı maddi mənfəət əldə etmək niyyəti izləməmiş və bu əməlləri yalnız özlərini onlara himayə edən və yardım göstərən şəxslər kimi tanıtmaqla onların qarşısında hörmət qazanmaq məqsədi ilə törətmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə hər iki epizodla bağlı narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə və ya belə məqsəd olmadan əldə edib saxlaması və daşıması əməllərinə düzgün qiymət verilməsi, onun bu mə qsədinin olub-olmamasının dəqiq müəyyən edilməsi, araşdırılmış sübutlara qanuna müvafiq qaydada düzgün qiymət verilməsi və bunun nəticəsi olaraq məhkum olunmuş şəxsin törətdiyi əməllərin düzgün tövsif edilməsi üçün iş üzrə əlavə araşdırmanın aparılması zəruridir və belə olan halda dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinin dəlilləri qəbul edilən sayılmaqla həmin protest təmin edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik və onun əməlinin hüquqi tövsif məsələlərini həll edərkən sübutetməyə və sübutların qiymətləndirilməsinə dair qanunvericiliyin tələblərinə əməl etməmiş, onun cinayət əməllərin in tövsifində səhvə yol vermiş, bununla bağlı nəticəni isə kifayət qədər əsaslandırmamış, nəticə etibarı ilə isə, kassasiya protestində iddia olunduğu kimi, CPMnin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Məhkəmə kollegiyası bu haqda qənaətə gələrkən həmçinin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya müraciətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiq edilməsini də yoxlayarkən Məhkum yekun cəza təyin olunarkən cinayət qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməsini də nəzərə alır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı Məhkum barəsindəki Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 may 2023-cü il tarixli hökmün nəticəvi hissəsindən və hökmdə yol verilmiş anlaşılmazlıqların aradan qaldırılması barədə həmin məhkəmənin 10 may 2023-cü il tarixli qərarından görünür ki, əvvəla qeyd olunan hökmlə Məhkum CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 234.1 maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 29, 317-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə (nəticəvi hissənin 1-ci abzası), CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzaları tam toplamaq yolu ilə 02 (iki) il müddətə (nəticəvi hissənin 2-ci abzası), CM-nin 66.5, 68.1 və 69.3-cü maddələrinin tələblərinə uyğun olaraq isə həmin cəza Gəncə Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla 02 (iki) il 06 (altı) ay müddətə (nəticəvi hissənin 3-cü abzası), cəmisi 08 (səkkiz) gün şübhəli şəxs qismində tutulması müddəti həmin cəzadan çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 02 (iki) il 05 (beş) ay 22 gün (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (nəticəvi hissənin 4-cü abzası). Anlaşılmazlığın həll edilməsi haqqında həmin məhkəmənin 10 may 2023-cü il tarixli qərarı ilə isə hökmün nəticəvi hissəsinin ikinci abzasında “Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Məhkum qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin” sözləri “Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edi lsin” sözləri ilə əvəz olunaraq Məhkum hazırki iş üzrə CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq cinayətlərin məcmusu 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müəyyən edilmişdir. Bundan sonra məhkəmə eyni qərarla hökmün CM-nin 66.5-ci maddəsinə əsasən CM-nin 68.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Məhkum yenə də cinayətlərin məcmusu üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində heç bir dəyişiklik etməmiş, lakin həmin hökmün nəticəvi hissəsinin 4-cü abzasında “Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı 04 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, CM-nin 234.1-ci maddəsi ilə 24 avqust 2 021-ci il tarixdən 26 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, 25 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək axtarışla bağlı təqsirləndirilən şəxs qismində tutulduğu 2 gün müddət cəmi olaraq 08 (səkkiz) gün müddət, ona təyin olunmuş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Məhkum üzərində qəti olaraq 2 (iki) il 5 (beş) 22 (iyirmi iki) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın” sözlərinin “Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı cəmi olaraq tutulduğu 08 (səkkiz) gün müddət ona təyin olunmuş 2 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla Mə hkum üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın” sözləri ilə əvəz edilməsi qət olunmuşdur. Halbuki, bundan əvvəl Məhkum CM-nin 66.5-ci maddəsinə əsasən və CM-nin 68.1ci maddəsinin tələbləri nəzərə alınmaqla ona hazırki iş üzrə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası düzgün olaraq Gəncə Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəza ilə (hesablamaya görə, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə) qismən toplanılmaqla ona yekun olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və CM-nin 69.3cü maddəsinin tələblərinə uyğun olaraq məhz həmin cəzadan onun tutulduğu cəmisi 08 (səkkiz) gün çıxılmaqla məhkumun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bu halda məhkəmə cinayət qanunu normasını düzgün tətbiq edərək nəzərə almışdır ki, qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsə CM-nin 66.5-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi zərurəti yarandıqda ilk növbədə birinci və ikinci hökmlə təyin olunmuş cəzalar toplanılmalı, yaxud da az ciddi cəza daha ciddi cəza ilə əhatə edilməli və yalnız bundan sonra CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq onun birinci iş üzrə tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlanılması, habelə birinci hökm üzrə çəkdiyi cəzanın müddətləri qəti cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Lakin, məhkəmə bu tələblərə baxmayaraq 10 may 2023-cü il tarixli qərarla Məhkum şübhəli şəxs qismində tutulması müddətlərini (cəmisi 08 (səkkiz) gün) ona CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzadan deyil, ona hazırki iş üzrə CM-nin 234.1 və 3171.1-ci maddələri ilə cinayətlərin məcmusu üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxmış və heç bir əsas olmadan hökmdə bu haqda da dəyişikliliyin edilməsi barədə nəticəyə gəlmiş, həmin nəticəni hər hansı şəkildə əsaslandırmamış, bununla da məhkumun çəkməli olduğu qəti cəzanın müddəti ilə bağlı anlaşılmazlıq yaratmış, apellyasiya instansiyası məhkəməsi isə bu pozuntuya diqqət yetirməmiş və CPM-nin 397.2-ci maddəsinin tələblərinə müvafiq olaraq apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu normasının pozulmasına münasibətini bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda təsvir olunanlarla yanaşı bu pozuntu da apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması üçün əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası bütün yuxarıda göstərilənləri bir daha təhlil edib kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protesti təmin edilməklə hazırki cinayət işi üzrə Məhkum CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiy a baxışına təyin olunmalıdır. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlard an üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-732/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-732/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver