Məhkəmə qərarları › İş №1(102)-733/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-733/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-733/2020 07.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Rafiq Cəfərov, hakimlər Nizami Quliyev və Oruc Cəlilovdan ibarət tərkibdə) 02 noyabr 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2016-cı il tarixdən hesablanmışdır. Həmin hökmdən Məhkum 28 oktyabr 2019-cu il tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qərarı ilə buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) 03 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli müddətin bərpasından imtina barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasi ya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətinin əsası kimi hökm elan olunduqdan sonra onda baş hərlənməsi, ürək sıxıntısı, müqavimətin itirilməsi, yəni müalicəyə qədər hər cür xəstəliklər baş verdiyini, bunu müalicə etdirənə qədər müəyyən vaxt keçmişdir ki, bunun səbəbindən vaxtında apelyasiya şikayəti verə bilməməsini göstərmiş və məhkəmə kollegiyasından müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tə tbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 07 fevral 2016-cı il tarixdən hesablanmışdır. Həmin hökmdən Məhkum apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qərarı ilə buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmi ş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli müddətin bərpasından imtina barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarındakı hökmdən və məhkəmə iclas protokolundan müəyyən edilir ki, işə baxılarkən məhkumun müdafiə hüququ təmin edilmiş və məhkəmədə onun hüquqlarını vəkil X3 müdafiə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarındakı qəbzdən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmünün surəti 09 noyabr 2016-cı il tarixdə Məhkum imza etdirilməklə təqdim edilmişdir (cild 2, iş vərəqə 35). İş materiallarındakı məktubdan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmünün surəti 03 noyabr 2016-cı il tarixdə məhkumun müdafiəçisi Ə6 göndərilmişdir (cild 2, iş vərəqə 28). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qüvvədə olan qanunvericiliyə əsasən hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı 09 noyabr 2016-cı il tarixdən başlamış və 29 noyabr 2016-cı il tarixdə başa çatmışdır. Məhkum isə apellyasiya şikayətini 20 gün müddətində deyil, hökm qanuni qüvvəyə mindikdən 03 (üç) il vaxt keçdikdən sonra, yəni 28 oktyabr 2019-cu il tarixdə vermişdir. Məhkum şikayət vermə müddətinin ötürülmə səbəbini hökm elan olunduqdan sonra onda baş hərlənməsi, ürək sıxıntısı, müqavimətin itirilməsi, yəni müalicəyə qədər hər cür xəstəliklər baş verdiyini, bunu müalicə etdirənə qədər müəyyən vaxt keçmişdir ki, bunun səbəbindən vaxtında apelyasiya şikayəti verə bilməməsi ilə əsaslandırmışdır. Məhkumun hökm elan olunduqdan sonra onun stress və həyəcan keçirməsi nəticəsində yaranmış üç xəstəlik səbəbindən vaxtında apellyasiya şikayəti verə bilməməsindən ibarət dəlillərinə kassasiya şikayətinə əsasən mübahisələndirilən qərarda cinayət prosessual qanunvericiliyə uyğun qanuni və əsaslandırlımış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun apellyasiya şikayətində əks olunan səbəblərə görə hökmdən vaxtında apellyasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ona hökmünün qanuni qüvvəyə minməsi və ondan şikayət vermə qaydasının izah edilmiş, bununla bağlı müddəalar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-ci il tarixli hökmünün nəticə hissəsində əks olunmuşdur. Ona görə də qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Göründüyü kimi məhkumun apellyasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir maneə olmamışdır. Məhkumun birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuş, müddətin bərpası barədə vəsatətin təmin edilməməsindən verilmiş şikayətə apellyasiya instansiyası məhkəmə sində məhkumun və müdafiəçisi X1 iştirakı ilə baxılmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Prosessual normanın tələblərindən aydın olur ki, müddəti buraxmış şəxslərin müraciəti müddətin bərpası üçün yetərli deyil. Bunun üçün müddətin buraxılmasının səbəbləri üzrlü olmalıdır. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixl i hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum barəsində gəldikləri qənaətlərini əsaslı hesab edir və kassatorun bununla bağlı dəlillərini əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını və məhkumu dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CP M-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar